AĞIRLIQ QÜVVƏSI SAHƏSİNDƏN NEFT-QAZLILIQLA ƏLAQƏLƏNDİRİLƏN
LOKAL ANOMALİYALARIN AYRILMASI METODİKASI
V.Q.Qədirov
Geofizika ETİ,
Az.1012, Bakı, Moskva pr., 73
Məqalədə ağırlıq qüvvəsi sahəsindən neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya
minimumlarının ayrılması məsələsinə baxılır. Göstərilir ki, ağırlıq qüvvəsi potensialının 3-cü
tərtib törəməsi heç də həmişə birmənalı nəticələr vermir, qırılmalar üzərində də minimumlar
müşahidə edilir. Neft-qazlılıqla əlaqələndirilən lokal minimumları müəyyənləşdirmək üçün
əvvəlcə regional fon vasitəsilə müşahidə əyrisindən lokal maksimumların ayrılması, sonra
horizontal qradiyentlərdən istifadə edərək maksimumun bərpa edilməsi təklif olunur. Bu
zaman bərpa edilmiş əyri ilə lokal maksimumun əyrisi arasında yaranan fərq neftlilik-
qazlılıqla əlaqələndirilən lokal minimumu əks etdirəcəkdir.
Neft-qaz yataqlarının hesablanmış qravitasiya effektləri zəif olduğundan, yataqla əlaqədar olan
anomaliyaları müəyyənləşdirmək üçün xüsusi interpretasiya üsullarından istifadə edilir. Ağırlıq qüvvəsi
potensialının 3-cü tərtib törəmələrinin (W
zzz
) hesablanması, tam normallaşdırılmış qradiyent, “qrad”,
ağırlıq qüvvəsinin aşağı yarımfəzaya davam etdirilməsi, hamarlama və s. üsullar buna misal ola bilər
[Берёзкин и др., 1978; Гравиразведка. Спр., 1990].
Neft-qaz yataqlarının proqnozlaşdırılmasında daha geniş istifadə edilən potensialının 3-cü tərtib
törəməsi (W
zzz
) minimumlarının neftlilik-qazlılıq konturuna uyğun gəldiyi, eyni zamanda, bu kəmiyyətin
təsadüfi səhvlərə və digər amillərlə bağlı olan anomaliyalara (məsələn, kəsilişin üst hissəsindəki qeyri-
bircinslilik) qarşı çox həssas olduğu bildirilir. Digər tərəfdən, hesablama zamanı profillərin kənarlarında
böyük hissələr geoloji interpretasiyadan kənarda qalır. Alınmış W
zzz
əyrisinin özü Δg əyrisindən daha
mürəkkəb alınır ki, kəmiyyət interpretasiyası üçün ondan istifadə etmək olmur [Берёзкин и др., 1978].
Orta Kür çökəkliyində alınmış qravimetrik məlumatların interpretasiyası zamanı məlum olmuşdur
ki, potensialın üçüncü tərtib törəməsi (W
zzz
) struktur quruluşa qarşı da həddindən artıq həssasdır.
Differensasiya parçası 2L=4 km, bu parça daxilində istifadə olunan nöqtələrin sayı M=9 olan düstur
əsasında [Берёзкин и др., 1978] Muradxanlı sahəsində işlənilmiş 03-05 saylı profil üzrə əldə edilmiş
Buge anomaliyası W
zzz
-ə transformasiya edilmişdir (şəkil 1).
Şəkil 1. Ağırlıq qüvvəsi potensialının üçüncü tərtib törəməsi (W
zzz
) vasitəsilə lokal
anomaliyanın ayrılması (Muradxanlı sahəsi, pr. 03-05; pr.01-81).
1 – müşahidə olunmuş Δg
B
əyrisi; 2 – interpolyasiya düyün nöqtələri;
3 – regional fon; 4 – axtarış-kəşfiyyat quyuları; 5 - W
zzz
əyrisi.
Bu profildə təxminən 90-95-ci piketlər arasında, seysmik və qravimetrik kəşfiyyatla Mezozoy
çöküntülərinin səthinə uyğun gələn, amplitudu 300-400 m olan qırılma qeyd olunur. W
zzz
əyrisində bu
zonada dərin minimum alınır ki, bunu heç cür neftlilik-qazlılıqla əlaqələndirmək olmaz. Qırılmanın
cənub-şərq qanadında qazılmış 21 saylı quyu W
zzz
-in dərin minimum zonasına düşdüyü halda burada
neftlilik müəyyənləşdirilməmişdir. 55 və 98 saylı quyular isə neft verdiyi halda W
zzz
-in minimumu ilə əks
olunmamışdır.
Muradxanlı sahəsində təxminən 194, 77, 45, 213, 64, 58, 61, 13 saylı quyulardan keçən, qərb-şərq
istiqamətli 01-81 saylı digər profil üzrə hesablanmış W
zzz
əyrisində periodik olaraq maksimum və
minimumlar müşahidə edilir (şəkil 1). Yüksək debitlə neft vermiş 58 saylı quyu W
zzz
əyrisinin minimum
zonasına düşsə də, neft vermiş 45, 77, 213, 61 saylı quyular maksimum zonasına təsadüf edir. 13 saylı
quyu rayonunda W
zzz
əyrisində nəzərə çarpacaq minimum ayrılsa da, quyu məhsuldar deyildir. Bu
rayonda seysmik kəşfiyyat və quyu məlumatları ilə qırılmanın olduğu müəyyənləşdirilmişdir. W
zzz
minimumu da göründüyü kimi, qırılma zonasına təsadüf etmişdir.
Bu misallar neft-qaz yataqlarının axtarışında ağırlıq qüvvəsi potensialının 3-cü tərtib törəmələrinin
birmənalı nəticələr vermədiyini göstərir. Potensial sahə sakit xarakterlı olduqda, anomaliya yaradan
kütlələrin sayının az olduğu şəraitdə, qravitasiya yaradan horizontun qırılmalarla mürəkkəbləşmədiyi
sahələrdə W
zzz
effektli ola bilər. Lakin, geoloji mühit olduqca mürəkkəb və rəngarəngdir.
Ağırlıq qüvvəsinin aşağı yarımfəzaya davam etdirilməsi
)
,
(
z
x
g
, tam normallaşdırılmış
qradiyent
)
,
(
z
x
G
N
üsullarında da bir çox çatışmazlıqlar meydana çıxır ki, bu da neft-qaz məsələsinin
birmənalı həllinə imkan vermir [Берёзкин и др., 1978].
Azərbaycanın müxtəlif neftli-qazlı sahələrində aparılmış qravi-maqnit kəşfiyyatının nəticələri
göstərir ki, xüsusi yanaşma ilə məlum neft-qaz yataqları üzərində xarakterik lokal qravitasiya, eləcə də,
maqnit anomaliyalarını ayırmaq mümkündür [Амирасланов, 1998; Гадиров, 1991, 2009; Мамедов,
1984; Gadirov, 1994]. Bunun üçün ilk növbədə müşahidə əyrisinin minimum qiymətlərindən keçməklə
düyün nöqtələrini seçmək, Laqranj interpretasiya çoxhədlisindən istifadə edərək, həmin nöqtələrdən
keçən approksimasiya əyrisini (regional fonu) qurmaq lazımdır. İndiki halda fərdi kompüterdəki
approksimasiya proqramlarından istifadə etmək daha əlverişlidir. Sonra ağırlıq qüvvəsi sahəsindən
ayrılmış lokal maksimumlar onların kənar hissələrindəki qradiyent üzrə (ağırlıq qüvvəsinin horizontal
qradiyentlərinin dəyişmələri üzrə) bərpa edilir. Bu zaman, müşahidə və bərpa edilmiş sahə arasındakı fərq
neft-qazlılıqla əlaqələndirilən xarakterik lokal qravi-maqnit anomaliyanı (yataq tipli anomaliya - YTA)
əks etdirir.
Qeyd edək ki, ağırlıq qüvvəsi sahəsi əyrisinin müəyyən istiqamətlər üzrə bərpa olunması hələ 1967-
ci ildə L.D.Nemtsov tərəfindən təklif edilmişdir. Lakin, bu yanaşmanın riyazi əsasları zəif işləndiyindən,
interpolyasiya düyün nöqtələrinin sayı və seçilmə xüsusiyyəti dəqiqləşdirilmədiyindən geniş tətbiqini
tapmamışdır [Берёзкин и др, 1978].
Tümen, Özbəkistan, Dnepr-Donetsk çökəkliyi, Belorusiya, Krım, Volqa boyu sahələrində aparılmış
qravimetrik kəşfiyyat işlərinin nəticələri göstərmişdir ki, geoloji kəsilişdəki strukturların konturları
müsbət qravitasiya anomaliyalarının konturları ilə, neft-qaz yatağının konturları isə lokal minimumların
konturları ilə üst-üstə düşür. Müxtəlif ərazilərdə müşahidə edilən bu əlamətlər onun təsadüfdən
yaranmadığını göstərir [Михайлов, 1982]. Beləliklə, ağırlıq qüvvəsi sahəsinin mikrostrukturlarının
analizi əsasında neft-qaz yataqlarının qravitasiya sahəsində əks olunmasının aşağıda göstərilən bir çox
qanunauyğunluqları aşkar edilmişdir:
- bütün növ karbohidrogen (KH) yataqları ağırlıq qüvvəsi sahəsində xarakterik lokal minimumlarla
səciyyələnir. Lokal minimumlar qanadlarda kəskin qradiyentə malik olur və profildən profilə izlənilir;
- lokal minimumların amplitudu 0,1-0,3 mQal və daha çox olur;
- praktiki olaraq KH yatağının qravitasiya sahəsində əks olunması geoloji quruluşun
mürəkkəbliyindən, tələnin tipindən, yatağın dərinliyindən asılı deyil;
- horizontal qradiyentlərin kəskin dəyişmə zonalarından istifadə etməklə ayrılmış lokal minimum
konturları əksər hallarda neft-qaz yatağının konturlarına uyğun gəlir və s. [Гравиразведка. Cпр., 1990].
Neft-qaz yataqlarının kənarlarında (su-neft, su-qaz kontakt zonaları) müşahidə edilən anomal
dəyişmələrin (məsələn, qravitasiya sahəsində qradiyentin dəyişməsi) təbiətinə gəldikdə, onlar yataqdan
kənar, bəzən yer səthinə qədər gəlib çatan tektonik gərginlik və deformasiya amilləri ilə əlaqələndirilir.
Yataq ətrafındakı belə subvertikal qeyri-bircins zonalar qravitasiya sahəsinin kəskin dəyişmələri, qra-
diyentin dispersiyasının anomal qiymətləri ilə səciyyələnir [Михайлов, 1982; Gadirov, 1994].
Azərbaycanın müxtəlif neftli-qazlı rayonlarında aparılmış qravimetrik tədqiqatlar da məlum qalxımlar və
neft-qaz yataqları üzərində ağırlıq qüvvəsi anomaliyalarının müşahidə edildiyini və anomaliyaların
konturlarının goloji obyektlərin konturlarına uyğun gəldiyini göstərir [Амирасланов, 1998; Гадиров,
1991, 2009; Мамедов, 1984; Gadirov, 1994].
Göstərilən bu faktlara baxmayaraq, neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya minimumlarının
ayrılması məsələsi əhəmiyyətli olduğu qədər də mürəkkəbdir. Bu, müşahidə edilmiş Buge anomaliyasının
mürəkkəb xarakterə malik olması, eyni formalı anomaliyaların müxtəlif geoloji amillərdən yarana
bilməsi, tətbiq olunan alqoritm və metodların bu tipli məsələlərə dayanaqsız olması, neft-qaz yığımlarını
əks etdirən anomaliyaların diaqnostik əlamətlərinin müəyyənləşdirilməməsi, çöl metodikasındakı
çatışmazlıqlar və digər səbəblərlə əlaqədardır.
Müşahidə edilmiş ağırlıq qüvvəsi əyrisindən (sahəsindən) neft-qazlılıqla əlaqələndirilən xarakterik
lokal minimumu (YTA) etibarlı ayırmaq üçün çöl işlərindən başlayaraq, emal və interpretasiya işləri
müəyyən ardıcıllıqla və dəqiqliklə həyata keçirilməlidir [Гадиров, 2009; Qədirov, 2010]. Struktur quru-
luşla əlaqələndirilən lokal maksimumlar qravitasiya sahəsindən regional fon vasitəsilə ayrılandan
sonra, onun qanadlarında seçilmiş nöqtələrdən istifadə etməklə maksimumlar bərpa edilir. Bərpa edilmiş
əyri ilə lokal maksimum əyrisi arasında yaranan fərq isə neft-qazlılıqla əlaqələndirilən lokal anomaliya
olacaqdır.
Muradxanlı yatağı üzərində aparılmış tədqiqatlar göstərir ki, yuxarıda göstərilən üsulla lokal
qalxımları, qırılmaları və neft-qaz yataqlarını aşkar etmək mümkündür (şəkil 2). Göründüyü kimi,
qravitasiya sahəsindən regional fon vasitəsilə ayrılmış lokal maksimum 194, 77, 45, 213, 58, 61 saylı
quyularla müəyyənləşdirilmiş struktur qalxıma, 13 saylı quyu rayonunda qravitasiya sahəsində müşahidə
edilən kəskin qradiyentli zona isə quyu və seysmik kəşfiyyatla təsdiq edilən qırılmaya uyğun gəlir. Lokal
qravitasiya maksimumu fonunda qradiyentlərin dəyişmə zonalarına görə ayrılmış xarakterik lokal
qravitasiya anomaliyaları (YTA-lar) quyularla müəyyənləşdirilmiş yatağın konturlarına uyğun gəlir.
Şəkil 2. Fiziki-geoloji model və neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya
anomaliyalarının ayrılması (Muradxanlı sahəsi, pr.01-81).
1 – müşahidə olunmuş Δg
B
əyrisi; 2 – interpolyasiya düyün nöqtələri;
3 – regional fon; 4 və 5 – lokal maksimum və minimum; 6 – bərpa olunmuş maksimum; 7 – axtarış-kəşfiyyat
quyuları; 8 – neft yatagı; 9 – effuziv süxurlar.
Analoji olaraq, son illərdə Orta və Aşağı Kür çökəkliklərinin Şm.Naftalan-Gödəkboz, Qazanbulaq,
Zərdab-Şıxbağı, Cəfərli, Pənahlı, Oruclu, Bəndovan və d. sahələrində aparılmış qravimetrik kəşfiyyat
işləri ilə düzxətli və paralel profillərdə neft-qazlılıqla əlaqələndirilən xarakterik qravitasiya minimumları
müəyyənləşdirilmişdir (şəkil 3).
Şəkil 3. Ağırlıq qüvvəsi sahəsindən (Δg
B
) neft-qazlılıqla əlaqələndirilən lokal
anomaliyaların ayrılması (Zərdab-Şıxbağı; Şimali Naftalan-Gödəkboz; Pənahlı-Oruclu və Bəndovan sahələri).
1 – müşahidə olunmuş Δg
B
əyrisi; 2 – regional fon; 3 – lokal maksimum; 4 – bərpa olunmuş maksimum; 5 – lokal
minimum.
Göründüyü kimi, Zərdab-Şıxbağı, Pənahlı-Oruclu sahələrində ağırlıq qüvvəsi müsbət, Şm.Naftalan-
Gödəkboz, Bəndovan sahələrində isə mənfi qiymətlərlə səciyyələnir. Zərdab-Şıxbağı, Şm.Naftalan-
Gödəkboz sahələrində regional fon maksimumla, Bəndovan sahəsində minimumla ifadə olunmuşdur.
Bunlara baxmayaraq, göstərilən sahələrdə lokal maksimumların fonunda neft-qazlılıqla əlaqələndirilən
xarakterik qravitasiya minimumlarını təklif olunan metodika ilə ayırmaq mümkün olmuşdur.
Ədəbiyyat
Qədirov V.Q., 2010. Azərbaycanın Kür çökəkliyində neftli-qazli strukturların axtarışında qravi-
maqnit kəşfiyyatının tətbiqi. – Bakı “Qanun”, 223.
Амирасланов Т.С., 1998. Способ прогнозирования залежей углеводородов в вулканогенно-
осадочных образованиях по данным высокоточной гравиразведки. Доклады АН Азербайджана,
том LIV, №2, С. 82-86.
Березкин В.М., Киричек М.А., Кунарев А.А., 1978. Применение геофизических методов
разведки для прямых поисков месторождений нефти и газа. - М. «Недра», 223 с.
Гадиров
В.Г.,
1991.
Прогнозирование
вулканогенных
образований
мезозоя
Среднекуринской депрессии и их нефтегазоносности по комплексным геофизическим данным.
Aвтореферат дис. на соис. уч. ст. к.г.-м.н., Баку, 22 с.
Гадиров В.Г., 2009. Результаты применения грави- и магниторазведки при
прогнозировании залежей нефти и газа в Куринской впадине Азербайджана. – Москва, Геофизика,
№2, С. 51-56.
Гравиразведка. Справочник геофизика. 1990 Под ред. Е.А.Мудрецовой и К.Е.Веселова. М.
«Недра», 607 с.
Мамедов С.Г., 1984. Результаты высокоточной гравиметрии при поиске залежей нефти и
газа в условиях Азербайджана. АНХ, №2, С. 30-35.
Михайлов И.Н., 1982. Разработка новых принципов интерпретации гравииразведки. В кн.
«Повышение геологической эффективности и практические способы интерпретации
гравиразведочных работ», сб. науч.тр., ВНИИГеофизики, Москва, С. 40-80.
Gadirov V.G., 1994. The physical-geological prinsiples of application of gravity and magnetic
prospecting in the search of oil and gas deposits. Proseedings of 10
th
petroleum congress and exhibition of
Turkey, Ankara, Р. 197-203.
Dostları ilə paylaş: |