Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 12: Akademik kommunikasiya prosesində bədən dili, jest, mimika və



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   59   60   61   62   63   64   65   66   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 12:
Akademik kommunikasiya prosesində bədən dili, jest, mimika və 
geyim tələbləri. 
İcmal:

1. Ünsiyyətdə bədən dilinin əhəmiyyəti və formaları.
2. Bədən dilinin özgüvən, inam, güc, qorxu, narahatlıq, həyəcan ifadə etməsi.
3. Jest və mimikadan düzgün istifadə.
4. Vəziyyətə və şəraitə uyğun geyim tələbləri. 
 
Bədən dili
- qeyri-şifahi ünsiyyət formasıdır. Bədən dili davranışla idarə olunan 
ünsiyyət növüdür. Həm insanlar, həm də heyvanlar rabitənin bu formasından 
istifadə edir. Bu davranışlar şüuraltı davranışlara aid edilir. İşarət dili ilə bədən dili 
tamamilə fərqli anlayışlardır. İşarət dili ilə yaranan ünsiyyət qəsdən baş verirsə, 
bədən dili ilə yaranan ünsiyyət isə tamamilə şüuraltı baş verən prosesdir. 
Bədən dili ilə yaranan ünsiyyətə davranış formaları - bədən quruluşu, jestlər, üz 
ifadələri və göz hərəkətləri daxildir. 
Bədən dili şəxsin həm sosial cəmiyyətdə, həm də işlərində fərdin müxtəlif 
təxminlər ilə təmin edə bilər. Məsələn, zövq, təcavüz, diqqətlilik, cansıxıcılıq kimi 
xüsusiyyətləri göstərə bilər. 
Biz danışmasaq da, bədənimiz danışacaqdır! İnsan həyatı boyunca hər gün hamı ilə 
ünsiyyətdə olarkən özü də fərqində olmadan bədən dilini istifadə edir. Bədənimiz 
hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir. “Bədən dili”ndə ən 
vacib nöqtə məlumat axınının davamlılığıdır. İki ya da daha çox insan bir yerə 
yığıldığı zaman “bədən dili” hərəkətə keçər. Bu mesajlar qarşılıqlı olaraq 
göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı 
insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz 
də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk. 
“Bədən dili” ifadə formasıdır? 


Əlbəttə! Qədim Roma filosofu Siseron “insanın ruhunun ehtiraslarını və 
duyğularını bədən hərəkətləri ilə ifadə etdiyini“ söyləyərək bu mövzunun 
tədqiqatına başlamışdı. O, ilk dəfə olaraq sağlam və mükəmməl bir ünsiyyət 
qurmaq üçün bədən dilinin və sözlərin birlikdə, paralel istifadəsinin lazım 
olduğunu görmüşdü. Bədən dilimizlə duyğu və düşüncələrimizi ifadə etməyə 
imkan tapırıq. Məsələn, yaxamıza taxdığımız nişanla peşəmizi, başımızı yelləyərək 
bir fikiri təsdiqlədiyimizi, dostumuzun əlini tutaraq onu sevdiyimizi ifadə edə 
bilərik. Digər tərəfdən bədən dili ilə şifahi ünsiyyəti dəstəkləyib onu qüvvətləndirə 
bilərik. 
Kimsə “mən bu adama inandım” deyirsə, deməli, bu qənaəti bədən dili meydana 
gətirmişdir. Ünsiyyət qurduğumuz adamlarla əlaqədar düşüncələrimizin meydana 
gəlməsində bədən dilinin rolu böyükdür. İlk dəfə qarşılaşdığımız və daha əvvəl heç 
vaxt danışmadığımız bir adam üçün, ya duruşundan xoşlanmadığımızı, ya baxışını 
heç sevmədimizi, ya da bir görüşdə ona qanımızın qaynadığını deyə bilərik. “İlk 
baxışdan vuruldum”, “mən onu görən kimi işə yaramaz olduğunu anlamışdım” və 
sair ifadələrlə insanlara qiymət verilməsi hər kəsə məlumdur. Bütün bunlar, o 
adamla sonrakı ünsiyyətin təməlini qoyan faktorlardır. 
İfadə baxımından hansı daha güclüdür? Bədən dilimi, şifahi nitqmi? Bir söz tapıb 
bu suala cavab verəcəm… Mikelancelonun belə bir kəlamı vardır: 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin