Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə68/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

D ini natiqlik -
qədim, kütlələrə böyük təsir təcrübəsinə malik 
olan natiqlik növüdür. Biz burada daha çox müsəlman dini danı- 
şınq.
Dini natiqliyinin əsas növü moizədir. Moizə, bir qayda olaraq, 
«mütləq həqiqət»i ifadə etməsinə dair inam üzərində qurulsa da
dinləyicilərin «həyatın mənası» haqqında düşüncələrini istisna et­
mir. Onun ən səciyyəvi xüsusiyyəti əxlaqi-etik nəsihətçilikdir.
154


İnsanlara rəhmdillik, məhəbbət və xeyirxahlıqla dolu olan 
moizə insana təsir vasitəsidir. Moizəçi öz fikirlərini dəlillərlə əsas­
landırmağa və dəqiqliklə sübut etməyə ehtiyac görmür. O, «Al­
lahın sözü» ilə danışır, belə söz isə mədrəsə, məscid qanunlarına 
uyğun olaraq «təftiş edilə bilməz».
İstənilən şəkildə həqiqi biliyə can atmaq, hətta «lazımsız ma­
raq göstərmə» həmişə şəriət tərəfindən pislənmişdir. Bu səbəbdən 
də, istənilən dini moizə, hər şeydən əvvəl, kor inam və hər şeyin 
«Allahın əlində olması» fikri üzərində qurulur.
Əvvəlcədən düşünülmüş, məsciddəki dindarların emosional 
cəhətdən oyanmasına, bəzən həm də təxəyyülünə hesablanmış 
moizə dini mərasim zamanı oxunur. Hərəkətlər dayanır, azan, na­
maz və digər ayinlər kəsilir, minbərdə ruhani şəxs görünür və öz 
«sözünü» söyləməyə başlayır.
Dini ritorika, həmçinin ümumiyyətlə ilahiyyat məzmunlu 
nitqlər üçün dinin bilik üzərində üstünlüyü səciyyəvidir. Lakin 
məscid, mədrəsə özünün nəsihətverici-təbligedici fəaliyyətində 
artıq insanı əhəmiyyətsiz hesab etmir, əksinə, onu hansısa şəkildə 
yüksəltməyə çalışır. Ruhani-natiq müasir elmlə dini inamın birli­
yi haqqında danışır. Dünyəvi sevincləri inkar etməyən dini ritori­
ka, eyni zamanda, «göylər»i yada salaraq, dindarlann nəzərlərini 
səmalara yönəldir.
Dini natiqliyin həmçinin, dini universitetlərdə və akademiya­
larda mühazirələr, məscidlərdə m üxtəlif ilahi problemlərə, bu və 
ya digər dini göstərişlərin şərhinə və s. həsr olunmuş nitqlər və b. 
növləri də mövcuddur. Bunlarda formal məntiqin qanunlarına əməl 
edilməsi, səslənən sözlərin dəqiq seçilməsi və natiqlik sənətinin 
ünsürlərini də görmək mümkündür.
Ruhlandırıcı nitqin
yaradılmasının aparıcı prinsipləri aşağıda­
kılardır:
1. 
Təmkinli coşqunluq prinsipi.
Ruhlandıncı nitq insanın his­
lərinə istiqamətləndiyi üçün, onlann ifadəsində səmimi, təmkinli 
və ləyaqətli olmalıdır; hədsiz emosionallıq, sentimentallıq nitqin 
intonasiyasım qeyri-səmimi edir, natiq isə dinləyicilərin gözündə 
ləyaqətini itirir.
155


Bu səbəbdən, öz emosiyalarına yox, emosiyaları yarada bilə­
cək faktlara müraciət edilməlidir. Əgər natiq dinləyicilərdə müsbət 
emosiyalar yaratmaq istəyir və müsbət hislərə müraciət edirsə
auditoriyanın həyəcanlılıq səviyyəsini nəzərə almalı, insanları hər 
şeyi əlvan görməyə məcbur etməməlidir.
2. N itqin qəlib form alarının qarşısının alınm ası prinsipi.
İn­
sanlar duyğularına aid olan hər şeyə mərifətli, təmkinli münasibət 
bəslənməsinə üstünlük verirlər. Səmimiyyət, dərin təsirlilik yal­
nız nitqin intonasiyasından yox, həm də onun formasından- çıxış 
edənin seçdiyi söz və ifadələrdən asılıdır.
Nitqin bəzəkverici ünsürləri - epitetlər, metaforalar və s. çox 
ciddi seçimə məruz qalmalıdır; burada qəliblərə, şablonlaşmış me­
taforalara yer yoxdur. Ruhlandırıcı nitq - həmişə məlum, dinləyi­
cilərə yaxın olan məsələ haqqında yeni, bu səbəbdən də təsirli olan 
sözdür.
3. M ədhiyyəçilik prinsipi.
Bu prinsip tərifedici məzmunlu 
nitqlər üçün nəzərdə tutulur və səbəbkarın ünvanına tənqidin, mən­
fi ünsüurlərin nitqdən çıxarılmasını tələb edir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin