Allahın Diləməsi
Əbu Muti: “(Kovni və Şəri istək) Allah bir şeyi yaratmağı
diləmədiyi halda onu əmr etmiş, lakin bir şeyi əmr etmədiyi halda
onu diləmiş və yaratmışdırmı?” Deyə soruşdum.
Əbu Hənifə: “Bəli” dedi. Mən: “Bu necə olur?” dedim. O: “Allah
kafirə müsəlman (təslim) olmağı əmr etmişdir, lakin kafir üçün
müsəlmanlığı (təslimiyəti) yaratmağı diləməmişdir. Kafir üçün
küfrü diləmiş, lakin kafirə küfrü əmr etmədiyi halda yaratmışdır”
deyə cavab verdi. Mən: “Allah əmr etməmiş olduğu bir şeydən razı
olurmu?” dedim. O: “Bəli, nafilə ibadətlər buna misaldır” dedi.
Mən: “Allah bir şeyi əmr etdiyi halda ondan razı olmaması ola
bilərmi?” dedim. O: “Xeyr” dedi. Mən: “Nə üçün?” dedim. O:
“Çünki Allah əmr etdiyi hər şeydən razı olur (Allahın əmr etdiyi
şeylər razı olduqları şeylərdir)” dedi. Mən: “Allah qullarını razı
29
Aləqa – laxtalanmış qan, ziyil deməkdir: «O, insanı laxtalanmış qandan yaratdı». (əl-
Ələq, 2).
30
Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdi.
31
Buxari 3208, Müslim 2643.
27
olduğu şeylərdən dolayımı, yoxsa razı olmadığı şeylərdən
dolayımı əzaba çəkər?” deyə soruşdum. O: “Allah qullarını razı
olmadığı şeylərdən dolayı əzaba çəkər. Onların: Küfrü, üsyanı, razı
olmadığı məsələlərdə əzab edər” dedi. Mən: “Allah onlara dilədiyi
üçün, yoxsa diləmədiyi üçün əzab edər?” deyə soruşdum. O:
“Allah onlar barəsində dilədiyi üçün əzab edər. Çünki Allah
qullarından asi üçün üsyanı, kafir üçün küfrü dilədiyi halda, küfr
və asilikdən dolayı əzab edər” dedi. Mən: “Allah onlara İslamı əmr
etmiş, sonra da onlar üçün küfrü diləmişdirmi?” deyə soruşdum.
O: “Bəli” dedi. Mən: “Allahın diləməsi əmrinimi keçmişdir, yoxsa
əmri diləməsini keçmişdir” deyə soruşdum. O: “Allahın diləməsi
əmrini keçmişdir” dedi. Mən: “Allahın diləməsi onun rızasıdırmı?”
deyə soruşdum. O: “Diləməsi – rızası və əmr etdiyi xüsusda itaət
və əməl edən kimsə üçün Allah rızası vardır. Allahın əmr etdiyinin
əksinə əməl edən kimsə onun diləməsi ilə işləmiş olur, lakin onun
rızası olmadan etmiş olar. Ona qarşı asilik etmiş olar. Asilik isə
Allahın rızasının xilafdır” dedi. Mən: “Rızası olan şeylərdə Allah
qullarını əzaba çəkərmi?” deyə soruşdum. O: “Allah qullarını razı
olmadığı küfrdən dolayı əzaba çəkər, lakin onların itaəti tərk
etmələri və asiliklər etməlrindən dolayı onlardan intiqam alıb, əzab
etməyə rızası vardır” dedi. Mən: “Allah möminlər üçün küfrü
diləmişdirmi?” deyə soruşdum. O: “Xeyr, lakin möminlər üçün
imanı diləmişdir. Həmçinin kafirlər üçün küfrü, zina edənlər üçün
zinanı, oğurluq edənlər üçün oğurluğu, elm əhli üçün elmi, xeyir
sahibləri üçün də xeyri diləmişdir. Allah kafirləri yaratmadan öncə
onların kafirlər və sapıqlar olmasını diləmişdir”. Mən: “Allah
kafirləri razı olduğu şeyi yaratdığından dolayımı, razı olmadığı
şeyi yaratdığından dolayımı əzab edər” deyə soruşdum. O: “Allah
kafirləri yaratmağa razı olduğu şeydən dolayı əzaba uğrar” dedi.
Mən : “Nə üçün?” dedim. O: “Allah küfrü yaratmağa rızası olduğu
halda onları küfrlərindən dolayı əzab verər. Lakin Allahın küfrə
rızası yoxdur” dedi. Mən: “Əgər küfr etsəniz (Allahın nemətlərini
dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar).
28
Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma
bəndələrinin küfr etməsi Ona xoş getməz...”. (əz-Zumər 7)
buyurduğu halda necə olur da küfrü yaratmağa rızası olur?” deyə
soruşdum. O: “Allah onlar haqqında dilər, lakin razı omaz” dedi.
Mən: “Nə üçün?” dedim. O: “Çünki Allah İblisi yaratmışdır. İblisi
yaratmağa rızası vardır, lakin İblisin özünə rızası yoxdur.
Həmçinin Allah içki və donuzu yaratmışdır. Onları yaratmağa
rızası olduğu halda bu kimi şeylərdən razı deyildir”. Mən: “Nə
üçün?” dedim. O: “Allah içkinin özünə rıza göstərsəydi (razı
olsaydı) onu içən Allahın razı olduğu şeyi içmiş olardı. Lakin onun
içkiyə və küfrə, İblisə və əməllərinə rızası yoxdur. Lakin
Muhəmmədə – sallallahu aleyhi və səlləm - şəxsən rızası vardır” dedi.
Mən: “Yəhudilər: “Allahın əli bağlıdır...”. (əl-Maidə 64) deyirlər.
Onların bu sözünə Allahın rızası varmıdır?” deyə soruşdum. O:
“Xeyr” dedi. Mən: Əgər o, kimsə: “Allah bütün insanları Mələklər
kimi itaətkar yaratmaq istəsəydi buna qadir olurdumu? Kimsə
desə ki: Xeyr, Allahın özünü vəsf etdiyindən başqa bir vəsf ilə
vəsfləndirmiş olar. Çünki Allah Quranda: “O Öz qulları üzərində
hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır”.
(əl-Ənam 18). “Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız,
bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah
sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin
küfr etməsi Ona xoş getməz...”. (əz-Zumər 7). “De: “Allah başınızın
üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab
göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə
digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara
nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”. (əl-Ənam 65). Yox,
əgər: “Qadirdi” deyərsə ondan: “Əgər Allah İblisin Cəbrail -
əleyhissəlam - kimi itaətkar olmasını diləsəydi buna qadir
olmazdımı?”. Əgər: “Xeyr” deyərsə öz sözünü tərk etmiş və Allahı
sifətlərindən başqası ilə vəsfləndirmiş olar. Əgər: “Qulun zina
etməsi, içki içmsi, namuslu insanlara dil uzatması Allahın izni ilə
deyilmidir?” deyə söyləyərsə: “Bəli” deyilir. Yaxşı, bu zaman o
29
kimsəyə nə üçün hədd cəzası tətbiq edilir” deyərsə: “Allahın əmr
etdiyi şeyi tərk etməməsi üçün” deyilir. Çünki o, kimsə köləsini
öldürsə, bu Allahın diləməsi ilə olur, insanlar da o kimsəni
pisləyərlər. Əgər köləsini azad edərsə insanlar da etdiyi əmələ görə
onu tərif edərlər. Bunların hər ikisi də Allahın diləməsi ilə baş
verir. O, kimsə bu əməlləri Allahın diləməsi ilə etmiş olur. Lakin
qul Allahın diləməsi ilə asilik edərsə bu kimsənin əməlində Allahın
rızası yoxdur və əməlində doğruluq yoxdur. “Nə üçün ona hədd
cəzası tətbiq edilir?” sualına gəldikdə isə sual düzgün
verilməmişdir. Çünki onlar bir çox asiliklərdə də Allahın
diləməsini qəbul etmirlər. Ona görə içki içmək kimi bir əmələ hədd
cəzası yoxdur. O, isə etdiyi bütün işləri Allahın diləməsi ilə
etmişdir”.
İman Babı
Əgər: “İmanın yeri haradır?” deyə soruşularsa onun qaynağı və
yerinin qəlb olduğu, budaqları (şöbələri) isə bədəndədir deyilir.
Əgər: “O, barmağındadırmı?” deyə soruşarsa, Bəli – de. Əgər:
“Barmaq kəsildikdə iman hara gedər?” deyə soruşarsa ona:
“Qəlbə” de
32
. Əgər: “Allah qullarından bir şey tələb edərmi?” deyə
soruşarsa ona: “Xeyr, onlar yalnız Allahdan istəyərlər” de. Əgər:
“Allahın qulları üzərində olan haqqı nədir?” deyə soruşarsa ona:
“Ona ibadət edib, heç bir şeyi Ona şərik qoşmamaqlarıdır. Bunu
etdikləri zaman onların Allahdan gözldikləri (onların Allah
üzərində
olan
haqqı),
Allahın
onları
əff
etməsi
və
mükafatlandırmasıdır. Çünki Allah Quranda: “(Ya Peyğəmbər!)
And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri
zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində
olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi,
onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi
32
Görünür ki, bu sözlər İmamın söz və cavabından deyildir. Çünki Sələflər belə
danışmayıblar. Allah daha doğru bilir!
30
qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə
(Xeybərin fəthi) ilə mükafatlandırdı”. (əl-Fəth 18). Allah
möminlərdən razı olur. Allah iblisə qəzəb edər. “İstədiyinizi
edin!”. (Fusillət 40). Ayəsi Allahın təhdidini ifadə edər. “Səmud
qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar
korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları
qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı
yaxaladı”. (əl-Fusillət 17). Yəni, onlara hidayəti göstərmiş və
açıqlamışdır deməkdir. “Kim istəyir inansın, kim də istəyir
inanmasın". (əl-Kəhf 29). Ayəsi Vaid ifadə edər. “Mən cinləri və
insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”. (əz-Zariyat
56). Yəni, Mənim təkliyimi (birliyimi) qəbul etsinlər deməkdir.
Lakin bu fellərin hamısı, xeyri, şəri, şirini (xoş gün), acısı (çətin
gün), zərəri, faydası hamısı Allahın təqdirilədir. “Əgər Rəbbin
istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları
iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir.
Sənin vəzifən ancaq islamı təbliğ etməkdir)”. (Yunus 99). “Əgər Biz
(istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara
danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına
qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin
onların əksəriyyəti (bunu) bilməz”. (əl-Ənam 111). “Heç kəs
Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə
özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini)
anlamayanları əzaba (kəsafətə) düçar edər”. (Yunus 100). “Əgər
Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar
elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən
başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: "Mən
Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!"
Sözü yerinə yetəcək”. (Hud 118-119). “Biz hər ümmətə: “Allaha
ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik.
Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə
(Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey
müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı
31
hesab edənlərin axırı necə oldu!”. (ən-Nəhl 36). “Amma Allah
istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir,
Müdrikdir!”. (İnsan 30). Yəni, Allah təqdiri ilə diləmədikcə siz
diləməzsiniz. Şueyb - əleyhissəlam - buyurdu: “Allah bizi sizin
(batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək,
(sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha
qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla
sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə)
hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey
Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən
hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89). Nuh: “Əgər Allah
sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən
sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin
Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!". (Hud 34).
Yenə, Allah buyurdu: “Doğrudan da (qadın) ona meyl salmışdı.
Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona
meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq
üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”.
(Yusuf 24). Həmçinin Allah buyurdu: “And olsun ki, Biz Süleymanı
(etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə
(ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq).
Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz
taxtına) qayıtdı”. (Sad 34).
İmama Qarşı Üsyan Və Çıxış
Əbu Muti: Yaxşılığı əmr edib, pislikdən çəkindirən, insanlar
arasında tərəfkeşlərini tapan sonra da cəmaata qarşı çıxan kimsə
barəsində sözün nədir? Bu əməli doğru sayırsanmı? Deyə
soruşdum.
Əbu Hənifə: “Xeyr” dedi. Mən: Nə üçün? Axı, Allah və Rəsulu
yaxşılığı əmr edib, pislikdən çəkindirməyi əmr etməmişdirmi? Bu
vacibdir” dedim. Əbu Hənifə: Bəli, lakin bu kimsələrin ifsat
32
etdikləri şeylər islah etdiklərindən daha çoxdur (çünki əmirlərə
qarşı çıxmağın zərərləri faydasından çoxdur). Qan tökmək, haramı
halal saymaq, malları qəsb etmək vardır. Belə ki, Allah Quranda
buyurmuşdu: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa,
onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə,
təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər
vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki
dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz
ki, Allah insaflıları sevər!”. (əl-Hucurat 9).
Əbu Muti: “Təcavüz edən zümrəyə qarşı qılınclamı vuruşaq?”
deyə soruşdum.
Əbu Hənifə: Bəli, ilk növbədə yaxşılığı əmr edib, pislikdən
çəkindirərsən. Əgər qəbul edərlərsə nə gözəl, əgər qəbul
etməzlərsə onlarla döyüşərik. Sən adil zümrə ilə bərabər ol! İmam
zalım olsa da belə. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm -
buyurdu: «Sizə zalım olanın zülmü, adil olanın ədaləti zərər
verməz. Sizin əcriniz sizə, onların günahı da özlərinə aiddir”
33
.
Əbu Muti: Hökm verən Xəvariclər barəsində sözün nədir?”
deyə soruşdum.
Əbu Hənifə: Onlar Xəvariclərin ən pisləridir” deyə cavab verdi.
Onları təkfir edə bilərikmi?” deyə soruşdum. O: “Xeyr, lakin Əli və
Ömər İbn AbdulƏziz – radıyallahu anhu - kimi xeyirli imamların
etdikləri şəkildə onlarla hərb edə bilərik” dedi. Mən: “Axı,
Xəvariclər təkbir gətirir, namaz qılır, Quran oxuyurlar. Məgər sən
Əbu Umamənin hədisini xatırlamırsanmı? O, Şam məscidinə daxil
olduqda orada Xəvariclərin kəsilmiş başları ilə qarşılaşdı. Əbu
Ğalib əl-Humsiyə: Ey Əbu Ğalib! Bunlar sənin məmləkətinin
insanlarıdır. Onların kim olduqları barəsində sənə xəbər vermək
istəyirəm. Onlar Cəhənnəm əhlinin köpəkləridir. Onlar səma
altında öldürülənlərin ən şərliləridir” deyər və ağlayardı. Əbu
Ğalib:
“Ey
Əbu
Umamə!
Səni
ağladan
nədir?
Onlar
müsəlmandırlar, sən isə onlar haqqında belə sözlər deyirsən” dedi.
33
İbn Məcə “Fitən” 9.
33
Əbu Umamə: Onlar Allahın onlar haqqında buyurduğu: “Bəzi
üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə),
üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi,
kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir”. (Ali İmran
106) kimsələrdir. Bunun üzərinə Əbu Ğalib: “Bunlar sənin öz
sözlərindir, yoxsa Peyğəmbərdən – sallallahu aleyhi və səlləm -
eşitdiyin sözlərdir”. Əbu Umamə: “Əgər mən bunu Peyğəmbərdən
– sallallahu aleyhi və səlləm - bir, iki, üç və yeddi dəfə eşitməmiş
olsaydım sizcə xəbər verərdimmi?” dedi və Xəvariclərin küfrü
Allahın nemətlərinə qarşı küfr etmələridir – dedi
34
.
Əbu Muti: Xəvariclər üsyan edir, hərb edir, hücüm edir sonar da
sülh bağlıyırlar. Onlar (sülhdən) öncə etdikləri əməllərinə görə
mühakimə olunurlarmı? deyə soruşdum. Əbu Hənifə: “Hərb
bitdikdən sonra onlar üçün bir zarar yoxdur. Onlara hədd tətbiq
olunmaz, qan tökdükləri üçün qisas da alınmaz” dedi. Mən: “Nə
üçün?” dedim. O: “Osmanın – radıyallahu anhu - öldürülməsindən
sonra insanlar arasnda ortaya çıxan fitnədən dolayı səhabələr: Təvil
nəticəsində qana bulaşanlara qisas olunmayacaq, təvil nəticəsində
haram yolla qadınlara təcavüz edənlərə hədd cəzası tətbiq
olunmayacaq və təvil yolla bir mala sahib çıxan kimsə üçün də bir
cəza yoxdur, yalnız haqsız yerə kimdənsə nə isə götürbsə o
müstəsnadır. Sahibinə geri qaytarılacaqdır” deyə ittifaq etmişlər.
İmanında
35
Şübhə Edən Kimsə Barəsində
36
34
Tirmizi 3000, İmam Əhməd “Musnəd” 5/250, əl-Albani “Həsən Səhih”.
35
İmanda İstisna Etmək «İnşəallah, Mən Möminəm» Demək - Əhli Sünnə vəl Cəmaat
imanda istisna etmək – yəni «İnşəallah, mən möminəm» deməyin və özləri haqqında yəqin
olaraq «Mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə
iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən möminəm».
Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün
bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş,
təmizə çıxarmış və özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli
sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən
olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O,
Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).
34
İstisna Etmək – «İnşəallah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun
vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.
Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman
qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-
şübhə etməməlidir. Onlara görə şahadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin
olduğumu da bilirəm. Onların «Mən möminəm» deməyi, «Mən müsəlmanam» deməyi
kimidir və bu məsələdə «İnşəallah, mən möminəm» deyənlərə də Şəkkak – şübhəçi adını
verirlər. İmam Əbu Hənifə – rahmətullahi aleyhi – də imanda inşəallah, mən möminəm
deməyin haram olduğu fikrindədir. O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən
mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə
yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən
kafirdilər». (ən-Nisa 151). Muhəmməd - sallallahu aleyhi və səlləm – in ümmətinin günahkar
olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir deyillər». əl-Vəsiyyə s.87, əl-Fikhul
Əbsat s. 41,43,52. İmam Əbu Hənifə – rahmətullahi aleyhi –, Harisi və Haskəfinin rəvayətinə
görə belə demişdir: «Alqamə ilə birlikdə Ata İbn Əbi Rəbahın yanında idik». Alqamə ona:
«Ey Əbu Muhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm
deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata İbn Əbi Rəbah: «Onlara nə olur ki, bunu
söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alqamə sözünə davam edərək: «Deyirlər ki, mömin
olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata
onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi
ən böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər - sallallahu aleyhi və
səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər -
sallallahu aleyhi və səlləm – in də bunu etdiyinin şahidi olmuşam». Xarizmi «Cəmiul Məsanid»
1/182, Aliyyul Qari “Şərhu Musnədi Əbu Hənifə” s. 378. Digər bir qrup isə hər bir şeydə
istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh
əməllərdə də istisna etməyə başladılar. «İnşəallah mən namaz qıldım, inşəallah oruc
tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə
başladılar. «İnşəallah bu paltardır, inşəallah bu ayaqqabıdır» və s. Lakin ən gözəl mövqe isə
Sələfin mövqeyidir. Allah Qurani Kərimdə yəqin olaraq baş verən bəzi işləri Allahın
diləməsinə bağlayaraq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun
ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!)
Siz, inşəallah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış
halda və (müşriklərdən) qorxmadan Məscidulhərama daxil olacaqsınız». (əl-Fəth 27). O,
yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda (İbrahim)
dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!
O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəallah mənim səbrlilərdən olduğumu
görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm! demə.
Ancaq: «İnşəallah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil
olduqda o, ata-anasını bağrına basıb: «İnşəallah əmin-amanlıqla Misirə daxil olun» dedi.
(Yusif 99). Aişə – radıyallahu anhə – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm –
gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu!
Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəallah biz də sizə
qovuşacağıq. Allahım! Bəqi qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun
sakinləri! Salam üzərinizə olsun! İnşəallah biz də sizə qovuşacağıq!». Müslim, İmam Əhməd
35
6/71,111,180, Nəsəi 4/93,94, İbn Məcə 1546, əl-Albani «Əhkəmul-Cənaiz» s. 239, «İrvəul
Ğəlil» 3/236. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və
səlləm – buyurdu: «Hər Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını
etmişdir. Lakin mən duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq
ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail
olacaqlar». Buxari, Müslim. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə
olsun): «Şübhəsiz bu gecə yetmiş (Bəzi rəvayətlərdə 90, bəzilərində 99, bəzilərində 100)
zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir
süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o,
İnşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı.
O, da xəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu:
«Nəfsim əlində olan Allaha and olsun ki, əgər İnşəallah demiş olsaydı hər biri Allah
yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər İnşəallah demiş olsaydı
vədini yerinə yetirmiş olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümüdü olardı)».
Buxari 5242, Müslim 1654, Nəsəi 7/30,31, İmam Əhməd 2/229,275,506, Tirmizi 1532.
Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid İbn Feyruz) rəvayətinə görə Əli –
radıyallahu anhu – demişdir: «Bir kimsənin mən möminən deməsi bidətdir». İmam Əhməd
«əs-Sünnə» 643, əl-Laləkai 1778. İbn Məsud – radıyallahu anhu – deyir: «Hər kim mömin
olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə olduğuna da şahidlik etsin». İmam Əhməd
«əs-Sünnə» 711,721, əl-Laləkai 1779. Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında
şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi.
Sonra İbn Məsud – radıyallahu anhu – o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına,
Peyğəmbərlərinə inanırıq». Əbu Ubeyd «İman» 11, İmam Əhməd «əs-Sünnə» 655,668,
Təbərani «əl-Kəbr» 9/8792, əl-Laləkai 1780. Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun
yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam mömin
olduğunu iddia edir». İbn Məsud – radıyallahu anhu – onların bu sözlərinə: «Ondan bir
soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar.
Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud –
radıyallahu anhu – ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha
həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi». əl-Albani – Əbu Ubeydin
«İman» kitabında səhih olduğunu qeyd edir. S. 67. İmam Əhməd – rahmətullahi aleyhi –
imana dair sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə
ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu
səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir,
deyə cavab vermişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – qəbr əhlini ziyarət etdikdə
buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq
öləcəyini bildiyi halda istisna etdi». əl-Laləkai «əs-Sunnə» 1798. Vəlid İbn Müslim: «Əvzai,
Məlik İbn Ənəs və Səid İbn AbdulƏzizin kişinin mən möminəm deməsini inkar etdiklərini,
inşəallah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim». İmam Əhməd «əs-Sünnə»
687,744. İmam Beyhəqi – rahmətullahi aleyhi – deyir ki: «Bunu – imanda istisna etməyi –
səhabədən bir qrupdan, tabiinlərdən və sələfi salihdən rəvayət etdik». İbrahim ən-Nəhai –
rahmətullahi aleyhi – deyir ki: «Bir kimsənin bir nəfərə – Sən möminsən – deyə soruşması
bidətdir». Beyhəqi «Şuabul İman» 1/212. Sufyan İbn Uyeynə – rahmətullahi aleyhi – deyir ki:
«Bir kimsəyə sən möminsən deyə soruşulduğu zaman istəyirsə cavab verməsin və belə
36
desin: «Sənin mənə belə bir sual verməyin bidətdir, mən imanımdan şübhə etmirəm. İman
artar və əskilər. Mən möminəm inşallah deyəni isə tənqid etmə». İbn Batta «əl-İbanə» 2/881
(1213). İmam əl-Acurri – rahmətullahi aleyhi – deyir ki: «Sözünü etdiyimiz elm adamlarından
həqiqət əhlinin bir özəlliyi də imanda istisna etmələridir. Bu şübhə üzərində edilən bir
istisna deyildir – imanda şübhədən Allaha sığınırıq – Lakin imanda kamil bir mənaya gələ
biləcək şəkildə nəfislərini təzkiyə etməkdən qorxduqları və imanın həqiqətinə layiq
kimsələrdən olub-olmadıqlarını bilmədikləri üçün edilən bir istisnadır. Bu səhabələrin və
onlara gözəl bir şəkildə uyanların yoludur». əl-Acurri «Kitabuş Şəriya» 2/656. İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki: «Mütləq iman Allahın quluna əmr etdiyi şeylərin hamısını
etməyi və haramları tərk etməyi əhatə edir. Bir kimsə: «Kimsə özünə mən möminəm dediyi
zaman əmr edilən bütün şeyləri yerinə yetirən və qadağaları tərk edən təqva sahibi
yaxşılardan olduğuna şahidlik etmişdir. O, artıq Allahın vəlilərindən olur. Bu insanın bir
növü öz nəfsini təzkiyə etməsi və bilmədiyi bir şeylə öz lehinə şahidlik etməsi deməkdir.
Əgər bu şahidlik səhih olsaydı insanın bu hal üzərə ölməsi onun Cənnətlik olmasına da
şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik olmasına şahidlik edən heç kimsə yoxdur. Öz
nəfsi üçün imanla şəhadət etməsi, bu hal üzərə ölürsə Cənnətlik olacağına şahidlik etməsi
kimidir”. Məcmul Fətava 7/446. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və
səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları –
Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan
mütəvatir olaraq gəlmişdir». İbn Teymiyyə «İman» s. 375, 394, «Məcmuul Fətava» 7/438-460.
Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli, tabiinlərdən - İbn Əbi Muleykə, Tavus,
Həsənul-Basri, Məhəmməd İbn Sirin, İbrahim ən-Nəhai, Səid İbn Feyruz, Dəhhak İbn
Məşriki, İsmail İbn Əbu Xalid, Muğirə İbn Miksəm, fikhçilərdən Abdullah İbn Şübrümə,
Mamər İbn Rəşid, Sufyan əs-Səvri, Sufyan İbn Uyeynə, Abdullah İbn Mubərək, İmam Məlik,
İmam Əhməd – Allah onlardan razı olsun - və s. rəyləridir». İmam Əhməd «əs-Sünnə» 307-
384, əl-Laləkai 5/967,968, Nəvəvi «Şərh Səhih Müslim» 1/150, Bəğavi «Şərhi Sünnə» 1/41.
36
İslamda İstisna Etmək «İnşəallah, Mən Müsəlmanam» Demək - İslamda istisna etmək bir
kimsənin – İnşəallah Mən Müsəlmanam – deməsidir. Əhli Sünnə vəl Cəmaat istisnanı
imanda caiz görürlər. İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir.
İmanın dərəcələri vardır. İnsanlar iman mərtəbəsində dərəcə-dərəcədirlər. Onlardan bir
qrupu ehsan dərəcəsindədir, bir qrupu mömindirlər, bir qrupu da müsəlmandırlar. Bu da
dərəcənin ən aşağısıdır. Ondan aşağı küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman
deyilsə kafirdir. Lakin müsəlman olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət
kəlməsini söyləyən kimsə müsəlman olur və digər kafirlərdən fərqlənir. Beləcə onun
haqqında İslamın hökümləri işlədilir. Şəri dəlillər İslamda istisna etmədən – Mən müslmanam
– deməyə dəlalət edir. «Allaha tərəf çağıran, yaxşı iş görən və mən müsəlman-lardanam
deyən kəsdən daha gözəl danışan kim ola bilər» (əl-Fussilət 33). «Bədəvi ərəblər: «Biz iman
gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq:
«Biz İslamı qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır. Əgər Allah və
Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi əskiltməz. Həqiqətən Allah
bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
«Bu ayə İmam Əhməd – rahmətullahi aleyhi – və s. İslamda deyil, imanda istisna edilməsinin
və böyük günah edənlərin iman mərtəbəsindən çıxıb islam mərtəbəsinə girdiklərinə dair
sürdükləri dəlillərdəndir». əl-Meymuni dedi ki: «İmam Əhməddən - Mən İnşəallah
Möminəm – sözü haqqında fikrin nədir». O: «İnşəallah möminəm deyirəm. Müsəlman
37
Əbu Muti: “Mən kafiri kafir olaraq tanımıram” deyərsə.
Əbu Hənifə: “O, kafir kimidir” dedi. Mən: “Əgər kafirin son
gedəcəyi yer hara olduğunu bilmirəm deyərsə?” deyə soruşdum.
O: “Allahın kitabını inkar etmiş və kafir olmuş olar” dedi. Mən:
“Sən möminsənmi? Deyə soruşulan kimsə: Allah daha doğru bilir!
deyə cavab verərsə bu kimsə barəsində nə deyirsən? deyə
soruşdum. O: “Onun imanında şübhəsi vardır” dedi. Mən: “Məgər
İman və Küfr arasında üç haldan biri olan münafiqlikdən başqa bir
hal varmı? O, kimsə ya mömin, ya kafir, ya da münafiq olur dedim.
O: “Xeyr, İmanında şübhə olan kimsə münafiq deyildir” dedi.
Mən: “Nə üçün?” dedi. O: “Muaz İbn Cəbəl və İbn Məsudun –
radıyallahu anhum - hədisinə görə. Mənə Həmməd, Həris İbn
Məlikdən xəbər verdi ki, Muaz İbn Cəbələ – radıyallahu anhu - ölüm
gəldiyi zaman tələbəsi Həris ağladı. Muaz, Hərisdən nə üçün
ağladığını soruşdu. O, da: “Ölümünə görə ağlamıram. Çünki
bilirəm ki, Axirət sənin üçün dünyadan daha xeyirlidir. Fəqət
səndən sonra bizim müəllimmiz kim olacaqdır?” dedim. Başqa
rəvayətdə: Səndən sonra dini bilən kim? Muaz: “Tələsmə. İbn
Məsuda – radıyallahu anhu - tabe ol!” dedi. Daha sonra Həris,
Muaza: “Mənə vəsiyyət et!” dedi. O, da Allahın dilədiyindən
vəsiyyət etdi və: “Alimin səhfindən çəkinməyi tövsiyə etdi” dedi.
Muaz – radıyallahu anhu - vəfat etdikdən sonra Həris Kufədə İbn
Məsudun – radıyallahu anhu - tələbələrinin yanına gəldi. Namaz
üçün azan verildiyi zaman Həris: “Bu dəvətə cavab verin, bunu
deyərkən istisna etmərəm. Mən: «Sən, islam və iman arasında ayrım edirsən?» dedim. O:
«Bəli» dedi. Mən: «Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman etdik» dedilər. De ki:
«Siz iman etmədiniz, müsəlman olduz deyin». Məcmuu Fətava 7/253 – İman məxluqdur,
yoxsa məxluq deyildir? Məsələsi haqqında: «Bu məsələ bidətçilərin və hava əhlinin çıxardığı
Xalqul-Quran (Quran yaradılması) məsələsindən törənmişdir. Əhli Sünnə Quran Allahın
kəlamı olduğuna, məxluq olmadığı görüşündə ittifaq etmişlər. Onun kəlamının sonu
yoxdur. İman ilə Lə İləhə İlləllah – sözü kimi Allahın sifətindən və kəlamından bir şey qəsd
edilirsə iman məxluq deyildir. İman ilə qulların əməllərindən və sifətlərindən bir şey qəsd
edilirsə onda bütün qulları məxluqdur və onların bütün əməlləri də sifətləri də məxluqdur
Məcmuu Fətava 6/313, 7/652, 8/422.
38
dinləyib cavab vermək hər bir mömin üçün haqdır” dedi. Tələbələr
ona baxaraq: “Sən həqiqətən möminsənmi?” deyə soruşdular. O,
da: “Bəli, möminəm” dedi. Onlar bir-birilərinə baxdılar və İbn
Məsud – radıyallahu anhu - gəldikdə halı ona söylədilər. O, da
Hərisə onların söylədiyi kimi söylədi. Bundan sonra Həris başını
əydi və ağladı. Allah Muaza – radıyallahu anhu - rəhmət etsin! dedi
və İbn Məsuda – radıyallahu anhu - vəziyyəti başa saldı. İbn Məsud:
“Sən həqiqətən Möminsənmi?” deyə soruşduqda. O da: “Bəli, dedi.
İbn Məsud: “Sən özünün Cənnət əhlindən olduğunumu
söyləyirsən” dedi. Həris: “Allah Muaza rəhmət etsin! Mənə alimin
səhfindən və münafiqin də verdiyi hökmlərdən çəkinməyi vəsiyyət
etdi” dedi. İbn Məsud: “Sən mənim səhfimimi gördün?” dedi.
Həris: “Allah xatirinə de görüm, Peyğəmərin – sallallahu aleyhi və
səlləm - zamanında insanlar gizli və aşkar (zahir və batin)
hallarında mömin, gizli və aşkar hallarında kafir, gizli hallarında
münafiq və aşkarda mömin olmaqla üç qrupdan ibarət
deyildilərmi? Sən bu üç qrupun hansındansan? dedi. İbn Məsud:
“Madam ki, Allah üçün and verdin, söyləyərəm: Mən zahirən və
batinən də möminəm” dedi. Həris: “Onda məni mömin dediyimə
görə nə üçün tənbeh etdiniz” dedi. İbn Məsud: “Bəli, bu mənim
səhfimdir. Haqqını halal et! Allah Muaza rəhmət etsin!” dedi.
Əbu Muti: “Mən Cənnət əhlindənəm deyən kimsənin durumu
nədir?” dyə soruşdum. Əbu Hənifə: “Yalan söyləmişdir, onun bu
haqda biliyi yoxdur.
Dostları ilə paylaş: |