206
Digər bitkilərdən fərqli olaraq çuğundur torpaqdan xeyli artıq qida elementləri mənimsəyir.
Azot qidası çatışmadıqda yarpaqlar zəif inkişaf edir, saralır və tez məhv olur. Azotun
çatışmaması fotesintezin intensivliyinə mənfi təsir göstərir. Belə ki, kökümeyvənin böyüməsi və
onda şəkər toplanması zəifləyir.
Fosfor çatışmadıqda bitkidə şəkərin sintezi azalır. Fosfor zülalın artmasına, azot
elementindən daha yaxşı istifadə edilməsinə və bitkinin vegetasiya müddətinin qısalmasına səbəb
olur.
Kalium bitkinin şaxtaya və quraqlığa davamlılığını artırır. Kalium çatışmadıqda yarpaqların
kənarı quruyur və kökümeyvədə şəkərin miqdarı tezliklə aşağı düşür.
Kükürd çatışmadıqda yarpaqlarda qonur ləkələr əmələ gəlir və saralmağa başlayır. Dəmir
çatışmadıqda yarpaqlarda xloroz xəstəliyi baş verir.
Məhsuldarlığın yüksəldilməsində və şəkərliliyin artırılmasında bor, sink, molibden və kobalt
kimi mikroelementlərin də böyük rolu vardır.
Dostları ilə paylaş: