Əbu Hureyrə əs-Dovsinin Fəziləti
1622. Əbu Hureyrə xəbər verdi ki: “Sizlər: Əbu Hureyrə , Rəsulullahdan
ən çox hədis rəvayət etmişdir” deyə iddia etdiniz. Allah – Qiyamət günü sizin
bu iddianıza – şahiddir. Mən Suffə əhlinin miskinlərindən fəqir bir kimsə idim.
Qarnımın doyması qarşılığında Rəsulullahdan heç ayrılmadım. Mühacirlər
bazarlarda çalışar, Ənsar da torpaqla mallarıyla məşğul idilər. Mən bir gün
722
Peyğəmbərdən buna şahid oldum. Peyğəmbər: “Hər kim sözümü bitirənə
qədər ridasını yayar, sonra onu yığarsa məndən eşitmiş olduğu heç bir şeyi
əsla unutmaz?” deyə buyurdu. Bundan sonra mən üzərimdə olan əbanı
yaydım və yığdım. Rəsulullahı haqq ilə göndərənə and olsun bundan sonra
mən ondan eşitdiyim heç bir şeyi unutmadım”. (Buxari 7354, Muslim 6552,
2492/159)
Bədr Əhlinin Fəziləti Və Xatib İbn Bəltənin Qissəsi
1623. Əli İbn Əbu Talib rəvayət edir ki, Peyğəmbər məni, Zubeyri və
Miqdad İbn Əsvədi göndərərək buyurdu: “Xax baxçasına gedin. Orada bir
nökər qadın var, onda bir məktub olacaqdır. O məktubu ondan alın və geri
dönün”. Dərhal atlarımızı çaparaq yola düşdük. Həqiqətən orada qarşımıza bir
qadın çıxdı. Biz ona: “Məktubu çıxar!” dedik. O: “Məndə məktub yoxdur!”
dedi. Biz: “Ya bu məktubu çıxararsan ya da paltarlarını çıxarıb məktubu
götürəcəyik!” dedik. Bunun üzərinə hörülmüş saçlarının arasından məktubu
çıxardı. Biz də onu Peyğəmbərə gətirdik. Məktubda Hatib İbn Baltədən
Məkkəli müşriklərdən bəzi kəslərə Peyğəmbərin bəzi işləri barədə xəbərlər
vardı. Peyğəmbər (Xatibi yanına çağıraraq): “Ey Hatib! Bu nədir?” deyə
soruşdu. Hatib: “Üzərimə düşməkdə tələsmə, ey Allahın Elçisi! Mən Qureyşə
bağlı bir kimsə idim. (Sufyan belə demişdir: “Onların müttəfiqi idi, amma
onlardan deyildi) Səninlə birlikdə olan mühacirlərdən onlara qohum olanlar
vardı. Bu qohumluq səbəbiylə ailələrini himayə edirdilər. Mənim nəsəbim
cəhətindən onların arasında yaxınım olmadığı üçün, onlardan dost əldə edib
onunla qohumlarımı himayə etmələrini arzu etdim. Bunu küfr etmək və ya
dinimdən dönmək üçün etmədim. Müsəlman olduqdan sonra küfrə razı
723
olduğum üçün də etmədim. Bunun üzərinə Peyğəmbər: “Doğru söylədi!” deyə
buyurdu. Ömər: “Mənə icazə ver, ey Allahın Elçisi, bu münafiqin boynunu
vurum” dedi. Peyğəmbər: “Şübhəsiz, o, Bədrdə olmuşdur. Nə bilirsən, ola
bilsin ki, Allah Bədr əhlinə baxmış və: “Dilədiyinizi edin! Sizi bağışladım”
buyurmuşdur. Sonra Allah bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Nə mənim
düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutmayın!” (əl-Mumtəhinə 1)
(Buxari 3007, Muslim 6557, 2494/161)
Əbu Musa əl-Əşari Və Əbi Amir əl-Əşarinin Fəziləti
1624. Əbu Musa demişdir: “Peyğəmbər Bilal ilə birlikdə Məkkə ilə
Mədinə arasında yerləşən Ciranədə düşərgə saldığı zaman mən onların
yanında idim. Bu vaxt bir bədəvi Peyğəmbərin yanına gəlib dedi: “Mənə
verdiyin vədi yerinə yetirəcəksənmi?” Peyğəmbər (ona): “Sevin!” deyə
buyurdu. Bədəvi dedi: “Bu sözü sən mənə çox demisən.”Peyğəmbər qəzəbli
halda üzünü Əbu Musaya və Bilala tərəf çevirib dedi: “(Bu adam)
müjdəni rədd etdi, elə isə siz onu qəbul edin!” Hər ikisi: “Qəbul etdik!”
dedilər. Bundan sonra Peyğəmbər bir cam su gətizdirib əllərini və üzünü
yudu, ağzını yaxaladı, sonra da buyurdu: “İçin bu sudan, (yerdə qalanını da)
üzünüzə və boynunuza tökün, (üstəlik xoş bir xəbərə) sevinin!” (Bunu
deyəndə) hər ikisi camı götürüb (onun dediklərini) yerinə yetirdi. Bu vaxt
Ummu Sələmə pərdə arxasından onları səsləyib: “Ananız üçün də bir şey
saxlayın!” dedi və onlar bu sudan bir qədər ona da saxladılar. (Buxari 4328,
Muslim 6561, 2497/164)
724
1625. Əbu Musa demişdir: “Peyğəmbər Huneyn döyüşünü başa
çatdırdıqdan sonra Əbu Amirin başçılığı altında Əvtasa qoşun göndərdi. Əbu
Amir orada Dureyd ibn Simmə ilə qarşı-qarşıya gəldi. (Bu döyüşdə) Dureyd
öldürüldü və Allah onun tərəfdarlarını məğlub etdi.” Peyğəmbər məni də
Əbu Amirlə birgə göndərmişdi. (Döyüşdə) Cuşəmi (deyilən birisi) oxla Əbu
Amiri dizindən yaraladı və ox onun dizində ilişib qaldı. Mən onun yanına
gəlib dedim: “Əmi, kim vurdu səni?” O mənə həmin adamı göstərib dedi:
“Budur məni vuran qatil.” Mən onun üstünə cumub ona çatdım. O məni
görəndə dönüb qaçmağa başladı. Mən də onun dalınca qaçdım və ona dedim:
“Utanmırsanmı? (Cürətin çatmır) dayanasan?” (Bunu eşidəndə) o dayandı, biz
qılıncla biri-birimizə zərbə endirdik və mən onu öldürdüm. Sonra (gəlib) Əbu
Amirə dedim: “Allah sənin düşmənini öldürdü.” O dedi: “Bu oxu dart çıxsın.”
Mən oxu dartıb çıxartdıqda yaradan qanlı çirk axdı. O dedi: “Qardaş oğlu,
mənim salamımı Peyğəmbərə çatdırarsan və deyərsən ki, mənim üçün
bağışlanma diləsin.” Sonra Əbu Amir məni camaata başçı təyin etdi və az
müddət keçdikdən sonra vəfat etdi. Mən geri qayıtdıqda gəlib Peyğəmbərin
evinə daxil oldum. Peyğəmbər üstü xurma liflərindən toxunmuş və üstünə
nazik örtük sərilmiş bir çarpayıda uzanmışdı. İplər onun kürəyində və
böyründə iz buraxmışdı. Mən həm bizim, həm də Əbu Amirin başına gələnləri
ona danışdım. (Dedim: “Ya Rəsulullah, Əbu Amir) dedi: “Peyğəmbərə
deyərsən, mənim üçün bağışlanma diləsin.” Onda Peyğəmbər su gətizdirib
dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri
bağışla!” (Peyğəmbər əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun
ağlığını gördüm. O davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdığın
insanların bir çoxundan üstün et!” Mən dedim: “(Ya Rəsulullah,) mənim üçün
də bağışlanma dilə.” Peyğəmbər (dua edib) dedi: “Allahım, Abdullah İbn
Qeysin günahlarını bağışla və Qiyamət günü onu olduqca şərəfli bir
məqama çatdır!” (Buxari 4323, Muslim 6562, 2498/165)
Əşarilərin Fəziləti
725
1626. Əbu Musa (əl-Əşari) rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əşari
camaatı gecələr (evlərinə) daxil olub Quran oxuduğu zaman mən onları
səslərindən tanıyıram. Onlar gecə vaxtı Quran oxuduqları zaman mən onların
səsi ilə hansı evdə qaldıqlarını bilirəm. Halbuki onların gündüz vaxtı hansı
evdə qaldıqlarını görmürəm. Onların arasında Həkim adlı birisi var. O,
(həmişə) atlılara və ya düşmənə rast gəldikdə onlara deyərdi: “Dostlarım sizə
onları gözləməyinizi əmr edirlər.” (Buxari 4232, Muslim 6563, 2499/166)
1627. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əşarilərin (Yəmən
qəbilələri) döyüş əsnasında ərzağı azaldıqda və ya şəhərdə ikən ailələrinin
yeməyi azaldıqda, onlar özlərində olan ərzağın hamısını bir parçanın üstünə
yığar, sonra da bir qabla (hər kəs üçün) eyni ölçüdə çəkərək onu öz aralarında
bölüşdürərdilər. Onlar məndəndirlər, mən də onlardanam.” (Buxari 2486,
Muslim 6564, 2500/167)
Cəfər İbn Əbu Talib , Əsmə Binti Umeys Və Gəmi
Əhlinin Fəziləti
726
1628. Əbu Musa demişdir: “Biz Yəməndə olarkən Peyğəmbərin
(Məkkədən Mədinəyə hicrət etdiyini) bizə xəbər verdilər. (Bu xəbəri eşidəndə)
mən yaşca məndən böyük iki qardaşımla – Əbu Burdə və Əbu Ruhm ilə
birlikdə həmqəbilələrimizdən olan əlli üç, yaxud əlli iki nəfərdən ibarət bir
dəstəyə qoşulub (Mədinəyə) hicrət etdik. Biz bir gəmiyə mindik və bu gəmi
bizi Həbəşistana – Nəcaşinin yanına apardı. Orada biz Cəfər İbn Əbu Talibə rast
gəldik və hamımız (Mədinəyə) qayıdanadək onun yanında qaldıq. (Nəhayət,)
Peyğəmbər Xeybəri fəth etdiyi zaman biz ona yetişdik. O vaxt bəzi adamlar
bizə – yəni gəmi ilə gələnlərə – deyirdilər: “Biz sizdən qabaq hicrət etmişik.”
(Bu ərəfədə) bizimlə birgə (Mədinəyə) gəlmiş, habelə (vaxtı ilə) Nəcaşinin
(məmləkətinə) hicrət etmiş kimsələrlə bərabər hicrət etmiş Əsma Bint Umeys
Peyğəmbərin zövcəsi Həfsəni ziyarət etdi. Əsma Həfsənin evində ikən Ömər
onun yanına gəldi və Əsmanı görcək: “Bu kimdir?” deyə soruşdu. Həfsə:
“Əsma Bint Umeysdir” dedi. Ömər: “Həbəşistanda (yaşamış) və gəmi ilə hicrət
etmiş (qadın) budur?” dedi. Əsma: “Bəli!” deyə cavab verdi. Ömər: “Biz sizdən
əvvəl hicrət etmişik. Odur ki, biz Peyğəmbərə sizdən daha yaxınıq” dedi.
(Bunu eşidəndə) Əsma qəzəblənib və: “Yox, vallahi ki, (sən düz danışmırsan).
Siz Peyğəmbərin yanında olarkən, o, sizin aranızdakı acların qarnını
doydurarkən, cahillərinizə öyüd-nəsihət verərkən, biz Həbəşistanda – uzaq və
cansıxıcı bir diyarda yaşamışıq. Bütün bunları Allahın və Onun peyğəmbərinin
xatirinə etmişik. Vallahi, sənin dediklərini Allahın Elşisinə xəbər
verməyincə, mən nə yemək yeyəcəyəm, nə də su içəcəyəm. (Həbəşistanda)
bizim xətrimizə dəyirdilər, özümüz də qorxu içində yaşayırdıq. Mən bunu
Peyğəmbərə deyəcəyəm və bu haqda ondan soruşacağam. And olsun
Allaha, mən nə yalan danışacağam, nə (haqdan) uzaqlaşacağam, nə də buna
(bir şey) əlavə edəcəyəm.” Peyğəmbər gəldikdə Əsma: “Ey Allahın
peyğəmbəri, Ömər belə-belə dedi.” Peyğəmbər soruşdu: “Sən ona nə cavab
verdin?” Əsma: “Mən ona bunu-bunu dedim.” Peyğəmbər: “O mənə sizdən
daha yaxın ola bilməz, axı o və onun yol yoldaşları cəmi bir kərə hicrət
etmişlər. Siz isə, ey gəmi əhli, iki dəfə hicrət etmisiniz.” Əsma: “Mən Əbu
Musa ilə gəmi yolçularının axın-axın yanıma gəldiklərini gördüm. Məndən
bu hədisi soruşurdular.” Peyğəmbərin onlar üçün söylədiklərindən
ürəklərində daha böyük, daha sevindirici dünyada heç bir şey yox idi”. Əbu
727
Burda: “Əsma belə demişdi: “Həqiqətən Əbu Musanı görmüşdüm. O bu
hədisi məndən təkrar-təkrar dinləmək istəyirdi” dedi. (Buxari 4230, 4231,
Muslim 6567, 2503/169)
Ənsarın Fəziləti
1629. Cabir İbn Abdullah deyir ki: “O zaman sizlərdən iki dəstə ruhdan
düşməyə hazır idilər....”. (Ali İmran 122) ayəsi biz Bəni Səlim və Bəni Həris
qəbiləsi barədə nazil olmuşdur. Bundan başqa bir səbəb üçün nazil olmasını
istəməzdik: “Allah isə onların yardımçısı oldu”.
(Buxari 4051, Muslim 6569,
2505/171)
1630. Zeyd İbn Ərqam demişdir: “Mən Peyğəmbərin belə dediyini
eşitdim: “Allahım, ənsarı və onların övladlarını bağışla!”. Ravi İbn Fədl
ehtimal edib demişdir: “... və onların övladlarının övladlarını!” (Buxari 4906,
Muslim 6570, 2506/172)
1631. Ənəs demişdir: “(Bir dəfə) Peyğəmbər qadınların və uşaqların
toydan qayıtdığını gördü və ayağa qalxıb üç dəfə (onlara) dedi: “Ay Allah! Siz
mənim ən çox sevdiyim insanlarsınız.” (Buxari 3785, Muslim 6573, 2508/174)
1632. Ənəs İbn Malik demişdir: “Ənsardan olan bir qadın uşağı ilə birlikdə
Peyğəmbərin yanına gəldi. Peyğəmbər onunla danışdı və ona iki dəfə
728
dedi: “Canım Əlində olan Allaha and olsun ki, siz, həqiqətən də, mənim ən çox
sevdiyim insanlarsınız.” (Buxari 3786, Muslim 6574, 2509/175)
1633. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ənsar mənim
dostlarım, sirdaşlarım və əminlərimdir. İnsanlar gündən günə çoxalacaqlar,
Ənsar isə azalacaqdır. Siz Ənsarın yaxşılıq edənlərindən qəbul edin, pislik
edənlərin qüsurlarından vaz keçin”. (Buxari 3801, Muslim 6576, 2510/176)
Ənsarın Evlərinin Ən Xeyirlisi
1634. Əbu Useyd rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ənsar diyarının
xeyirlisi Nəccar oğullarıdır, sonra AbdulƏşhəl oğulları, sonra Həris İbn Xazrac
oğulları, sonra Bəni Səidə oğullarıdır. Hər bir Ənsar diyarında xeyir vardır.
Sad: “Mən Peyğəmbərin bəzi Ənsar qəbilələrini bizdən daha fəzilətli
saydığını düşünürdüm” dedim. Ona: “Peyğəmbər siziləri bir çox (Ənsar
qəbilələri) üzərinə fəzilətli etmişdir” dedilər. (Buxari 3788, Muslim 6577,
2511/177)
Ənsar İlə Gözəl Rəftar Etmək Barədə
1635. Ənəs İbn Malik rəvayət edir ki, Cərir İbn Abdullah əl-Bəcəli ilə səfərə
çıxdım. Mənə xidmət edirdi. Mən: “Belə etmə!” dedim. O: “Mən ənsarların
Peyğəmbərə xidmət etdiklərini görmüşəm. Onlardan biriylə yoldaşlıq etsəm,
729
mütləq ona xidmət edəcəyəmə and verdim” dedi. (Buxari 2888, Muslim 6584,
2513/181)
Peyğəmbərin
Ğifar Və Əsləm Qəbilələri üçün duası
1636. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah Əsləm
qəbiləsini salamt etsin, Allah Ğifar qəbiləsinə məğfirət etsin”. (Buxari 3511,
Muslim 6593, 2516/185)
1637. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər minbərdə (xütbə
verərkən) demişdir: “Allah Ğifar qəbiləsini bağışlasın! Allah Əsləm qəbiləsinə
əmin-amanlıq nəsib etsin! Üseyyə qəbiləsi isə Allaha və Onun rəsuluna asi
olmuşdur.” (Buxari 3513, Muslim 6595, 2518/187)
1637. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qureyşlilər,
ənsar, cuheynəlilər, muzeynəlilər, əsləmlilər, əşcəilər və ğifarlılar mənim ən
yaxın köməkçilərimdir. Onların da Allahdan və Onun elçisindən başqa bir
köməkçiləri yoxdur.” (Buxari 3504, 3512, Muslim 6599, 2520/189)
1639. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Əsləmlilər,
ğifarlılar və bəzi muzeynəlilər və cuheynəlilər Allahın hüzurunda (və ya
Qiyamət günü) Əsəd, Təmim, Həvazin və Ğətəfan qəbilələrindən daha xeyirli
olacaqlar.” (Buxari 3523, Muslim 6603, 6604, 2521/191)
730
1640. Əbu Bəkrə rəvayət etmişdir ki, (bir dəfə) Əqra İbn Habis Peyğəmbərə
dedi: “Sənə ancaq Əsləm, Ğifar və Muzeynə qəbiləsindən olub hacıları
soyub talayan oğrular beyət etmişlər”. Peyğəmbər: “Yoxsa sən elə güman
edirsən ki, Əsləm, Ğifar, Muzeynə və Cuheynə qəbilələri, Bəni Təmim, Bəni
Amir, Əsəd və Ğətəfan qəbilələrindən xeyirli olduğu halda onlar naümid
qalmış və ziyana uğramışlar?” O: “Bəli!” dedi. Peyğəmbər: “Canım Əlində
olan Allaha and olsun ki, onlar bunlardan daha xeyirlidirlər.” (Buxari 3516,
Muslim 6605,2522/193)
1641. Əbu Hureyrə rəvayət edir ki, Tufeyl İbn Amir əd-Dovsi və
nümayəndələri Peyğəmbəin yanında gələrək: “Ya Rəsulullah! Dovs qəbiləsi
həlak olmuşdur, onlar Allaha asi olmuşlar. Onlar əleyhinə Allaha dua et!”
dedi. Peyğəmbər: “Allahummə, Dovs qəbiləsinə hidayət et və onları (İslama)
hidayət et!” deyə buyurdu. (Buxari 4392, 6397, Muslim 6611, 2524/197)
1642. Əbu Hureyra demişdir: “Peyğəmbərin Bəni Təmim qəbiləsi
haqqında dediyi üç şeyi eşitdiyim gündən bəri mən bu qəbiləni sevirəm. Mən
onun belə dediyini eşitdim: “Ümmətim içində dəccala qarşı ən sərt müqavimət
göstərən onlar olacaq.” Həmçinin onların verdiyi sədəqə gətirildiyi zaman
Peyğəmbər demişdir: “Bu, bizim adamların sədəqəsidir.” (Üçüncüsü də
budur ki,) Aişənin bu qəbilədən olan bir cariyəsi var idi. Peyğəmbər (Aişəyə)
buyurmuşdu: “Onu azad et. Çünki o, İsmailin nəslindəndir!” (Buxari 2543,
Muslim 6612, 2525/198)
İnsanların Ən Xeyirliləri
731
1643. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “İnsanları
(fitrətləri) üzrə tapacaqsınız. (Biləsiniz ki,) cahiliyyət dövründə xeyirli
olanlarınız – əgər şəriəti başa düşsələr – İslamda da xeyirli olacaqlar.” Bu işdə
insanların ən xeyirlilərindən bəzilərinin içinə girməzdən əvvəl ondan ən çox
xoşlanmayanlar olduğunu tapacaqsınız. İnsanların ən şərlilərindən bəzilərini
bir üzlə onlara, bir üzlə bunlara gələn iki üzlü (münafiq) görəcəksiniz”. (Buxari
6058, 7179, Muslim 6615, 2526/199)
Qureyş Qadınlarının Fəziləti
1644. Əbu Hureyra demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm:
“Qureyş qadınları dəvə minən ən xeyirli qadınlardır. Onlar uşaqlara çox qayğı
göstərir və ərlərinin mal-dövlətini göz bəbəyi kimi qoruyurlar.” (Buxari 3434,
Muslim 6620, 2527/201)
Peyğəmbərin Səhabələri Arasında Qardaşlıq Bağını
Bağlaması
1645. Ənəs İbn Malikdən soruşdular: “Sən Peyğəmbərin : “İslamda
(qəbilələr arasında bağlanan) ittifaq yoxdur” dediyini eşitmisənmi?”. Ənəs:
732
“Peyğəmbər mənim evimdə qureyşlilərlə ənsar arasında ittifaq
bağlamışdır
142
” (Buxari 2294, 6083, Muslim 6626, 2529/204)
Səhabələrin Fəziləti, Sonra Onların Ardıyca Gələnlərin,
Sonra Onların Ardıyca Gələnlərin Fəziləti
1646. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Elə bir
zaman gələcək ki, bir dəstə adam döyüşə çıxacaq, (döyüşçülərdən): “Aranızda
Peyğəmbərin əshabəsi olmuş bir kimsə varmı?” deyə soruşulduqda onlar:
“Bəli!” deyə cavab verəcəklər. Məhz onun sayəsində (onlara) zəfər bəxş
ediləcək. Sonra elə bir zaman gələcək ki: “Aranızda Peyğəmbərin əshabəsini
görmüş bir kimsə varmı?” deyə soruşulduqda: “Bəli!” deyə cavab veriləcək və
(beləliklə də, onlara) zəfər bəxş ediləcək. Bundan sonra elə bir zaman gələcək
ki: “Aranızda Peyğəmbərin əshabəsinin əshabəsini görmüş bir kimsə
varmı?” deyə soruşulduqda: “Bəli!” deyə cavab veriləcək və (beləliklə də,
onlara) zəfər bəxş ediləcək.” (Buxari 2897, Muslim 6630, 2532/208)
1647. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Ən
xeyirli insanlar mənim dövrümdə yaşayan insanlardır (səhabələr), sonra
onların ardınca gələnlər, sonra da onların ardınca gələnlərdir. Sonra elə bir
nəsil gələcək ki, onlardan hər birinin şahidliyi andını, andı da şahidliyini
qabaqlayacaqdır
143
” (Buxari 2652, 3651, 6429, 6658, Muslim 6635, 2533/212)
142
Burada söhbət müşrik qəbilələrin öz məkrli məqsədlərini həyata keçirmək məqsədilə aralarında
bağladıqları ittifaqdan yox, əksinə, Allahın rizasını qazanmaq məqsədilə mühacirlərlə ənsarın arasında olan
qardaşlıq ittifaqından gedir.
143
Onlar çalışacaqlar ki, nəyin bahasına olursa-olsun, öz istəklərinə nail olsunlar. Buna görə də yalandan and
içməkdən və şahidlik etməkdən çəkinməyəcəklər.
733
1648. İmran İbn Huseyn rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizin ən
xeyirliniz mənim əsrimdə yaşayanlardır, sonra onların ardınca gələnlər, sonra
da onların ardınca gələnlərdir”. İmran: “Peyğəmbər öz əsrindən sonra ən
xeyirli dövrü iki və ya üç dövr zikr etdiyi yadımda deyildir” dedi. Peyğəmbər:
“Onlardan sonra elə insanlar (qövm) ortaya çıxacaq ki, istənilmədiyi halda
şahidlik (yalandan) edən, xəyanət
144
etdikləri üçün onlara etibar edilməyəcək,
vəd verəcək, ancaq yerinə yetirməyəcəklər. Onlar ancaq yoğunlaşıb
piylənəcəklər”. (Buxari 2651, Muslim 6638, 2535/214)
Peyğəmbərin : Bu Gecədən Etibarən Yüz İlin Tamamında
(İndi) Yer Üzündə Olanlardan Heç Bir Kəs Qalmayacaqdır
1649. Abdullah İbn Ömər rəvayət edir ki, Peyğəmbər həyatının sonunda
bizə işa namazını qıldırdı. Salam verib (namazı bitirdikdən) sonra ayağa qalxıb
dedi: “Bu gecənizi görürsünüzmü?! Həqiqətən, bu gecədən etibarən yüz ilin
tamamında (indi) yer üzündə olanlardan heç bir kəs qalmayacaqdır.” (Buxari
116, 564, Muslim 6642, 2537/217)
Dostları ilə paylaş: |