Gələcəyin Durumu İndeksi
İnsanlar həmişə gələcəyin yaxşı və ya pis olacağını, harada udduğumuzu və harada
uduzduğumuzu, perspektivlərimizi inkişaf etdirmək üçün resursları hansı istiqamətdə
birləşdirmək lazım olduğunu bilmək istəyiblər. Bütün bunları qlobal miqyasda həyata
keçirmək qeyri-mümkün görünürdü. Dünya Bankı bu işləri iqtisadiyyatda, Beynəlxalq
Səhiyyə Təşkilatı səhiyyə üçün, Beynəlxalq Atom Enerjisi Agentliyi enerji üçün görür. Bəs
bütün bunları ümumilikdə bəşəriyyətin gələcəyi üçün necə birləşdirmək lazımdır?
Yanaşmalardan biri Gələcəyin Durumu İndeksidir. Bu, ümumilikdə gələcəyə baxışın onillik
ölçüsüdür. O, yəqin ki, tarixdə gələcəklə bağlı ən böyük ümumi prosesdən meydana çıxan
qlobal çağırışlarla əlaqəli əsas dəyişkənliklər və proqnozlarla qurulur. Gələcəyin Durumu
İndeksi ilk dəfə Minilliyin Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu hesabatında şərh
edilib. O vaxtdan bəri Gələcəyin Durumu hesabatlarının GDİ fəsli bütün səylərini
məlumatların mənbəyində və metodun özündə təkmilləşdirmə aparmağa cəmləşdirib. Bu
il 2-ci Fəsil 2006-07-ci illərdə həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini təqdim edir.
Minilliyin Layihəsinin 29 əlaqə mərkəzi tərəfindən dünyadan seçilmiş iştirakçılar
dəyişkənlikləri qiymətləndirmək, ən pis və ən yaxşı ssenariləri qiymətləndirmək, GDİ-yə
daxil edilmək üçün yeni dəyişkənliklər təklif etmək, ən azı 20 il tarixi məlumatlara malik
mənbələri təklif etmələri üçün Real Time Delphi qaynar xətt vasitəsilə ilə sorğu-sual
ediliblər. Nəticələr 29 dəyişkənliklə yeni qlobal GDİ qurmaq üçün istifadə olunmuşdur.
Məlum olmuşdur ki, dünya inkişaf edir, lakin keçən 20 il ərzindəki kimi sürətlə yox. GDİ-lər
həmçinin ölkələr üçün qurulublar - ən son Cənubi Koreya və Türkiyədə - enerji və ya fərdi
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
27
təşkilatlar kimi sektorlar üçün birləşdirilə bilərlər. 2-ci Fəsil, həmçinin GDİ konsepsiyasının
təkamülünü təhlil edir və onun gələcəkdə inkişafı üçün araşdırma aparmağı təklif edir.
GDİ-lərin və bu ilki GDİ-nin təhlili və köməkçi məlumatlarının 6 illik təfərrüatları CD
versiyasının 2-ci Fəslinə daxil edilib.
Dünyanın son 20 il ərzindəki başlıca göstəricilərini qiymətləndirmək və onları növbəti 10 il
üçün layihələşdirmək bəşəriyyətin gələcəyinin hesabatı üçün əsas verərək bizə harada
udduğumuzu və harada uduzduğumuzu göstərə bilər.
Cədvəl 1. Bəşəriyyət harada qazanır və itirir
Harada qazanırıq:
• Həyat davamlılığı
• Körpə ölümü
• Savadlılıq
• ÜDM/adambaşı
• Münaqişə
• İnternet istifadəçiləri
Harada itiritik:
• CO
2
emissiyaları
• Terrorçuluq
• Korrupsiya
• Qlobal
istiləşmə
• Seçkilərdə səs verən əhali
• İşsizlik
Qrafik 1. GDİ 2007
2030-cu ilədək Gələcək Təhsil və Tədris İmkanları
Təhsil üzrə Prezident Komissiyasının müraciəti və Koreya Respublikasının Təhsil
Nazirliyinin dəstəyilə Minilliyin Layihəsi 2030-cu ilədək təhsil və tədris üçün gələcək
imkanları araşdırıb. Məlumat axtarışı 19 imkanın müəyyənləşdirilməsi ilə nəticələnib.
İmkanlardan hər biri Minilliyin Layihəsi üzrə əlaqə mərkəzlərinin dünyadan seçdiyi 200-
dən çox iştirakçı tərəfindən 2030-cu ilədək meydana gəlmə ehtimalına, onun baş verməsi
və baş verməsinin qarşısını ala biləcək səbəblərə və bu, baş verərsə, onun bəzi müsbət
və mənfi nəticələrinə əsasən qiymətləndirilib. İmkanlar aşağıdakılar olub:
•
Kollektiv düşünmə tərzini inkişaf etdirmək üçün milli proqramlar
•
Vaxtında təhsil və tədris
•
Fərdiləşdirilmiş təhsil
•
Simulyasiyalardan istifadə
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
28
•
İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını
almaq üçün nəzərdə tutulmuş fərdi tədris proseslərinin davamlı qiymətləndirilməsi
•
Təkmilləşdirilmiş fərdi qidalanma
•
Genetik inkişaf edən düşünmə tərzi
•
İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal qaynar-xətt simulyasiyalarından istifadə
•
Bilik əldə etmək səylərini gücləndirmək üçün ictimai əlaqələrdən yararlanma
•
Portativ süni düşünmə cihazları
•
Öyrənmənin necə baş verdiyini aşkar etmək və bunun vasitəsilə öyrənməni
təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın sinir
hüceyrələrinin əlaqələrinin tam şəkildə xəritələşdirilməsi
•
Yeniyetmələrin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün
vasitələr
•
Beynin genişləndirilməsi üçün kimya
•
Veb 17.0
•
Vahid ömürlük öyrənmə sistemləri
•
Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
•
E-Tədris
•
İnsanlardan ağıllı kompüterlər
•
Düşüncəni artıran süni mikroblar
Bu imkanlar arasındakı qarşılıqlı əlaqə bu gün üstünlük təşkil edən təhsildən kəskin
şəkildə fərqlənən bir təhsil sistemi təqdim edir. Əvvəlcə dediyimiz kimi, 2030-cu ilədək
portativ düşünmə cihazları insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Veb
17.0 tərəfindən “vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış
əldə edəcək və onların həyatları boyu mövcud olan nadir tələblərinə uyğunlaşmış virtual
reallıq əlaqələrinə malik simulyasiyalardan istifadə edəcəklər. İnsanların qeyri-stabil
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş fərdi
öyrənmə proseslərinin davamlı təkamülü ilə birgə xürafatı və nifrəti aradan qaldırmağa
yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər.
Paralel olaraq, beynin funksiyası təkmilləşdirilmiş fərdi qidalanma və beynin
genişləndirilməsi üçün nəzərdə tutulmuş dərman preparatlarının köməyilə əsaslı şəkildə
artmalıdır. Insan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi
intellektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə
beyinlər genetik olaraq genişlənə bilər və qurucu mikro-orqanimzlər beyin hüceyrələrini
daha effektiv işləməyə vadar edə bilərlər. Bilik əldə etmək səylərini gücləndirən ictimai
əlaqələr sistemindən və tədrislə bağlı bu yeniliklərdən və təhsil konsepsiyalarından
istifadə etməklə fərdi və kollektiv düşünmə tərzləri inkişaf etdirilə bilər. Tam təffərrüatları,
iştirakçıların mövzuları və əlavə təkliflərini CD versiyasının 5-ci Fəslində tapmaq olar.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
29
Ekoloji Təhlükəsizlik
Ekoloji Təhlükəsizlik dünyanın siyasət gündəliyində yuxarı mövqelərə qalxmağa davam
edərək hətta ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına çatır. Milinillik Layihəsi ekoloji
təhlükəsizliyi, 3 yardımçı elementə malik olmaqla, həyat fəaliyyəti üçün ekoloji davamlılıq
kimi müəyyən edir: ətraf mühitə vurulmuş hərbi zərərin qarşısını almaq və ya bərpa
etmək, ekoloji səbəblərdən meydana çıxmış münaqişələrin qarşısını almaq və ya onlara
cavab vermək, ona xas mənəvi dəyərlər sayəsində ətraf mühiti qorumaq.
4-cü Fəsil bu anlayış ətrafında 200-dən çox beynəlxalq ekoloji təhlükəsizliklə əlaqədar
məsələlərin xülasəsidir. Məsələlərin tam mətni və onların mənbələri kompakt disk
versiyasının “Ekoloji Təhlükəsizliyin Aktual Məsələləri” adlı 9.1.-ci Fəslində və Minilliyin
Layihəsinin İnternet saytında (
www.acunu.org
, “Yeniliklər” bölməsindən “Beynəlxalq
Ekoloji Təhlükəsizlik Məsələləri”-ni seçin) aylıq hesabatlarda tapmaq olar. Təfərrüatlar və
ekoloji təhlükəsizliklə bağlı Minilliyin Layihəsi tərəfndən aparılan digər tədqiqatlar kompakt
disk versiyasının 9-cu Fəslinə daxil edilib və onları www.acunu.org saytında, “Kitablar və
Hesabatlar” bölməsində tapmaq olar (“Xüsusi Tədqiqatlar”-ı seçin).
Baxmayaraq ki, müxtəlif institutlar arasındakı əməkdaşlıq getdikcə yaxşıya doğru artır, bir
çox müştərək ekoloji siyasət və fəaliyyətlər, bir çox ekoloji şərtlər getdikcə pisləşir. Bir çox
münaqişələr ekoloji cəhətdən ən qeyri-sabit regionlarda meydana çıxır və bununla da
belə fikir meydana çıxır ki, ətraf mühit və münaqişələrə eyni vaxtda cavab vermək
lazımdır və onlardan biri digərinin pisləşməsinə səbəb olur. Hal-hazırda, sayları 2010-cu
ilədək 50 milyonu, 2050-ci ilədək isə 200 milyonu keçəcəyi gözlənilən ekoloji qaçqınların
öhdəsindən gələcək adekvat beynəlxalq sistem və ya struktur mövcud deyil.
Çoxtərəfli ekoloji müqavilələrin ratifikasiyasının getdikcə artması və İSO 14001
standartlarının qəbul olunması ekoloji idarəetməni qlobal şəkildə inkişaf etdirir. ÇEM-in
hazırlanması və onun qüvvəyə minməsi arasındakı vaxt və həmçinin onun yüksək
səviyyədə ratifkasiya olunmasına qədər keçən vaxt əhəmiyyətli dərəcədə qısalır.
Beynəlxalq diqqət mövcud olan müqavilələrin effektivliyini artıran yeni ÇEM-lərin
hazırlanmasına yönəlib.
ÇEM-lər çox vaxt milli iqtisadi və ya siyasi maraqlarla ziddiyyət təşkil edir, bu da
beynəlxalq müqavilələrə uyğun gəlməmə, beynəlxalq orqanlarla əməkdaşlığın kifayət
qədər olmamasına və bir çox beynəlxalq müqavilələrlə əlaqədar danışıqların durğun
vəziyyətə gəlib çıxmasına səbəb olur. Ziddiyyətlər əsasən istixana qazlarının
emissiyasının dayandırılması strategiyaları, nüvə silahlarının yayılması, ekoloji dəyişikliyin
təhlükəsizlik aspektləri və kosmik təhlükəsizlik məsələləri ilə əlaqədar olur.
Peyk vasitəsilə qlobal informasiya sistemlərinə qoşula bilən və ətraf mühitə zərər vuran
fəaliyyətlərin dərhal və beynəlxalq səviyyədə bilinməsinə imkan verən natotexnoloji ekoloji
sensorların qiyməti düşür. Ekoloji təhlükəsizliyin təhlilində yeni növ silahların; assimetrik
münaqişələrin; təbii resurslara qarşı artan tələbin; urbanizasiyanın (daha çox insanları zəif
kommunal xidmətlərdən asılı edən); ekoloji tənəzzülün və iqlim dəyişikliyinin təsirlərinə;
kəskinləşən ekoloji çəkişmələrlə ekoloji qanunvericilikdəki irəliləyişlərə; və qarşılıqlı
asılılığı artıran qloballaşmaya da diqqət yetirilməlidir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
30
Bütün insanlar üçün sağlamlığa və təhlükəsizliyə nail olunmasına cəhd etmək gülünc
hesab olunur. Həmçinin, bir gün təkbaşına fəaliyyət göstərən bir fərdin kütləvi qırğın silahı
düzəltməyəcəyini və ondan istifadə etməyəcəyini və ya sərhədlərsiz asan səyahətin
mövcud olduğu və bioloji müxtəlifliyin azaldığı bir dövrdə insanları və heyvanları şəhərdə
cəmləşdirdiyimiz bir şəraitdə pandemiyanın ciddi şəkildə artmayacağını düşünmək də
gülməlidir. Bir nəfərin rifahının hamının rifahı olması idealizmi terrorizmlə mübarizəyə,
hava limanlarının açıq saxlanılmasına və kütləvi qırğın silahlarının dövriyyəsinin qarşısını
alınmasına və insan təhlükəsizliyinə qarşı yönələn digər potensial təhlükələrə praqmatik
uzunmüddətli yanaşma kimi çıxış edə bilərdi. Gülünc idealizmin ömrü qısadı, lakin
pessimizmin ciddiliyinə malik olmayan idealizm azdırıcıdır. Bizə bəşəriyyətin həm yaxşı,
həm də pis tərəflərini tədqiq etməyi və uğurlu strategiyalar işləyib hazırlayaraq onları
həyata keçirməyi bacaran məharətli idealistlər lazımdı.
Bir çox problemlərin bir çox da cavabları var, lakin ortada o qədər əlaqəsiz məlumat
mövcuddur ki, nəyin həqiqətən işə aid olduğunu müəyyən etmək və fikri ona cəmləmək
çətindir. Sağlam demokratiyalar müvafiq informasiyaya ehtiyac duyduqları və demokratiya
günü-gündən daha da qloballaşdığı üçün ictimaiyyətə bu tendensiyanı saxlamaq üçün
qlobal olaraq müvafiq informasiya lazım olacaq. Biz ümid edirik ki, illik Gələcəyin Durumu
hesabatları bu cür informasiyanın təmin olunmasına yardım edəcək.
Bu ilki Gələcəyin Durumu hesabatında göstərildiyi kimi, Minilliyin Layihəsinin 11-ci
fəaliyyət ilindəki araşdırmalar ümidsizlik, kortəbii inam və cahilcəsinə etinasızlıq kimi
bəşəriyyətin perspektivlərini inkişaf etdirmək cəhdlərinin qarşısını almış hallarla mübarizə
aparan qərar qəbul edənlərə və müəllimlərə yardım göstərə bilər.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
31
15 Qlobal Çağırış
15 Qlobal Çağırış bəşəriyyətin qlobal və yerli perspektivlərini qiymətləndirməyə əsas verir.
Çağırışlar bir-birindən qarşılıqlı şəkildə asılıdırlar: birindəki inkişaf digərlərinin də həllini
asanlaşdırır; birinin pisləşməsi digərlərinin də həllini çətinləşdirir; onlardan birinin
digərindən vacib olduğu haqda mübahisə etmək insanın sinir sisteminin tənəffüs
sistemindən vacib olduğu haqda mübahisə etməyə bənzəyir.
Oxucular bu 15 Qlobal Çağırışın növbəti ilki buraxılışdakı xülasəsini təkmilləşdirmək
məqsədilə öz rəylərini göndərməyə
dəvət olunurlar. Xahiş olunur
www.StateoftheFuture.org saytındakı qaynar-xətt forumlara qoşulasınız (15 Qlobal
Çağırışı seçin).
Hər kəs üçün kifayət qədər təmiz suyu
münaqişəsiz necə əldə etməli
Əhali artımı və resursları necə
tarazlaşdırmalı
Avtoritar rejimlərdən həqiqi
demokratiyaya necə keçməli
Siyasi qərarların qəbul edilməsini qlobal
uzunmüddətli perspektivlərə qarşı
həssaslığını necə artırmalı
İnformasiya və kommunikasiya
texnologiyalarının məcmusu hər kəs
üçün necə işləməlidir
Etik bazar iqtisadiyyatını varlı və kasıb
arasında fərqin aradan qaldırılmasına
yardım etməyə necə vadar etməli
Yeni və yenidən baş qaldıran xəstəlik və immun
mikroorqanizmlərin təhlükəsi necə azaldılmalıdır
Qərar qəbuletmə bacarığı işin təbiəti və müəssisələr
dəyişdikcə necə təkmilləşdirilməlidir
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları
etnik münaqişə, terrorizm və kütləvi qırğın
silahlarının istifadəsini necə azaltmalı
Qadınların dəyişən statusunun insanların şəraitinin
yaxşılaşdırılmasına kömək etməsinənecə nail olmalı
Transmilli mütəşəkkil cinayətkar şəbəkələrini daha
güclü və mürəkkəb qlobal təsisata çevrilmədən necə
dayandırmalı
Enerjiyə artan tələbat necə təhlükəsiz və səmərəli
şəkildə təmin olunmalıdır
Elmi və texnoloji nailiyyətlər insanların vəziyyətinin
yaxşılaşdırılması üçün necə sürətləndirilməlidir
Etik düşüncələri qlobal qərarlarla daha mütəmadii
surətdə necə birləşdirməli
Hamı üçün dayanıqlı
inkişafa necə nail olmalı
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
32
1. Qlobal Çağırışlar
1-ci Fəsildə 1996-cı ildən bəri davam edən Delphi prosesi və ekoloji araşdırma vasitəsilə
müəyyən olunmuş 15 Qlobal çağırışın 2 səhifəlik şərhi təqdim edilir. Bu Çağırışlar
xarakterinə görə transmilli və həllinə görə transinstitusionaldır. Onların heç birinə təkcə
fəaliyyət göstərən hər hansı bir hökumət və ya institut cavab verə bilməz. Onlar
hökumətlər, beynəlxalq təşkilatlar, korporasiyalar, universitetlər, QHT-lər və yaradıcı
fərdlər arasında müştərək fəaliyyət tələb edir. Ardıcıllıqla düzülməsinə baxmayaraq,
davamlı inkişafla bağlı 1-ci Çağırış qlobal əxlaqa dair 15-ci Çağırışdan nə çox, nə də az
vacib deyil. Bu çağırışlarda ifadə olunduğu kimi qlobal vəziyyətə və çağırışlara cavab
vermək üçün həyata keçirilən fəaliyyətlərə münasibətdə yekdillik kütləvi informasiya
vasitələrində göründüyündən daha çoxdur. 15 Qlobal Çağırış haqqında 1 100 səhifədən
ibarət təffərrüatları CD versiyasının 1-ci Fəslində tapmaq olar. Hər bir Çağırış üzrə daha
müfəssəl xülasə, alternativ fikirlər və ya iştirakçılar tərəfindən xülasələrə, regional
perspektivlərə dair əlavə şərhlər və ən son ədəbiyyatdan götürülmüş müvafiq informasiya,
çağırışa cavab vermək üçün qərar qəbul edənlərlə aparılan müsahibələrdən əldə olunmuş
müxtəlif fikirlərə əsaslanan fəaliyyətlər məcmusu, əlavə fəaliyyətlər və o fəaliyyətlərə dair
fikirlər və hər Çağırış üzrə inkişafı və çatışmamazlıqları ölçmək üçün təklif olunmuş
göstəricilər mövcuddur.
Həm çap, həm də kompakt disk versiyası təqribən 2400 iştirakçının irəli sürdüyü müştərək
və saflaşdırılmış mühakimələrdən ibarətdir. İştirakçıların demoqrafik göstəriciləri üçün
Əlavəyə, iştirakçıların tam siyahısı üçün isə kompakt disk versiyasının “A” Əlavəsinə
baxın. Bu çağırışların həm qısa, həm də daha dolğun təfərrüatlarını aşkara çıxarmaq
üçün 1996-cı ildən 2007-ci ilədək istifadə olunmuş anketlərin və müsahibə protokollarının
tam detallarını
www.acunu.org/millennium/lookout.html
saytında tapmaq olar.
Çağırışların inkişafını və gələcək perspektivlərini göstərmək üçün Cədvəllərin bəzilərində
2-ci Fəsildə izah edilmiş və əlavə edilən kompakt diskdə 2-ci Fəsildə təfərruatı verilmiş
Gələcəyin Durumu İndeksi hesablamalarından istifadə edilir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
33
1.
Hamı üçün dayanıqlı inkişafa necə nail olmalı?
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin verdiyi məlumata əsasən, CO
2
emissiyaları 2000-04-cü illər ərzində özünün ən pis dövründən daha sürətlə artmışdır və
hökumət tərəfindən yeni əməliyyatlar həyata keçirilməsə, istixana qazları 2030-cu ilədək
2000-ci ildəkindən 25-90% artacaqdır. Karbonun okeanlar və meşələr tərəfindən sorulma
qabiliyyəti ildə 3-3.5 milyard tona bərabərdir; insanlar tərəfindən həyata keçirilən fəaliyyət
buna hər il 7 milyard ton əlavə edir. İnsan tərəfindən istehlak təbiətin bizim “ekolologiyada
qoyduğumuz izləri” regenerasiya və bərpa etmək qabiliyyətindən 25% çoxdur. 2.54°C-dən
çox artım bitki və heyvan növlərinin 20-30%-ni nəsli kəsilmə təhlükəsi altında qoyur;
ekoloji sistemlərin 60%-i artıq tükənib, ya da qeyri-sabit şəkildə istifadə olunur; Atlantik
okeanın termohalin dövriyyəsində baş verən narahatedici dəyişiklilər ölçülüb; Arktika və
Qrenlandiya gözlənildiyindən daha sürətlə əriyir; son 12 ilin 11-ində rekord istilər qeyd
alınıb. Bu da bizi iqlim dəyişikliyinin geriyə yolu olmadığı haqda xəbərdar edir. İşlər
pisləşdikcə ekoloji hərəkat mədən yanacağı sənayelərini hərəkətə gətirə bilər. İstixana
qazlarının səbəb olduğu zərərlərin əvəzinin ödənilməsi üçün qanuni təməllər qoyulur. Bəzi
alimlər iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün geo-mühəndisliyin tədqiqinə
başlayıblar. Məsələn, dəmir tozunu okeanlara tökməklə CO
2
-nin planetar miqyasda
sorulmasını əsaslı şəkildə artırmaq və CO
2
-ni havadan sormaq üçün qurğulardan istifadə
etmək.
Sahil səhralarının 24 000 kilometri boyu dəniz suyu ilə işləyən kənd-təsərrüfatı
proqramlarının həyata keçirilməsi karbonun süzülməsinə səbəb olar və bioyanacaqlar,
kağız məhsulları və qida üçün mənbə olardı. Günəş enerjisi üzrə laboratoriyalarda əldə
edilən irəliləyişlər xərcləri əhəmiyyətli dərəcədə azaltmağı vəd edir, lakin inşa edilmiş 800
- 1000 kömür zavodunun 40 il fəaliyyət göstərmələri gözlənilir. Havaya buraxılan
karbonun müqabilində oksigen hasil edən, yeni salınmış meşə ərazilərinin satın alınması
da daxil olmaqla karbon ticarətinə diqqət çoxalır. Karbonun tutulması və saxlanılması
emissiyaları azaltmağa kömək edə bilər, lakin hətta emissiyalar sabitləşdirilsə də, enerji
istehlakından törəyən istilik istiləşməni gücləndirə bilər.
Təkcə iqlim dəyişikliyi deyil, həm də ekoloji təhlükəsizlik BMT-nin Təhlükəsizlik Şurasının
diqqətində olmalıdır. Kütləvi urbanizasiya və mal-qara yetişdirilməsinin artımı yeni qlobal
pandemiyalara səbəb ola bilər. İqlim dəyişikliyi həşərat və xəstəlik nümunələrini dəyişir.
Ətraf mühitə ziyan vurmayan məhsullarla yanaşı, ümumi qaydada tətbiq edilən vergi
imtiyazları üçün yeni anlayışlar və ölçü vahidləri gərəkdir.
İnkişaf edən ölkələr qeyri-davamlı təcrübələrini daha davamlı təcrübələrə dəyişməlidirlər;
Dünya Bankının dəyərləndirmələrinə görə iqlim dəyişikliyinə uyğunlaşmaq inkişaf edən
ölkələrə ildə 10-40 milyard dollara başa gələcək. İri təkrar sığorta şirkətlərinin
dəyərləndirmələrinə görə, iqlim dəyişikliyi səbəbindən baş verəcək iqtisadi itki onillik
ərzində ildə 150-300 milyard dollara çata bilər. Korlanmamış ekoloji sistemlərin dəyəri
onların mühafizə dəyərini üstələyir.
Hökumət subsidiyaları mədən yanacaqlarından bərpa olunan enerji mənbələrinə
istiqamətləndirməlidir (dəyərləndirmələrə görə sənaye ölkələri ildə mədən yanacaqlarına
200 milyard dollar pul buraxırlar). Digər təkliflərə daxildir: yanacağın effektivliyi
standartlarını ildə ÜDM-yə nisbətdə 5% artırmaq; adambaşı 1.8 qlobal hektardan çox
ərazidən istifadəyə görə ekoloji iz vergisi; gün ərzində beynəlxalq maliyyə
sövdələşmələrinin 1.5-2 trilyon dollarına düşən 1% vergi; nəqliyyat vasitəsinin yanacaq
sərfiyyatını azaltmaqla bir ilə bir mil məsafənin qənaət edilməsini tələb şəklinə salmaq.
Beynəlxalq səyahət, karbon və şəhərdə cəmləşməyə görə vergi də nəzərə alınmalıdır. Bu
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
34
cür vergi gəlirləri beynəlxalq ictimai/şəxsi yüksək zərbəyə davamlı texnologiyaları
maliyyələşdirmə mexanizmlərinə yardım göstərə bilər. Kino, televiziya, musiqi, oyun, və
müsabiqələr yolu ilə kütləvi ictimai təhsil səyləri fərdlərin və qrupların bacardıqlarını
vurğulamalıdır. İqtisadi inkişaf və texnoloji yeniliklər arasındakı müştərək fəaliyyət son 200
il ərzində baş vermiş dəyişikliklərin ən mühüm hərəkətverici qüvvəsi olub, lakin biz
iqtisadiyyatımızı, ekologiyamızı və sosial davranışımızı inkişaf etdirməyənədək, varlılar və
kasıblar arasındakı uçurumu aradan qaldırmayanadək növbəti 200 il çox çətin olacaq.
Kütləvi qırğın silahlarının yayılmasıyla bərabər, qeyri-davamlı inkişaf bəşəriyyətin
gələcəyinə üz verəcək təhlükələrdən ən böyüyü ola bilər, lakin davamlı və bərabər inkişaf
olmadan milyardlarla insan yoxsulluğa məruz qalacaq və sivilizasiyanın çox hissəsi məhv
olacaq. Biz İSO ekoloji standartlarını və “Neyçrl Step” və “Ekvator Prinsiplz” kimi soraq
kitabçalarını təşviq etməli və şirkətlərin təcrübələri əsasında “davamlılıq hesabatları”nı
nəşr etməli, insan inkişafı üçün qadağan olunmuş əsas yaşayış mühitlərini elan etməli,
ÜTT kimi təşkilatların köməyilə Beynəlxalq Ekoloji Təşkilat təsis etməli, beynəlxalq ekoloji
cinayətlər haqqında məlumat toplusu və polis qurumu yaratmalı və daha təmiz hava, su
əldə etmək və insan haqlarına nail olmaq üçün ekoloji hərəkatlar və insan haqları qrupları
arasında müştərək fəaliyyəti təşviq etməliyik.
1-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, gündəlik adambaşı kalori 2 000-dən çox
olacaq, ac insanların sayı yarıbayarı azalacaq, meşə sahələri 5 il ərzində çoxalacaq və
istixana qazlarının emissiyası 5 il dalbadal azaldığı vaxtda ÜDM artacaq.
Dostları ilə paylaş: |