İstehlak
Məhsulları
Silah
İnsan Alveri
Saxtalaşdırma və
piratçılıq
Narkotik Alveri
Ətraf Mühit
Məhsulları
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
68
nin vahidini istehsal etmək üçün sərf etdiyi enerjidən 33% az enerji sərf olunur. Lakin Çin
və Hindistan kimi digər ərazilərdə mövcud olan tələbat 2003-cü ildən 2030-cu ilədək
qlobal tələbatı 50%-dən çox artıracaq və bu da alternativlər uğurlu nəticə verənədək
mədən yanacaqlarının istehlakını enerjiyə olan ilkin tələbatın 81%-nə qədər artırır. Eyni
zamanda karbonun geniş miqyasda sorulması, saxlanılması və yenidən istifadəsi də əsas
prioritetlərdən biri olmalıdır. 2006-cı ildə bərpa olunan və az karbonlu texnologiyaya 70
milyard dollardan çox pul qoyulub. 2005-ci ildəkindən 43% çox; 1500 təmiz texnoloji
(klintek) şirkət açılıb və ABŞ-da 4093 patent günəş və bioloji yanacaqların üstünlük təşkil
etdiyi təmiz texnologiyaya əsaslanır.
Tədqiqatlar göstərir ki, günəş enerjisi elektrik enerjisinin əsas mənbəyinə çevrilə bilər və
əgər ətraf mühitin çirklənməsi artmasa və ərzaq qiymətləri çox qalxmasa, biomassa nefti
geniş şəkildə əvəz edə bilər. Hallofit bitkilərindən və yosunlardan istifadə etməklə sahildə
yerləşən səhralıqları dəniz suyuyla kütləvi şəkildə suvarmaqla ildə hər hektara 190 000 litr
bioyanacaq istehsal etmək olar. İstifadə olunmuş istini bir daha istifadə etməklə müştərək
enerji istehsalı enerji istehsalına böyük yardım göstərə bilər. Bundan əlavə, fəaliyyət
müddətinin 40 il olacağı gözlənilən təqribən 1000 kömür zavodu CO
2
–nin sorulması
nəzərdə tutulmadan planlaşdırılma və ya inşa edilmə mərhələlərindədirlər. Növbəti 25 il
ərzində tikilmələri layihələşdirilən kömürlə işləyən elektrik stansiyalarından buraxılan
emissiyalar, ötən 250 il ərzində havaya buraxılmış emissiyalardan çoxdur. Ətraf mühitin
qorunması hərəkatları mədən yanacağı sənayelərini bağlamağa cəhd edə bilər, necə ki,
30 il bundan qabaq bu cür hərəkatlar atom (nüvə) enerjisinin inkşafını dayandırmışdır.
Atom (nüvə) enerjisinin mədən yanacaqlarından emissiya olunan istixana effektini
yaradan qazların əvəz etməsi üçün təqribən 2000 atom elektrik stansiyası tikilməlidir – 15
ildə həftəyə 2 və ya 3 stansiya. Daha bir Çernobl hadisəsinə bənzər hadisənin baş
verməsi atom (nüvə) enerjisinin genişlənməsini dayandıra bilər.
Daha yaxşı elektrik keçiriciliyi üçün naqillər nanoborucuqlarla əvəz oluna bilər. Günəş
fermaları gümüş və digər generatorların köməyilə günəş işığını qüllələrin təpəsində
cəmləşdirə bilər. Binalara və digər səthlərə yapışdırılan plastik nanotex fotoqalvaniklər
xərcləri azalda və effektivliyi artıra bilərlər. Külək enerjisinin potensialının
dəyərləndirilməsi günü-gündən artmağa davam edir. Hidrogen infrastrukturuna keçid çox
baha başa gələ və iqlim dəyişikliyinə gec təsir edə bilər. Qoşula bilən hibridlər və elastik
yanacaqla işləyən nəqliyyat vasitələri, batareyaların qiymətinin düşməsi və preslənmiş
havayla işləyən avtomobillər teziklə yalnız neftlə işləyən nəqliyyat vasitələrinə alternativ
olacaqlar. “C hydrogenoforman” bakteriyalarının suyu və dəm qazını hidrogenə necə
çevirməsini öyrənmək davamlı hidrogen istehsalında irəliləyişlərə səbəb ola bilər. Günəş
enerjisi ilə işləyən kosmik peyklər baza-əsaslı elektrik enerjisi qlobal əsasda idarə edə
bilər və bununla da effektliliyi artıra və enerjini elektrik şəbəkəsinə doğru yönəldə və
dünyanı davamlı zəngin elektrik enerjisiylə təmin edə bilərlər. Enerji istehsalının və
istifadəsinin təsirlərini əks etdirmək məqsədi daşıyan, enerjinin dəyərləndirilməsi
strategiyaları və karbon vergiləri üçün elmi ölçülər üzrə razılaşmalar zəruri olacaq. Bütün
bunlar Beynəlxalq Enerji Təşkilatının yaranmasını tələb edə bilər.
13-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, ekoloji cəhətdən zərərsiz olan
proseslərdən istehsal olunan enerji 5 il dalbadal digər enerji mənbələriniüstələyəcək,
atmosferik CO
2
aşqarları ən az 5 il ərzində azalacaq və bu 5 illik amil sayəsində dünyada
enerji tədqiqat və təkmilləşdirmə xərcləri artacaq.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
69
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Afrika Çinə idxal olunan neftin 30%-ini istehsal edir. Afrika çox davamlı bərpa
edilə bilən enerji mənbələrinə saatda 3140 teravatdan çox tükənən texniki hidroenergetika
potensialına, 9000 meqavatdan çox geotermal potensialına, zəngin biomas potensialına,
davamlı günəş potensialına və bəzi ölkələrdə əhəmiyyətli külək potensialına malikdir.
Bununla belə bərpa oluna bilən mənbələr regionun ilkin enerji təchizatına 1%-dən az
yardım göstərir.
A
SIYA VƏ
O
KEANIYA
: Çin istehsalı olan ucuz batareyalar tezliklə elektrik enerjisiylə işləyən
maşınların tezliklə meydana çıxmasına səbəb ola bilər. Baxmayaraq ki, Çin 1991-ci ildən
bu yana ÜDM-yə görə enerjini 50% azaldıb, onun CO
2
emissiyalarI 2008-cİ ildə ABŞ-ı
ötüb keçib. Çin dünyada ikinci böyük neft istehlakçısıdır və 2020-ci ilədək öz nüvə
imkanlarını 4 dəfə artırmağı planlaşdırır. Çində istehsal olunan enerjinin 2/3-si kömürdən
əldə olunur – bu da Çini hər hansı bir istixana effekti yaradan qazların qarşısının alınması
strategiyasında tənqidçi oyunçuya çevirir. Filippində istehsal olunan elektrik enerjisinin
27%-i geotermal mənbələrdən əldə olunur. Yaponiya və Cənubi Koreya enerjinin demək
olar ki, hamısını idxal edirlər. Yaponiya orbitdə günəş enerjisini necə emal etməyin və o
enerjini Yer kürəsindəki elektrik stansiyaları şəbəkəsinə yönləndirməyin yollarını araşdırır
və 2020-ci ilədək yanacaq elementləri ilə işləyən 5 milyon maşına malik olmağı
planlaşdırır. Avstraliya 2010-cu ilədək közərmə lampalarının istifadəsini qadağan edərək
yığcam flüoresent lampaların istifadəsinə keçməyi planlaşdırır.
A
VROPA
: AB planlaşdırır ki bioyanacaqlar 2020-ci ilədək onun yanacaqlarının 10%-ini
təşkil edəcək və region İstixana Qazlarının emissiyasını 1990-ci ildəkindən ən az 20%
azaldacaq. ABŞ-AB sammitində, 2015-ci ilədək 12 karbon-sorma-və-saxlama nümayiş
zavodları şəbəkəsi təsis etmək planlaşdırılıb. 2030-cu ilədək küləyin Avropa elektrik
enerjisiinin 23%-ini istehsal etməsi gözlənilir. Avropanın Rusiya enerjisindən asılılığının
artması Rusiyanın əlində yeni bir diplomatik alətə çevrilir. İsveç 2020-ci ilədək mədən
yanacaqlarından azad iqtisadiyyata malik ölkəyə çevrilməyi hədəfə alıb. Almaniya
dünyanın günəş elektrik enerjisinin yarısını istehsal edir, Avropanın ən böyük biodizel
isehsalçısıdır və 2020-ci ilədək CO
2
emissiyalarını 40% azaltmağı planlaşdırır. Bu da
Almaniyanı dünyanın ən qənaətcil enerji istifadəçisinə çevirəcək.
L
ATIN
A
MERIKASI
: Braziliya etil spirtinin istehsalı üzrə dünya lideridir; 2006-cı ildə ölkədə
alınan maşınların 70%-i qıvraq tipli yanacaqla işləyən nəqliyyat vasitələri olub; 2010-cu
ildə ölkənin etil spirtinin ixracından əldə etdiyi gəlir 1.3 milyard dollara çata bilər. Boliviya
və Venesuela öz neft və qaz sənayelərini milliləödirməyə davam edirlər. Meksika üz təbii
qazının xarici investisiyalar tərəfindən inkişaf etdirilməsini istəmir, amma eyni zamanda
bunu özünün etməsi üçün kifayət qədər maliyyəyə sahib deyil. Venesuelanın ağır neft
ehtiyatları bu günün texnologiyalarından istifadə edə və bununla Səudiyyə
Ərəbistanındakı ehtiyatlardan da çox ehtiyatlara sahib ola bilər.
Ş
IMALI
A
MERIKA
:
15-illik avtomobil dövriyyəsini nəzərə alsaq, 2012-ci ilədək ABŞ-dakı yeni
avtomobillərin yarısı benzinsiz işləməlidir ki, növbəti 20-30 il üçün Yaxın Şərq neft asılılığı
azalsın. Bu da elastiki yanacaqla işləyən qoşula bilən hibridlər vasitəsilə həyata keçirilə
bilər. Kosmik günəş enerjisi dünyadakı elektrik maşınlarının yanacağa olan tələbatını
bütünlüklə ödəyə bilər. Atom (nüvə) enerjisi ABŞ-ın CO
2
emissiya edən elektrik
stansiyalarını əvəz etməsi üçün təqribən 350 atom (nüvə) elektrik stansiyaları inşa
edilməlidir – 15 il ərzində hər 2-3 həftədə bir ABŞ Enerji Departamenti belə hesab edir ki,
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
70
nəqliyyat vasitələri qoşula bilən hibrid elektrikləri olsaydı, “baza” elektrik enerjisinin
istehsalı və ötürücülük imkanları ölkənin 220 milyon nəqliyyat vasitəsinin 84%-ini
yanacaqla təmin edə bilərdi. Hal-hazırda ABÖ-da yol tıxaclarında il ərzində 2.3 milyard
qallon qaz sərf olunur. ABŞ nümayiş məqsədli “emissiyasız” kömürlə işləyən elektrik
stansiyası və karbonu soran və istixana qazlarının qarşısını almaqla hidrogen istehsal
edən qurğu inşa etməyi planlaşdırır. ABŞ-da benzin vergisi Avropada olduğundan
təqribən 1/7 dəfə çoxdur.
Qrafik 13. Beynəlxalq Əsas Enerji Təchizatı
Mənbə: Beynəlxalq Enerji Agentliyi, Əsas Beynəlxalq Enerji Statistik Məlumatları, 2006
14.
Elmi və texnoloji nailiyyətlər insanların vəziyyətinin yaxşılaşdırılması üçün
necə sürətləndirilməlidir?
Son 25 ildə elm və texnologiyanın müstəsna təsirləri növbəti 25 ildə baş verəcək təsirlərlə
müqayisədə cüzi görünəcək. Yeniliklərin sürətini tezləşdirən amillər özləri yüksək sürətlə
dəyişirlər. “İntel” şirkəti ilk proqramlaşdırıla bilən və saniyədə trilyon əməliyyat həyata
keçirən 1 teraflopluq çiplər işləyib hazırlayıb. Beyin-kompüter qarşılıqlı əlaqəsi indi fikirləri
proqramlı şəkildə hərəkət etdirir, nanohissəciklər və fibra liflər sinir böyüməsini
stimullaşdırır və mini-biokompüterlər xüsusi fərdi hüceyrələri müalicə etməyə kömək edir.
Fotonlar yavaşıyıb və sürətlənib, yetkin gövdə hüceyrələrinin zədələnmiş toxumanı bərpa
etmə qabiliyyəti aşağı düşüb; bərk nümunənin içərisində gizlənmiş tək elektronun zəif
maqnetik siqnalları aşkar olunub; tək-molekullu kanal uzunluğuna malik üzvi tranzistorlar
artıq gözə görünürlər; mikrobial yanacaq elementi nümayiş etdirilib.
Elm və texnologiyanın imkanlarını sürətləndirməklə insanların inana biləcəyindən daha
çox şeyləri mümkünləşdirmək olar; insanın həyat şəraitini yaxşılaşdırmaq üçün elmi
irəliləyişlərin tətbiq olunması imkanları da davamlı şəkildə əldən buraxılır. Proqram
təminatını yaratmaq üçün kod xətlərindən istifadə olunurdusa, genetik kodlardan da yeni
həyat formaları yaratmaq üçün istifadə olunur. Süni orqanlar 3-ölçülü prototiplərə bənzər
Digər
Nüvə
Hidro
Kömür
Qaz
Neft
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
71
şəkildə hazırlana bilər; cərrahiyyə robotları artıq Maqnetik Rezonans Təsvirlərinə uyğun
gəlir və tibbi problemlərə görə məsuliyyət daşıyan hüceyrəvi və irsi anomaliyalar müəyyən
olunur və onların müalicəsi layihələşdirilir. Telefonlar üçün 10 qiqabaytlıq bərk disklər
tezliklə mümkün olacaq. Genetik cəhətdən modifikasiya edilmiş viruslar özlərini elektrik
keçiriciliyinə malik metallarla örtərək öz-özlərinə batareya elementlərinə çevrilən nano-
naqillər əmələ gətirirlər. Milyonlarla insan xərçəng xəstəliyinin dərmanını tapmaq üçün öz
kompüterlərinin ehtiyat yaddaşını könüllü şəkildə verirlər. Nanotexnologiya,
bilotexnologiya, informasiya texnologiyası və təfəkkür elmləri arasında gələcəkdə
müştərək fəaliyyət sivilizasiyanın perspektivlərini dəyişəcək. Bizə irəliləyişləri izləmək
üçün qlobal məlumat sistemi lazımdır ki, siyasətçilər və ictimaiyyət yeni elm və
texnologiyanın potensial nəticələrini anlasın. Elm və texnologiyanın sürətlənməsi və
qloballaşmasından irəli gələn risklər çox böyükdür (kompakt disk versiyasının 3.5-ci Fəsli,
2025-ci il üçün Qlobal Elm və Texnologiya Ssenarilərinə baxın) və gələcəkdə əxlaqi
məsələlərə səbəb ola bilər. Məsələn, bizim özümüzü klonlaşdırmağa, minlərlə yeni həyat
növü yaratmağa və əsaslı tədqiqatlarda elmi suverenitet tələb etməyə haqqımız varmı?
(Kompakt disk versiyasının 4-cü Fəsli, Elm və Texnologiyanın İdarəolunması
Məsələlərinə baxın).
“Lux Research” araşdırma şirkətinin verdiyi məlumata əsasən, 2006-cı ildə nanotexnoloji
tədqiqat və təkmilləşdirməyə 12.4 milyard dollar sərmayə qoyulub və nanotexnoloji
məhsullar 50 milyard dollardan çox qiymətə satılıb, beynəlxalq patent fondları 31% artıb
və ABŞ və Yaponiyada özəl sektorlar tədqiqat və təkmilləşdirmə xərclərində hökuməti
geridə qoyub. Hər halda, nanotexnoloji mühitin sağlamlığa təsirinin tədqiq olunması geniş
yayılıb, bu da tənzimləyən istehsalı dəyişəcək standartlara gətirib çıxaracaq. Yeni
avtomatik nano-miqyaslı standart bloklar, elementlər və qurğular üçün elmi plan
hazırlanır. Qan hüceyrələri ölçüsündə olan nanorobotlar bir vaxt müayinə və müalicə və
daxili VR təsvirlərini çəkmək üçün insan bədəninə daxil ola bilərlər. Daha uzun müddət
üçün kvant fenomeni və qarışıqlıq yaradan vasitələr tədqiq olunur. Kvant fizikləri
teleportlaşan fərdi fotonları təcrübədən keçirir və orjinalın 2 demək olar ki eyni surətini
teleportlaşdıran üsul nümayiş etdirirlər. Astronomlar, cazibə qüvvəsinə əks olaraq
kosmoloji qüvvə olan qaranlıq enerjisinin imkanlarını tədqiq edirlər.
14-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, ictimai tələblər üçün tədqiqat və
təkmilləşdirmə xərcləri, digər məqsədlər üçün edilmiş xərclərə bərabər olacaq və tədqiqat
və təkmilləşdirmə prioritetləri sistemində və qanunvericilikdə istifadə üçün dünya elm və
texnologiya biliklərini əlaqələndirəcək, beynəlxalq elm və texnologiya təşkilatı təsis
olunacaq. Belə bir sistem riskləri, imkanları və müştərək əsaslı məsələlərə dair fərziyyələri
aydgnlaşdırmaq məqsədilə dünya biliklərinin istifadəçi üçün rahat şəkildə toplamaqla
siyasi və mətbuat qərar qəbul edicilərini daha elm və texnologiya fəhmli edə bilər. Bu
sistem həmçinin, bionanotexnologiya kimi mübahisəli sahələrin şəffaf beynəlxalq elmi
qiymətləndirilməsini asanlaşdıra və onların mümkün və arzu olunduqları yerlərdə onların
insanın həyat şəraitini necə yaxşılaşdıracağını aydınlaşdıra bilər. Hal-hazırda
Akademiyalararası Panel – dünyadakı 90 elmi akademiyaların şəbəkəsi elm və
texnologiya məlumatlarına çıxışı və əməkdaşlığı artırır; hər kəs, tətbiqi elmin insanın
həyat şəraitini yaxşılaşdırmaq məqsədilə mənbələndiyi, günü-gündən genişlənən biliklər
məcmusunu təmin etmək üçün yeni nəzəri prinsiplərin əsas tədqiqat və
təkmilləşdirilməsini dəstəkləməlidir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
72
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Afrikada elm və texnologiya maliyyələşdirilməsi hələ də ÜDM-nin 1%-dən azdır.
2007-ci ilin oktyabrında Afrika Elm və Texnologiya stratgiyaları liderlərinin Misirdə
keçirilən görüşünün nəticələri, Afrikanın İnkişafı üçün Yeni Əməkdaşlığın strategiyaları və
elm üzərində işlərini, texnologiyanı və milli qərar qəbul edicilik prosesi üçün yenilik
göstəricilərini qidalandırmalıdır. Elmi Birliklərin Beynəlxalq Şurası Afrikada diqqəti
sağlamlığa və insanların rifahına, çirklənmə və meşəsizləşmə kimi təhlükələrə, sabit
enerjiyə və qlobal iqlim dəyişikliyinə yönəldən idarə təsis etmişdir.
A
SIYA VƏ
O
KEANIYA
:
Hal-hazırda Çin Yaponiyanı ötərək dünyada ikinci ən böyük tədqiqat
və təkmilləşdirmə sistemidir və 2010-cu ilədək dünyanın tədqiqat və təkmlləşdirmə
xərclərinin 23%-ini təşkil edir. ABŞ-dan sonra Çin dünyada nanotexnologiya haqqında
maddələrini buraxan ikinci ən böyük ölkədir. Yaponiya isə üçüncü yerdədir. Çin Nigeriya
üçün peyk layihələşdirib və havaya buraxıb və Venesuela üçün də birini layihələşdirməyi
və havaya buraxmağı planlaşdırır. Hindistanın Banqalor şəhərində ABŞ-ın Silikon Valli
rayonundakından daha çox İT mühəndisi var. Yaponiya kosmik günəş peyklərinin inşa
edilməsi və saxlanılmasının təcrübi üsulu kimi ilk sınaq Furoşiki peykini havaya buraxıb.
A
VROPA
: Tibbi-, bioloji-, və neyrotexnologiyada irəliləyişlər Avropada yaşlanan cəmiyyətlə
olan problemlərin bir çoxunu azalda bilər. Avropada, əsasən Almaniyada bir çox tədqiqat
institutları, kompüterləşdirilmiş protezlərə və beyin-kompüter interfeyslərinə malik Süni
Görmə Sistemləri üzərində işləyirlər. AB 2010-cu ilədək tədqiqat və təkmilləşdirmə
xərclərini ÜDM-nin 3%-dək artırmağı və daha 700 000 tədqiqatçı cəlb etməyi planlaşdırır.
500 000-dən çox alim son 15 il ərzində Rusiyanı tərk edib; Rusiya indi nanotexnoloji
tədqiqat və təkmilləşdirməyə böyük sərmayələr qoyur. Sloveniya hökuməti şəffaflığı və
ictimai anlaşmanı artırmaq üçün öz tədqiqat proqramını şərhlər üçün açıq elan edib.
L
ATIN
A
MERIKASI
: Region ÜDM-nin orta hesabla 0.4%-ini elm və texnologiyanın inkişafına
sərf edir, lakin 2010-cu ilədək bu göstəricini 3%-ə qədər artırmağı planlaşdırır. Region
həmçinin öz uzunmüddətli dövlət-özəl tədqiqat və təkmilləşdirmə əməkdaşlığını, regional
tədqiqat şəbəkələrini, milli strateji tədqiqat və təkmilləşdirmə planlaşdırmasını, əsaslı
tədqiqatları, fayda və risklər üzrə elm və texnologiya məlumatlılığnı və yerli tədqiqat və
təkmilləşdirməyə qoyulan özəl sərmayə qoymaq stimulunu inkişaf etdirməlidir.
Ş
IMALI
Amerika: Massaçusets Texnologiya İnstitutu pulsuz onlayn elm və texnologiya
kursları təklif edir. Milli Elmlər Akademiyasının verdiyi məlumata əsasən, hal-hazırda ABŞ
ixrac etdiyindən daha çox yüksək-texnologiyaya malik məhsulları idxal edir. Saf enerji
texnoloji innovasiyaları sürətlənməkdə davam edir – 2006-cı ildə 4000 ABŞ əlaqəli patent
olmuşdur. ABŞ Patentlər İdarəsi ictimai şərhlərin edilməsi üçün patent ərizələrini
internetdə yerləşdirməyi planlaşdırır. Elm və Texnologiya üzrə təhsil alan tələbələrin
sayının azalması, dini fundamentalist siyasətlər və digər siyasi nəzər nöqtələrinin
mövcudluğu ABŞ elminin davamlı uğuruna potensial təhlükələrdir. Mükafatlar bəşəriyyətə
xeyir verən texnologiyanın yayılmasını sürətləndirə bilər. Məsələn, Kaliforniya ştatı, San
Xose Texnoloji Muzeyinin təsis etdiyi Texnologiya Mükafatg və ya ildə milyonlarla ton
karbon qazının təmizlənməsinə səbəb olan Rizard Brensonun təsis etdiyi mükafat ya da
Massaçusets Texnologiya İnstitutunun həyata keçirdiyi robot yarışları.
Qrafik 14. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında və Əməkdaşlıq edən Qeyri-Üzv
Ölkələrdə Gözlənilən Tədqiqat və Təkmilləşdirmə xərcləri (ÜDM-nin faizi)
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
73
Mənbə: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Məlumatlar bülleteni, 2007 – İqtisadi,
Ekoloji və Sosial Statistik göstəricilər
15.
Etik düşüncələri qlobal qərarlarla daha mütəmadi surətdə necə
birləşdirməli?
Qeyri-əxlaqi qərarlar kütləvi informasiya vasitələrinin, bloqların, mobil telefon
kameralarının, etik komissiyaların və “Transparency İnternational” kimi təşkilatların
vasitəsilə geniş şəkildə ifşa edilir. Bununla belə mənasız xəbərlər və əyləncələr beynimizi
əxlaqsız davranışlarla doldurur, halbuki 1 trilyon dollar rüşvətə, 2 trilyon dollar mütəşəkkil
cinayətkarlığa xərclənir və terrorizmin yayılmaması üçün qlobal əxlaqi rəhbərliyə böyük
ehtiyac var. Dəyərləndirmələrə əsasən, 30 münaqişədə 300 000 uşaq əsgər, cinsi qul,
hambal və gözətçi işləyir. Braziliyanın QİÇS-ə dair qərarları kimi daha çox əxlaqi qərarlar
necə möhkəmləndirilə bilər? Və ya CO
2
-nin emissiyasını azaltmaq üçün yaranan ABŞ-Çin
ittifaqı kimi ittifaqlar necə təşviq oluna bilər?
Dini dünyagörüşünə əsaslanan ictimai əxlaq günü-gündən artan ateizmin təsirinə məruz
qalır. Bu da qərar qəbul etmə prosesinin əxlaqi özülü haqqında qeyri-müəyyənliklərə
səbəb olur. Həyat quruluşunun dəyişmə sürəti bir çox insanların və institutların qavrama
bacarıqlarından xaric olduğu üçün əxlaqi qeyri-müəyyənliklərə gətirb çıxarır. Bizim genetik
kodları yenidən yazmaqla minlərlə yeni həyat formaları yaratmağa və ya özümüzü və
gələcək nəsilləri genetik şəkildə dəyişməyə haqqımız varmı? İnsanların texnologiya ilə
birləşməsi nə dərəcədə doğrudur? Azad sorğunun dəstəklənməsi və nəzərəçarpacaq
dərəcədə qəza halı yarada biləcək məlumatlara çıxışın təmin olunması arasında baıans
mövcuddurmu? Texniki vasitələr terrorizmin elektronik faşizmə gətirib çıxarmasının
qarşısını ala bilərmi? Mütəxəssislər belə bir fərziyyə irəli sürür ki, dünya “spesifikliyə”
doğru hərəkət edir – bu düvrdə texnoloji dəyişkliklər elə çox sürətlə baş verir və elə
mühüm əhəmiyyət kəsb edir ki, biz məsələn bugün 2025-ci ildən o tərəfə həyatın necə
olacağı haqda təsəvvürlərə malik olmaq iqtidarında deyilik.
Qlobalizasiya və qabaqcıl texnologiya çox az insana, əvvəlkindən daha az vaxt ərzində və
daha zox ziyan vurmağa imkan verir. Nəticə etibarilə hər bir insanın rifahı, hamını
maraqlandırmalıdır. Bu cür bayağılıqlar yenilik deyil, lakin onların nəticələrinin
uğursuzluğu gələcəkdə keçmişdəkindən tamamilə fərqli olacaq. Yeni texnologiyalar da
həmçinin çox az insana, əvvəlkindən daha çox kömək etməyə imkan verir. BMT-nin
Dostları ilə paylaş: |