FƏSİL 22. YEM OTLARI
22.1. ÇOXİLLİK PAXLALI OTLAR
Ümumiyyətlə yem bitkiləri qrupuna çoxillik paxlalı yem otları, çoxillik taxıl otları, birillik
paxlalı yem otları və birillik taxıl otları daxildir.
Çoxillik yem otları həmişə böyük əhəmiyyət kəsb edib.
Birincisi
, onlar erkən yazdan
başlayaraq payızın sonlarınadək heyvanlar üçün yem vermək qabiliyyətinə malikdirlər. Tarla
növbəli əkinlərində becərilən çoxillik otların bütün növlərinin intensiv böyüməsi havanın orta
gündəlik temperaturu 5
0
C-dən başlayaraq payızın axırlarına qədər davam edir. Çoxillik otların
uzun müddət yetişməsi (məhsul verməsi) onlardan silos, senaj, ot, briket və dənəvərləşdirilmiş ot
unu, eləcə də otlaq bitkisi kimi istifadə etməyə imkan verir.
İkincisi
, çoxillik otların yaşıl kütləsi və quru otu yüksək yemlilik dəyərinə görə xarakterizə
olunurlar. Yoncanın quru otunun tərkibində çoxlu miqdarda həzmə gedən protein vardır. 1 kq quru
yonca otunun qidalılıq dəyəri 0,5-0,6 yem vahidinə bərabərdir. Çoxillik otların yaşıl kütləsindən
hazırlanmış dənəvər ot unu və briket qidalılıq dəyərinə görə vələmir dəninə bərabərdir.
Üçüncüsü
, çoxillik otlar torpağın külək və su eroziyasının qarşısının alınmasında güclü
vasitədir.
Dördüncüsü
, çoxillik otlar kökün (kökətrafı) qidalandığı torpaq qatından qida maddələrinin
yuyulmasının qarşısını alır. Uzun illər aparılmış tədqiqatlarla müəyyənləşdirilmişdir ki, qida
maddələrinin (azot, kalium) yuyulması payızlıq buğda yaxud payız şumuna nisbətən çoxillik otlarda
6-7 dəfə az olmuşdur.
Beşincisi
, çoxillik otlar torpaqda humusun əhəmiyyətli dərəcədə toplanmasına səbəb olur ki,
bu da onun xassəsini yaxşılaşdırır. Torpaqda humusun miqdarı nə qədər çoxdursa, onun istilik
keçiriciliyi o qədər az və istilik tutumu o qədər çoxdur. Bu hal kontinental iqlim şəraitində bir vasitə
kimi xüsusi əhəmiyyət kəsb edir, qış dövründə payızlıq bitkilərə mənfi temperaturun məhvedici
təsirini azaldır.
Humusun miqdarı çox olan torpaqlardan fiziki suyun buxarlanması az olduğundan, mədəni
bitkilər nəmlikdən məhsuldar istifadə edirlər. Torpaqda humusun miqdarı nə qədər yüksək olarsa,
qida maddələri dərin qatlara bir o qədər az yuyulur. Humus bitkilər üçün qida maddələri
mənbəyidir, eləcə də faydalı torpaq mikroorqanizmlərinin intensiv inkişafına səbəb olur.
Onu da qeyd etmək lazımdır ki, yüksək yaşıl kütlə və quru ot məhsulu alınan şəraitdə də
çoxillik otlar torpaqda humusun müsbət balansının müəyyən edilməsinə səbəb olur. Çoxillik otlar
aşağı məhsul verdikdə öz xərcini ödəmir.
Altıncısı
, Paxlalılar fəsiləsinin çoxillik otları torpağı azotla zənginləşdirirlər. Yaxşı yonca bir
hektar torpaqda 300 kq-a, üçyarpaq isə 100-150 kq-a qədər azot elementi toplayır. Ona görə də
çoxillik otlardan sonra növbəti bitkinin məhsuldarlığı, çoxdan becərilən sahələrə nisbətən yüksək
olur. Çoxillik otların müsbət təsiri demək olar ki, üç ildir. Növbəli əkinin tətbiqində yaxşı olar ki,
bu nəzərə alınsın.
Çoxillik yem otlarının əhəmiyyəti böyükdür. Bu otlar erkən yazdan payızın axırlarına qədər
heyvanlar üçün yem vermək qabiliyyətinə malikdirlər. Tarla növbəli əkinlərində becərilən çoxillik
otların bütün növləri havanın gündəlik temperaturu 5
0
C olduqda intensiv inkişaf edərək öz
inkişaflarını payızın sonunadək davam etdirirlər. Çoxillik otların uzun müddət inkişaf etməsi imkan
verir ki, onlardan senaj, silos, quru ot, briket, ot unu istehsal edilsin və eləcə də biçənək bitkisi kimi
istifadə olunsun.
Çoxillik otların yaşıl kütləsi və quru otu yüksək yemlilik dəyərinə malikdir.
Çoxillik otlar torpağın külək və su eroziyasının qarşısını almaq üçün çox güclü vasitədir.
Çoxillik otlar kök kütləsinin qidalandığı zonalarda qida maddələrinin yuyulmasının qarşısını alır.
Tədqiqatlarla müəyyən edilmişdir ki, qida maddələrinin yuyulması (azot, kalium) çoxillik otlarda
payızlıq buğda əkinlərinə nisbətən 5-6 dəfə az olmuşdur.
Çoxillik otlar torpaqda humusun əhəmiyyətli dərəcədə toplanmasına şərait yaradaraq torpağın
268
strukturunu yaxşılaşdırır. Torpaqda humus nə qədər çox olarsa onun istilik tutumu o qədər çox və
istilikkeçirməsi (ötürməsi) o qədər az olar. Kontinental iqlim şəraitində bu hal bir vasitə kimi
xüsusi əhəmiyyət kəsb edir, qış dövründə aşağı mənfi temperaturun payızlıq bitkilərə öldürücü
təsirini yüngülləşdirir. Humusun miqdarı torpaqda çox olduqda fiziki nəmlik itkisi azalır və bitki
tərəfindən nəmliyin istifadəsi məhsuldar olur. Torpaqda humusun miqdarı nə qədər çoxdursa, qida
elementləri torpağın dərin qatlarına o qədər az yuyulur. Humus bitkilər üçün qida maddələri
mənbəyidir, eyni zamanda faydalı torpaq mikroorqanizmlərinin intensiv inkişafına şərait yaradır.
Çoxillik paxlalı otlar torpağı azotla zənginləşdirilər. Ona görə də paxlalı otlardan sonra əkilən
tarla bitkilərinin məhsuldarlığı keçmişdən becərilən sahələrə nisbətən yüksək olur. Çoxillik otların
müsbət təsiri üç il davam edir.
Çoxillik paxlalı otların aşağıdakı üstün cəhətlərini qeyd etmək zəruridir.
1. Paxlalı otların zülallı (albuminli) məhsuldarlığı digər yem bitkilərinə nisbətən üstündür.
Yüksək məhsul verən yonca əkinləri vegetasiya dövründə taxıl bitkilərinə nisbətən 2-3 dəfə artıq,
2,5-3,0 ton zülal istehsal edir.
2. Çoxillik paxlalı otlar tərkibində qiymətli aminturşuları olan zülal verir. Bununla əlaqədar
olaraq həmin zülalların həzm olunma qabiliyyəti yemlik taxıl otlarına nisbətən olduqca yüksəkdir.
Əlavə olaraq onlar digər yem bitkilərinin həzm olunma qabiliyyətini artırır.
3. Paxlalıların başlıca üstünlüklərindən biri də ondan ibarətdir ki, çox enerji sərf olunan və
baha başa gələn azot gübrəsindən istifadə etmədən, onlar havanın bioloji azotunu (N
2
) təsbit
etməklə zülal istehsal edirlər. Azotlu gübrələrin enerji sərfinə qənaət edilsə də nəticədə çoxillik
paxlalı otların xalis energetik gəliri yüksək olur.
4. Paxlalı olmayan bitkilərdən yüksək məhsul və zülal toplamaq üçün yüksək normada
mineral azot gübrələrinin tətbiqi qaçılmazdır. Bu yalnız yemin energetik maya dəyərini kəskin
artırmır, o cümlədən zülalın. Yüksək azot gübrəsi normaları torpaqda mikrofloranı fəallaşdırır, üzvi
maddələrin minerallaşmasını gücləndirir və torpağın münbitliyini aşağı salır. Bitkidə artıq miqdarda
oksidləşmiş azot formaları toplanır ki, bu da yemin keyfiyyətini pisləşdirir və onu heyvanlar üçün
təhlükəli edir. Mineral azotun bir hissəsi üfüqi xətlə axaraq göllərə tökülür, ekoloji tarazlığı pozur,
bir hissəsi isə şaquli xətt boyu axaraq qrunt sularına qarışaraq onları içmək üçün yararsız edir. Hətta
bioloji azotun hesabına çoxillik paxlalı otlardan daha yüksək məhsul və zülal almaq üçün bu neqativ
prosesləri kənarda qalır.
5. Yüksək məhsuldar birnövlü çoxillik paxlalı ot tarlası şumlandıqdan sonra kök və yerüstü
kütlə qalığı ilə bir hektar torpaqda tərkibində 120-150 kq azot olan 10 tona qədər üzvi maddə
saxlayır. Şumlanıb torpağa basdırılmış çoxillik paxlalı otlar tarla bitkilərinin böyük əksəriyyəti üçün
yaxşı sələfdir. Bununla belə torpağın münbitliyi də stabilləşir.
6. Çoxillik paxlalı otlar çoxillik taxıl otları kimi birillik bitkilərə nisbətən daha uzun müddətli
vegetasiya dövrünə malikdirlər və günəş enerjisindən tam istifadə edirlər. Ona görə də onların daha
böyük biokütlə yaratmaq üçün obyektiv imkanları var.
7. Çoxillik otlar erkən yaz və payız dövrlərində su və külək eroziyasının qarşısını alır,
torpağın əkin qatından qida maddələrinin aşağı qatlara kəskin yuyulmasını azaldır.
8. Hər il torpağın becərilməsinə, səpinə və toxuma enerji sərfinin zəruriliyini çoxillik otların
becərilməsi kənarlaşdırır.
Çoxillik paxlalı otların neqativ tərəfinə aşağıdakıları aid etmək olar: torpaq məhlulunun
reaksiyasına yüksək tələbkarlığı; fosforla, kaliumla, borla, molibdenlə təmin olunması;
toxumçuluğu taxıl otları ilə müqayisədə möhkəm olmayan və daha çox zəhmət tələb edən; otun
yığılması və qurudulmasında yüksək texnoloji çətinlik. Lakin bütün bu göstəricilərlə yanaşı növ və
cins əlamətləri də çox mühümdür. Məsələn, yonca, xaşa, xəşəmbül neytral, çoxillik lüpin və qurd
otu isə pH=4,0-5,0 reaksiyalı torpaqlarda bitərək yaxşı inkişaf edirlər. Belə bir xüsusiyyət ayrı-ayrı
mineral elementlərə olan tələbatlarına görə də oxşardır.
Çoxillik paxlalı otların daha çox yayılmış cinsləri aşağıdakılardır: yonca (
Medicago
),
üçyarpaq (
Trifolium
), xaşa (
Onobrychis
), xəşəmbül (
Melilotus
), qurd otu (
Lotus
), çəpişotu
(
Galega
).
|