FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə75/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   71   72   73   74   75   76   77   78   ...   132
Fəlsəfə mühazirə

hərəkət 
dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. 
Materializmə görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən 
ibarət olduğundan və qeyd etdiyimiz kimi, dəyişkənlik
 
prosesindən kənarda heç 
bir şey mövcud olmadığından hərəkət materiyanın atributu, onun "mövcudluq 
üsulu" kimi anlaşılır. Lakin hərəkət kateqoriyasının belə geniş təfsiri bütün tarixi 
dövrlər üçün xarakterik deyildir

Milet məktəbi üçün hərəkət problemi mövcud deyildir, çünki dünyanın daxili 
fəallığı və hərəkətliyi heç bir sübuta ehtiyacı olmayan özlüyündə aydın bir fakt 
kimi təsəvvür olunurdu, Belə bir dünyaduyumu, ümumiyyətlə dəyişkənlik kimi 
başa düşülən, mücərrəd hərəkət kateqoriyasını doğula bilməzdi. Təsadüfi deyildir 
ki, ilk yunan filosoflarının əsərlərindən bizə qədər gəlib çatmış fraqmentlərin heç 
birində hərəkəti ifadə edən mücərrəd terminlərə rast gəlmirik. Məsələn, 
Anaksimandr heç vaxt dünyanın ilk başlanğıcını 
- apeyronu 
əbədi hərəkətdə olan 
varlıq kimi deyil, "qocalmayan", "ölməyən'' və "məhv olmayan" kimi xarakterizə 
edir. Hətta qədim yunan dialektikasının nəhəng siması olan Heraklit belə 
''hərəkət'', "dəyişiklik" və s. kimi mücərrəd sözlər işlətmir; univ
ersal ümumdünya 


prosesini o, "yuxarı 

aşağı yol" 

oddan dünyanın təşəkkül tapması və axırıncının 
yenidən oda çevrilməsi kimi ifadə edir.
Hərəkət və sükunət haqqındakı məsələni ilk dəfə olaraq, yalnız Eley filosofları 
diskusiya predmetinə çevirdilər. Bu vaxta qədər sarsılmaz və özlüyündə aşkar bir 
həyat faktı qavranılan hərəkətin mövcudluğuna olan "anadangəlmə" inam şübhə 
altına alındı. Eley fəlsəfəsi hərəkət məsələsini məhz bir problem kimi bütün 
kəskinliyi ilə qədim yunan mütəfəkkirləri qarşısında qoydu.
Lakin Eley məktəbi 
hərəkət problemini yalnız qoymaqla kifayətlənərək, onu nəzəri təhlilə cəlb 
etmədi. Fəlsəfi hərəkət konsepsiyasının formalaşmasında son dərəcə mühüm bir 
addımı Empedokl və Anaksaqor atdılar: onlar ilk dəfə olaraq hərəkətin mənbəyi 
(Empedoklda 
məhəbbət və nifrət,

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin