dərindən düşünüldükdə,
məlum olur ki, bu anlayış o qədər də sadə
deyil və onun bildirdikləri müəyyən tərkib hissələrindən ibarətdir:
1. materialın hissələrə ayrılması;
2. bu hissələrin bir-biri ilə və bütünlükdə nitqlə əlaqələndirilməsi;
3. onların yerləşdirilmə ardıcıllığı.
Nəzərdən keçirilən anlayışın üç məna komponenti materi
alın yerləşdirilməsi mərhələsində natiqin
fəaliyyətinin tərkibini
müəyyənləşdirir. Buna üç qlobal əməliyyat uyğun gəlir: seçilmiş
materialın quruluşunun müəyyənləşdirilməsi, hissələrin ölçülərinin
motivləşdirilmiş şəkildə uyğunlaşdırılınası (proporsionallaşdınl-
ma), onların düzülüş qaydasının müəyyənləşdirilməsi.
Qeyd edək ki, ritorikaya aid antik mənbələrdə natiqin fəaliy
yətinin müzakirə edilən mərhələsi (yerləşdirmə) «dispozisiya»
adlanırdı və «kompozisiya» sözü ilə eyni kökdən əmələ gəlmişdi.
Bu terminə, məsələn, L. N. Tolstoyun «Hərb və sülh»
əsərində
rast gəlinir - XIX əsrdə o (həmin termin), orduya döyüşdən öncə
müəyyən mövqe tutmaq barədə verilmiş əmri bildirirdi.
Beləliklə,
bu mərhələdə natiq ideya ordusunu daha təhlükəsiz və döyüşə qa
bil şəkildə düzən, özünün etibarlı ön və arxa cəbhəsini quran sər
kərdə kimi gözümüz önündə canlanır.
Beləliklə, çıxışın materialı hansı kompozisiya bloklarına bölü
nürdü?
Baxmayaraq ki, ritorikanın tarixi kursundan məlum oldu
ğu kimi, Aristotel də daxil olmaqla bütün qədim müəlliflər çıxışın
quruluşunda səkkiz tərkib hissə olduğunu qeyd edirdilər,
istənilən
mətnin tərkibində hissələrə ayrılmanın birinci mərhələsində üç ib
tidai ünsür daha möhkəmlənmiş və sabit şəkildə formalaşmışdır:
giriş - əsas hissə (açılma, yaxud mövzunun şərhi) - yekun.
Bu hissələr istənilən məktəb inşasının planında yer alır və rum
rəqəmləri ilə qeyd edilir ki, bu da onların böyüdülmüş xarakteri
ni, birinci növbədə olanlara aidliyini göstərir. Onları gələcək şifahi
nitqin konspektində də eynilə belə göstərmək mümkündür.
Yeri gəlmişkən, mülahizənin tərkib hissələrinin bu tipologiya
sı antik qaynaqların yuxanda qeyd olunmuş səkkiz hissəli sxeminə
zidd deyil, çünki giriş və yekun (proloq və epiloq) həmin tipologi
yanın da tərkibinə mütləq daxil edilirdi.
182
Göstərilən üç hissə, adətən, hətta sərbəst kompozisiyalı adlan
dırılan, natiqin «şüur seli» modeli üzrə inkişaf edən improvizasiya-
lı çıxışlarda da mövcud olur. Mətnin üç hissəli quruluşu çox zaman
gələcək nitqini vaxt darlığı (seytnot) vəziyyətində düşünməli olan
natiqin intellektual səylərinin səfərbər olunmasına xidmət
edir və
nitqə bir neçə dəqiqə qalmış tələsik edilən qeydlərdə əks olunur.
Dostları ilə paylaş: