MÜXTƏLİf enerji NÖVLƏRİNDƏN İSTİfadə etməKLƏ aparilan laparoskopik xolesistektomiyalarin nəTİCƏLƏRİNİN



Yüklə 81,88 Kb.
Pdf görüntüsü
tarix04.05.2017
ölçüsü81,88 Kb.
#16479



    ORİJİNAL                      ОРИГИНАЛЬНЫЕ                   ORIGINAL 

MƏQALƏLƏR                           СТАТЬИ                             ARTICLES 

 

 

MÜXTƏLİF ENERJİ NÖVLƏRİNDƏN İSTİFADƏ ETMƏKLƏ APARILAN 

LAPAROSKOPİK XOLESİSTEKTOMİYALARIN NƏTİCƏLƏRİNİN 

TƏHLİLİ 

 

N.A.Qasımov⃰, A.M.Məmmədov 



 

⃰e-mail: adhti@mail.ru 

 

Ə.Əliyev adına Azırbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutununnun Cərrahiyyə kafedrası, Bakı, Azərbaycan 

 

 

Son  illər  öd  yollarının  patologiyaları  olan  xəstələrin  sayının  və  cərrahi  aktivliyin  artması  ilə 

əlaqədar  olaraq  xolesistektomiyanın  yerinə  yetirilməsinin  ən  təhlükəsiz  metodlarının 

müəyyənləşdirilməsi  müstəsna  əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  Təqdim  edilmiş  məqalədə 

tədqiqatın  məqsədi  əməliyyatdan  sonrakı  ağırlaşmaların  profilaktikası  məqsədilə  laparoskopik 

xolesistektomiya  zamanı  ultrasəs  və  yüksək-tezlikli  elektrocərrahi  enerjidən  istifadə  etməklə 

öddaşı  xəstəliyinin  cərrahi  müalicəsinin  nəticələrinin  müqayisəli  qiymətləndirilməsidir.  155 

xəstədə xolesistektomiyanın nəticələri müzakirə edilmişdir. Elektrokoaqulyasion təsirdən istifadə 

etməklə  aparılan  laparoskopik  xolesistektomiya  82  xəstədə  yerinə  yetirilmişdir.  Ultrasəs 

enerjisindən  istifadə  etməklə  73  xəstədə  laparoskopik  xolesistektomiya  həyata  keçirilmişdir. 

Ultrasəs enerjisindən istifadə edilməsi əməliyyatdan sonrakı dövrdə ağrı sindromunun, periferik 

qanın  leykositar  reaksiyasının  azalması,  qaraciyər  fermentlərinin  aktivlik  səviyyələrinin  daha 

aşağı  olması,  eləcə  də  öd  kisəsi  yatağında  iltihabi  reaksiyanın  USM  əlamətlərinin  daha  zəif 

təzahür etməsi ilə xarakterizə olunur. Bu isə öz növbəsində əməliyyatdan sonrakı reabilitasiyanı 

və xəstələrin stasionarda qalma müddətini əhəmiyyətli dərəcədə qısaldır.  

Açar sözlər. Öddaşı xəstəliyi, laparoskopik xolesistektomiya, ultrasəs təsiri, elektrokoaqulyasion 

təsir.


 

 

Problemin  aktuallığı.    Öddaşı  xəstəliyi  qarın  boşluğu  orqanlarının  ən  çox 

rast  gəlinən  cərrahi  patologiyalardan  olub  14-17%  təşkil  edir  [1].  Son  illər  öd 

yollarının patologiyaları ilə olan xəstələrin sayının və cərrahi aktivliyin artması ilə 

əlaqədar  olaraq  xolesistektomiyanın  yerinə  yetirilməsinin  ən  təhlükəsiz 

metodlarının  müəyyənləşdirilməsi  müstəsna  əhəmiyyət  kəsb  etməyə  başlamışdır 

[2].  


Qadınlar kişilərlə müqayisədə öddaşı xəstəliyindən daha çox əziyyət çəkirlər, 

lakin bu heç də o demək deyildir ki, sonuncular arasında öd kisəsinin daşına az rast 



gəlinir.  Bu  nisbət  Qərbi  Avropada  1:6  və  Amerikada  1:2,6  təşkil  edir.  Belə  ki, 

Avropa  və  Amerikada  daşların  təxminən  80-85%-i  xolesterin  tərkiblidir  və 

xəstələnənlər arasında qadınların üstünlük təşkil etməsi dəqiqdir. Qadınlarda ödün 

litogenliyi kişilərlə müqayisədə daha yüksəkdir [1, 3].  

Klinik  müşahidələrdən  əldə  olunan  məlumatlara  görə,  son  40-50  il  ərzində 

xolelitiazla  xəstələnmə  halları  hər  10  ildə  bir  iki  dəfə  artır,  patoloji-anatomik 

materiallara görə isə son 25 il ərzində o, təxminən 2,8 dəfə artmışdır [4].  

Klinik  praktikaya  azinvaziv  müdaxilələrin,  xüsusən  də  laparoskopik 

xolesistektomiyanın  tətbiq  edilməsi  biliar  cərrahiyyənin  inkişafında  yeni  inqilabi 

dönüş hesab edilir. Öddaşı xəstəliyinin cərrahiyyəsində endoskopik texnologiyanın 

inkişafı  ona  gətirib çıxarmışdır  ki,  bu  metod  açıq  cərrahi  əməliyyatlara  alternativ 

kimi  qəbul  edilmiş  və  bu  xəstəliyin  müalicə  prinsipini  köklü  surətdə  dəyişmişdir 

[2,  5].  Klinik  praktikada  azinvaziv  müalicə  metodların  işlənib  hazırlanması  və 

tətbiqi  ilə  yanaşı,  toxumaların  daha  az  travmatik  və  təhlükəsiz  disseksiya 

üsullarının axtarışı da az aktual deyildir [6].  



Tədqiqatın  məqsədi  –  əməliyyatdan  sonrakı  ağırlaşmaların  profilaktikası 

məqsədilə  laparoskopik  xolesistektomiya  zamanı  ultrasəs  və  yüksək-tezlikli 

elektrocərrahi  enerjidən  istifadə  etməklə  öddaşı  xəstəliyinin  cərrahi  müalicəsinin 

nəticələrinin müqayisəli qiymətləndirilməsi.  



Tədqiqatın  material  və  metodları.  Əməliyyatdan  sonrakı  ağırlaşmaları 

öyrənmək  məqsədilə  Ə.Əliyev  adına  ADHTİ-nin  Сərrahi  Xəstəliklər  I 

kafedrasında  kəskin  və  xroniki  daşlı  xolesistiti  olan  155  xəstədə  laparoskopik 

xolesistektomiyanın nəticələrinin təhlili aparılmışdır. 

Laparoskopik  xolesistektomiyanı  həyata  keçirmək  üçün  “Carl  Storz” 

(Almaniya), “Endomedium” (Rusiya) və “Ethicon” (ABŞ) şirkətlərinin endoskopik 

dayaq  və  alətlərindən  istifadə  olunmuşdur.  Toxumalara  müxtəlif  intraopersion 

fiziki  metodların  təsirini  müqayisə  etmək  məqsədilə  bütün  xəstələr  iki  qrupa 

bölünmüşdür.  Bu  qruplarda  əsas  fərq  fiziki  disseksiya  və  koaqulyasiya 

metodlarında  olmuşdur.  Əməliyyatdan  sonrakı  intensiv  terapiya  da  daxil  olmaqla 

hər iki qrupda yerdə qalan bütün tədbirlər demək olar ki, fərqlənməmişdir.  


I  qrupa  (nəzarət)  –  öddaşı  xəstəliyinin  müxtəlif  formalarına  görə 

elektrokoaqulyasion  təsirdən  istifadə  etməklə  laparoskopik  xolesistektomiya 

əməliyyatı  keçirmiş  82  xəstə  daxil  edilmişdir.  Bu  qrupda  “ЭХВЧ-200  - 

Endomedium”  (Rusiya),  “Karl  Storz”  (Almaniya)  yüksəktezlikli  elektrocərrahi 

qurğulardan istifadə olunmuşdur.  

II  qrupa  (əsas)  –  ultrasəs  enerjisindən  istifadə  etməklə  laparoskopik 

xolesistektomiya  əməliyyatı  keçirmiş  73  xəstə  daxil  edilmişdir.  Bu  qrupda 

“Harmonic  scalpel  Ultracision”,  “Ethicon  Endo  Surgery”  (ABŞ)  ultrasəs  cərrahi 

qurğularından istifadə edilmişdir.  

Kompleks  laborator  diaqnostikaya  qanın  və  sidiyin  ümumi  analizi,  qanın 

biokimyəvi  göstəriciləri  –  acqarına  plazmada  qlükozanın  səviyyəsi,  ümumi  zülal 

və  zülal  fraksiyaları,  birləşmiş  və  sərbəst  bilirubin,  plazmanın  elektrolit  tərkibi 

(kalium, natrium, kalsium, xlor), amilaza, aminotransferazalar (ALT, AST), qələvi 

fosfataza  (QF),  qamma-qlutamiltransferaza  (QQT),  xolesterin,  lipaza,  kreatinin, 

sidik cövhəri, koaquloqramma daxil edilmişdir.   

Əldə  edilmiş  bütün  rəqəm  göstəriciləri  variasion  statistika  metodu  ilə 

işlənilmişdir.  



Tədqiqatın  nəticələri  və  onların  müzakirəsi.  Elektrokoaqulyasion  təsirdən 

istifadə  etməklə  aparılan  laparoskopik  xolesistektomiya  82  xəstədə  yerinə 

yetirilmişdir.  I  qrupda  kişilər  28  (34,1%),  qadınlar  isə  54  (65,9%)  olmuşdur.  49 

(59,8%)  xəstədə  xroniki  kalkulyoz  xolesistit,  33  (40,2%)  xəstədə  isə  kəskin 

kalkulyoz xolesistit aşkar edilmişdir.  

Ultrasəs 

enerjisindən 

istifadə 

etməklə 

73 


xəstədə 

laparoskopik 

xolesistektomiya  həyata  keçirilmişdir,  onlardan  48-də  (65,8%)  xroniki  kalkulyoz 

xolesistit,  25-də  (34,2%)  kəskin  kalkulyoz  xolesistit  aşkar  edilmişdir.  II  qrupda 

kişilər 24 (32,9%), qadınlar isə 49 (67,1%) təşkil etmişdir.  

Ultrasəs  təsirindən 

istifadə  etməklə  əməliyyat  olunmuş 

xəstələrin 

əməliyyatdan sonrakı erkən dövrünü elektrokoaqulyasion təsirdən istifadə olunmuş 

xəstələrlə  müqayisə  edərkən  onlarda  daha  erkən  reabilitasiyanı,  əməliyyatdan 

sonrakı dövrün ağrı sindromunun azalmasını qeyd etmək lazımdır.    


Əməliyyatdan  sonrakı  erkən  dövrdə  qaraciyər  fermentlərinin  tədqiqi  hər  iki 

qrupda  həyata  keçirilmişdir.  Nəzarət  (I)  və  əsas  (II)  qrupun  xəstələrində 

əməliyyatdan  sonrakı  dövrü  xarakterizə  edən  əsas  parametrləri  müqayisə  edərkən 

bir sıra fərqlər aşkara çıxarmışıq. Hər iki qrupa daxil olan xəstələrdə əməliyyatdan 

sonrakı  ilk  üç  gün  ərzində  drenajla  qarın  boşluğundan  xaric  olan  ifrazatın 

həcmində  əhəmiyyətli  fərq  olmamışdır.  Həmçinin  drenajla  xaric  olan  ifrazatın 

miqdarı  və  xəstəliyin  nozologiyası,  eləcə  də  öd  kisəsi  yatağının  işlənmə  üsulu 

arasında  statistik  dürüst  əlaqə  aşkar  olunmamışdır.  Lakin  nəzarət  qrupunun 

xəstələrində  qarın  boşluğunun  drenləşdirilmə  müddəti  (2,9±1,5  gün)  əsas  qrupun 

xəstələrindən  çox  (1,4±0,37  gün)  olmuşdur  (p<0,05).  Nəzarət  qrupunun 

xəstələrində  drenajın  saxlanma  müddətinin  çox  olması  3  gün  ərzində  qarın 

boşluğundan  100  ml-dən  artıq  ifrazatın  davam  etməsi  və  öd  kisəsi  yatağından 

xaricə  ödün  axması  olmuşdur.  Əməliyyatdan  sonrakı  2-ci  gün  qarın  boşluğunun 

USM-i  zamanı  əsas  qrupa  (II  qrup)  daxil  olan  xəstələrdə  qaraciyəraltı  sahədə 

toplanmış  mayenin  həcminin  (8-10±2,64  ml)  nəzarət qrupundakından (I qrup) bir 

qədər çox (10-15±2,2 ml) olması müəyyən edilmişdir.  Öd kisəsi yatağında struktur 

dəyişikliyə  məruz  qalmış  toxuma  zonası  müəyyən  edilmişdir  ki,  onun  da  ölçüləri 

cədvəl 1-də göstərilmişdir.  

 

Cədvəl 1. 



Əsas və nəzarət qrupunda əməliyyatdan sonrakı 2-ci gün qarın boşluğunun USM-i 

zamanı öd kisəsi yatağındakı struktur dəyişikliyə məruz qalmış toxumalar 

zonasının ölçüləri 

 

 



Xəstəliyin xarakteri 

Zonanın ölçüsü (mm-lə) 

Əsas qrup  

(n=73) 


Nəzarət qrupu  

(n=82) 


Xroniki kalkulyoz xolesistit 

1,25±0,20* 

4,65±1,23 

 

Kəskin kalkulyoz xolesistit 



1,75±0,25* 

5,3±2,7 


 

Qrup üzrə orta göstərici 

1,5±0,17* 

4,97±2,1 

 

 

Qeyd: *- p<0,05 (nəzarət qrupu ilə müqayisədə) 

 


Cədvəl  1-dən  göründüyü  kimi,  ultrasəs  müayinəsinin  verdiyi  məlumatlara 

görə, əməliyyatdan sonrakı 2-ci gün öd kisəsi yatağında struktur dəyişikliyə məruz 

qalmış  toxumalar  zonasının  ölçüsü  ultrasəs  təsirindən  istifadə  etməklə  əməliyyat 

olunmuş  xəstələrdə  (II  qrupda)  orta  hesabla  4,7  dəfə  kiçik  olmuşdur.  Bu  isə  onu 

sübut  edir  ki,  yüksək-tezlikli  elektrokoaqulyasion  təsirlə  müqayisədə  ultrasəs 

təsirindən  istifadə  zamanı  öd  kisəsi  yatağında  koaqulyasion  nekroz  zonasının 

dərinliyi və toxumaların iltihabi reaksiyası daha azdır.  

Əsas  və  nəzarət  qruplarına  daxil  olan  xəstələrin  periferik  qanında 

hemoqlobinin  miqdarında  dürüst  fərq  müşahidə  olunmamışdır.  Hər  iki  qrupda  bu 

göstərici  əməliyyata  qədər  və  əməliyyatdan  sonrakı  dövrdə  norma  həddində 

olmuşdur. 

Xroniki 

kalkulyoz 

xolesistitə 

görə 


həm 

yüksəktezlikli 

elektrokoaqulyasion,  həm də  ultrasəs təsirindən  istifadə edilmiş  xəstələr qrupunda 

(I  və  II  qruplarda)  əməliyyatdan  əvvəl  və  əməliyyatdan  sonrakı  dövrdə 

leykositlərin  səviyyəsi  normanın  yuxarı  həddini  (9x10

9

/litr)  keçməmiş  və  qruplar 



arasında bu göstəriciyə görə statistik dürüst fərq aşkar edilməmişdir.  

Əsas qrupda kəskin kalkulyoz xolesistiti olan xəstələrdə leykositlərin sayı orta 

hesabla  9,6x10

9

/litr,  nəzarət  qrupunda  isə  10,7x10



9

/litr  təşkil  edərək  normanın 

yuxarı  həddini  keçmişdir  (р>0,05).  Sonradan  əsas  qrupda  bu  göstərici 

əməliyyatdan  sonrakı  2-ci  gün  normaya  qədər  azalaraq  orta  hesabla 

7,4±1,3x10

9

/litr  təşkil  etmişdir.  Lakin  nəzarət  qrupunda  leykositlər  norma 



səviyyəsinə  əməliyyatdan  sonrakı  5-ci  gün  qayıtmış  və  6,8±1,3x10

9

/litr  təşkil 



etmişdir (şək.1).  

 

Şək. 1. Əsas və nəzarət qrupunda periferik qanda leykositlərin  



müqayisəli xarakteristikası 

 

Yüksək-tezlikli elektrik enerjisi (elektrokoaqulyasiya) ilə müqayisədə ultrasəs 



enerjisindən istifadə edilməsi daha zəif termiki zədələnmə və daha az təzahür edən 

iltihabi  reaksiya  ilə  müşayiət  olunmuşdur.  Bu  məlumatlar  əməliyyatdan  sonrakı 

dövrdə periferik qanın bəzi göstəricilərinin təhlili zamanı da öz təsdiqini tapmışdır.  

Əməliyyata qədərki dövrdə hər iki qrupun bütün xəstələrinin qan plazmasında 

aminotransferazaların  aktivliyi  normanın  yuxarı  həddini  –  40  vah/l  keçməmişdir. 

Xroniki  kalkulyoz  xolesistitə  görə  ultrasəs  enerjisindən  istifadə  etməklə 

laparoskopik  xolesistektomiya  icra  edilmiş  xəstələrdə  əməliyyatdan  sonrakı  2-ci 

gün  AST-nin  səviyyəsi  orta  hesabla  40,95±2,8  vah/l,  ALT-nin  səviyyəsi  isə 

41,92±3,6  vah/l  təşkil  etmişdir.  Xroniki  kalkulyoz  xolesistiti  olan  və  yüksək-

tezlikli  elektrik  enerjisindən  istifadə  olunmaqla  laparoskopik  xolesistektomiya 

həyata keçirilmiş xəstələrdə (nəzarət qrupunda) AST-nin səviyyəsi 3,1 dəfə artaraq 

orta  hesabla  91,2±5,4  vah/l,  ALT-nin  səviyyəsi  isə  3,6  dəfə  artaraq  orta  hesabla 

106,2±5,6 vah/l təşkil etmişdir (şək.2).  


 

Şək. 2. Hər iki qrupun xroniki kalkulyoz xolesistitli xəstələrində  



ALT və AST-nin aktivliyinin müqayisəli xarakteristikası 

  

Əsas qrupda kəskin kalkulyoz xolesistitə görə əməliyyatdan sonrakı 2-ci gün 



AST  orta  hesabla  46,41±7,8  vah/l,  ALT  isə  orta  hesabla  49,7±9,8  vah/l  təşkil 

etmişdir.  Nəzarət  qrupunda  AST-nin  aktivliyi  4,4  dəfə  artaraq  orta  hesabla 

119,8±6,4vah/l,  ALT-nin  aktivliyi  isə  5,02  dəfə  artaraq  orta  hesabla  131,2±5,0 

vah/l təşkil etmişdir (şək.3).

 

Əsas qrupun xəstələrində qələvi fosfatazanın səviyyəsi 



əməliyyatdan  sonrakı  2-ci  gün  iltihabın  formasından  asılı  olmayaraq  normanın 

yuxarı  həddini  –  92  vah/l-i  keçməmiş  və  orta  hesabla  78,1  ±0,4  vah/l,  qamma-

qlutamiltransferazanın  (QQT)  göstəriciləri  1,8  dəfə  artaraq  orta  hesabla  88,2±4,1 

vah/l  təşkil  etmişdir.  Nəzarət  qrupunun  xəstələrində  isə  qələvi  fosfatazanın 

səviyyəsi 1,6 dəfə artaraq orta hesabla 147,2±1,2 vah/l, QQT-nin səviyyəsi isə 2,6 

dəfə artaraq orta hesabla 128,1±2,3 vah/l təşkil etmişdir (cədvəl 2; şək. 4). 



 

Şək. 3. Hər iki qrupda kəskin kalkulyoz xolesistitli xəstələrdə  



AST və ALT-nin aktivliyinin müqayisəli xarakteristikası 

 

Cədvəl 2. 



Əməliyyatdan 2 gün sonra hər iki qrupda aminotransferazaların, qələvi 

fosfatazanın və QQT-nin aktivlik göstəriciləri 

 

İltihabın 



forması 

Əsas qrup  

(n=73) 

Nəzarət qrupu  



(n=82) 

AST 


ALT 

QF 


QQT 

AST 


ALT 

QF 


QQT 

Xroniki 


kalkulyoz 

xolesistit 

 

40.95±2,8 



 

41,92±3,6 

 

 

78,1±0,4 



 

 

88,2±4,1 



 

91,2±5,4 

 

106,2±5.6 



 

 

147,2±1,2* 



 

 

128,1 ±2,3 



Kəskin 

kalkulyoz 

xolesistit 

 

46,41±7,8 



 

49,7±9,8 

 

119,8±6,4* 



 

131,2±5,0* 



 

Qeyd: *-  р<0,05 (əsas qrupla müqayisədə) 

 

Nəzarət  qrupunda  AST,  ALT,  QF  və  QQT  aktivlik  səviyyələri  normal 



göstəricilərə  əməliyyatdan  sonrakı  5-ci  gün  qayıtmışdır.  Cədvəl  2-də  göstərilən 

məlumatları nəzərə alsaq, görərik ki, yüksək-tezlikli elektrocərrahi texnologiyadan 

istifadə 

etməklə 


disseksiya 

və 


koaqulyasiya 

aparılmış 

laparoskopik 

əməliyyatlardan 2 gün sonra nəzarət qrupunda aminotransferazaların, QF və QQT-

nin  aktivlik  göstəriciləri  əsas  qrupun  analoji  göstəricilərini  üstələyir  ki,  bu  da 

ultrasəs  enerjisindən  istifadə  etməklə  disseksiya  və  koaqulyasiya  aparılan  əsas 

qrupda  qaraciyər  toxumasında  termiki  zədələnmənin  dürüstlüklə  kifayət  qədər  az 

olduğunu sübut edir.  



Əsas  qrupun  xəstələri  stasionarda  orta  hesabla  3,42±0,24  gün,  nəzarət 

qrupunun  xəstələri  isə  5,05±1,55  qalmışlar.  Beləliklə,  əsas  qrup  xəstələrinin 

stasionarda  qalma  müddəti  nəzarət  qrupunun  xəstələri  ilə  müqayisədə  dürüstlüklə 

az olmuşdur (р<0,05) (cədvəl 3).  

 

Cədvəl 3. 



Əsas və nəzarət qrupunda əməliyyatdan sonrakı dövrdə xəstələrin stasionarda 

qalma günləri 

 

İltihabın forması 

Əsas qrup  

(n=73) 

Nəzarət qrupu  

 

 (n=82) 

Xroniki kalkulyoz xolesistit 

3,05±0,2* 

4,2±1,01 

 

Kəskin kalkulyoz xolesistit 



3,8±0,6* 

5,9±2,1 


 

Orta göstərici 

3,42±0,24* 

5,05±1,55 

 

 

Qeyd: *-  р<0,05 (nəzarət qrupu ilə müqayisədə)

 

 



Yüksəktezlikli  elektrocərrahi  enerjidən  istifadə  olunan  nəzarət  qrupunda 

stasionar  müalicənin  müddətinin  uzanması aşağıdakı amillərlə əlaqədar olmuşdur: 

periferik  qanda  leykositlərin  sayının  yüksək  səviyyədə  saxlanması  ilə  əlaqədar 

olaraq  daha  uzun  müddətli  antibakterial  müalicə  və  nəzarətin  tələb  edilməsi; 

elektrokoaqulyasiyadan 

istifadə 

etməklə 

aparılan 

laparoskopik 

xolesistektomiyalardan sonra ALT, AST, QF və QQT səviyyələrinin artması və bu 

göstəricilərin  yalnız  əməliyyatdan  sonrakı  5-ci  gündə  normallaşması;  nəzarət 

qrupunun xəstələrində öd kisəsi yatağının drenləşdirilmə müddətinin uzun olması.  

Beləliklə, ultrasəs enerjisindən istifadə edilməsi əməliyyatdan sonrakı dövrdə 

ağrı  sindromunun,  periferik  qanın  leykositar  reaksiyasının  azalması,  qaraciyər 

fermentlərinin – AST və ALT-nin aktivlik səviyyələrinin daha aşağı olması, eləcə 

də  öd  kisəsi  yatağında  iltihabi  reaksiyanın  USM  əlamətlərinin  daha  zəif  təzahür 

etməsi  ilə  xarakterizə  olunur.  Bu  isə  öz  növbəsində  əməliyyatdan  sonrakı 

reabilitasiyanı  və  xəstələrin  stasionarda  qalma  müddətini  əhəmiyyətli  dərəcədə 

qısaldır.  


10 

ƏDƏBİYYAT 

1.  Пряхин  А.А.  и  др.  Методы  обработки  ложа  желчного  пузыря  после  малоинвазивных  

холецистэктомий . –  Челябинск:  Уральская ВЕСТНИК ВГМУ, 2007, Том 6, 2002. – 32 с. 

2.  Гришин  И.Н.  Новые  возможности  гемо-  и  желчестаза  при  лапароскопической 

холецистэктомии по поводу острого деструктивного холецистита /  Проблемы хирургии в 

современных  условиях:  материалы  ХIII  съезда  хирургов  Республики  Беларусь,  Гомель, 

2006. – Т. 1. – С.111. 

3.  Давыдов  А.А.  Влияние  электроэксцизии  желчного  пузыря  на  течение 

послеоперационного  периода  и  функциональное  состояние  печени  //  Эндоскопическая 

хирургия. – 2002. – № 2. – С. 34. 

4.  Хандога  А.Г.  Изменения  в  печени  после  лапароскопической  холецистэктомии  и 

возможности их коррекции // Здравоохранение. – 2002. –  № 6. – С. 17-21. 

5. Varma R., Gupta J. K. Laparoscopic entry techniques: clinical guideline, national survey, and 

medicolegal ramifications // Surg Endosc. – 2008 Dec. – Vol. 22, N 12. – P. 2686–97 

6.  Babel  N.  Iatrogenic  bile  duct  injury  associated  with  anomalies  of  the  right  hepatic  sectoral 

ducts: a misunderstood and underappreciated problem // HPB Surgery. – 2009. – Vol. 2009. – P. 

1532-69.

 

 



 

 

 



РЕЗЮМЕ 

 

АНАЛИЗ РЕЗУЛЬТАТОВ ЛАПАРОСКОПИЧЕСКИХ 

ХОЛЕЦИСТЭКТОМИИ ПРОВЕДЕННЫХ С ИСПОЛЬЗОВАНИЕМ 

РАЗЛИЧНЫХ ВИДОВ ЭНЕРГИИ  

 

Н.А.Гасымов, А.М.Мамедов 



 

Кафедра Хирургии Азербайджанского государственного института 

усовершенствования врачей имени А. Алиева, Баку, Азербайджан 

 

Проанализировано  155  историй  болезни  с  различными  формами  ЖКБ,  оперированных 



методом  ЛХЭ  в  результате  которых  установлено,  что  более  легкое  течение 

послеоперационного периода с меньшей реакцией организма на операционную травму и 

меньшим  процентом  послеоперационных  осложнений  наблюдается  у  больных, 

оперированных  с  использованием  УЗВ.  Использование  УЗВ  позволяет  одновременно 

выполнить  кавитацию,  коагуляцию,  диссекцию  тканей  в  области  вмещательства,  что 

предупреждает  желчеистечение,  кровотечение,  повреждение  внепеченочных  желчных 

протоков, некроз ткани и способствует снижению послеоперационных осложнений.  

Ключевые  слова:  желчнокаменная  болезнь,  лапароскопическая  холецистэктомия, 

ультразвуковое воздействие, электрокоагуляционное воздействие.  

 

 

 



11 

SUMMARY 

 

ANALYSIS OF THE RESULTS OF LAPAROSCOPIC 

CHOLECYSTECTOMY PERFORMED USING VARIOUS TYPES OF 

ENERGY 

 

N.A.Kasimov, A.M.Mamedov 



 

Department of Surgery of Azerbaijan State Advanced Training Institute for 

Doctors named after A.Aliyev, Baku, Azerbaijan 

 

It  was  analyzed  155  medical  cases  of  various  gallstone  disease  types  with  laparoscopic 



cholecystectomy. As a result, it was found that more mild currency of the post-operative period 

with  less  reaction  of  organism  on  operation  trauma  and  less  percent  of  postoperative 

complications  is  occured  in  patients  undergone  operation  with  ultrasound  energy.  Usage  of 

ultrasonic  influence  is  multifunctional:  it  allows  to  carry  out  simultaneously  cavitation, 

coagulation,  dissection  of    tissues    in    the    field  of    intervention    that  warns  bile  leakage, 

bleeding,  damage  of  extrahepatic  bile  ducts,  necrosis  of  tissue  and  decrease  postoperative 

complications. 

Keywords

gallstone 

disease, 

laparoscopic 

cholecystectomy, 

ultrasonic 

influence,  

electrocoagulate influence.  



 

Redaksiyaya daxil olub: 16.03.2016 

Çapa tövsiyə olunub: 05.04.2016 

Rəyçi: t.ü.e.d. Ş.H.Əliyev 

 

Yüklə 81,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin