6
ÖN SÖZ
Dəri xəstəlikləri öz klinik gedişinə görə çoxşaxəli olması və rəngarəngliyi ilə fərqlə-
nir. Çox vaxt əmələ gələn səpgilər orqan və sistemlərin dəyişikliyi, daxili orqanların pa-
tologiyası, mərkəzi sinir sisteminin və orqanizmin adaptasion mexanizmlərinin pozuntu-
ları fonunda müşahidə olunur. Dermatoloji xəstəliklər artıq uzun müddətdir ki, məhdud
ixtisasın çərçivəsindən kənardadır. Ona görə də mütəxəssisin bu fənnin əsaslarını mə-
nimsəməsi geniş profilli klinisistin gündəlik fəaliyyətində əsasdır və onların öyrənilməsi
tıbbın müxtəlif sahələrində işləyən həkimlər üçün əsas etaplardan biridir.
Ona görə də azərbaycan dilində tərtib edilmiş “Dermatologiya” dərsliyi vaxtında nəşr
olunmuş dərs vəsaitidir. Dermatologiya üzrə azərbaycan dilində əvvəlki iki dərslik 1975
və 1998-ci illərdə çapdan çıxmışdır.
Bu illər ərzində dermatozların etiologiya, patogenez, diaqnostika və müalicəsi üzrə
bir çox sualların traktovkası dəyişilmişdir ki, bu da dermatovenerologiya üzrə azərbay-
can dilində müasir tələblərə cavab verən dərs ədəbiyyatına zəruri ehtiyac yaradır.
Təqdim olunmuş dermatovenerologiya üzrə dərslik ümumi və xüsusi dermatologiya
üzrə əsas bölmələri əhatə edir. Ümumi dermatologiya bölməsində dərinin anatomiyası,
histologiyası və fiziologiyası üzrə müasir məlumatlar, dermatozların diaqnostik əsasları,
sistemli və topik terapiyanın prinsipləri daxil edilmişdir. Xüsusi dermatologiya bölmə-
sində isə tez-tez təsadüf edilən dermatozların diaqnostik klinikası, müalicə və profilak-
tikası şərh edilmişdir.
Dərsliyə əvvəlki nəşrlərdə baxılmayan dermatologiya üzrə yeni fəsillər daxil edil-
mişdir: dərin mikozlar, tropik dermatozlar, vaskulitlər, limfomalar, İİV-infeksiya zama-
nı dermatoloji təzahürlər. Dərslikdə təsvir edilmiş dermatoloji xəstəliklərin əksəriyyəti
rəngli şəkillərlə təqdim edilmişdir.
“Dermatologiya” Ali tibb müəssisələrinin tələbələri, rezidentlər üçün olan tədris
ədəbiyyatları arasında layiqli yer tutacaq və təkcə həkim-dermatoloqların gündəlik fəa-
liyyətində deyil, həm də müxtəlif profilli həkim-klinisistlər üçün də lazımivəsait olacaq-
dır.
Dostları ilə paylaş: