olur ki,
materiya və şüurun ümumi cəhətləri vardır
.
Bunsuz materiya və şüur heç
bir münasibətdə ola bilməzdi.
Materiya və şüurun münasibətində iki məsələni
-
şüurun beynə münasibəti
ilə, şüurun maddi aləmə münasibətini
bir-
birindən fərqləndirmək lazımdır
.
Şüurun beynə münasibəti məsələsi şüurun ontoloji aspekti adlanır və şüur yüksək
təşəkküllü materiyanın
-
insan beyninin xarici aləmi özündə əks etdirmək kimi
ayrıca bir xassəsidir. Bu mənada şüur beyindən ayrılmazdır. Müasir fiziologiya
müəyyən etmişdir ki, bütün psixi fəaliyyətin əsasını
beyində və onun böyük
yarımgürəciklərinin qabığında baş verən müəyyən maddi proseslər, o cümlədən
fizioloji, biofiziki, nevrodinamik proseslər təşkil edir. Predmet və hadisələr insana
təsir edərək onun beynində müəyyən maddi proseslər yaradır və bu zaman şüur
həmin maddi proseslərin daxili halı kimi, ideal proses kimi meydana gəlir.
Elm və praktika inandıncı şəkildə sübut edir ki, insan beyni onun psixi
fəaliyyətinin orqanıdır
.
Beyin inikas funksiyasını
həyata keçirən və
daima
təkmilləşən mürəkkəb sistem, incə və həssas aparatdır
.
İnsan beyninin böyük
yarımgürəcikləri təxminən 20 milyard əsəb hüceyrəsindən təşkil olunmuşdur
.
Məlum olduğu kimi, sistemin mürəkkəblik dərəcəsi
təkcə onun elementlərinin
zəngiliyi ilə deyil, həm də əlaqalərinin sayı ilə müəyyən olunur
.
Bu baxımdan
insan
beyni nəhəng, praktiki olaraq saysız
-
hesabsız funksional əlaqələri nümayiş etdirir.
Beynin fəaliyyətindən xaricdə şüur mövcud deyil
.
Şüur beynin daxili halı, onun
funksiyasıdır, lakin bununla belə şüur idealdır və ona fıziki xarakteristikalar isnad
verilə bilməz
.
Psixofiziologiya, fiziologiya, ali əsəb fəaliyyəti fiziologiyası və başqa elmlərin
eksperimental məlumatları təkzibedilməz faktlarla sübut edir ki, şüur beyindən
ayrılmazdır, şüuru materiyadan ayırmaq mümkün deyil
.
Ozünün
mürəkkəb
biokimyəvi, fizioloji, neyrodinamik əsəb prosesləri ilə birlikdə götürülən beyin öz
xassəsi olan şüurun daşıyıcısı, onun maddi substratıdır
.
Qeyd etmək lazımdır ki, şüurun beynə münasibəti onun mürəkkəb təbiətini
açmaq üçün də kifayət deyil. Belə ki, psixi hadisələrin fizioloji mexanizmi gerçəkliyi
subyektiv obrazlarla əks etdirən psixikanın məzmunu ilə eynilik təşkil etmir.
Şüurun spesifik xüsusiyyəti onun qnoseoloji aspektində, insan beynindən kənarda
m
övcud olan maddi aləmə münasibətində daha qabarıq meydana çıxır
.
Maddi aləmə münasibətdə şüur onun insan beynində ali, məqsədəuyğun,
funksional, sosial inikasıdır
.
Subyektiv reallıq olan şüur obyektiv reallığın insan
beynində ideal inikasıdır
.
Gerçəkliyi adekvat, doğru, düzgün əks etdirən şüur
maddi aləm ilə, əks etdirdiyi predmet və hadisələr ilə eynilik təşkil etmir
.
Fikrimizdə, təsəvvürümüzdə mövcud olan, qavradığımız
dünya ilə gerçək dünya
heç də eyni şey deyildir
.
Şüur maddi dünyanın obrazı, şəkli, inikası olub, mahiyyəti
etibarilə idealdır
.
Onda cisim dəyişdirilmiş şəkildə, ideal formada əks olunur
.
Obraz, inikas həqiqidirsə, maddi olanı doğru əks etdirirsə, deməli,
Dostları ilə paylaş: