kabrında ruslar Rəşt şəhərini, 1723-cü ilin iyulunda Bakını işğal
etdilər. Knyaz İ.Bayratinski Bakının kamendantı təyin edildi. Sonra
Salyan işğal olundu. 1723-cü il sentyabrın 12-də II Təhmasibin
elçisi İsmayıl bəy şahdan icazəsiz Dərbənddən Gilana qədər olan
Xəzəryanı bölgələrin Rusiyaya verilməsi haqqında Peterburq
müqaviləsini imzaladı. Rusiya bunun əvəzində əfqanlarla müha-
ribədə Səfəvi şahına yardım edəcəyini vəd etdi. Beləliklə, 1722-
1723-cü illər Xəzəryanı bölgənin Rusiya tərəfindən işğalının I
mərhələsi oldu (8, s. 504).
İstanbul müqaviləsi. Cənubi Qafqaz Rusiya, Səfəvi, Os-
manlı dövlətləri arasında ziddiyyətlərin düyün nöqtəsinə çevrildi.
İngiltərə və Fransa da Rusiyanın Cənubi Qafqazda güclənmə-
149
sindən narazı idilər. Osmanlı Rusiyanın Cənubi Qafqaz, xüsusilə
Bakıda möhkəmlənməsinin qarşısını almaq məqsədilə hərəkətə keç-
di. 1723-cü ilin oktyabrında türk qoşunu Gəncəyə həmlə etdi, 1724-
cü ilin iyununda Osmanlı qoşunları İrəvana daxil oldular. İsveçlə
müharibəni təzəcə qurtarmış Rusiya yeni müharibəyə başlaya
bilmədiyindən, Osmanlılarla sülh müqaviləsi bağlamağa məcbur
oldu. 1724-cü il iyunun 12-də İstanbulda Rusiya-Osmanlı mü-
qaviləsi imzalandı (10, s. 483). Rusiya Peterburq müqaviləsinin
şərtlərinin (Dərbənd, Bakı, Lənkəran, Rəşt və Ənzəlinin Rusi-
yaya keçməsini) Osmanlı tərəfindən təsdiq edilməsinə nail oldu.
Xəzəryanı bölgələr istisna olmaqla bütün Azərbaycan isə Os-
manlılara keçdi (8, s. 505). Hacı Davud osmanlıların himayəsi al-
tında olan yarımmüstəqil Şirvan xanlığının hakimi təsdiq edildi.
Azərbaycanda Osmanlı idarə üsulu. İstanbul müqaviləsini
reallaşdırmağa başlayan osmanlılar 1725-ci ilin may-iyulun 27-də
Təbrizi, avqustda Gəncəni, 1725-ci ilin sonlarında işğal zonasına
daxil olmayan Ərdəbili tutdular. Onlar Azərbaycanı vilayət-san-
caqlar-mahallar-nahiyələr şəklində hərbi-inzibati vahidlərə böldü-
lər. Sancaqbəyilər, naiblər və kəndxudalar yerli feodallardan
təyin olunurdu.
Kürdən şimaldakı torpaqların xüsusi statusu vardı. İstanbul
müqaviləsinə dörə, osmanlılar bu ərazilərdə hərbi qüvvə saxlaya
bilməzdi. Bu yerlər (Şəki, Ərəş, Qax) yerli hakimlər tərəfindən
idarə olunurdu. Osmanlılara müqavimət göstərmiş feodalların
mülkləri alınır, dövlət torpaqlarina çevrilirdi. Onlara xidmət edən
yerli feodallara isə dövlət torpaqlarından “bəylik” və “ağalıq” ad-
lanan şərti torpaq verilirdi. Bəzən vergilərin toplanmasından mü-
qatiə (dövlətə müəyyən miqdarda pul ödəmək müqabilində ayrı-
ayrı şəxslərə verilən vergi toplama hüququ) tətbiq olunurdu.
Osmanlılar Təbriz, Ərdəbil və Gəncə şəhərlərinin bərpasına xüsusi
diqqət yetirirdilər.
Azərbaycanda Rusiya idarə üsulu. Ruslar ilk əvvəllər ka-
mendant idarə üsulu yaratdılar. Sonra mahal-nahiyə bölgüsü tət-
biq etdilər. Mahalları darğalar, nahiyələri yüzbaşılar, kəndləri
150
kəndxuda və kovxalar idarə edirdi. I Pyotr Xəzəzryanı bölgələrin
təbii sərvətlərinin öyrənilməsi haqqında fərman verdi. 1724-cü ildə
verilən fərmanla I Pyotr erməniləri Xəzəryanı əyalətlərdə tutulan
istənilən ərazidə yerləşdirmək göstərişi verdi. Ermənilərin Şirvan
bölgəsində məskunlaşması məhz bu dövrə təsadüf edir (3, s. 402-
403). Ruslar Kürün mənsəbində Peterburq kimi şəhər salmaq istə-
yirdilər. Azərbaycandan Rusiyaya neft, xam ipək, Rusiyadan Azər-
baycana kətan, mahud daşınırdı.
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə
Kirmanşah və Rəşt müqavilələri. Salyanda, Bakıda və b.
yerlərdə rus hakimiyyətinə qarşı, 1726-cı ildə Zəngəzurda, Qafanda,
Cənubi Qafqazda, xüsusilə Şirvanda, 1729-cu ildə Qarabağda,
Şamaxı, Təbriz və b. şəhərlərdə, Azərbaycanın Xaçqala, Marağa,
Hərmrud, Ərdəbil və Xalxal bölgələrində də Osmanlılara qarşı üs-
yanlar baş vermişdi. Bu üsyanlar yalnız Kiçik Asiyadan çoxlu hərbi
qüvvə gətirdikdən sonra, 1731-ci ildə yatırıldı. Şah II Təhmasib və
yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular.
Düşmənlərə qarşı mübarizədə daxili qüvvələri birləşdirmək
lazım idi. Bu məsul vəzifıni Əfşar tayfasından Nadir xan öz üzərinə
götürmüşdü. Əfqan tayfalarını İsfahandan qovan Nadir xan Əfşar
1730-cu ildə osmanlılara qarşı hərbi əməliyyata başlayaraq Mara-
ğa, Ərdəbil və Təbrizi azad etdi. 1730-cu ildə Nadirin Osmanlı
üzərində qələbəsindən sonra Rusiya ehtiyatlı siyasət yeridərək
Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ilin yan-
varında Rəşt şəhərində Səfəvilərlə müqavilə imzaladı: Rusiya
Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvi dövlətinə qaytar-
dı, Səfəvilər isə osmanlıları bu yerlərə buraxmamağı və rus
tacirləri üçün güzəştlər etməyi öhdəsinə götürdü (8, s. 511).
Səfəvi şahı II Təhmasib osmanlılara qarşı əməliyyatlara başlayaraq
Eçmiədzin yaxınlığında qələbə qazandı. Lakin İrəvan yaxınlığında
onu məğlub edən ocmanlılar Urmiya, Təbriz və Ərdəbili ələ
keçirdilər. 1732-ci il yanvarda II Təhmasib Kirmanşahda
151
osmanlılarla sülh bağladı: İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgə-
ləri Osmanlıda qaldı. Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz
isə Səfəvilərə qaytarıldı. Araz çayı 2 dövlət arasında sərhəd
olmalı idi (3, s. 413). Xorasandan qayıdan Nadir xan 1732-ci ilin
avqustunda II Təhmasibi taxtdan salaraq onun oğlu Abbas Mirzəni
III Abbas adı ilə şah elan etdi. Faktiki olaraq III Abbasın qəyyumu
olan Nadir xan ilk növbədə Kirmanşah müqaviləsini ləğv edib,
1723-cü ildən sonra osmanlıların tutduğu əraziləri boşaltmağı tələb
etdi. Onların rədd cavabı müharibəyə səbəb oldu. 1733-cü ilin
yanvarında osmanlıları ağır məğlubiyyətə uğradan Nadir xanın
bağladığı Bağdad müqaviləsinə görə, osmanlılar son 10 ildə
tutduqları Səfəvi ərazilərini tərk etməli idilər. 1734-cu ildə
Şirvan azad edildi. 1735-ci ilin əvvəllərində Nadir xan Gəncəni də
osmanlılardan aldı və ruslardan Xəzəryanı bəlgələrdən çıxma-
larını tələb etdi. 1735-ci ilin martın 21-də Novruz bayramı günü
imzalanan Gəncə müqaviləsinə görə, ruslar Xəzəryanı vilayət-
ləri tamamilə tərk etməli idi. 1735-ci ilin iyununda Eçmiədzinin
şimal-şərqində Osmanlı qoşununu tam məğlub edən Nadir xan
onları ilin sonuna kimi bütün Cənubi Qafqazdan çıxardı (3, s. 415).
1736-cı ilin martında Suqovuşanda toplanan qurultayda Nadir
xan şah elan edildi. Bununla da Səfəvilər sulaləsinin hakimiy-
yətinə son qoyuldu. Nadirin şah elan olunmasına qarşı çıxan Zi-
yadoğlular adı ilə məşhur olan Gəncə xanları cəzalandırıldı, Qara-
bağın 32-lər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edil-
dilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyiliyinə, Qazax və Bor-
çalı mahalları Kartli hakimliyinə tabe edildi (8, s. 514). Nadir şah
Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiliklərini
birləşdirərək Azərbaycan adı altında vanid inzibati bölgü yaratdı.
Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı
İbrahim xan oldu. Nadir şah hakimiyyətinin ilk dövründə vergi
toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı.
Əsasən əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi. Şahın
əmri ilə rəiyyətin hərbi xidmətə çağırılması əhalinin vəziyyətini
152
ağırlaşdırdı. 1737-ci ildə Astarada 6 min kəndli zorla səfərbərliyə
alındı.
Ümumiyyətlə, Nadir şahın ölkədə həyata keçirdiyi siyasət
XVIII əsrin 30-40-cı illərində Azərbaycana fəlakət gətirmiş, təsər-
rüfat həyatı tənəzzülə uğramışdı. Dözülməz həyat şəraiti, səfalət
xalqı cana doydurmuşdu. Ona görə də mövcud hakimiyyətə qarşı
hiddət və nifrət gündən-günə artmaqda idi.
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda
İran əsarətinə qarşı mübarizə
Ağır vergi siyasəti, yerli feodalların zülmü əhalinin var-yox-
dan çıxmasına və onların kəndlərdən qaçmasına səbəb oldu. 1734-
cü ildə Astaranın ac-yalavac kəndliləri ayağa qalxdılar. Az sonra
Şəkinin Biləcik kəndi, sonra isə qonşu Cənik, Tala və Car kənd-
ləri üsyan etdi. Üsyanı yatırmaq üçün 1735-ci ilin fevralında cəza
dəstələri göndərildi. Yerli əhalinin qismən tabe olması ilə kifayət-
lənən Nadir şah 1737-ci ildə Hindistan və Mərkəzi Asiyaya yürüş
etdi. Onun ölkədə olmamasından istifadə edən əhali 1738-ci ildə
Azərbaycanın şimal-şərq bölgəsində yenidən üsyan etdi. Ən böyük
üsyan Dağıstandan kömək alan Carda oldu. Üsyanı yatırmağa
gələn Nadir şahın qardaşı İbrahim xan öldürüldü. 1739-cu ildə
Azərbaycanın şimal və şimal-şərq bölgələrində Nadir şaha qarşı
çıxışlar özünün ən yüksək mərhələsinə çatdı. Lakin qüvvələr nisbəti
bərabər olmadığından yatırıldı. XVIII əsrin 40-cı illərində üsyan-
mılarin qüvvətlənməsi nəticəsində Cənubi Qafqazı itirməkdən
qorxan Nadir şah 100 minlik qoşunla Car vilayətinə və Azərbay-
canın şimal-şərq bölgələrinə özü yürüş etdi. 1743-cü ildə üsyanların
genişləndiyi bir şəraitdə özlərini Səfəvi şahzadələri kimi qələmə
verən yalançı şahzadələr-Sam Mirzələr meydana çıxdı. I Sam Mir-
zə Avarda peyda olmuş, sonra Şirvana gəlmiş və 20 min tərəfdarları
və Qazıqumuxlu Surxay xanin dəstəsi ilə birlikdə Yeni Şamaxıya-
Ağsuya hücum etdilər. 1743-cü ildə Nadir şah oğlu Nəsrullah
Mirzəni I Şam Mirzəyə qarşı Şamaxıya yolladı. Bundan əlavə, Gən-
153
cə, Qarabağ, Çuxursəd, Əhər, Qaradağ və Muğana 10-20min nəfər
əsgər göndərmişdi. Şirvan düzənliyində baş vermiş döyüşdə I Şam
Mirzənin qoşunu darmadağın edildi, özü isə edam edildi.
1743-cü ilin son rübündən etibarən xalq hərəkatına Ərdəbil-
dən Şirvana gəlmiş II Sam Mirzə başçılıq edirdi. Hakim dairələr
onu təhlükəli düşmən hesab etmədiklərindən yalnız burnunu kəsib
buraxdılar, o isə tezliklə Şirvanda Surxay xanın oğlu Məhəmməd
xanin yardımı ilə Nadir şahın hakimiyyətini sarsıdan xalq hərəka-
tının başçısına çevrildi. Şirvan üsyanı geniş vüsət alaraq Xəzər
dənizi sahillərindən Gəncəyədək olan bir ərazini əhatə edirdi. 1743-
cü ilin noyabrın 9-da Nadir şah oğlu Nəsrullah Mirzəni böyük
qoşunla Şirvana göndərdi, lakin məğlub oldular. Buna görə Nadir
şah təcili olaraq Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, əsas
qüvvələrlə Azərbaycandakı üsyanları yatırmağı qərara aldı. Nəs-
rullah Mirzənin qoşunu Ağsu yaxınlığındakı Şahdağı adlı yerdə
üsyançıların birləşmiş dəstələri ilə üz-üzə gəldi. Ağsu qalası alındı.
II Sam Mirzə Gürcüstana qaçdı. Lakin Kaxetiya çarı Teymuraz onu
əsir alaraq Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. 1743-cü il
dekabrın 29-da Nəsrullah Mirzə onun bir gözünü çıxartdırıb, bir
neçə osmanlı əsiri ilə Qarsa “qardaşı” Səfi Mirzə ilə görüşməyə
göndərdi. Lakin yolda II Şam Mirzə öldü. Nadir şah xidmətlərinə
görə Araqvi vilayətini Teymuraza hədiyyə etmişdi.
Şəki üsyanı. 1743-1744-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy
və Salmasda yeni üsyanlar başladı. Şəkidə mübarizə daha kəskin
şəkil almışdı. Hələ 1741-ci ildə əhali Şəki hakimi məlik Nəcəfdən
Nadir şaha şikayət etmişdi. Odur ki, Nadir şah Hacı Çələbi Qurban
oğlunun Şəkidə vəkil seçilməsinə razı olmuşdu. Lakin məlik
Nəcəfin şikayətindən sonra Hacı Çələbi Nadir şahın hüzuruna ça-
ğırıldı. Şahın hüzurunda özünü mərdliklə aparan Hacı Çələbi məlik
Nəcəfi öldürüb hakimiyyəti ələ aldı və 1743-cü ildə Şəkini müs-
təqil xanlıq elan etdi. Bununla da Azərbaycanda müstəqil xanlıq-
ların yaranmasının əsası qoyuldu. Nadir şah ona qarşı ordu yeritdik-
də Hacı Çələbi “Gələrsən-görərsən” qalasına sığındı. Lakin uzun
müddət mühasirə nəticəsində ərzaq ehtiyatı tükənən Hacı Çələbi
154
1746-cı ildə Nadir şahın hakimiyyətini tanımağa məcbur oldu.
1747-ci ildə yeni üsyanlar qalxanda Hacı Çələbi özünü yenidən xan
elan etdi.
1747-ci ildə Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə yeni
üsyanlar baş verdi. Üsyana III Sam Mirzə başçılıq edirdi. O, üsyan
üçün Novruz bayramının birinci gününü seçərək, güclü silahlı dəstə
ilə inzibati idarə nümayəndələrini qılıncdan keçirdi və Təbrizdə
hakimiyyəti ələ aldı. Sonra İrəvana hücum etdi, lakin burada
müqavimətə rast gəldiyindən Təbrizə qayıtdı və qətlə yetirildi.
Bu dövrün üsyanlarının səciyyəvi cəhəti, onların çoxunun
eyni vaxtda başlanması idi. Bu isə şah qüvvələrinin parçalanmasına
və maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Lakin üsyanların
əksəriyyətinin kortəbiiliyi, aydın məqsədinin olmaması və daxili
ziddiyyətlər onların taleyini əvvəlcədən həll edirdi. Bununla belə,
həmin üsyanların böyük tarixi əhəmiyyəti var idi. Azərbaycan və
əsarətə alınmış digər ölkələrdə azadlıq hərəkatının genişlənməsi
üçün əlverişli şərait yaranırdı. Aramsız müharibələr, iqtisadi vəziy-
yətin ağırlığı, sosial qruplar arasındakı ziddiyyətlər Nadir şah
dövlətinin süqutuna doğru aparırdı. 1747-ci il iyunun 19-da sui-
qəsd nəticəsində Nadir şah öldürüldü, onun silah gücünə yaratdığı
dövlət süqut etdi (3, s. 425). Ölkəni feodal ara müharibələri bürüdü.
155
X FƏSİL
AZƏRBAYCAN XANLIQLAR DÖVRÜNDƏ
Plan:
1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi
vəziyyəti.
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli
işğalçılara qarşı mübarizə
5. XVIII əsrdə Azərbaycan mədəniyyəti
1. Azərbaycan xanlıqlarının yaranması
və onların sosial-iqtisadi vəziyyəti
1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran
əsarəti sona çatdı. İran əsarəti sona çatdıqdan sonra ölkəmizdə
Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya,
Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s.
xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik
feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultan-
lıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın
məlikləri var idi. Sultanlıqlar və məliklər, adətən, xanlıqlardan asılı
idilər. Məsələn, Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından,
məliklər isə Qarabağ xanlığından asılı idilər. Azərbaycanda belə çox
xanlıq və digər feodal hökmdarlıqlarının meydana çıxması ölkənin
ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması,
natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya di-
gər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri ilə bağlı idi.
Nisbətən kiçik əraziləri əhatə etmələrinə baxmayaraq, Azər-
baycan xanlıqlarının əksəriyyəti dövlətə məxsus bütün əlamətlərə
malik olub müstəqil daxili və xarici siyasət yeridirdilər. Xanlıqlarda
hakimiyyət, əsas etibarı ilə yerli feodalların əlində idi. Məsələn,
Gəncə xanlığının Gəncənin irsi hakimi olan Şahverdi xan Ziyad-
156
oğlu, Bakı xanlığının sabiq Bakı hakimi Dərgahqulu bəyin oğlu
Mirzə Məhəmməd xan, Dərbənd xanlığını Dərbəndin sabiq naibi
İmamqulu bəyin oğlu idarə edirdi.
Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nis-
bətən xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi
sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər
yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət
xanların əlində cəmləşmi
157
qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox
xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri
alırdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul
rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən for-
maları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı.
Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3
hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində
rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əla-
və bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s.
vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanın iq-
tisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə,
yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və
ticarətdə bir qədər canlanma nəzərə çarpırdı.
Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkin-
çilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq,
bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şir-
van, Gəncə, Qarabağ və Naxçıvan xanlıqlarında yayılımışdı. Dər-
bənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi.
Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer
tuturdu. İpəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi.
Avropa səyyahlarından biri yazırdı ki, hər il «Şirvandan 400 tona
qədər ipək ixrac olunur». Bu dövrdə sənətkarlıqda da müəyyən
yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı.
İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici
ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə
şöhrət qazanmışdılar. Xalq içərisindən çıxmış ustalar bir sıra gözəl
məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar
istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı.
Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi.
Bu dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasi-
bətlər sənət istehsalına və ticarətin əsas mərkəzləri olan şəhərlərə də
ciddi təsir göstərirdi. Əldə olan məlumatlarm təhlili göstərir ki, bəhs
edilən dövrdə Azərbaycan şəhərlərinin əksəriyyəti dərin iqtisadi
tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi avropa-
158
lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə
etmələri ilə bağlı idi. Qərblə Şərq ölkələrini birləşdirən tranzit
ticarət yolları üzərində yerləşən, iqtisadiyyatı daha çox mal ixraca-
tına köklənən və bunun sayəsində böyük gəlir əldə edən Azərbaycan
şəhərləri bütün XVIII əsr ərzində bu üstünlüklərdən məhrum olur-
dular. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq
qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə ge-
niş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı.
Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra
sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal
edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara
bilmir və nəticədə özlərinin ənənəvi satış bazarlarından məhrum
olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal
olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir
çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların
ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana gön-
dərilirdilər. 1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana
çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və
məişət əşyaları gətirilmişdi. Şübhəsiz ki, bu faktlar Azərbaycan
şəhərlərinin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına
mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin
tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları
və feodal ara müharibələri də az rol oynamışdı.
Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəl-
məsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən
müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamət-
gahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq
diqqət verilir, nəticədə belə şəhərlərdə həyat nisbətən təhlükəsiz
olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkar-
ların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi.
Əvvəllər olduğu kimi, xanlıqlar dövründə də Azərbaycan
şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd tə-
sərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi ba-
zarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksə-
159
riyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər.
Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə məşğul olan sənət-
karlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq
şəkildə işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş
səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə
onu bir başdan o biri başa qədər kəsən əsas küçələri yaradırlar».
Xanlıqlar dövründə Azərbaycan şəhərlərində yaşayan əhalinin
sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa
da, ayrı-ayrı şəhərlərə aid olan məlumatlar əsasında bu məsələ
haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstə-
rildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə
və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər,
məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökər-
ləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları
və başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə
imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir
və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu.
Dostları ilə paylaş: |