inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin
nailiyyətlərini əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri
çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı
zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik,
hüquqi və s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı
münasibətinin rol və əhəmiyyətini müəyyən edir.
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan
fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə
- bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən
biridir. Lakin fəlsəfənin mahiyyətcə ümumbəşəri səciyyə daşıması, müəyyən
konkret-tarixi şəraitdə onun sinfi-siyasi məzmun kəsb etməsini də rədd etmir. Tarix
sahəsində mübarizə aparan qüvvələr, xüsusilə XX əsrin sonlarında, inkişaf meyli
seçərkən və bəşəri dəyərləri qiymətləndirərkən öz sosial-siyasi və iqtisadi
mənafeləri baxımından hərəkət edirlər. Bu baxımdan fəlsəfədə materializm və
idealizm cərəyanlarının, dialektik dayanmasını, fəlsəfi nəzəriyyələrin sosial
istiqamət götürməsini bir çoxları «fəlsəfənin partiyalılığı» anlayışı ilə ifadə
etmişdir. Bunu, kobud mənada, bu və ya digər filosofun bu və ya digər partiyaya
və sosial qruplaşmaya mənsub olması kimi başa düşmək düzgün deyildir.
Fəlsəfənin partiyalılığı - fəlsəfi konsepsiyanın sosial istıqamətlənməsi, müəyyən
sinfin, millət və cəmiyyətin sosial-iqtisadi və siyasi mənafeyini əks etdirməsi,
bəşəri sərvətləri (dəyərləri) qiymətləndirməsi və s. mənada başa düşülməlidir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə müraciət edir.
O, yeni-yeni nəzəri konstruksiyalar qurmağa, gələcək haqqında mükəmməl ideya
və prinsiplər müəyyən etməyə -
qabaqgörənliyə imkan verir. Qabaqgörənlik
baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf
ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq,
aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati
təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı
verir. Məhz bu yolla şəxs inkişafın qanunauyğun, daxili, zəruri, mahiyyətli əlaqə
və münasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi
hipotezlər, ehtimallar, nəzəriyyələr yaradır.
Fəlsəfənin