Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə75/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

N atiqin özünün təfəkkür və m araqlarına uyğunluq.
Öz möv­
zusuna «soyuqqanlı və laqeyd» olarsa, natiq dinləyicilərində çətin 
ki, həyəcan oyada bilsin. Marağını başqalarına «yoluxdurmaq 
təsiri» burada böyük əhəmiyyətə malikdir;
• 
D inləyicilərin m araqlarına (ümumbəşəri, ya xu d qrup ma­
raqları) m üvafiqlik.
Məsələn, «Stresslərin profilaktikası və ya on­
ların aradan qaldırılması» kimi bir mövzu ümumbəşəri maraqlar 
qrupuna aiddir və xüsusi hazırlıq tələb etmir. Eyni zamanda, filo­
logiya üzrə təhsil alan tələbələr qarşısında ekzistensializm fəlsəfəsi 
haqqında çıxış planlaşdırarkən mövzunu dinləyicilərin peşə ma­
raqlan ilə əlaqələndirmək və onu «Ekzistensializm baxışlan və 
bədii yaradıcılıq» şəklində formalaşdırmaq daha yaxşı olar;
• 
Yenilik və aktuallıq.
Yəqin ki, «Kompyuter əsrində kitabın 
taleyi» adlı məruzə aktual və cəlbedici səsləndiyi üçün, ona yaxın, 
lakin daha ümumi olan «İnsanın mənəvi inkişafında kitabın rolu» 
mövzusundan daha böyük maraqla qarşılanacaqdır;
• 
M übahisəlilik, problem lilik.
İzaha, şərhə dramatiklik gətirir, 
natiqə kənarda qalmamağa və məsələyə aid öz şəxsi fikrini 
bildirməyə imkan verir ki, bu da, adətən, dinləyicilər tərəfindən 
yüksək qiymətləndirilir. Məsələn, ritorika, yaxud pedaqogikanın 
mövzusunun xüsusiyyətləri haqqında mühazirə oxuyarkən, na­
tiq maraq yaratmaq, başlanğıcı problemli edib onu gücləndirmək 
məqsədilə belə təqdim edə bilər: «Ritorika (pedaqogika) - elmdir,
170


yoxsa incəsənət?» (əslində, sualın belə birmənalı formalaşdırılma­
sı elmi baxımdan düzgün deyil və işin mahiyyəti məhz müzakirə 
mövzusunun sintetik təbiətindən ibarətdir).
Nitqin neytral olan və onun mövzusunu birbaşa göstərən işçi 
adından başqa, dinləyicilərin maraqlarını cəlb etməyin əlavə imka­
nı çıxış üçün daha parlaq, cəlbedici, «reklamedici», maraqlı adın 
düşünülməsidir.
Məsələn, məşhur və Azərbaycan dilinə bu yaxınlarda (2013) 
dublyaj edilmiş «Karnaval gecəsi» Sovet filmindəki son dərəcə 
gülməli çıxışın adı («Marsda həyat varmı?») özünün bütün uy- 
ğunsuzluğuna baxmayaraq, ciddi və quru şəkildə formalaşdırılmış 
başqa bir addan (məsələn, «Yerdənkənar mədəniyyətlərin mövcud­
luğu problemi») ritorik-psixoloji baxımdan daha uğurlu, anlaşıqlı 
və cəlbedici düşünülmüşdü.
Fikrin reklam və tematik adlan bəzən ikiqat başlıqda, məsələn: 
«Nitq inciləri (atalar sözü və məsəllərdən istifadə haqqında)» 
birləşir.
Mövzunun adına reklam, maraqlandıncı xarakter verməyin 
m üxtəlif üsullan mövcuddur.
Bu üsullardan bəzi geniş yayılmışlanm sadalayaq (nitq 
mədəniyyətində jestlər haqqında):
• 
O brazlı başlanğıcın daxil edilm əsi
(«İnsan açıq kitab kimi»; 
«Danışan əllər»; «Jestlər - yalan detektorlandır»);
• 
Sualın qoyuluşu.
Ümumi, xüsusi, yaxud alternativ xarakter­
li suallann formalaşdınlması mümkündür. M üqayisə edək: «Siz 
jestlərin dilini bilirsinizmi?»; «Sözlər olmadan anlamağı necə 
öyrənməli?»; « Jestlər: köməkçilərdir, yoxsa satqınlar?» (sonuncu 
nümunədə jestl əri canlandıran metafora ilə birlikdə);
• 
Frazeologizm lərin, sitatların cəlb edilməsi:
«İmicinizi öz 
əllərinizlə yaradın» (seçilmiş ifadənin məcazi və həqiqi mənasımn 
canlandınlması); «Fikrin dilsiz işarəsi»- qədim şeirdən olan bu 
sitatda jest haqqında belə deyilir: «Fikrin dilsiz işarəsi, \\ Hissin 
sözsüz işarəsi»;
• 
Q afiyələnmə.
Çıxışın nəsrlə olan yerdə qalan hissəsilə mü­
qayisədə homeotelevtin qədim ritorik fiqurundan ibarət olub,
171


düşünülmüş adın xüsusilə möhkəm yadda qalmasını təmin edir 
(«Jestdən et istifadə - vaxtını vermə badə»; «Natiqin jesti- bir dost­
luq testi»; «Jestdə axtarma qılıq, razılıq-narazılıq!» (alternativ su­
allarla birləşdirilərək və s.).
Bununla yanaşı, universal xarakterə malik «reklam» adlarda 
«maraq oyadıcı» leksika və frazeologiyadan istifadəyə rast gəlinir 
(tapmacalar, metamorfozalar, kəşflər, paradokslar, sirlər, qeyri-adi, 
sensasiyalı, heyranedici,... dünyasına səyahət... və s., Məsələn: Jes­
tin sirləri; Xüsusi cəlbedici dil; İşarələr dünyasına səyahət və s .,).
N itqin m əqsəd istiqam ətinin form alaşdırılm ası Ümumi məq­
sədindən asılı olaraq çıxışların təsnifatını nəzərdən keçirək. Nit­
qin uğurlu alınması üçün həm də natiq tərəfindən qarşıdakı nitqin 
məqsədinin daha düzgün və dəqiq dərk edilməsi mühüm əhəmiyyətə 
malikdir. Filosof Seneka demişdir: «Kim ki, yolunun hansı limana 
olduğunu bilmir, onun üçün heç vaxt külək arxadan əsməz».
Camaat qarşısında çıxış zamanı bu, o deməkdir ki, nitq üçün 
nə qədər yaxşı şərait yaransa, auditoriyanın ilkin əhval-ruhiyyəsi 
nə qədər yaxşı olsa belə, danışan tərəfindən şüurlu olaraq müəyyən 
edilmiş və həyata tətbiq edilmiş məqsəd olmadan, bu çıxış sözün 
əsl mənasında baş tuta və ona sərf olunan vaxtı doğrulda bilməz.
Nitqin məqsədi dedikdə ritorikada dinləyicilərin arzuolunan 
reaksiyasının mövcudluğu başa düşülür. Deməli, natiqin söylə­
yəcəkləri üzərindəki bütün işi ona yönəldilməlidir.
B ir çıxışda həyata keçirilən ümumi (məqsədin müəyyən növü) 
və konkret məqsədlər göstərilir. Hələ Roma ritorikasında ümu­
mi natiqlik məqsədlərinin üçlüyünü xüsusi olaraq qeyd edirdilər: 
öyrətmək (docere), təhrik etmək, qaldırmaq (movere), könlünü aç­
maq, əyləndirmək (delectare). Ümumi məqsədlərin Amerika praq­
matik ritorikasında yaranmış müasir növləri də genetik olaraq bu 
bölgüyə və onlara əsaslanan mülahizələr qrupuna gedib çıxır.
Natiq çıxışlarının aşağıdakı ümumi məqsədləri və müvafiq 
janr qrupları qeyd olunur:
1. məlumatverici (mühazirə, məruzə, məlumat üçün səciyyə­
vidir);
2. inandırıcı (ittiham, yaxud müdafiə nitqlərində istifadə olunur);
172


3. fəaliyyətə çağıran (mitinq nitqləri, reklam çıxışları);
4. ruhlandırıcı (moizə, hərbi-vətənpərvərlik çıxışları);
5. əyləndirici (bəzi tostlar, şifahi yumoristik hekayə);
6. məxfi, məhrəm (tövbə, məhəbbət etirafı nümunə ola bilər).
Sadalanan məqsəd növlərindən xüsusilə geniş dəlillər siste­
minə malik çıxışlara xas olan ikinci, üçüncü və dördüncüsü bə­
zən təşviqat istiqamətli anlayışlar şəklində birləşir. Təbiidir ki, 
mülahizələrdə qarşıya bəzən bir yox, iki, yaxud bir neçə ümumi 
məqsəd qoyula bilər, lakin onların arasında da əsas və əlavə olanlar 
fərqləndirilir.
Belə ki, çıxışların mütləq əksəriyyətində müəyyən yeni məlu­
mat olur. Lakin bu məqsəd əsas kimi qoyulur, məsələn, əsas məqsədi 
fəaliyyətə çağırış, haqqında danışılan ölkəyə gəzməyə getmək qə­
rarına yönəltmək olan turizm agentinin Böyük Britaniyanın memar­
lıq abidələri haqqındakı nitqində müvafiq məlumatlar yer alacaqdır.
Çıxışın konkret məqsədləri hər bir əsas məqsədin bazasında 
şərti model əsasında formalaşır: konkret məqsəd - ümumi məqsəd 
- müvafiq başlıca fikir.
Məsələn, ritorika kursu üzrə giriş mühazirəsinin konkret 
məqsədləri aşağıdakılardan ibarət ola bilər:
• Klassik anlamda ritorikanın nitqin inandıncılığı və onun ya­
radılması incəsənəti, elmi olması haqqında məlumat (informasiya) 
verilməsi;
• Həm işgüzar, həm də şəxsiyyətlərarası ünsiyyətdə ritorik ba­
carıqların hamı və hər kəs üçün faydalı olmasına inandırmaq;
• Dinləyiciləri bəlağətli və inandırıcı danışmaq bacınğının 
tədricən inkişaf etdirilə bilməsi və təkmilləşdirilməsinin məqsəd- 
yönlülük, əməksevərlik, uğura inamla («natiq olurlar») mümkün 
olması ilə ruhlandırmaq.
Yuxanda sadalanan və çıxış zamanı həyata keçirilmək üçün 
irəli sürülən bütün məqsədlərin birliyini ümumilikdə məqsəd ad­
landıracağıq.
B ir daha qeyd edək ki, natiq çıxışın məqsədini nə qədər hərtə­
rəfli və dərindən dərk edirsə, onun uğur qazanmaq şansı bir o qədər 
artıq olur.
173


Məsələn, təsəvvür edək ki, təsvir olunan halda natiq dar ip- 
formasiya məqsədi ilə kifayətlənmək qərarına gəlir və artıq birin­
ci mərhələdə öz mühazirəsini ritorika tarixindən mümkün bütün 
məlumatlarla doldurur, lakin bu zaman əlavə məqsədlərin əhəmiy­
yətini nəzərdən qaçırır.
Nəticədə o, dinləyicidə müsbət motivasiyam formalaşdıra bil­
məyəcək, gələcəkdə kurs üzərində işləmək üçün lazım olan emosi­
onal təkanı verməyi və nəticədə fənnə maraq oyatmağı bacarma­
yacaq.
Çıxış üçün m aterial seçilməsinin əsas m ənbələri Yaranışın 
komplektləşdirici - işləmə mərhələsində natiqin əlində, ümumilikdə 
götürülsə, aşağıdakı informasiya mənbələri olur:
1. şəxsi düşüncələri, xatirələri, təxəyyülü;
2. bəhs ediləcək sahəyə aid xüsusi təşkil edilmiş müşahidələr 
və şəxsi təcrübə;
3. Nüfuzlu şəxslərdən məsləhət alınması;
4. Radio-televiziya verilişlərinin dinlənilib qavranılması.
Bir qayda olaraq, natiq tərəfindən hazırlıq mərhələsinə nə qə­
dər müxtəlif mənbələr cəlb edilərsə, onun nitqi dinləyicilər üçün 
bir o qədər məzmunlu və maraqlı alınar. Auditoriya üçün natiqin 
bəhs etdiyi sahədə şəxsi təcrübəsinin olması böyük maraq doğurur 
(jurnalistlərin xüsusilə kəskin problemli materiallar hazırlayarkən 
istifadə etdiyi «rolun yoxlanması», «obraza daxil olma» metodu­
nun tətbiqi).
N itqin m əzm unuun kəşf edilm əsi üçün evristik sxem lərdən 
istifadə edilməsi
Hələ maarifçilik dönəmində ilk baxışdan bir-birinə tamamilə 
zidd olan iki tezis formalaşdırılmışdı: «İnsanlar kitab oxumağı 
tərgitdikləri zaman düşünməyi də tərgidirlər» (D. Didro) və «Bir 
çox insanlar yalnız ona görə kitab oxuyurlar ki, düşünməsinlər» 
(K. Lixtenberq).
Sözsüz ki, dördüncü qrup mənbələrindən istifadə nitqi bir çox 
istedadlı və qeyri-adi insanların (çox zaman hətta natiqdən zaman 
və məkan baxımından əhəmiyyətli dərəcədə uzaq olanların) intel­
174


lektual tapıntıları ilə zənginləşdirə bilər. Lakin beynin əvvəlcədən 
başqalarından alınma ideya və nümunələrlə doydurulması nitqə 
hazırlaşan insanın problemi öz nəzər-nöqtəsindən görməsinə mane 
ola bilər. Bu səbəbdən, göstərilən mənbələrə nitqin məzmununun 
kəşf edilməsi üçün müraciət edilən mənbələr prioritetlik (üstün­
lük, mühümlük) baxımından növbəlilik planında formalaşdırıl­
malıdır. Əməli işdə bu, ritorik cəhətdən hazırlıqlı insanın nitqin 
məzmununun zənginləşdirilməsi üçün həmin an yerindən qalxıb 
özgə fikirlərinin ardınca kitabxanaya qaçmayacağı mənasını verir.
Məsələni şəxsən anlamanın ilk cücərtilərinin boğulmaması 
üçün və elə həmin informasiya axtarışını, bu sahədə fəaliyyətini 
gələcəkdə səmərəli şəkildə planlaşdırmaqdan ötrü təcrübəli ritor 
əvvəlcə özünün gücü çatanlannı etməli, öyrəniləcək məsələnin 
mümkün məzmun istiqamətlərini dərk etməyə çalışmalıdır.
Bəs natiqin gələcək nitqin məzmunu üzərində düşüncələri nə 
şəkildə təşkil olunmalıdır? Axı, heç də həmişə insanın iradəsinin 
hökmü, daxilən səslənən «düşünməyə başla!» komandası ilə be­
yində təzə, qiymətli ideyalar meydana çıxmır. Bu baxımdan ağlın 
işini daha məhsuldar edən perspektiv istiqamətləri bilməsi natiqin 
köməyinə çatır.
Klassik ritorikada bu toposlann (nitqin predmeti və gerçəklik 
arasındakı «ümumi yerlərin», universal əlaqələrin - məsələn, aşa­
ğıdakı fikir modelləri: cins və növ, bütöv və hissə, daxili və xarici 
xüsusiyyətlər, adı (adın mənşəyi, zaman və yer, səbəb və nəticə
məntiqi və bədii müqayisələr, əksliklər və s.)) birliyidir.
Toposlan nəhəng dolabın çəkilə bilən və içərisində mülahi­
zənin mövzusuna potensial şəkildə uyğun gələn saysız-hesabsız 
ideyalar olan bölmələri ilə müqayisə edirlər. Hələ Aristotel 24 topo- 
su təsvir etmişdi. M.V.Lomonosov «Bəlağətli nitqə qısa rəhbərlik» 
əsərində 16 mühüm toposu sadalamışdı.
Toposlar mövzunun əsas anlayışları və başqa anlayışlar ara­
sındakı çoxşaxəli əlaqəni, başlanğıc ideyalara aid göstərişləri, to­
poslan və törəmə ideyalan daha ciddi cədvəl formasında, yaxud 
daha sərbəst sxematik formada, bir növ, «ideyalar ağacı» şəklində 
formalaşdırmağa imkan verir.
175


Nitqin özündə tapılmış ideyalar meydanaçıxma ardıcıllığı­
na görə yox, seçilmiş, natiq üçün rahat olan şəkildə (heç təsadüfi 
deyil ki, hələ Lomonosov ağlın uğurlu yaradıcılıq fəaliyyəti üçün 
qarşılıqlı əlaqələrin, ideyaların uyğunlaşdırılınası və lazımsız 
təsəvvürlərin qarşısının alınması bacarıqlarının çox mühüm olma­
sını göstərirdi) aktuallaşdınlır.
Klassik toposlar sisteminin «varisləri» çağdaş Amerika rito­
rikasında təbliğ edilən müasir evristik sxemlərdir. Məlumdur ki, 
«evrika» sözü hərfi mənada «tapdım» (suya batan kütlə tərəfindən 
itələyici qüvvənin təsiri haqqında qanunu kəşf edən Arximedin 
əfsanəvi səslənməsi) deməkdir. Ritorika sahəsində evristik sxemlər 
mövzunu m üxtəlif cəhətlərdən nəzərdən keçirmək imkanı verən 
suallar sırası kimi görünə bilər.
Şübhəsiz ki, gələcək müzakirələr probleminin özü natiqdə 
yaradıcılıq ilhamı yaradır, bu səbəbdən süni dayaqlara («təfəkkür 
dəstəyi») ehtiyac olmaya da bilər. Bununla yanaşı, hətta söhbətin 
mövzusuna həqiqi maraq göstərildiyi zaman da şəxsi fikirlərini, 
universal və nizama salınmış məntiqi-ritorik ehtiyatlarının kor­
təbii hərəkətini yoxlamaq xeyirli olar.
Gələcək natiq çıxışının məzmununun zənginləşdrilməsi üzə­
rində düşüncələr və müstəqil işdən sonra yaranan suallara cavab 
tapmaq məqsədilə hazır informasiya mənbələrinə müraciət edir. 
Burada biz nitqin predmeti üzrə ədəbiyyatla tanışlıq sahəsində ay- 
n-ayn, daha çox məlum olan tövsiyələrlə kifayətlənəcəyik ki, bun­
lar mövzunu dərk etmək üçün fikir üfüqlərini əhəmiyyətli dərəcədə 
genişləndirməyə imkan verir.
Y aranış zam anı ədəbiyyat q a y n aq la rı ilə səm ərəli işə aid 
tövsiyələr Ədəbiyyat mənbələrinə müraciət edilərkən informasiya 
axtarışı üç əsas pillədən keçir:
1. biblioqrafik axtanş (natiqi maraqlandıran nəşrlərə aid mə­
lumatların tapılması);
2. sənədli axtanş (həmin nəşrlərin özlərinin əldə edilməsi);
3. nəzəri - faktoqrafik axtanş (mənbələrdən çıxışda əks 
etdirilmək perspektivi olan məlumat, müddəa və nümunələrin 
seçilməsi).
176


Biblioqrafik axtarışın həyata keçirilməsi yollarında qısaca da­
yanaq, axı, bütün elmlərə qapılan açan qızıl açann qədim zaman­
dan bəri biblioqrafiyanın emblemi olması nahaq deyil.
Bu gün artıq təkcə kartoçka yox, həm də elektron forma­
da təqdim olunan kataloqlar biblioqrafik informasiya «xəzinəsi» 
hesab edilir. Kataloqlar m üxtəlif prinisiplər əsasında təşkil edilə 
bilər: əlifba, fənn (mövzu), sistemli kataloqlar mövcuddur.
Fənnə əsaslanan yanaşma - əlifba prinsipi ilə yerləşdirilən əsas 
anlayışlann seçilməsinə; sistemli - elmlərin m üxtəlif sahələrinin 
seçilməsinə əsaslanır ki, bu elmlərin hər birinin şifri zərurət yaran­
dıqda ayrıca xüsusi göstəriciyə əsasən dəqiqləşdirilir.
Elmin müəyyən sahəsini inkişaf etdirən nəşrlər haqqında 
əlavə, xüsusilə ən yeni məlumatların axtarılması referatlar haqqın­
da məlumat jurnallarının nəzərdən keçirilməsi zamanı aparıla bilər. 
Bu jurnallarda müəyyən sahə üzrə son dövrlər üzrə nəşr olunmuş 
mənbələr haqqında məlumatlar olur, həm də bu zaman təkcə bib­
lioqrafik məlumatlar yox, eləcə də işlərin qısa annotasiyası və ya 
xarici nəşrlərin referatlan yerləşdirilir.
Bundan başqa, çıxışın mövzusu üzrə artıq tapılmış mənbələrdə 
olan ədəbiyyat göstəriciləri də «gizli biblioqrafik vəsait» he­
sab edilir. Bu, hər şeydən əvvəl, kitabın və məqalənin sonundakı 
ədəbiyyat siyahıları, həmçinin məqalələrin daxilindəki biblioqra­
fik məlumatlardır.
Bu yol çox perspektiv hesab edilir, çünki ondan istifadə za­
manı bilavasitə ixtisaslı mütəxəssislər tərəfindən problemlə bağlı 
yerinə yetirilmiş iş nəzərə alınır. M əşhur fransız ədəbiyyatşünası 
Andre M orua belə axtarış metodunu «ulduzlu» adlandırır: hər bir 
nəşr şüa kimi başqalarının yolunu işıqlandırır.
Əgər verilən məlumatlann dərin və hərtərəfli olması təmin 
edilməlidirsə, hazırlaşmağa ayrılan vaxtın imkan verdiyi qədər 
biblioqrafik axtarışın m üxtəlif yollarından istifadə etmək lazımdır.
Seçilmiş ədəbiyyat mənbələri ilə tanışlığın səmərəli ardı­
cıllığının müəyyənləşdirilməsi zamanı əqli işin elmi təşkili üzrə 
mütəxəssislər aşağıdakı a m i l l ə r i nəzərə alırlar:
177


• Mətnin mənimsəmə üçün çətinlik dərəcəsi - qavramada sadə 
və anlaşıqlı mənbələrdən daha mürəkkəb, oxucunun böyük hazır­
lığa malik olmasını tələb edən mənbələrə keçirlər (məsələn, möv­
zu üzrə məlumat kitabı-lüğətdəki məqalə ilə tanışlıqdan məhz bu 
problemə həsr olunmuş monoqrafiyaya);
• Mənbənin nəzərilik səviyyəsi (nəzəri cəhətdən daha çətin 
olan mətnlərdən daha tətbiqi, öyrənilən müddəalardan əməli nəticə 
çıxaranlara, məsələn, ali məktəb dərsliyinin müvafiq bölməsindən 
bu mövzunun tədrisi problemlərini şərh edən metodik tövsiyələrə);
• Problemin əhatəliliyinin genişliyi (daha ümumi və geniş 
profilli mənbədən mövzu əhatəsinə görə daha dar olana- məsələn, 
problemi ümumi şəkildə bütünlükdə əhatə edən kitablardan möv­
zunun xüsusi istiqamətlərini əks etdirən jurnal məqalələrinə);
• Əksinə xronoloji ardıcıllıq (yeni informasiyanı əks etdi­
rən mənbələrdən daha köhnə, mövzunun öyrənilmə tarixini əks 
etdirənlərə). Bu, köhnəlmiş məlumatları nəzərə almadan, məsələ­
nin müasir vəziyyətinə aid lazım olan anda məlumat əldə etmək 
imkanı verir.
Nitqə hazırlaşarkən insan diri-diri kitab qalağı altında basdırıla 
bilər (və əksinə, onun köməyi ilə bu qalağın üzərinə yüksələ bilər). 
Bu, mövzunun məzmununu axtararkən mənbələrlə işləməyin 
səmərəlilik dərəcəsindən asılıdır.
İnformasiya axtan şımn nəzəri-faktoqrafik pilləsində ayn-ay- 
n ədəbi mənbələrlə tanışlıq zamanı oxu strategiyasının çevikliyi 
prinsipinin seçilməsi haqlı hesab edilir.
Qeyd edilən prinsipin obrazlı şəkildə ifadəsi ingilis filosofu 
F.Bekonun (XVII əsr) məlum mülahizəsində verilmişdir: «Bəzi 
kitablann biz dadına baxm q, digərlərini uduruq, çox az qismi­
ni çeynəyir və həzm edirik». Şübhəsiz, bu gün ən m üxtəlif elm 
sahələrində nəşrlərin sayı son dərəcə çoxdur və «məhvedici zərbə 
sürətilə» zənginləşməkdə davam edir, bu səbəbdən, «informasiya 
Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin