Ekoloji Səbəblərdən Meydana gəlmiş Münaqişələrin Qarşısının alınması və ya
Onlara Qarşı Tədbirlərin Görülməsi
İqlim dəyişikliyi ekoloji diqqəti ekoloji, enerji və iqtisadi maraqları milli və beynəlxalq
təhlükəsizlik mülahizələrinə yönəldib. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası
üzrə İdarəsi bildirir ki, son 30 il ərzində qasırğaların, quraqlıqların və daşqınların sayı 3
dəfə artıb, təbii fəlakətlərinə təsirinə məruz qalmış insanların sayı isə 5 dəfə artıb.
Sabiq Baş Katib Kofi Annan xəbərdarlıq edir ki “ekoloji tənəzzül onsuz da münaqişəyə-
meylli olan əraziləri məhv etmək potensialına malikdir. Bu xüsusilə cüzi resurslara qeyri-
bərabər çıxış və ya bu cür çıxışın siyasiləşdirildiyi hallara aiddir
22
.
Son zaman həyata keçirilən tədqiqqatlar göstərir ki, iqlim dəyişikliyi getdikcə sürətlənir və
əvvəlkindən daha da kəskinləşə bilər. Qabaqcıl kompüter modelləşdirilməsi proqnoz verir
ki əsrin sonuna kimi, planetimiz, öldürücü istilik dalğaları, uzunmüddətli quraqlıq, və
istixana qzlarının insanlar tərəfindən havaya buraxılması səbəbindən əmələ gəlmiş qlobal
istiləşəmənin meydana gətirdiyi intensivyağışlı tufanlar kimi daha çox fövqəladə iqlim
halları ilə üzləşəcək. Alimlər vurğulayır ki fövqalədə hallar – iqlim dəyişikliyinin nəticələri
kimi – qərar qəbul etmə prosesinə inteqrasiya edilməlidir. Yüksək doğumluluğa malik
ölkələrin çoxu dünyanın ən kəskin müharibələrinin təsirinə məruz qalmış ölkələrdir.
İnsanların torpaqlara və resursları intensiv şəkildə istismar etmələri o ərazilərdəki
münaqişələrin kəskinləşməsi ehtimalını artırır. Əhalinin yenə də Hindistan və Çin kimi
onsuz da sıx əhaliyə malik ölkələrdə artmağa davam edəcək. Və 2025-ci ilədək, sahildə
yaşayan əhalinin sayı 35% artaraq, okeanın 60 milliyində yaşayan əhalinin sayını 2.75
22
Silahlı münaqişələrin qarşısının alınması üzrə irəliləyiş hesabatı, Kofi Annan, 2006-cı il.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
121
milyarda çatdıracaq. Nəticə etbarilə bu insanlar iqlim dəyişikliyi və dəniz səviyyəsinin
artması səbəbindən təbii fəlakətlərə qarşı daha aciz olacaqlar.
Tədqiqatlar dəniz suyunun səviyəssinin qalxması barədə proqnozlarda ciddi qeyri-
müəyyənliklərin olduğunu göstərsələr də, sahildə yaşayan əhalinin risk altında olduğu
danılmaz bir faktdır. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelin məlumatlarına
əsasən, 2100-cu ilədək qlobal istiləşmə səbəbindən dəniz səviyyəsinin 9-88 santimetr, ən
çox isə 140 santimetr qalxması gözlənilir. Qrenlandiya və Antarktidanın əriyib-
əriməyəcəyini qabaqcadan demək çətin olsa da, tədqiqatçıların fikrinə görə bu ərazilər
dəniz səviyyəsini 70 metrədək qaldırmaq üçün kifayət qədər suya malikdirlər.
Sundarban adaları – Banqladeş və Hindistan sahillərindən aralı – dəniz səviyyəsinin
qalxması və erroziya səbəbindən yoxa çıxmaqda olan ilk insan yaşamayan adalar
sırasındadırlar. Bu, növbəti 10 il ərzində 100, 000 insanın köçürülməsinə (evakuasiya
edilməsinə) səbəb olacaq. Bir çox Tuvalular da öz sakit okeandakı adalarını tərk edir və
Yeni Zelandiya ərazisindəki daha təhlükəsiz ərazilərə köçürlər, və bununla da rəsmo
şəkildə ekoloji qaçqınlara çevrilirlər. 2005-ci ilin sonunda, Sakit okeanda yerləşən
Vanuatunun Tequa adasının 100-dən çox sakini təcavüzkar qasırğalardan və dalğalardan
qorunmaq üçün daha yüksək ərazilərə köçürülüblər. Sakit Okean Ölkələrində
Adaptasiyanın İnkişafı üçün Potensialın Gücləndirilməsi proqramı çərçivəsində həyata
keçirilən bu köçürmə əməliyyatı iqlim dəyişikliyi səbəbindən baş vermiş formal kütləvi
yerdəyişmənin ilk nümunəsi sayıla bilər.
Dəniz suyunun səviyyəsi artdıqca, bütün ada ölkələri – Maldiv adalarından tutmuş Marşal
adalarına kimi – Banqladeşdən, Misirə və Alyaskaya kimi yerləşən ölkələrin ərazilərinin
çox hissəsi, və bir çox sahil şəhərləri risk altına düşürlər. Bu da sakinlərin
mədəniyyətlərini və sağ qalmalarını təhlükə altına alır. Mütəxəssislər xəbərdarlıq edir ki,
Sakit okeanının aşağı səviyyədə yerləşən və artıq təsirə qalmış adalarından əlavə,
Banqladeş və Çinin bir hissəsi, İndoneziya və Vyetnam kimi əhali sıx yerləşmiş ölkələrdə
yaşayan milyonlarla insan dəniz suyu səviyyəsinin qalxması səbəbindən köçürülməyə
vadar edilə bilər.
BMT-nin dəyərləndirmələrinə əsasən, 2012-ci ilədək iqlim dəyişikliyi səbəəbindən
meydana gəlmiş qaçqınların sayı 50 milyon ola bilər. “Krisçen Eyd” təşkilatının verdiyi
məlumata əsasən isə, növbəti 50 il ərzində əsasən ekoloji şərait səbəbindən 1 milyard
insan miqrasiya etməyə məcbur edilə bilər. Bunların çoxu dünyanın ən kasıb ölkələrindən
– Sahara zonası, Cənubi Asiya və Yaxın Şərqdən olacaq. 2007-ci ildə 25 milyon insanın
münaqişə, insan haqları pozuntusu səbəbindən, 25 milyon insanın təbii fəlakətlər
səbəbindən, və 105 milyon insanın böyük inkişaf layihələri səbəbindən yerlərini dəyişdiyi
qeydə aınıb. 8.5 milyon insan isə hal-hazırda rəsmi şəkildə qaçqın kimi tanınıblar. 2050-ci
ilədək, təqribən 250 milyon insanın iqlim dəyişikliyi ilə əlaqədar daimi olaraq yerlərini
dəyişmək ehtimalları var. Birləşmiş Millətlər Universitetinin Ekologiya və İnsanın
Mühafizəsi İnstitutunun Direktoru Yanos Boqardi, BMT-ni gələcək ekoloji qaçqınların
vəziyyətinə yardım etməklə əlaqədar qanuni sistem təsis etməyə çağırıb. O ekoloji
qaçqınları, beynəlxalq qaçqınları mühafizə qanunvericiliyinə daxil etməklə “biz qaçqınları
mühafizə etməyin ən güclü vasitələrindən birini zəiflədirik” qorxusunu da nəzərə alıb.
Nəticə etibarilə, BMT “ekoloji qaçqınlara kömək etməyin digər üsullarını tapmalıdır”. O
həmçinin qeyd edib ki, ekoloji amillər miqrasiyanın daha açıq-aydın səbəblərinin kökündə
yatır.
Arktik dənizinin əriməsi Şimali-Qərb dəhlizini beynəlxalq gəmiçilik yolu kimi açacaq, və
suverenlik və ekoloji nəticələrə dair beynəlxalq müzakirələrə təkan verəcək. Potensial
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
122
dənizçilik yolundan əlavə, Şimali-Qərb dəhlizinin açılması, neft də daxil olmaqla zəngin
ehtiyatlardan istifadə imkanını təmin edəcək. Araşdırmanın irəli sürdüyü fikrə əsasən,
dəhliz buzdan azad olmalı və 2015-ci ildən tez olmayaraq dənizçilik üçün açılmalıdır.
Alimlərin, siyasətçilərin və ekoloji aktivistlərin problemin mürəkkəbliyi barədə
xəbərdarlıqlarına baxmayaraq, bu zəif ərazi üçün heç bir beynəlxalq nizamnamə təsis
olunmayıb. Kanadanın regionun suverenliyini tələb etməsi digər ölkələrlə fikir ayrılığına
gətirib çıxarır. Çünki ABŞ, Danimarka və Rusiya da daxil olmaqla bu ölkələr, ərazinin
beynəlxalq sular ya da öz ərazilərinin davamı olmasını iddia edirlər.
Hər qitədə suyun səviyyəsinin aşağı enməsi qeydə alınıb: bəşəriyyətin 40%-i 2 və ya
daha artıq ölkənin idarə etdiyi su qovşaqlarından asılıdır. Vahid sərhəd su idarəetmə
sistemləri təsis edilməyincə münaqişələrin kəskinləşəcəyi gözlənilir. Beynəlxalq Suyun
İdarəedilməsi İnstitutu qeyd edib ki, son 100 il ərzində sudan İstifadə 6 dəfə artıb, və
2050-ci ilədək yenidən artacağı gözlənilir. Bugün su çatışmamazlığından 700 milyon
insan əziyyət çəkir; 2025-ci ilədək, bu göstərici 3 milyarddan artıq ola bilər. İqlim
Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin Təsirlər, Adaptasiya və Həssaslıq üzrə
hesabatına əsasən proqnozlaşdırır ki “Hal-hazırda suyu olan 100 milyonlarla Afrikalı və
10 milyonlarla Latın Amerikalı 20 ildən də az vaxt ərzində bu sudan məhrum olacaq.
2050-ci ilədək, Asiyada 1 milyarddan çox insan su çatışmamazlığı ilə üzləşəcək”. “Green
Cross İnternational” təşkilatı sudan istifadə hüquqlarına təminat verəcək beynəlxalq
qanuni sənədin qəbul olunması üçün bir daha dünyaya səslənib.
Böyük Britaniyanın Hidrometereoloji Xidmətinin Hadli Mərkəzinin dəyərləndirmələrinə
əsasən, 2050-ci ilədək kəskin quraqlıq şəraiti dünya torpaqlarının 10%-ini – indikindən 5
dəfə çox - təsirə məruz qoya bilər və əsrin sonuna kimi bu göstərici 30% ola bilər. 2006-cı
il Beynəlxalq Səhralar və Səhralaşma ili olub, və YUNEP İdarə Şurası tövsiyyə edib ki,
mübarizə aparmaq, qarşı durmaq və hətta bu fenomeni aradan qaldırmaq yollarını
araşdırmaq məqsədilə 2010-20-ci illər BMT-nin Səhralar və Səhralaşmayla Mübarizə illəri
elan olunsun. Sahara səhrasının cənubdan genişlənməsi aclığı və miqrasiyaları artırır, və
Afrika qitəsi boyunca münaqişə risklərini çoxaldır.
Təbii fəlakətlərin sayının artması və intensivliyi qlobal erkən xəbərdarlıq sisteminin təsis
edilməsinə təkan verib. Hind Okeanı sunami xəbərdarlıq sistemi 2006-cı ilin iyul ayından
işlək elan olunub, lakin hələ yerli koordinasiyaya ehtiyac var. 2006-cı ilin İyul ayında
İndoneziyaya zərbə endirmiş sunami 54, 000 insanı öz təsirinə məruz qoyub (550 nəfər
ölüb), çünki əhaliyə əvvəlcədən heç bir xəbərdarlıq edilməmişdi. BMT-nin Təbii
Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiya sistemi təbii fəlakətlərin azaldılması
və fəlakətdən sonra bərpa işlərinin aparılması üçün qlobal sistem təqdim edir. Təbii
Fəlakət Riskinin Azaldılması üzrə Çoxtərəfli Qlobal Platformanın 2007-ci ilin İyununda
həyata keçirilmiş ilk sessiyası, diqqəti 2005-2015-ci illər üçün nəzərdə tutulmuş Hyoqo
Fəaliyyət Sisteminin sistemli şəkildə həyata keçirilməsi strategiyalarında cəmləşdirib:
Xalqların və Birliklərin Təbii Fəlakətlərə qarşı Davamlılığını Formalaşdırmaq, Dünya Bankı
ilə əməkdaşlıq nəticəsində təsis edilmiş Fəlakətlərin Azaldılması və Bərpa İşləri üzrə
Qlobal Qurğu təbii fəlakətlərin risklərini və nəticələrini azaltmaq üçün hazırlıq və bərpa
əməliyyatlarını təkmilləşdirməyi planlaşdırır. Bu plan, fəlakətlərin riskinin azaldılmasının,
risk altında olan ölkələrdə həyata keçirilən inkişaf layihələrində əsas məsələ kimi nəzərə
almaqla baş tutacaq. Dünya Bankı Qlobal Qaynar Nöqtələrin Araşdırılması yüksək
ölümlülük risklərinə və iqtisadi tənəzzülə məruz qalmış 86 zəif ölkəni müəyyən edib.
Beynəlxalq Enerji Agentliyinin Dünya Enerji Perspektivləri-2006 növbəti 24 il ərzində
dünyanın üzləşəcəyi 2 əsas məsələni adlandırır: münasib qiymətlərə “təhükəli” və “qeyri-
kafi” enerji təchizatı və artan enerji tələbləri səbəbindən ətraf mühitə dəyən ziyanlar.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
123
Enerjiyə olan tələbatın artması, bəzi ölkələrin beynəlxalq təhlükəsizlik məsələlərinə və
razılaşmalarına məhəl qoymamayaraq beynəlxalq təhlükəsizliyi təhlükə altına salmasının
təkanverici qüvvəsinə çevrilə bilər. Tullatıların idarəedilməsi sadəcə ekoloji bir məsələ
deyil, həmçinn mühüm bir təhlükəsizlik məsələsidir. Kot-Divuarın Abican şəhərində zəhərli
tullantıların axıdılması ətrafında baş vermiş qalmaqal, tullantıların ticarəti və Bazel
Konvensiyasının müvafiqliyinə dair qlobal müzakirələri intensivləşdirib. Bəzi Afrika və
Asiya ölkələri radioaktiv uran, qurğuşun, kadmium, civə, sənaye və tibbi kimyəvi maddələr
kimi təhlükəli tullantıların zibilxanasına çevrilib, və elektronik tullantıların da həcmi artıb.
Bazel Konvensiyası və onun 1995-ci il düzəlişlərinin, zəhərli tullantıların idarə edilməsi
üçün qurğulara malik olmayan ölkələrdə bu tullantıların axıdılmasına qadağa qoymasına
baxmayaraq, bu proses Konvensiyaya üzv olmayan ölkələrdə qeyri-qanuni şəkildə davam
edir. Ekoloji və səhiyyə nəticələrində əlavə olaraq, Seneqal ekoloqu təhlükəsizlik
məsələlərini də diqqətə çatdırır: “Tullantılar əsasən silah almaq üçün pul əldə etmək
istəyən mənəviyyatsız insanlar və ya dəstələr tərəfindən buraxılır”.
Baxmayaraq ki iqlim dəyişikliyi bugün beynəlxalq təhlükəsizliyə ən mühüm təhlükələrdən
biri kimi qəbul olunur, xüsusi olaraq kasıb ölkələrin şəraitə uyğunlaşmaları üçün təsis
edilmiş 2 fonda – Ən Az İnkişaf Etmiş Ölkələr Fonduna və Xüsusi İqlim Dəyişikliyi
Fonduna – edilmiş yardımlar 2005-06-cı illərdə cəmi 43 milyon dollar təşkil edib. Halbuki
nəzərdə tutulmuş iqlim dəyişikliyinə uyğunlaşma ümumi illik xərcləri, il ərzində 10 milyard
dollarla 40 milyard dollar arasında olacağı ehtimal olunurdu. 2006-cı ildə isə, dünyada
silahlara 1.2 trilyon dollar, və neftə isə 1.5 trilyon dollar xərclənib, mədən yanacaqları
sənayesinə ayrılmış pulun məbləği il ərzində 235 milyard dolları öteb keçib.
Özünəməxsus mənəvi dəyərinə görə ətraf mühitin qorunması
Beynəlxalq Təbiəti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsinin verdiyi məlumata əsasən,
bəşəriyyətin planetə olan təsiri 1961-ci ildən bəri 3 dəfə artıb və Yerin təbii ehtiyatları,
təbiətin onları bərpa etməsindən daha sürətlə istifadə olunur
23
. Əgər belə davam etsə,
2050-ci ilədək insanlıq planetin təchiz edə bildiyindən 2 dəfə artıq təbii ehtiyatlara tələb
duyacaqlar. Minillik Ekoloji Sistem Dəyərləndirilmələrinin verdiyi məlumata əsasən, Yer
kürəsinin ən mühüm ekoloji sistem xidmətlərinin 60%-i getdikcə pisləşir və ya qeyri-sabit
şəkildə istifadə olunur. Paris Fəaliyyət Çağırışı beynəlxalq Ekoloji Hüquqlar və Vəzifələr
Bəyannaməsini (münasib ekologiya hüququ) və YUNEP-in Birləşmiş Millətlərin Ekoloji
Təşkilatına çevrilməsini irəli sürüb. BMT Baş Katibi Ban-Ki Mun ekoloji tənəzzül “hətta
beynəlxalq sülhü və təhlükəsizliyi təhlükəyə ata bilər” deyə xəbərdarlıq edib, və BMT Baş
Assambleyasının Prezidenti Şeyxa Haya Raşid Əl Xəlifə “aydın məqsədlərə və bizdən
yayınmağa davam edən qlobal səviyyədə güclü ekoloji idarəçiliyə çağırıb”.
700-dən çox ÇEM mövcuddur
24
. Beynəlxalq danışıqların diqqəti yeni müqavilələri
yaratmaqdan mövcud müqavilələri möhkəmləndirməyə və beynəlxalq ekoloji idarəçiliyi
gücləndirməyə yönəlib. Bu müqavilələrin effektiviyinin qiymətləndirilməsi getdikcə
təkmilləşir. Lakin, beynəlxalq müqavilələrə əməl etməmə və beynəlxalq orqanlarla
əməkdaşlığın kifayət qədər olmaması və bir çox beynəlxalq konvensiyalarla əlaqədar
danışıqların durğun vəziyyətə gəlib çıxması ümumi narahatçılığa səbəb olmağa davam
edir.
2007-ci il üzrə BMT-nin Ətraf Mühit Proqramının İdarəetmə Şurası beynəlxalq ekoloji
idarəçiliyin möhkəmlənidirlməsi (2020-ci il üzrə Ekoloji Nəzarət Strategiyasına Baxış
layihəsi və çoxtərəfli ekoloji müqavilələr arasında birgə fəaliyyət və koordinasiya də daxil
olmaqla) və beynəlxalq ekoloji vəziyyətin qiymətləndirilməsi və dəyən ziyanların
23
Canlı Planet Hesabatı 2006. Beynəlxalq Ətraf Mühiti Mühafizə Fondu və Qlobal İzlər Şəbəkəsi, 2006.
24
GEO İllik Kitab 2007, YUNEP, 2007.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
124
azaldılması əməliyyatlarının təkmilləşdirilməsi ilə əlaqədar məsələlərə dair qərarlar qəbul
edib. Tullantılara dair Bazel Konvensiyası və Sabit Üzvi Çirkləndiricilərə dair Stokholm
Konvensiyası kimi əlaqədar məsələləri əhatə edən mövcud ÇEM-lərin daha yaxşı
inteqrasiyası, və tullantıların ekoloji cəhətdən münasib şəkildə təmizlənməsi məqsədilə
sistem işlənib hazırlanması üçün cəhdlər edilir.
Avropa Kommissiyasının - AB qaydalar sistemini sadələşdirmək vəzifəsinin bir hissəsi
kimi - AB qanunvericiliyini müasirləşdirməyə dair üçillik proqramı ekologiyayla əlaqədar
sahəylə işə başlayıb. Çünki ən ağır şəkildə nizama salınan bu sahədir. Avropa
Komissiyası həmçinin, ciddi ekoloji pozuntulara görə cinayət sanksiyaları tətbiq etməklə
ekoloji nizamnamələrin möhkəmləndirilməsini artırmaq niyyətindədir. Avropa Ekoloji
Öhdəliklər Direktivası qüvvəyə minərək, “çirkləndirən ödəyir” prinsipi əsasında
ekologiyaya vurulan zərərə görə öhdəliklər üzrə ümumi sistem təsis edib.
Milli və ekoloji statusu müqayisə etmək üçün güclü analitik modellər və vasitələr yaradılır.
Yeni beynəlxalq təhlükəsizlik orqanları yaradılıb və ekoloji cinayətlərə qarşı aparılan
qanuni əməliyyatlara kömək etmək məqsədilə digərləri irəli sürülüblər. Məsələn Kyoto
Protokolu üzrə Razılaşma Komitəsi öz əməliyyatlarına başlayıb, ekoloji cinayətlərlə
mübarizə aparmaq üçün Asiya Regional Forumu təsis edilib, bio-təhlükələrin öhdəsindən
gəlmək üçün qlobal məşvərət qrupunun yaradılması irəli sürülüb, Şimali Amerika Ekoloji
Əməkdaşlıq Komissiyası ekoloji nizamnamələrin və ictimai iştirakçılığın
möhkəmləndirilməsini artırır, və 2007-ci ildə AB Ekoloji Öhdəliklər Direktivası qüvvəyə
minib.
Son zamanlar qəbul edilmiş və ya gücləndirilmiş və ya danışıqlar mərhələsində olan bəzi
diqqətəlayiq ekoloji müqavilələr və ya qanunlar Cədvəl 4-də təqdim olunub.
Müqavilələrin tam siyahısını və müqavilələrə dair sonrakı təfərrüatları Kompakt Disk
versiyasının 9.1. Fəslində tapmaq olar.
Bazel Konvensiyası ən çox nəzərdən keçirilən müqavilərdəndir, çünki o yeni tullantı
növlərinə və idarəetmənin tələblərinə uyğunlaşdırılıb. İl ərzində dünyada 20-50 milyon ton
arası elektron tullantılar hasil olunur. Təqribən 100 milyon telefon, və 300 milyon fərdi
kompüter 2010-cu ilədək tullantıya çevrilə bilər. Dəyərləndirmələrə əsasən, ABŞ-da hər il
14-20 milyon kompüter tullanılır; inkişaf etməkdə olan ölkələrdə 2010-cu ilədək elektron
tullantıların 3 dəfə artacağı gözlənilir. 2006-cı ilin dekabr ayında BMT-nin tullantılar üzrə
forumu Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması və
Onların Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsini qəbul edib. Bundan əlavə,
Bazel, Rotterdam və Stokholm Konvensiyaları arasında birgə fəaliyyət və əməkdaşlıq da
daxil olmaqla 30-dan çox qərarlar qəbul edilib. Hesabatlılığı təmin etmək üçün, şəffaf
məlumatlar və monitorin mexanizmləri ilə yanaşı beynəlxalq elektron tullantıların yenidən
emal edilməsi sisteminin yaradılması zəruridir. Regional təşəbbüslərə 2005-ci ilin Avqust
ayında qüvvəyə minmiş AB-nin elektron tullantıların idarə edilməsi üzrə direktivi (Sıradan
çıxmış elektron və elektrik avadanlıqları) və Asiya-Sakt okean üçün Elektron və Elektrik
Tullantıların Ekoloji cəhətdən Münasib şəkildə İdarəetməsi üzrə fəaliyyət proqramı
daxildir.
Avropa Parlamenti daha sərt tullantıların idarəedilməsi strategiyası üçün səs verib. Bu
strategiyanın şərtlərinə əsasən, AB-nin tullantılar hasilatı 2012-ci ildə 2008-ci ildəki
səviyyəyə çatdırılmalı, 2020-ci ilədək şəhər tullantılarının 50%-i və sənaye tullantılarının
70%-i yenidən emal edilərək 2020-ci ilədək azaldılmalıdı. Yeni direktivin üzv-ölkələrin
boynuna qəti öhdəliklər qoymayacağına baxmayaraq, o gələcəkdə tullantıların
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
125
idarəetməsinə təsir edəcək “ümumi qayda və ya rəhbər prinsip” təsis edərdi. Hər halda
AB üzv-ölkələri müxtəlif tullantıların idarəedilməsi strategiyalarına və effektivliyə
malikdirlər, və onların Parlamentin təklifinə qarşı mübarizə aparacaqları gözlənilir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
126
Cədvəl 4.
Danışıqlarda, Təzəcə Qəbul edilmiş, Gücləndirilmiş və ya İrəli sürülmüş Bəzi
Ekoloji Müqavilələr və ya Qanunlara daxildir:
•
Nüvə Terrorizmi Aktlarının Qadağan olunmasına dair Beynəlxalq Konvensiya
(2007-ci ilin İyul ayında qüvvəyə minib)
•
Müharibənin Partlayıcı Qalıqlarına dair V Protokol, BMT-nin Bəzi Ənənəvi
Silahlara dair Konvensiyanın bir hissəsi (2006-cı ilin Noyabrında qüvvəyə minib)
•
BMT-nin Dünya Meşələrinin Qorunmasına dair Müqaviləsi (2007-ci ilin May ayında
qəbul edilib)
•
Bazel Konvensiyası üçün Təhlükəli Tullantıların Transsərhəd Daşınması və Onların
Təmizlənməsi üzrə Elektron Tullantılar Bəyannaməsi
•
Stokholm Konvensiyası qiymətləndirmə mexanizmləri (qəbul edilib) və əməl
olunmayanlar (2009-cu ildə gözlənilir)
•
Civənin qlobal şəkildə qadağası (danışıqlar mərhələsindədir)
•
2008-ci ilədək təklif olunacaq,qalıq hərbi ehtiyatları qadağan etmək və bu hərbi
ehtiyatların nəticələri ilə işləmək üçün sistem yaratmaq üçün qanuni cəhətdən
məcburi beynəlxalq vasitənin işlənib hazırlanması
•
2012-ci ilədək qəbul olunacaq, Mühafizə olunan Dəniz Əraziləri Şəbəkəsi
•
Post-Kyoto danışıqları
•
Ölkə, regional, yerli səviyyədə məcburi emissiya hədəfləri üçün daha sərt
nizamnamələr
•
2012-ci ilədək dünyanın bir çox hissəsində ənənəvi elektrik lampalarının qadağan
olunması
•
Avropa Ekoloji Öhdəliklər Drektivi (2007-ci ilin Aprel ayında qüvvəyə minib)
•
Kimyəvi maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi və Avtorizasiyası (REACH)
(2007-ci ilin İyun ayında qüvvəyə minib)
•
AB-nin Təhlükəli Maddələrin Məhdudlaşdırılması Direktivi (RoHS)
(entered into force in July 2006)
•
Avropa Gəmidən-qaynaqlanan Çirklənmə üzrə Direktivi (2007-ci ilin aprel ayında
qüvvəyə minib)
•
Avropanın 2011-ci ildə reaktiv təyyarələrin havanı çirkləndirməsinə görə cərimə
tətbiq etməsi
•
AB-nin xırda hissələrə parçalanmış toz hissəciklərinin törətdiyi çirklənmənin
azaldılması üzrə havanın keyfiyyəti direktivi
(1 yanvar 2015-ci ildən qüvvəyə minmişdir)
•
Yerüstü suların çirklənməsi ilə mübarizə üçün AB yeni nizamnamələri
•
2008, 2012, 2020-ci ilədək azaldılma hədəflərinə malik daha sərt Avropa tullantıların
idaredilməsi strategiyası
•
Çin elektronik tullantı Nizamnamələri
•
Zərərli okean səslərinin azaldılması üzrə qanunvericilik (təklif olunmuşdur)
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
127
Kommersiya kimyəvi maddələrin sayının növbəti 15 il ərzində 80% artacağı gözlənilir.
Kimyəvi Maddələrin İdaredilməsi üzrə Beynəlxalq Strategiya 2006-cı ilin Fevral ayında
qəbul olunub; orada bio-təhlükəsizlik rekkomendasiyaları və alimlər üçün idarəetmə
kodları mövcuddur. Siyasət qurucuları və mütəxxəssislər, ağır metallara dair
nizamnamələri qlobal şəkildə genişləndirmək və növbəti kiyəvi təhlükəsizlik
strategiyalarında ölkələr arasında genişlənən boşluqları doldurmaq məqsədilə kimyəvi
təhlükəsizlik kontekstində preventivlik prinsipinə müraciət olunması tələbini gücləndirirlər.
Nanotexnologiyanın müxtəlif formalarının ekologiya və sağlamlığa vurduğu təsirlər üzrə
tədqiqatların sayı günü-gündən artır. Bu isə yeni nanotexnoloji standartlara gətirib
çıxaracaq. Çin standartları quran ilk ölkə olub. Beynəlxalq Standartlaşdırma Təşkilatı
standartlarn işlənib hazırlanması prosesindədir, və Amerika Sınaqlar və Materiallar
Cəmiyyəti özünün nanotexnologiya üçün ilk terminologiya üzrə standartını nəşr edib.
BMT-nin Sənaye və Kənd Təsərrüfatı Təşkilatı biotoxnologiya üçün, milli və beynəlxalq
səviyyədə razılaşdırılmış protokollar və metodologiyalarla ekoloji risklərin
qiymətləndirilməsi tədqiqatlarına başlanmasını tələb edib. Bio-təhlükəsizliyə dair Karfagen
Protokoluna müvafiq olaraq müstəqil araşdırıcı beynəlxalq komissiyanın yaradılması və
bio-texnologiya ilə əlaqəli hadisələrin beynəlxalq qeydiyyatının həyata keçirilməsi irəli
sürülüb.
Mühafizə olunan ekoloji sahələr həm torpaq həm də dəniz mühitləri üçün təklif olunublar.
“Qrinpis” təşkilatı dünya okeanlarının 40%-inin təbii ehtiyatlar elan olunmasını və torpaq
ərazilərinin qorunduğu kimi mühafizə olunması təklifini irəli sürüb. BMT-nin verdiyi
məlumata əsasən oekanların 0.6%-i, torpaqların isə 12%-i mühafizə olunmaqdadır.
Çirklənmələr nəticəsində dənizdə 200-ə yaxın “ölü zonalar” və ya oksigenlə az təmin
olunmuş ərazilər meydana gəlib. Bu isə balıq ehtiyatlarını və həyatı balıqçılıqdan asılı
olan insanların güzəranını pisləşdirir. Dünyada olan mərcan riflərinin təqribən 16%-inin
90%-ə qədəri ölü vəziyyətindədir. 2012-ci ilədək dənizdə mühafizə olunan ərazilər
şəbəkəsinin qurulması məqsədinə nail olmaq üçün 2007-ci ildə kompüterləşdirilmiş
qrafikin hazırlanmasına başlanılıb.
Bəzi alimlər belə güman edirlər ki, qlobal istiləşməyə səbəb olan dinamik qüvvələr insanın
iqlim dəyişikliyini dayandırmaq bacarığını ötüb keçiblər. Post-Kyoto strategiyalarını daha
məzmunlu və ədalətli etmək ətrafında müzakirələr artır. Mövcud olan ideyalardan biri
adambaşına düşən qlobal karbon emissiyaları hədəflərinin formalaşdırılmasından
ibarətdir. Böyük Səkkizliyin liderləri istixana qazlarının emissiyasında “əsaslı”
azaldılmasına cəhd etməyə və 2009-cu ilədək BMT-nin rəhbərliyi altında, yeni – daha
məzmunlu – istixana qazlarının emissiyasına dair müqavilədə yekdilliyə nail olunması
üçün razılaşıblar. Bir çox ölkələr 1990-cı ildə mövcud olan emissiyaların 2050-ci ilədək
50%-ini azaltmaq hədəfini dəstəkləyirlər. Avstraliya, Çin və Hindistan kimi yüksək
emissiya buraxanlar da daxil edilməklə yeni Asiya-Sakit okean iqlim müqaviləsi üçün
danışıqların başlanması üçün səylər göstərir. Emissiyaların azaldılması strategiyaları və
hədəfləri üçün yeni təkliflər artçaqdadır. AB-nin yeni Enerji Strategiyasının şərtlərinə
əsasən CO
2
emissiyaları 2020-ci ilədək 1990-cı ildəkindən 20% azaldılmalıdır – əgər
ABŞ, Çin və digər iqtisadi cəhətdən güclü dövlətlər emissiyaların müqayisəli azaldılması
ilə razılaşsalar, bu hədəf 30%-ə də qalxa bilər.
Böyük Britaniya, qanunla istixana qazlarını məhdudlaşdıran ilk ölkə ola bilər. AB və ABŞ
hökuməti iqlim dəyişikliyinin və enerji təhlükəsizliyi məsələlərinin öhdəsindən gəlmək üçün
komitələr yaradıb. Noreç 2050-ci ilədək emissiyalarını sıfıra endirməklə dünyanın ilk
“karbonsuz” ölkəsi olmaq niyyətindədir. Eyni zamanda ölkələr və yerli idarəetmə orqanları
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
128
qeyri-effektiv közərmə lampalarının istifadəsinin dayandırılması üçün nizamnamələr qəbul
edirlər.
Kosmik müşahidələr ekoloji dəyişikliklərə nəzarətin həyata keçirilməsi üçün əsas vasitəyə
çevriliblər, və bununla da strategiya qurucularına, tələblərə cavab verən strategiyalar
işləyib hazırlamalarına və ekologiya ilə əlaqəli nizamnamələrin gücləndirilməsinə köməklik
göstərir. Avropa Kosmik Agentliyinin “Qlobvetlend” layihəsi Bataqlıqlaşmış ərazilərə dair
Ramsar Konvensiyasını dəstəkləyir. Ekologiya və Təhlükəsizlik üzrə Qlobal Monitorinq
sistemi ictimaiyyəti, strategiya qurucularını və qərar qəbul ediciləri, operatov və müştərək
kosmik, hava, yer və dəniz müşahidələrinə əsaslanmış əhəmiyyətli strateji ekoloji və mülki
təhlükəsizlik məlumatları ilə təmin edir. Sağlamlıq üzrə Erkən Xəbərdarlıq Sistemi təbii
fəlakət və epidemiya hallarında peyk komunikasiya sistemlərindən istifadə etməklə
xəbərdarlıq və fövqəladə siqnalların verilməsini təkmilləşdirəcək. “Kosmos və Əsas Təbii
Fəlakətlər” Beynəlxaq Çarteri, fövqəladə hallarda dünyanın istənilən yerində təbii
fəlakətlərlə üzləşmiş insanlara pulsuz peyk məlumatlarını təmin etmək məqsədi daşıyan
beynəlxalq, özəl, və dövlət kosmik agentliklərinin şəbəkəsidir. Təqribən 41 dövlət fərdi
peyklərə malikdir. Kosmik çirkləndirmənin öhdəsindən gəlmək üçün mexanizm olmadığı
üçün, 2007-ci ilin yavarında Çində anti-peyk sınaqların, bəzi anti-ASAT (peyk əleyhinə)
qəlpələrinin kimi müqaviələrin həyata keçirilməsini zəruri edən hadisələrin Vyanada
yerləşən Agentliklərarası Kosmik Qəlpələrin Koordinasiyası Komitəsi tərəfindən
layihələşdirilməsi ehtimalı var.
Bir çox sənayelər və yerli özünü idarəetmə orqanları, milli rəhbərliyin yoxluğunda müvafiq
ekoloji və enerji strategiyaları və nizamnamələri işləyib hazırlayırlar. Bir çox hallarda
bunlar beynəlxalq standartlara və ya müqavilələrə əsaslanırlar. Bəzi ölkələrdə vətəndaş
cəmiyyətinin, bəzi hallarda beynəlxalq QHT-lərin köməyilə yerli və regional
nizamnamələrin hazırlanmasına cəlb olunması getdikcə artır.
Lux Research şirkətinin həyata keçirdiyi Klintex Report™-un verdiyi məlumata əsasən,
klintek yeniliklər genişlənməkdədir: 150 klintek layihələri bütün dünyada fəaliyyət göstərir
və 2006-cı ildə 29 874 klintek-əlaqəli elmi jurnal məqalələri nəşr olunub.
Milli və beynəlxalq ekoloji effektivliyi və ekoloji performansı artırmaq üçün özəl şirkətlər,
hökumətlər, QHT-lər və beynəlxalq təşkilatlar arasında ittifaqlar yaranmağa davam edir.
Buna nümunə olaraq ilk ildönümündə 8 trilyon dollara çatan Məsuliyyətli Sərmayə
Prinsiplərini; dövlət səviyyəsində çirklənmə ilə mübarizə aparmaq üçün Amerika Dövlətləri
təşəbbüsünü; Asiya-Sakit okean Əməkdaşlığını; və Şəhər Ekoloji Birliklərini – Kyoto
Protokolunun bələdiyyə versiyasını missal göstərmək olar.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
129
Avropa
Afrika
Lat. Amerik
və Karib
Asiya və
Okeaniya
Qərb Asiya
Şimali
Amerika
Qrafik 25. Çoxtərəfli Ekoloji Sazişin Tərəflərinin Sayı, 1975–2007
Mənbə: YUNEP GEO Məlumat Portalı, Minillik Layihəsi yeniləndirmələri ilə
Qrafik 26. 2006-cı ilin dekabrından başlayaraq YUNEP GEO Regionu tərəfindən (BMT-
nin Ekoloji Proqramı) 14 Çoxtərəfli Ekoloji Müqavilənin Ratifikasiyası (mötərizədə rgionda
olan ölkələrin sayı)
Mənbə: YUNEP GEO Məlumat Portalı
Ramsar
BMTDHK
Ozon
Bazel
BMK
BMTİDÇK
Kyoto
SMK
Rotterdam
Stokholm
Kartaxena
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
130
Dostları ilə paylaş: |