4.3. Ġngilis qoĢunlarının say tərkibi və strukturu
General Denstervilin öz qeydləri göstərir ki, toplam halda ingilis qoşunları üç tabor piyada, bir top
batareyası, üç yüngül zirehli avtomobil iki aeroplandan ibarət olmuşdur.
Denstervilin ingilis qoşunlarının azlığını yaxşı anlayırdı: "Bu qədər qoşun olanda bizim hissələrdən
ehtiyyat qüvvo ayırmaq çətindir, ona aörə də bütün ehtiyat qüvvələr yerli şəhər dəstələrindən təşkil olurıdu,
lakin onlar tələb olunanda heç vaxt tapılmırdılar. Bizim qüvvələrdən yalnız yerli döyüşçüləri dəstəkləmək üçün
bir dəstə və yerli əhəmiyyətli kiçik ehtiyat qüvvəsi yarada bildik. Bakı mövqelərində dayanan ingilis
qoşunlarının sayı 900 süngüdən artıq olmamışdır".
182
İngilis qoşunları müdafiə xəttinin strateji nöqtələrində
mövqe tutmuşdur. Şəhərdə keşikçi xidmətlərini yerinə yetirən təminat hissələrinin zabit və əsgərləri də əlavə
ediləndə ingilislərin canlı qüvvəsinin sayı 1300 nəfər təşkil edirdi. Bu döyüşçülər Qloçester, Şimali Stafford,
Uorçester və Varvik alaylarının yığma taborlarından başqa kral səhra artilleriyasının 8-ci batareyası (mənbələrdə
8-16 top olması göstərilir) və 730-cu avtomobil bölüyünə ("Ford" avtomobilləri), həmçinin qərargaha aid idilər.
Döyüşlərin ən ağır yerlərində Şimali Stafford və Varvik alaylarının taborları yerləşdirilmişdi ki, bu da
təsadüfi deyildi.
1881-ci ildə yaradılan Şimali Stafford alayı (Şahzadə Uelsin alayı və ya 98-ci piyada alayı) xətt piyada
alayları kateqoriyasına aid olmuşdur.
183
Нər il oktyabrın 19-da yubileyini qeyd edən alayın parad paltarında əsas
rənglər tünd-bordo, qara və gümüşü idi. Əslində ilk taborları 1756-cı ildə yaradılan alayın yaradılma tarixinin
181
Агаев Ф. «Британский лев» на Кавказе // Азербайджан в мире, 2006, № 2, с.115.
182
Денстервиль, с.94.
183
А Short History of The Staffordshire Regiment, published by the regiment,1972; Swinson A. A Register of the Regiments and Corps of the British Army,
London, 1972 Kitabların materialları
en.wikipedia.org
/wiki/ North_ Staffordshire_Regiment» INTERNET səhifəsində yerləşdirilib.
68
məhz 1881-ci ildən götürülməsi bu ildən onun nizami qoşun hissəsi kimi fəaliyyətə başlaması ilə bağlı
olmuşdur. İki nizami, iki milis və iki könüllü tabordan ibarət olan alay tədricən ordunun ən intizamlı
hissələrindən birinə çevrilirdi. Onun tərkibində olmuş milis taborları ehtiyat qüvvələri tərkibinə, könüllülərdən
ibarət taborlar isə ərazi hissələri tərkibinə verilmişdi. Yarandığı dövrdən İngiltərənin Amerikadakı
koloniyalarında, Barbados adasında (1884-1887), daha sonra Cənubi Afrika (1887-1893), Malta (1893-1895) və
Misirdə (1895-1897) xidmət edən hərbi hissənin l-ci taboru ilk döyüşlərini Sudanda keçirmiş (1897),
Hindistanda (1897-1903) və İrlandiyada (1903-1912) dislokasiya edilmişdi. Hərbi hissənin 2-ci taboru 1881-
1886-cı illərdə Hindistanda olmuş, 1884-cü ildə Zab vadisinə yürüşdə iştirak etmiş, Aden limanından
İngiltərəyə göndərilmişdir. 1886-1893-cü illərdə tabor İngiltərədə, 1893-1899-cu illərdə İr-landiyada dislokasiya
edilmişdi. 1899-cu ildə Cənubi Afrikaya göndərilən tabor 2-ci Bur müharibəsində 1902-ci ilədək iştirak etmiş və
İngiltərəyə qaytarılmışdı. 1903-cü ildən Hindistanda yerləşmişdir. I Dünya müharibəsində alayın 1-ci taboru
1914-cü ildə Armentir, 1916-cı ildə Somma, 1917-ci ildə Messina, İpr, Sen-Kventin kanalı, Sell, Sari Bair, Kut
əl-Əmar döyüşlərində iştirak etmiş, 2-ci taboru Hindistanın şimal-qərb sərhəddində yerləşmişdi. Sonrakı
dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin əksəriyyətində alayın hissələri iştirak etmişdi. 1959-cu
ildə Şimali Stafford alayı Cənubi Stafford alayı ilə birləşdirilmiş və Stafford alayı (Şahzadə Uelsin alayı) adı ilə
indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
Varvik alayının tam adı "Kral Varvik fuziler (fuzi-ağır fuzeya tüfəngi ilə silahlanmış piyada) alayı" kimi
göstərilir. 1674-cü ildə Hollandiya hökuməti muzdlu ordu yaradarkən iki ingilis alayı təşkil etmiş, 1685-ci ildə
İngiltərə kralı II Yakob onları İngiltərəyə çağıraraq hakimiyyətə iddialı olan və krala qarşı qiyam qaldırmış qraf
Monmuta qarşı istifadə etmişdir. Qiyam yatırıldıqdan sonra 5-ci və 6-cı piyada alayları adı ilə tanınan alaylar
Hollandiyaya qayıtmışlar. 1688-ci ildə Oranlı Vilhelm (III Vilhem) İngiltərə taxtına dəvət edilib kral elan
ediləndə ("şanlı inqilab" hadisələri), onunla birlikdə alaylar da İngiltərəyə gəlmişdilər. 6-cı alay "Hollandiya
qvardiyası" adını almış və İrlandiyada üsyançılara qarşı bir neçə döyüşdə iştirak etmişdir. "İspaniya vərəsəliyi
uğrunda müharibə"nin müxtəlif döyüşlərində iştirak etmiş alay 1745-ci ildə Yakobçular üsyanının
yatırılmasında iştirak etmişdir. 1753-cü
ildən Cəbəllütarixdə xidmət edən alay
Amerikaya
göndərilir
və
orada
Amerikanın
müstəqilliyi
uğrunda
müharibədə iştirak edir. 1776-cı il Nyu-
York
döyüşündən
sonra
vətənə
göndərilən 6-cı alay 1782-ci il
islahatına görə Varvik alayı adını
almışdır. Bu adla alay Fransa
inqilabının yatırılmasında iştirak etmiş,
Amerikada
gedən
döyüşlərdə
Martinika, Qvadelupa və Santa Lyuçiya
adalarını
fransız
qoşunlarından
qorumuşdur. Napoleon müharibələrində əsasən İberiya yarımadası və Cəbəllütarixdə vuruşan alay 1814-cü ildə
Kanadaya göndərilir. 1832-ci ildə alayın adı dəyişdirilərək 1-ci kral Varvirşir alayı adlandırılır və o, Şimali
Afrikaya göndərilir. Burada alay 1846-1853-cü illərdə ingilis hökmranlığı əleyhinə üsyan qaldırmış
müsəlmanlara qarşı vuruşurdu. 1881-ci il islahatına əsasən alay Kral Varvik alayı adını almışdır. 1898-ci ildə
Sudanda gedən döyüşlərdə iştirak edən alay Bur müharibələrinin ən qızğın döyüşlərində də vuruşmuşdur. I
Dünya müharibəsində alayın adı altında birləşdirilmiş 30 tabor 80-dən artıq döyüşdə iştirak etmiş və nəticədə
alay 6 dəfə Viktoriya Xaçına layiq görülmüşdü. Sonrakı dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin
əksəriyyətində alayın hissələri iştirak etmişdi. 1968-ci ildə Varvik fuzi alayı digər fuzi alayları ilə 4 tabor
tərkibində birləşdirilmiş və bu taborlar indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
184
Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan
ibarət bölüklər üç yığma tabor şəklində toplansalar da əslində pərakəndə halda fəaliyyət göstərirdilər. General
Denstervil bölükləri strateji əhəmiyyətli mövqelərdə yerləşdirmiş, onların cinahlarında və arxada erməni
taborları üçün mövqelər seçilmişdi. Erməni taborlarını döyüşə sövq etmək üçün general hər birində 1 ingilis və
3 erməni taboru olan briqada təşkil etməyi planlaşdırmışdı, lakin bu planı həyata keçirə bilmədi. Kral səhra
artilleriyasının 8-ci batareyasını vahid şəkildə saxlayan general Sentrokaspi Diktaturasının batareyalarını ayrı-
ayrı mövqelər arasında bölmüşdü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb
ən təhlükəli mövqelərə göndərilmişdi.
184
en.wikipedia.org/wiki/Royal_Warwickshire_Fusiliers
" İNTERNET səhifəsi.
69
İngilislər həmçinin "Prezident Kryuger", "Kursk" və "Abo" gəmilərinə yiyələndilər.
185
"Prezident
Kryuger" nəqliyyat gəmisi Xəzərdə üzən bütün nəqliyyat gəmiləri sırasında ən sürətlisi olmaqla bərabər, böyük
tutumlu idi və təsadüfi deyil ki, məhz burada Denstervil öz müvəqqəti qərargahını yerləşdirdi. О yazırdı:
"Gəmidə mənim bütün qərargahım, kargüzarlar, dəftərxana və üstəlik 300 əsgər üçün otaqlar vardı; ehtiyac
yarandıqda gəminin üst göyərtəsində daha 800 əsgər yerləşdirmək olardı. Gəmidə biz səhra radiostansiyasını da
quraşdırdıq". Sonra ingilislər daha iki gəmi, "Ventyur" və "İqnati" gəmilərini əldə etdilər və onları
silahlandırmağa başladılar. Bu gəmilərdə onlar özləri ilə gətirdikləri bir neçə dörddüymlük top yerləşdirməyə
çalışsalar da, Bakını tərk edənədək bu işi sona çatdıra bilmədilər. Təxliyyə zamanı ingilislərdə olan beş gəminin
beşi də Ənzəliyə aparılmışdı. İngilis dənizçilərinin sayı 160 nəfərdən ibarət idi.
4.4. Ġngilis qoĢunlarının silahları və hərbi texnikası
General Denstervilin öz qeydlərindən aydın olur ki, o, qoşunların say azlığını düşmən üzərində texniki
üstünlüyə nail olmaqla kompensasiya etməyə çalışırdı. Cəbhələrdə olan ağır vəziyyət, Bakının ingilis
qoşunlarının əsas bazalarından uzaq olması qısa müddət ərzində ağır texnika ilə silahlanmış ingilis qoşunlarını
döyüş mövqelərinə göndərməyə imkan vermirdi. Bununla belə, generalın fikrincə şəhəri qoruyub düşməni
məğlub etmək üçün Bakıda kifayət qədər silah və sursat vardı.
İngilis qoşunları havada tam üstünlüyə malik idilər. Türk-Azərbaycan qüvvələrində təyyarə yox idi.
Denstervilin qoşunları isə əməliyyatlarda iki rus və iki ingilis aeroplanı tərəfindən dəstəklənirdi. İngilis
təyyarələrinin növləri sənədlərdə göstərilməsə də ehtimal etmək olar ki, onlar 1918-ci ilin yayınadək ən geniş
yayılmış ingilis qırıcısı "Sopviç-Tabloid" olmuşdur. Müharibənin əvvəlində vuruşmuş "Sopviç-Pop"
təyyarəsinin yeni modeli olan və Tomas Sopviçin ən uğurlu təyyarələrindən "Sopviç-Tabloid" müharibənin ən
yüngül, kompakt və manevrli təyyarələrindən idi. İstehsalına 1913-cü ildən başlanan təyyarə iki pilot götürür,
100 at gücündə olan mühərrik saatda 148 km sürəti ilə hərəkət etməyə imkan verirdi. Təyyarə pulemyotla
silahlanmış və yüngül bombalar götürə bilirdi.
İngilis qoşunları yüngül zirehli
avtomobilə
malik
idilər.
Bakıda
çəkilmiş fotoşəkillərdən (Bakı ətrafında
döyüşlər zamanı və neft mədənləri
yaxınlığında) görsənir ki, Denstervilin
qoşunlarında "Rolls-Roys" tipli zirehli
avtomobillər var idi. "Rolls-Roys"
zirehli
avtomobili
1914-cü
ildən
istehsal edilirdi, qüllədə yerləşdirilmiş
bir pulemyotu vardı. 8 mm qalınlığı
olan zirehlə örtülmüş avtomobilin 2-3
nəfərlik heyəti, 3,5 t çəkisi var idi. 40-
50 at gücünə malik mühərrik şosse
yolunda 80-96 km/saat sürətlə hərəkət etməyə imkan verirdi. Əsasən piyada hissələrə atəşlə dəstək olmaq üçün
nəzərdə tutulmuş bu zirehli avtomobil çevikliyi və çətin şəraitə dözümlüyü ilə seçilirdi.
İngilis qoşunlarının topları barəsində olan məlumatlar azdır. Onların səhra topları kimi göstərilməsi ingilis
ordusunun ən geniş yayılmış səhra topu -18 funtluq (3,3 düym) QF səhra topunun Bakıda istifadə olunmasını
ehtimal etməyə imkan verir. Belə ki, 83,8 mm-lik top hələ 1904-cü ildə layihələşdirilmiş, sadə quruluşa malik
olduğundan İngiltərə və Hindistanın bir sıra hərbi zavodlarında istehsal edilmişdi.
Müharibənin gedişində topun quruluşunda dəyişikliklər aparılmışdı: ağac təkərləri üstü rezinli dəmir
təkərlər əvəz etmiş, bir dayaq yerinə iki haçalanan dayaq qoyulmuş, ən son nümunələrin çapı 87,6 mm-ə
çatdırılmışdı. Topun döyüş çəkisi 1284
kq, lülənin enib-qalxma bucağı -5-dən
+16-yadək, üfiqi tuşlama bucağı 8
dərəcə olmuşdur. Тор 8,4 kq çəkisi
olan mərmilərlə 8700 m məsafəyə
zərbə endirildi.
185
Денстервиль, c.86.
70
Bakıda və onun ətraflarında ingilis qoşunlarını təsvir edən fotoşəkillərdə ordunun "Lyuis" yüngül əl
pulemyotları və "Li-Enfild" tüfəngləri ilə silahlanması aydın görünür. "Li-Enfild" tüfəngi 7,69 mm çapında
olmuş, İngiltərə və onun koloniya və dominionlarında ən geniş yayılmış tüfəng növü idi. 1825 m məsafədən
hədəfi vurmağa imkan verən tüfəngin ən mükəmməl növü MK III adı ilə 1916-cı ildən istehsal olunurdu. Yeni
nəsil "Ross-Enfild" tüfəngində Rusiyanın Mosin tipli piyada tüfəngi və "Li-Enfild" tipli tüfəngin ən yaxşı
xüsusiyyətləri birləşdirilmiş, mükəmməl piyada tüfəngi yaradılmışdı. MK III tüfənginin bıçaqvari süngüsü var
idi.
İngilis ordusunun zabitləri 1913-cü ildən silahlanmada olan "Vebley MK VII" beş düymlük (11,5 mm),
həmçinin "Smit-Vesson 455 (11,5 mm)" revolverləri gəzdirirdilər. "Smit-Vesson 455 (11,5 mm)" tapançaları
ABŞ-da istehsal olunsa da ingilis patronları üçün nəzərdə tutularaq hazırlanırdı. Zabitlərdə olduqca güclü
"Vebley-Skott" tapançalarına da rast gəlinirdi. Belə ki, bu silahın 1912-ci il nümunəsi də (beş düymlük) orduda
rəsmən silahlanmaya qəbul edilmişdi.
71
5 . Qafqaz Ġslam Ordusu
5.1. Müsəlman Korpusunun təĢkil edilməsi
1917-ci ilin sonunda Cənubi Qafqazda yaranmış kəskin hərbi-siyasi vəziyyət real qüvvələrə arxalanaraq
sürətli və çevik hərəkətlər tələb edirdi. Lakin milli mənafelərin keşiyində dayanan ziyalılar və burjuaziya acı
həqiqətlə üzləşdi: Azərbaycan xalqının dayağı və istinadgahı ola biləcək real hərbi qüvvə yox idi. Tədqiqatçı
M.Süleymanov haqlı olaraq qeyd etmişdir ki, "Milli hərbi qüvvələrin yaradılması Azərbaycan xalqının milli
mənafelərinin qorunması zərurəti ilə deyil, bəlkə də yaranmış şəraitdə millətin fiziki mövcudluğunun qorunması
zərurəti ilə şərtlənirdi. Azərbaycan xalqının fiziki məhvində maraqlı olan qüvvələrin hərbi
gücə malik olması və ondan istənilən vaxt, istənilən şəkildə istifadə edilməsi ilə
artmaqda olan ümummilli təhlükə yalnız müvafiq hərbi qüvvələrin təşkili ilə aradan
qalxa bilərdi". Çar üsuli-idarəsinin yeritdiyi məqsədyönlü siyasət nəticəsində
ermənilər və gürcülərlə müqayisədə azərbaycanlıların hərbi hazırlığı yox idi. Milli
tərkibli hərbi qüvvələrin yaradılmasını təşkil etmək istiqlal mübarizəsinin qarşısında
dayanan başlıca vəzifələrdən biri idi. I Dünya müharibəsinin gedişində yaradılmış
Tatar süvari alayının fəaliyyəti sübut etdi ki, azərbaycanlılar döyüşkənlik ruhunu və
vuruşmaq qabiliyyətini itirməyiblər. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının
qurultayında xüsusi büro yaradıldı və bu büroya Azərbaycanın səfərbərlik imkanlarını
müəyyənləşdirmək üçün müsəlman əhalisinin siyahıya alınması tapşırıldı.
YV.Çəmənzəminli yazırdı: "Vacib məsələlərimizdən biri milli qoşundur. Milli qoşun
düzəlsə, ölkəmizdəki başsızlığı dövrən aradan qaldırmaq mümkündür".
186
Rusiyada
Fevral inqilabı nəticəsində hakimiyyətə gəlmiş Müvəqqəti hökumət erməni milli
hissələrinin böyüdülməsinə rəvac versə də müsəlman milli qoşun hissələrinin
yaradılması məsələsini heç müzakirə belə etməmişdi.
Bölgədə xidmət edən azərbaycanlı zabitlər pərakəndə halda fəaliyyət göstərirdilər. Ayrı-ayrı könüllü
dəstələr təşkil edilir, onlara təlimlər keçilir və bu dəstələrdən şəhərlərdə sabitliyi qorumaq üçün istifadə
olunurdu. Lakin bu pərakəndə, azsaylı, zəif silahlanmış, ərazi prinsipi əsasında təşkil edilmiş dəstələr qoşun
sayıla bilməzdi.1917-ci ilin oktyabr ayının əvvəllərində Tatar süvari alayı Yelizavetpola gəldi və təntənəli
surətdə qarşılandı. Müsəlman Milli Şurası noyabrın 5-də burada Qafqaz müsəlman hərbçilərinin I qurultayını
keçirdi və azərbaycanlıların milli hərbi hissələrinin yaradılmasına imkan verməyən Müvəqqəti hökumətin
mövqeyi tənqid edildi.
187
1917-ci il dekabrın 6-da Zaqafqaziya
Komissarlığının növbəti iclasında qəbul
edilən qərar Qafqaz Ordusunun milli hərbi
hissələr əsasında təşkilinin təməlini qoydu.
Qafqaz cəbhəsinin komissarı Donskoyun
əmrinə əsasən "Ordu milli tərkibli nizami
vahidlərdən təşkil edilməli" ermənilərdən,
gürcülərdən, azərbaycanlılardan və ruslardan
ibarət milli korpuslar yaradılmalıdır. Qafqaz
cəbhəsinin komandanı general Prejevalski
Bakıda olan milli tərkibli hərbi hissələr istisna
olmaqla bütün hərbi hissələrin saxlanılması
barəsində əmr imzaladı. Rusiya ordusunda mövcud olmuş milli xarakterli hərbi hissələr dərhal milli korpusların
tərkibinə qatıldı və nəticədə Rus Korpusunun komandanı general Drasenko, Gürcü Korpusunun komandanı
general Axmeteli, Erməni Korpusunun komandanı general Nazarbekovun rəhbərliyi ilə vahid hərbi hissələr
təşkil edildi.
1917-ci il dekabrın 11-də Zaqafqaziya Komissarlığı tərəfindən Müsəlman Korpusunun yaradılması
barəsində qətnamə qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların əsgərliyə çağırışı könüllü xarakter daşımalı,
toplanma işi Mərkəzi Zaqafqaziya Müsəlman Komitəsinə tapşırılmalı, komanda heyəti müsəlmanlardan təyin
olunmalıydı. Kadr çatışmadıqda isə digər millətlərin nümayəndələrindən də dəvət edilə bilərdi. Korpus
(Qolordu) təşkil ediləndən sonra müsəlmanlar hərbi vergi verməkdən azad edilməliydi. Təşkilati işlərin həlli
üçün Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" yaradıldı. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan
186
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33.
187
Дарабади П.Г. О вооруженных силах АДР (1918-1920 гг) // Изв. АН АзССР, серия ИФП, 1991, № 1, с.27.
72
general-leytenant Əli ağa Şıxlinski Müsəlman Korpusunun komandanı təyin edildi.
188
Milli hərbi hissələrin
yaradılmasında bütün bilik və bacarığını istifadə edən məşhur sərkərdə bir çox problemlərlə üzləşmişdi.
Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi.
Təminatla bağlı problemi həll etmək üçün müsəlman ictimai təşkilatları bazarlardan lazım olanları alıb
qoşun hissələrinə təhvil verirdilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digərləri korpusun
yaradılmasına kömək göstərirdilər. Hacı Zeynalabdin və Şəmsi Əsədullayevin oğulları korpusda zabit kimi
xidmət edirdilər. Əhali korpusun yaradılması xəbərini böyük ruh yüksəkliyi ilə qarşılayır, gənclər həvəslə
korpusa yazılırdılar.
Korpusun ilk döyüşçülərindənn olan Mirəziz Seyidli öz xatirələrində yazır: "Hacı Zeynalabdin kimi
zənginlərdən para toplanıldı və "İsmailiyyə"
nin
bir
guşəsində könüllü əsgərlərin
qeydiyyatına
başlandı.
Könüllülərin
toplanması işinə süvari zabit İsgəndərbəyli
rəhbərlik edirdi. Çəmbərəkənddə məktəb
binasında qışla (kazarma) düzəldildi və orada
təlimlərə
başlanıldı. Zabit çatışmazlığı
məsələsini aradan qaldırmaq üçün polkovnik
Tabasaranskinin
rəhbərliyi
ilə
məktəb
yaradıldı. Orada ilkin komandir bilikləri
öyrədilirdi". Bakı Soveti və onun qurumları
milli hissələrin yaradılmasına çətinliklər
törətdiyindən könüllülər Müsəlman süvari
divizionu şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər.
189
Zaqafqaziya Komissarlığı rus ordusunda Azərbaycan hissələrinə silah ayrılması məsələsini yubadırdı.
Bolşeviklərin təbliğatı öz rolunu oynamışdı. Silah çatışmazlığı problemini həll etmək üçün yeganə yol rus
ordusunun anbarlarına hücumlar təşkil etmək idi. Tatar süvari alayı və Müsəlman Korpusunun Gəncədə
formalaşmaqda olan alayı (sonralar 5-ci piyada alayı) könüllülərin dəstəyi ilə tərksilahı sürətlə həyata
keçirirdilər. Əksər hallarda qansız ötüşən tərksilah 1918-ci ilin yanvarında Şəmkirdə toqquşmalara və qan
tökülməsinə səbəb oldu. Böyük insan itkiləri və maddi ziyan vurulmaqla müşayiət olunan toqquşma göstərdi ki,
Bakıda möhkəmlənən bolşevik-erməni qüvvələri Azərbaycan milli qüvvələrinin yaradılmasına istənilən şəkildə
əngəllər törədəcəklər.
"Müsavat" partiyasının xalq arasında artan nüfuzu, Korpusun günü-gündən güclənməsi bolşevik-erməni
rəhbərlərini qorxudurdu. Onlar kifayət qədər qüvvə toplayaraq, Sovet Rusiyasından texnika və silah əldə
etməklə birdəfəlik milli Azərbaycan qüvvələrini məhv etmək qərarına gəldilər. 1918-ci ilin mart-aprel aylarında
baş vermiş azərbaycanlıların soyqırımı düşmənin nə qədər qəddar olmasının göstərməklə bərabər, milli qoşun
hissələrinin dəyanətini də sübut etdi. Tam təşkil edilməmiş, təlim keçməmiş, zəif silahlanmış, gözlənilmədən
hücuma məruz qalmış və düşməndən sayca az olan Müsəlman Korpusunun ayrı-ауrı hissələri və onlara qoşulan
könüllülər inadlı müqavimət göstərmişdilər. Bolşeviklərin qərbə doğru hücumunun qarşısını almaq üçün dərhal
əkshücum təşkil edilmiş, polkovnik L.Maqalovun rəhbərliyi ilə 7-ci və 8-ci müsəlman nişançı alayları, Milli
hərbiyyə məktəbinin müdavimlərindən ibarət dəstə Hacıqabula qədər irəliləyə bilmişdi. Zaqafqaziya
Komissarlığının vəd etdiyi köməyi göstərməməsi, İmam N.Qosinskinin cüzi qüvvə göndərməsi, silah və sursatın
çatışmazlığı, düşmənin sayca və texnika sarıdan qat-qat üstün olması nəticəsində Maqalovun dəstəsi məğlub
edilmiş ya geri çəkilməyə başlamışdır.
190
Məğlubiyyətə baxmayaraq panikaya qapılmadan, az qala hər yaşayış
məntəqəsi uğrunda döyüş apara-apara geriyə çəkilən dəstə düşmənin hərəkət sürətini yalnız ləngitsə də, döyüş
əməliyyatlarında əsaslı dönüş yaratmaq iqtidarında deyildi.
1918-ci ilin may ayının 28-də öz müstəqilliyini elan edən Azərbaycan xalqı öz müqəddəratını özü həll
etməli idi.
5.2. Qafqaz Ġslam Korpusunun təĢkil edilməsi
Arxiv sənədləri sübut edir ki, Osmanlı dövlətinin siyasi və hərbi kursunu faktiki olaraq müəyyən edən
Ənvər paşa hələ 1917-ci ilin sonlarında azərbaycanlılara hərbi kömək göstərilməsini planlaşdırırdı. Lakin
planlar əsasən nəzəriyyə xarakteri daşıyırdı. Regionda siyasi vəziyyətdən xəbərsiz, sürətli irimiqyaslı
188
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.230-233.
189
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40.
190
Протоколы заседаний, с.88.
73
əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvəsi olmayan Ənvər paşa 1918-ci ilin əvvəllərinə göstəriləcək
köməyin formasını müəyyənləşdirdi: Azərbaycana göndərilən təlimatçılar yerli əhalidən toplanmış könüllü
dəstələri öyrədəcək və beləliklə Azərbaycan qoşunları (tərkibində 3 piyada diviziya olan bir korpus)
yaradılacaqdı. Lakin Azərbaycan milli hərəkat liderləri ilə görüşlər (ilk növbədə Nağı bəy Şeyxzamanlının
rəhbərlik etdiyi heyətlə danışıqlar qeyd edilməlidir, məhz bu qrupla danışıqlardan sonra Ənvər paşa real hərbi
kömək göstərmək qərarına gəldi),
191
erməni-bolşevik qoşunlarının gözlənilmədən böyük qüvvə ilə sürətlə qərbə
doğru irəliləməsi, Almaniyanın Sovet Rusiyası ilə sövdələşməyə girməsi və ən əsası, vəziyyəti dəyişə biləcək
yerli qüvvə yaratmaq üçün vaxt çatışmazlığı Ənvər paşanı planlarını dəyişib Azərbaycana bilavasitə osmanlı
qoşunlarını göndərməyə sövq etdi.
192
Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanmış müqavilənin
IV maddəsində deyilir: "Azərbaycan Hükuməti
Dostları ilə paylaş: |