Azərbaycan Turizminin İnkişaf Təlimatları
Azərbaycan turizminin inkişafı üçün aşağıdakı təlimatlar və strateji məsləhətləri
düşünülməlidir:
Turizm İnfrastrukturunun İnkişafı: Azərbaycan, turistlərin ölkəyə rahat və mükəmməl bir
şəkildə gəlmələrini təmin etməli və onların rahatlığını əhəmiyyətlə üz tutmalıdır. Bu
infrastruktura otellərin və restoranların inkişafı, hava limanlarının və yolların
təkmilləşdirilməsi, əla nəqliyyat sisteminin yaradılması və turistlərin istifadə etməsi üçün
tətil zonalarının tərtib edilməsini daxil edir.
Təbiət Turizminin Təşviqi: Azərbaycan, göl, gölçük, dəniz sahili, dağ və təbiət parkları
ilə təbiət turizminin inkişafına diqqət ayırmalıdır. Bu, təbii güzəlliklərin qorunub
saxlanılması və turistlər üçün əlverişli tətil şəraitinin yaradılması deməkdir. Bu əsasən
ecoturizmi, dağçılığı və doğa turlarını daxil edir.
Tarixi və Mədəni Məkanların İnkişafı: UNESCO-nun Dünya İrs Siyahısında olan tarixi
məkanların təbii və mədəni yollarla baxımına böyük diqqət ayırmalıdır. Bu məkanların
tərtib edilməsi, restavrativ işlər və turistlərin bura gəlmələrini təşviq edən tədbirlər
strateji məsləhətlər arasındadır.
Turizm Təşkilatlarının İnkişafı və Təşviqat Kampaniyaları: Ölkə turizm təşkilatları və
agentlikləri, Azərbaycanın turizm potensialını dünya səviyyəsində təbliğ etmək və
turistlərin marağını cəlb etmək üçün sərişin kampaniyalar təşkil etməlidir. Online və
offline reklam, sosial media platformaları və təşviqat tədbirləri sayəsində dünya turizm
bazarında daha çox tanınmalıdır.
Təhsil və Xidmət Standartlarının Yüksəldilməsi: Turizm sektorunda çalışanların təhsil
və mükəmməl xidmət standartlarına sahib olmalarını təmin etmək üçün təhsil
müəssisələri və turizm sahəsində işləyən təşkilatlar arasında iş birliyi artırılmalıdır.
Turistlərə yüksək səviyyəli xidmət təqdim etmək ölkənin turizm sənayesinin inkişafı
üçün əhəmiyyətlidir.
Bu təlimatlar və strateji məsləhətləri, Azərbaycanın turizm sektorunun daha da inkişaf
etməsinə kömək edəcək və ölkəni dünya turizm bazarında daha maraqlı bir məkan halına
gətirəcəkdir.
Tarixi
Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi və dərketmə məqsədləri ilə əlaqəli
olmuşdur. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər
hesab etmək olar. Hələ eramızdan əvvəl Azərbaycanda olmuş səyyah və alimlərdən Plininin,
Plutarxın, Herodotun, Ptolomey və Strabonun adlarını çəkmək olar.
Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir
ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə Böyük İpək Yolunun ən fəal hərəkətli
trasslarından biri Qafqaz Albaniyasının ərazisindən (Müasir Azərbaycan Respublikasının
ərazisində yerləşən qədim dövlət) keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha
məşhurdur. Belə ki, filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı
məlumat vermişdir. Strabonun yazdığına görə hind mallarının böyük əksəriyyəti Orta Asiya
ərazisindən keçərək çaylarla Gürgan (Xəzər) dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya və Kir
(Kür) çayı ilə İberiyaya (Şərqi Gürcüstan), oradan isə Pont Evksinskiyə (Qara dənizə) aparılırdı.
Böyük İpək Yolu trassları üzərində yerləşən şəhərlərin mühüm rolu qeyd olunurdu.
Hələ qədim zamanlardan marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi
tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik
olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə gətirilən antik mallar əsas
anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər
şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik
mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – Qəbələ, Şamaxı və Bərdə şəhərlərində
aparılan çoxillik irimiqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək
olar ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və
Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu
trasslardan biri Bərdədən cənuba Naxçıvan–Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən
Qəbələ–Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı–Dərbənd
Şimali Qafqaz istiqamətində gedirdi.
İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki)
Azərbaycanın şimalında mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.
XIX əsrin sonlarında XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait
yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq, onlar mehmanxana
kimi istifadə olunurdu. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm–
ekskuriya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908-ci
ilə aid etmək olar. Belə ki, 1908-ci ildə Krım–Qafqaz dağ klubunun filiallarından biri Bakıda
açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX
əsrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya
cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə
başladılar.
Dostları ilə paylaş: |