ABŞ-IN YAXIN ŞƏRQDƏ ROLU VƏ ÖZ
MARAQLARIRNIN TƏMİN EDİLMƏSİ
İkinci dünya müharibəsindən sonra ABŞ-ın xarici siyasətinin
əsas mahiyyəti dünya ağalığına nail olmaq idi. ABŞ-ın öz am-
bisiyasını həyata keçirmək, Amerikanın enerji maraqlarını
qorumaq üçün h
ərbi və siyasi təzyiqlərdən, iqtisadi sanksiyalardan
v
ə sair metodlardan istifadə etməyə başladı. ABŞ iqtisadiyyatının
getdikc
ə daha çox neftdən asılılığını nəzərə alsaq, bu dövlətin
dünya üz
ərində öz hökmranlığını möhkəmləndirmək üçün Yaxın
Şərqdəki enerji ehtiyatlarına nə dərəcədə möhtac olduğunu aydın-
laşdırmaq çətin deyildi. Bu halda ABŞ-İsrail alyansında ABŞ-ı
İsraildən Yaxın Şərq regionunun müsəlman ölkələrinə qarşı
istifad
ə etməsinin məntiqini də başa düşmək olardı. Yaxın Şərqdə
baş verən hadisələrə, o cümlədən İsrail-ərəb münaqişəsinə və hətta
F
ələstinin daxilində baş verən hadisələrə ABŞ-ın Yaxın Şərq
siyas
ətinin tərkib hissəsi kimi baxmaq lazım idi. Regiondakı
münaqişələr İsrail dövləti yaranandan sonra daha ciddi xarakter
alsa da,
əslində etnik və ya dini münaqişə deyildi. Bu
münaqişələrin XIX əsrin sonu XX əsrin əvvəllərində Böyük Brita-
niya t
ərəfindən qızışdırıldığı və İkinci Dünya müharibəsindən
sonra m
əhz ABŞ tərəfindən idarə edilərək onun Yaxın Şərqdəki
siyas
ətinin həyata keçirilməsi üçün edildiyi aydındır.
Müs
əlman aləminə bəla gətirən sərvət – neftdir. İsrail-Ərəb
münaqişəsi, o cümlədən İsrail-Livan münaqişəsi ABŞ-ın Yaxın
Şərq siyasətinin tərkib hissəsidir. ABŞ-ın Yaxın Şərqdə əldə etdiyi
neft ehtiyatlarının təhlükəsiz istismar edilməsi üçün müvafiq
t
əhlükəsizlik zonalarının yaradılması, yeni neft ehtiyatlarının nəza-
124
r
ətə alınması üçün hərbi-siyasi və iqtisadi zəminin hazırlanması
z
əruri idi. Yaxın Şərq regionda ciddi iqtisadi və siyasi maraqları
olan ABŞ İsrail-ərəb münaqişəsinin həllinin mümkün olduğu
dövrl
ərdə də onun dondurulması və ya gərginliyin saxlanması
yolunu tutmuşdu. İsrailin açıq-aşkar dəstəklənməsi və ona hər cür,
o cüml
ədən hərbi, maliyyə və siyasi yardımların göstərilməsi,
İsrailin Yaxın Şərqdə istənilən an zor tətbiq etməsinə «yaşıl işığın»
yandırılması, əslində bu münaqişələrin sonrakı dövrlərdə daha da
d
ərinləşməsinə səbəb olmuşdu. 1966-cı ildə ABŞ-ın İsraili müasir
h
ərbi texnika ilə silahlandırması və BMT-nin 1956-cı ildə İsrailin
silahlan
dırılmaması ilə bağlı qəbul etdiyi qətnamənin kobud
şəkildə pozulması sonrakı dövrlərdə qanlı qarşıdurmaların başlan-
ğıcını qoymuşdu. Fələstinin müstəqilliyini nəzərdə tutan BMT
q
ətnamələrinin yerinə yetirilməsi üçün İsrailin siyasi dairələrinə
heç bir t
əzyiq göstərməyən ABŞ, əksinə, dünya neftinin üçdə
ikisin
ə malik olan Yaxın Şərqdə konfliktlərin mövcudluğunda çox
maraqlı idi. Odur ki, İsraildən regionda zor vasitəsi kimi istifadə
edilm
əsi üçün onun silahlandırılmasına durmadan yardım göstə-
rilirdi. 1953-cü ild
ə İranın baş naziri Müsəddiq tərəfindən neft
hasilatının milliləşdirilməsi, sonralar isə onun ABŞ-ın xüsusi
K
əşfiyyat İdarəsi tərəfindən devrilməsi ABŞ-ın İrana və İran
neftin
ə girişinə imkan yaratsa da, yenə də neftin dayanıqlı idxalı
üçün Yaxın Şərq ölkələrinin daim nəzarətdə saxlanmasına və
daya
nıqlı neft təhlükəsizliyinin təmin edilməsinə ciddi ehtiyac hiss
edilirdi. 1960-
cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və
Venesuela t
ərəfindən Neft İxrac Edən Ölkələrin Birliyinin (NİÖB)
yaradılması da ABŞ və Böyük Britaniyanın Yaxın Şərq nefti
üz
ərində tam nəzarətinə təhlükə yaradırdı. 1973-cü ildə ərəb ölkə-
l
ərinin ABŞ-a neft ixracatını dayandırması, 1979-cu ildə isə ABŞ-
ın müştəri ölkəsi olan İranda şah rejiminin devrilməsi və neft
hasilatının dövlət nəzarətinə alınması gələcəkdə neft təhlükə-
sizliyind
ə ciddi problemlərin ola biləcəyindən xəbər verirdi. İran,
Liviya v
ə Pakistanda 1979-cu ildə ABŞ əleyhinə davam edən
nümay
işlər neft təhlükəsizliyini tamamilə sual altında qoymuşdu.
M
əhz həmin dövrdə ABŞ İsrail-ərəb münaqişəsi kartından istifadə
ed
ərək, Yaxın Şərq ölkələrinin onun nəzarətinə qaytarılmasına
125
ciddi sur
ətdə səy göstərdi. 1981-ci ildə İsrailin İraq ərazisini
bom
balaması və Misirdə Israillə bağlanmış sülh sazişinin əleyhinə
mübariz
ələrin alovlanması ABŞ-ın Yaxın Şərq siyasətinin əsas
mahiyy
ətinin nədən ibarət olduğunu aydın göstərdi. Beləliklə, ABŞ
öz enerji t
əhlükəsizliyini təmin etmək üçün növbəti dəfə İsrail-
ərəb konfliktini qızışdırmağa müvəffəq oldu.
F
ələstin Azadlıq Təşkilatını zərərsizləşdirmək bəhanəsi ilə
İsrailin 1982-ci ildə Livana hücumu və ABŞ-ın bu müharibədə
İsrailə hər cür yardım göstərməsi, əslində ABŞ-ın sonrakı dövrlər
üçün Yaxın Şərqdə nəzərdə tutduğu əməliyyatlara, o cümlədən
İraqın zəiflədilməsinə və onun neft sənayesinin ələ keçirilməsinə
hesablanmışdı. ABŞ-ın 1986-cı ildə Liviyanı bombalaması da
ABŞ-ın İraqa 1991-ci ildə planlaşdırılan hücumu üçün hazırlıq
m
ərhələsindən ibarət idi. 1994-cü ildə İordaniya və İsrail arasında
sülh sazişinin imzalanması ilk baxışda müsbət addım kimi qiymət-
l
əndirilsə də, əslində ərəb dünyasında İraqın təklənməsinə və son-
rakı dövrlərdə onun neft ehtiyatlarının ABŞ-ın tam nəzarətinə
keçm
əsinə şərait yaratdı.
T
əəssüf ki, ABŞ iqtisadiyyatının neftdən asılılığının yaxın
ill
ərdə 1973-cü ilə nisbətən təqribən 3 dəfə artacağını nəzərə alsaq,
yaxın gələcəkdə İsrail-Ərəb konfliktlərinin soyuyacağına və Yaxın
Şərqdə sülh yaranacağına əminlik yoxdur. Təəssüf ki, belə
münaqişələr zamanı onu yaradan və onlardan bəhrələnən qruplar, o
cüml
ədən ABŞ hökuməti və onlara təsir imkanı olan İsrail lobbisi,
deyil, h
əm İsrailin, həm də Ərəb dünyasının dinc əhalisi əziyyət
ç
əkir.
Ərəb-İsrail münaqişəsinin mənbələri və səbəbləri
Ərəb-İsrail münaqişəsinin tarixi kökləri çox dərindir. XIX
əsrin sonu – XX əsrin əvvəllərində Fələstində sionizm hərəkatı
başlandı (Sionizm “sin” sözündən götürülmüşdür. Yerusəlimdə
yerl
əşən təpələrdən birinin adıdır). Onun iştirakçıları Avropada
yaşayan yəhudilər idi. Bu dövrdə Avropada antisemitizmə qarşı
çoxsaylı aktların qəbul edilməsi Avropa ölkələrində yerləşən
y
əhudi icmalarını bu təhlükəyə qarşı birləşməyə məcbur etdi. Bu
h
ərəkatın lideri Avstriya jurnalisti Teodor Qertel idi.
126
Onun 1896-
cı ildə çapdan çıxmış “Yəhudi dövləti” adlı
kitabında göstərilir ki, bütün dünyada yaşayan yəhudilər vahid
xalq
dır, onların vətəni isə Fələstindir. Müəllif qeyd edir ki, yəhu-
dil
ər yenidən öz vətənlərinə yığışmalıdırlar, çünki Fələstin həm də
onların “dini və milli mərkəzidir”. Burada diqqəti cəlb edən əsas
c
əhət bu hərəkatın yarandığı gündən siyasi xarakter daşıması, ərazi
iddiası ilə çıxış etməsidir.
1897-ci ild
ə Bazeldə (İsveçrə)birinci sionist konqresi
keçirildi v
ə Sionist təşkilatı yaradıldı (Bu təşkilat 1960-cı ildən
Ümumdünya sionist t
əşkilatı adlanır).Onu maliyyə cəhətdən
dünya
nın Rotşild kimi iri sahibkarları təmin edirdi. 1901-ci ildə
Y
əhudi milli fondu təşkil edildi. 1882-ci ilə qədər Fələstinə 25
min y
əhudi qayıtmışdı. İlk yəhudilər buraya Çar Rusiyasındakı
antiy
əhudi talanlarından sonra gəlməyə başladı. Bu birinci “aliyə”
adlanırdı. Onlar burada torpaq alır, kənd təsərrüfatı kommunaları
yaradırdılar ki, bu da kuftlutsi adlanırdı. İkinci “aliyə” 1910-1914-
cü ill
ərdə başladı. 1914-cü ildə Fələstində artıq 85 min yəhudi
yaşayırdı. Birinci Dünya müharibəsi dövründə Fələstinin bir
t
ərəfdən Türkiyə və Almaniya, digər tərəfdən Böyük Britaniya
t
ərəfindən hərbi əməliyyat meydanına çevrilməsi, Böyük Britani-
yanın Fələstini tutması buraya yəhudi axınını dayandırdı.
Bu dövrd
ən yəhudi məsələsini həll etmək Böyük Britaniya
üçün mühüm
əhəmiyyət kəsb etməyə başladı. 1916-cı il Sayks-
Piko müqavil
əsinə görə Fələstin beynəlxalq zona olmalı idi, lakin
bu müqavil
ə bir sıra səbəblər üzündən qüvvəyə minmədi.
1917-
ci ilin noyabrın 2-də dərc edilən Balfur bəyannamə-
sind
ə göstərilirdi ki, Fələstində “yəhudi xalqı üçün milli ocaq”
meydana g
əlmişdir. 1920-ci ilin aprelin 19-26-da keçirilmiş San
Remo konfransında Antantanın Ali Şurasının qərarına əsasən
F
ələstin İngiltərənin mandatına verildi. Bunu 1922-ci ilin iyunun
24-d
ə Millətlər cəmiyyəti də təsdiq etdi. Bu hadisədən sonra yəhu-
dil
ərin buraya axını və burada mövqeyi gücləndi. 1919-1923-cü
ill
ərdə yəhudilərin buraya üçüncü, 1924-1929-cu illərdə isə
dördüncü axını və ya “aliyə”si baş verdi. Şərqi Arvopada antise-
mitizm
əhval-ruhiyyəsinin güclənməsi axının əsas səbəblərindən
biri idi.
127
1933-1939-cu ill
ərdə Almaniyada faşizmin hakimiyyət başı-
na g
əlməsi yəhudilərin Almaniyadan Fələstinə daha güclü axınına
s
əbəb oldu ki, bu beşinci “aliyə” adlandı. Artıq 1939-cu ildə
F
ələstində 467 min yəhudi yaşayırdı.
F
ələstin Böyük Britaniyanın mandatı altında olduğu dövrdə
(1922-1948)üç d
əfə keçirilən siyahıya almanın nəticələri aşağıdakı
kimi idi. 1922-ci ild
ə Fələstində yaşayan 752048 nəfər əhalidən
589177 n
əfəri ərəb, 83790 nəfəri yəhudi, 71464 nəfəri xristian,
7617 n
əfəri isə başqaları idi. 1931-ci ildə isə Fələstində yaşayan
1036339 n
əfər əhalidən 761922 nəfəri ərəb, 175138 nəfəri yəhudi,
89134 n
əfəri xristian, 10145 nəfəri isə başqa millətlərin nümayən-
d
ələri idi. 1945-ci ildə Fələstində yaşayan 1764520 nəfər əhalidən
1061270 n
əfəri ərəb, 553600 nəfəri yəhudi, 135550 nəfəri xristian,
14100 n
əfəri isə başqa millətlərdən idi.
1920-ci ild
ə yəhudilərin hərbiləşdirilmiş “Xaqana” təşkilatı
yaradıldı. 1929-cu ildə Böyük Britaniya Fələstində “Yəhudi
agentliyi” t
əşkil etməyə icazə verdi.
F
ələstinin ərəb əhalisi bu dövrdə Fələstinin idarə edilməsində
əslində iştirak etmirdi. Böyük Britaniyanın əsasən sionistlərlə
əməkdaşlıq etməsi 1920, 1929, 1933 və 1935-39-cu illərdə ərəblər
iç
ərisində narazılıq çıxışlarına səbəb oldu. Onlar həm yəhudi axın-
larına, həm də torpaqlarının tutulmasına qarşı etirazlarını bildirir-
dil
ər. Buradakı ərəb burjuaziyası tərəfindən hələ 1920-ci ildə
“Ərəb milli konqresi” təşkil edildi. O, 1936-cı ildə “Ali ərəb ko-
mit
əsi”nə çevrildi. 1929-cu ilin avqustunda Fələstində ərəblərlə
y
əhudilər arasında baş verən toqquşma elə həmin ilin sentyabr
ayında Böyük Britaniya qoşunları tərəfindən yatırıldı.
1933-cü ild
ə Fələstində ərəblərin yeni milli-azadlıq hərəkatı
başladı. Lakin yenə də ingilislər tərəfindən yatırıldı. Nəhayət,
1936-
cı ilin aprelində Fələstində ərəblərin üsyanı baş verdi və o,
partizan müharib
əsinə çevrildi. Lakin, o da İngiltərə qoşunları
t
ərəfindən yatırıldı.
1936-
cı ilin oktyabrında olmuş ərəblərin növbəti üsyanından
sonra Böyük Britaniya hökum
ətinin lord Pilin başçılığı altında
t
əşkil etdiyi komissiya Fələstin məsələsi ilə əlaqədar aşağıdakı
m
əsləhəti verdi ki, Fələstin üç hissəyə bölünsün. Uudey dağı ilə
128
(Vivlena v
ə başqaları) birlikdə Yerusəlim, həmçinin Aralıq
d
ənizindəki Yaffa limanına qədərki koridor İngiltərəyə verilsin.
Əvvəlcədən müəyyən edilmiş ərazilərdə isə ərəb və yəhudi
dövl
ətləri təşkil edilsin.
1939-
cu ilin mayın 17-də yeni məşhur “ağ kitab” çıxdı ki,
burada Böyük Britaniyanın “Fələstində yeni siyasəti”nin prinsipləri
öz
əksini tapmışdı. Orada göstərilirdi ki, 1939-cu ildə Fələstində
ərəblərin və yəhudilərin birgə yaşadıqları vahid dövlət qurula-
caqdır. Kitabda, həmçinin yəhudi axınını ildə ancaq 15 minlə
m
əhdudlaşdırmaq, sionistlərin Fələstində torpaq almasını da azalt-
maq n
əzərdə tutulurdu. Lakin buna baxmayaraq qeyri-qanuni
şəkildə yəhudilərin Fələstinə axını davam edirdi. 1939-1947-ci ilə
q
ədər İngiltərənin Fələstini Aralıq dənizindən blokadaya almasına
baxmayaraq oraya 100 mind
ən artıq yəhudi gəldi.
İkinci dünya müharibəsi dövründə ABŞ tərəfindən dəstəklə-
n
ən sionistlər yenidən Fələstinə öz iddialarını irəli sürməyə
başladılar. 1942-ci ilin may ayının 6-11-də keçirilən Nyu-Yorkda
Baltimor mehmanxanasındakı konfransda Fələstində “müstəqil
y
əhudi birliyini” yaratmaq qərara alındı. ABŞ bu dövrdə Böyük
Britaniyaya t
əzyiq göstərirdi ki, yəhudilərin Fələstinə axınına mane
olmasın. İkinci Dünya müharibəsindən sonra yəhudilərin Avropa-
dan F
ələstinə axını, Böyük Britaniyanın etirazına baxmayaraq
kütl
əvi xarakter aldı. Artıq 1948-ci ildə Fələstində yəhudilərin sayı
649 min
ə çatdı.
M
əlumdur ki, Almaniyanın yəhudilərə qarşı genosidindən
(bu “xolokost” adlanır) 6 milyon yəhudi məhv edildi. Bu da
onların Fələstinə axınının səbəblərindən biri hesab edilə bilərdi.
1948-
ci ilin may ayının 15-dən 1950-ci ilə qədər Fələstinə 1948-ci
ild
ə 120, 1949-cu ildə 240, 1950-ci ildə isə 70 min yəhudi
köçmüşdür.
Ərəblərlə yəhudilər arasındakı münaqişə, həmçinin onların
h
ər ikisinin İngiltərənin mandatını rədd etmək tələbi Böyük
Britaniya hökum
ətini məcbur etdi ki, hər iki xalqa muxtariyyət
verm
ək, azlıqla yaşayanları isə öz himayəsində saxlamaq təklifi ilə
çıxış etsin. Bu təklif hər iki xalq tərəfindən rədd edildi.
129
İkinci dünya müharibəsi qurtardıqdan sonra ABŞ xüsusi
Yaxın Şərq regionuna xüsusilə maraq göstərirdi. Dünya hegemonl-
uğu siyasətini özünün əsas məqsədi hesab edən ABŞ bu regiona
sahib olmaqla
əvvəl qeyd etdiyimiz kimi həm iqtisadi, həm də
siyasi mövqeyini gücl
əndirmək iqtidarına malik ola biləcəyinə
q
ətiyyən şübhə etmirdi. Bunun üçün ABŞ-a regionda mütləq bir
“dayaq m
əntəqəsi” nə sahib olmaq lazım idi. Bu dayaq məntə-
q
əsini isə ABŞ İkinci dünya müharibəsi zamanı səfil və köçkün
v
əziyyətinə düşmüş yəhudiləri bu ərazilərə, xüsusilə Fələstinə
köçürülm
əsini təşkil etməklə əldə edə bilərdi. Bu məsələ ilə
m
əşğul olmaq üçün 1945-ci ilin avqustunda Trumen İngiltərənin
baş naziri Kliment Ettliyə məktub yazıb Fələstinə yüz min
y
əhudinin gətirilməsini təklif etdi.
Qarşılıqlı razılıqdan sonra Fələstin məsələsi üzrə hər iki
dövl
ətin nümayəndələrini özündə cəmləyən “Fələstin məsələsi üzrə
ingilis-
amerikan komissiyası” təşkil edildi. ABŞ tərəfdən bu
komissiyaya g
ələcək İsrail dövlətində ABŞ –ın ilk səfiri vəzifə-
sind
ə işləyəcək Ceyms Makdonald və vəkil Bartli Kram daxil idi.
Komissiyanın müzakirə obyekti Avropadan yəhudilərin köçürül-
m
əsi və Ers-İsraelin (israil dilindən tərcümədə yəhudi torpağı
dem
əkdir-red) bölünməsi idi. Bundan sonra İngiltərə tərəfi yeni bir
komissiyanın yaradılması fikri ilə çıxış etdi, hansı ki bu komissiya
Morrison-
Qreydi komissiyası adlandı. (Britaniya naziri Herbert
Morrison v
ə H.Trumenin xüsusi elçisi Henri Qreydinin soyadları
əsasında). Burada da əsasən torpaqların bölünməsi məsələsi ilə
yanaşı İngiltərənin mandat hüququ məsələsi də müzakirə edildi.
Bu komissiyada Harri Trumenin Avropadan F
ələstinə 100
min y
əhudinin köçürülməsinə kömək etmək haqqında təklifi
b
əyənildi. Trumen dərhal bu tövsiyəni bəyənərək bildirdi ki,
m
əruzənin qalan hissəsi uzağa tuşlanmış siyasət məsələləri kimi
n
əzərə alınmalıdır. Komitə üzvləri üçün nəzərdə tutulmuş təlimat-
larda Yaxın və Orta Şərqə aid istənilən siyasi qərar qəbul edilərkən
sovet t
əhlükəsi amilinin nəzərə alınması haqqında göstəriş var idi.
Getdikc
ə ABŞ-ın İngiltərəyə təzyiqi artırdı. 1947-ci il aprelin
2-d
ə İngiltərə Fələstin məsələsinə dair BMT-nin xüsusi sessiya-
sının çağırılması xahişi ilə müraciət etdi. 1947-ci ilin mayında
130
BMT Baş Məclisinin xüsusi sessiyası Fələstin məsələsini müzakirə
etm
ək üçün 11 dövlətin nümayəndələrindən ibarət komitənin yara-
dılması haqqında qərar qəbul etdi.
Komit
ənin 1947-ci ilin sentyabrın 3-də Baş Məclisə təqdim
etdiyi m
əruzədə 3 plan təklif olundu:1. Fələstində yalnız bir xalqın
üstünlüyü il
ə tək bir dövlətin yaradılması; 2. Bir-birlərindən təcrid
olunmuş şəkildə iki dövlətin yaradılması; 3. Kantonizasiya (ayrı-
ayrı aidiyyatı üzrə şəhərlər və kəndlər əsasında bölünmə).
1947-
ci ilin mayında BMT Baş assambleyasının xüsusi
sessiyası Fələstin məsələsi ilə əlaqədar komissiya yaratdı. Komis-
siya F
ələstin məsələsini həll etmək üçün iki plan tərtib etdi. Bu
planlardan birin
ə görə, Fələstin iki hissəyə bölünür, İsrail və ərəb
dövl
əti yaradılırdı. Yerusəlim vahid inzibati ərazi hesab edilir və
BMT-nin idar
əsinə verilirdi. İkinci plana görə Fələstin ərazisində
ərəb və yəhudi əhalisini birləşdirən federativ dövlət yaradılırdı.
BMT-nin 1947-ci ilin sentyabr-
noyabr ayında olan ikinci sessiya-
sında da bu məsələ təkrar müzakirə olundu.
Diskussiyalar
ın nəticəsi olaraq BMT-nin Baş Assambleyası
1947-
ci ilin noyabrın 29-da 2/3 səslə (Səsvermədə 33 dövlət, o
cüml
ədən SSRİ və ABŞ iştirak edirdi) məşhur 181 saylı qətnaməni
q
əbul etdi. Həmin qətnaməyə görə, Fələstin üzərində Böyük Brita-
niya mandatı təxirə salınır, bu ərazidə müstəqil ərəb və yəhudi
dövl
əti yaradılırdı. Ərəb dövlətinin ərazisi 11,1 min kv. km
(43%) , y
əhudi dövlətinin ərazisi isə 14,1 min kv. km olmalı idi.
F
ələstinin bütövlükdə 1 milyon 845 min əhalisi var idi ki, onlardan
t
əşkil ediləcək ərəb dövlətində 725 min ərəb, 10 min yəhudi,
y
əhudi dövlətində isə 498 min yəhudi, 407 min ərəb yaşamalı idi.
Bu plana s
əs verməzdən əvvəl ABŞ dövlət departamentinə
MKİ tərəfindən xəbərdarlıq gəldi. Burada göstərilirdi ki, ABŞ-ın
planın lehinə səs verməsi onun bu ərazilərdə möhkəmlənməsinə,
xüsusil
ədə neft sənayesi ilə bağlı planlaşdırılan layihələrə ciddi
z
ərər verəcəkdir. Bundan əlavə qeyd olundu ki, gələcəkdə quru-
lacaq y
əhudi dövlətini müdafiə etmək onun imkanları xaricində
olacaqdır. Qərargah rəislərinin birləşmiş komitəsi də eyni məsələ
üzr
ə çıxış edərək bildirdi ki, lehinə səs vermə ərəb dövlətlərinin
sovetl
ərə meyl etməsinə səbəb ola bilər və addım atılarkən buna
131
fikir verm
ək lazımdır. Həm ölkə daxilində, həm də xaricində ABŞ-
ın bu qərarına qarşı etirazlar bildirilsə də, Harri Trumen Fələstinin
bölüşdürülməsi və 2 müstəqil dövlətin yaradılmasının lehinə səs
verdi.
Q
ətnamədə 1948-ci il avqustun 1-nə qədər ingilis qoşun-
larının Fələstin ərazisindən çıxarılması, iki ay sonra ərəb və yəhudi
dövl
ətlərinin elan edilməsi, Yerusəlim üçün (qətnamədə Vifleem
şəhərinin də adı çəkilirdi) beynəlxalq rejimin təyin olunması, bu
dövl
ətlərin və Yerusəlim şəhərinin vahid iqtisadi ittifaqda birləş-
m
əsi nəzərdə tutulurdu.
F
ələstin ərazisinin 1%-ni təşkil edən Yerusəlim beynəlxalq
n
əzarətə verilir, indizm, xristianlıq və islamın “müqəddəs yeri”
hesab edilirdi. Burada 100 min y
əhudi və 100 min ərəb yaşamalı
idi.
Bu dövl
ətlər və Yerusəlim vahid “İqtisadi ittifaq”da birləşirdi.
1948-
ci ilin mayın 14-də Böyük Britaniya Fələstin üzərində
öz mandatının qurtardığını bildirdi və onun ərazisindən öz qoşun-
larını çıxartdı. 1948-ci ilin may ayının 14-dən 15-nə keçən gecə
İsrail dövlətinin yarandığı elan edildi. Hökumətin rəhbəri isə ölkə-
nin böyük siyasi xadiml
ərindən olan David Ben Qurion oldu.
H
əmin gün “İsrail dövlətinin yaranması haqqında bəyannamə”
q
əbul edildi.
Mayın 15-də isə ərəb liqası dövlətləri öz qoşunlarını Fələstin
yeritdi v
ə 1949 cu ilə qədər dava edən və tarixə “müstəqillik
uğrunda müharibə” kimi daxil olan müharibə başlandı.
ABŞ dövlətin yaradılması haqqında elan verildikdən dərhal
sonra onu de-fakto, 1949-
cu il yanvarın 30-da isə de –yure tanıdı.
Lakin bütün bunlara baxmayaraq ABŞ dünya ictimaiyyətindən
ehtiyat ed
ərək birinci ərəb-İsrail müharibəsində iştirak edən
t
ərəflərə maddi yardım etməkdən imtina etmişdi və müharibədə
iştirak etmək istəyən amerikan könüllülərinə Fələstinə getməyə
icaz
ə verməmişdi. Lakin buna baxmayaraq 1000 amerikan
könüllül
əri İsrail tərəfdən müharibəyə qoşularaq İsrail hərbi
qüvv
ələrinin və Mahal (ərəb-israil müharibəsi başlanan zaman
y
əhudi könüllülərindən ibarət hərbi təşkilat) təşkilatının tərkibində
müharib
ədə iştirak etmişdi.
132
Birinci
ərəb-İsrail müharibəsi zamanı ABŞ qeyri-rəsmi
şəkildə gizlicə olaraq İsrailə hərbi sursat və 100 milyon dollar
h
əcmində vəsait ayırmışdı
1948-49-cu il müharib
ələri İsrail tərəfindən “azadlıq müha-
rib
əsi”, ərəblər tərəfindən isə “fəlakət müharibəsi” adlandırıldı.
Dostları ilə paylaş: |