Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
186 movzu 10 huquq sosial normalar sisteminde

4. 
Münasibət baxımından. 
Zənnimizcə, münasibət baxımından dini normalar ilə hüquq 
normaları arasında əhəmiyyətli bir fərq yoxdur. Hər ikisi də insanlarla 
münasibətdə olur. Şübhəsiz, münasibətdə olan insanın mahiyyəti 
fərqlidir.
Hüquq normalarına görə münasibətdə olan insanlar, vətəndaşlar 
(
və ümumi baxımından ölkədə olan əcnəbilər). 
Dini normalara 
görə münasibəğdə olanlar isə əksəriyyət etibarilə 
daha 
geniş, əhatəlidir. Dinlər əksəriyyətlə, qlobaldır, vətəndaşlıq fərqi 
qoymadan 
bütün insanlara aid edilir. 
5. Sanksiya 
baxımından. 
Yazıçılara görə hüquq normaları ilə dini normalar arasındakı fərq 
sanksiyalar 
baxımındandır. Hüquq normaları maddi, dini normalar isə 
mənəvi sanksiyalardır. Burada nəzərdə tutulan, hüquq normalarının 
sanksiyası dünyəvidir; bu dünyada həyata keçirilir. Dini normaların 
sanksiyası isə ruhanidir (axirətlə bağlıdır); o biri dünyada realizə olunur. 
Dini 
normannı pozan şəxs, günah etmiş olur. Bu günahın cəzasını 
axirətdə cəhənnəm əzabı çəkərək ödəyir. 
Zənnimizcə, dini normaların sanksiyasının öldükdə çəkiləcək 
c
əhənnəm əzabı olduğunu demək, əslində bu normaların sanksiyasız 
olduğunu söyləməkdən başqa bir şey deyildir. Elə ki, o biri dünyada 
insan
ların başına gələcəyinə inanılan bir şey sanksiya anlayışına uyğun 
gəlmir. Sanksiya yuxarıda qeyd edildiyi kimi, normanın pozulması 
halında normannı pozan şəxsin məruz qaldığı xoş olmayann bir 
hadisədir. Bu xoş olmayan hadisə ilə normannı pozanın bu dünyada 
məruz qalmağı lazımdır. Əks halda sanksiyanın normasının islah 
edənin bir funksiyası olmaz. 
Qənamətimizə görə, dini normaların bu dünyada reallaşan bir 
sanksiyası vardır. Bu, «öldükdə cəhənnəm əzabı çəkmə qorxusu»
olur. Bu qorxu bu 
dünyada çəkilir. Dini normaların Allah tərəfindən
yaradıldığına inanan şəxslər bu qorxuya görə dini normalara əməl 
edirlər. Hər hansı bir dini normanın mövcudluğuna inanan və onu 
pozan 
şəxs o biri dünyada cəhənnəm əzabı çəkəcəyinə inanaraq, bu 
dünyada bundan ötrü qorxur və narahatçılıq keçirirlər. Dini normaların 
sosial 
davranışlara təsiri baxımından həqiqi sanksiyası elə bu 
qorxudur. 
Nəticə olaraq, zənnimizcə, hüquq normaları ilə dini normaları ilə 
dini normalar 
arasındakı fərq, sanksiyalar baxımındandır. Hüquq 
normal
arının sanksiyası maddi, dini normalarınkı isə mənəvidir. Bu 
mənəvi sanksiya, «cəhənnəm əzabı çəkmə qorxusun»dan ibarətdir. 


14 
Qanunu 
və Vergi Üsul Qanunda yer tutan normalar hüquq normasıdır. 
Verginizi
ödəməsəz, bu normalara zidd hərəkət etsəz, sizdən bu vergi 
zorla 
alınır və pul cəzasına (cərimə), hətta həbs cəzasına məruz qala 
bilərsiz. Ancaq maddi vəziyyətiniz yerində olduğu halda, zəkatınızı 
verməsəz, «zəkatını ver» deyən dini normannı pozmuş olursuz. Lakin 
Türkiyədə bunu pozmağınıza görə, haqqınızda maddi cəza tədbiri 
görülməyəcəyi kimi, başqa bir maddi sanksiya da məruz 
qalmayac
aqsınız.
Amma 
əgər yaxşı bir müslmansınızsa, Allah tərəfindən 
yaradıldığına inandığımız «zəkatını ver» normasını pozduğunuz üçün o 
biri 
dünyada cəhənnəm əzabı ilə cəzalandırılacağınıza inanaraq və 
buna 
görə də bu dünyada qorxacaqsınız. Bu nümunədə «vergini ödə» 
formasındakı norma hüquq norması, «zəkatını ver» formasındakı norma 
isə dini normadır. 
Amma 
əgər başqa bir ölkədə zəkatını verməyənlər haqqında 
maddi c
əza tədbiri görülür, və yaxud onları bu dünyada bir maddi 
c
inayət işi başlanılsa, qısaca, «zəkatını ver» norması bir sanksiyaya 
bağlanmışdırsa, bu norma artıq bir dini norma deyil, bir hüquq 
normasıdır. Digər bir ifadə ilə əsas (yaradılış etibarı ilə) dini olan 
norma, 
hüquq normasına çevrilmişdir. 
Türkiyədə «namaz qıl» əmri bir hüquq norması deyil, dini 
normadır. Çünki namaz qılmağın birinə maddi cəza verilmir. Amma 
əgər bir gün Türkiyə hüquq sistemi namaz qılmayanlara cərimə (pul 
c
əzası) və ya həbs cəzası versə, artıq «namaz qıl» norması bir hüquq 
normasına çevrilir. 
Burada 
diqqət veriləcək nöqtə, dini normaları sanksiyalaşdıran, 
yəni dini normaları hüquq normasına çevirən, ilahi iradə deyil, sosial 
iradədir. Yuxarıdakı nümunədə namaz qılınmaması halında cəza 
verəcək və bu cəzanı tətbiq edəcək subyektlər yenə insanlardır. 
Qısaca desək, dini əsaslı hüqq normalarının yaradıcısı ilahə 
iradə deyil, sosial iradədir. Digər bir ifadə ilə desək, din hüququn ilham 
mənbəyi ola bilər, amma hüququn yaradıcısı, tətəbiq edəni hər halda 
insanlardır. 
O halda, dini normalara bu 
dünyada realizə olunan bir maddi 
sanksiya 
ilə bağlanırsa, bu normadan hüquq normalarına çevrilir. 
Hüquq normasına çevrilən dini norma artıq dini norma kimi yox, hüquq 
norması kimi qəbul edilməlidir. Digər bir ifadə ilə, hüquq normaları dini 
əsaslı (köklü) olsalar da yenə hüquq normalarıdır. Bu səbəblə, hüquq 
normaları ilə dini normaları fərqləndirən əsl kriteriyalar sanksiyanın 
maddi 
mahiyyətindədir. Bütün dini normalar əgər bu dünyada reallaşan 
sanksiyaya 
bağlanırsa, din tamamilə hüquqla əvəz edilmiş olur. Belə bir 
sistemdə artıq din sistemindən deyil, hüquq sistemindən danışmaq 
lazımdır. Belə bir sistemdə hüquq yox, din aradan qalxır. 
Əgər belə bir sistem praktikada (təcrübədə) mövcuddursa, buna 
«mütləq teokratik hüquq sistemi» adı verilməlidir və bu sistem, bütün 


15 
normalarının dini əsaslı olduğu hüquq sistemi kimi adlandırılmalıdır. 
Başqa bir ifadə ilə, «mütləq teokratik hüquq sistemi», hüquq halına 
çevrilmiş dindir. Belə bir sistemin əksinə olaraq «mütləq layiqlik 
(
dünyəvi dövlət) sistemi» yer tutur. Bu cür sistem tamamilə dini əsaslı 
olmayan 
hüquq normalarından meydana gələn sistem kimi adlandırıla 
bilər. Belə bir sistemdə hüqüq norması halına çevrilmiş dini norma 
yoxdur. 
Ancaq qeyd 
edək ki, həm «mütləq teokratik hüquq sistemi», həm 
də «mütləq layiqlik hüquq sistemi» hər biri saf növdür. Həqiqət 
baxımından hər biri bir utopiyadan başqa bir şey deyildirlər. Bir mütləq
sənət hüquq sisteminin yaradılmasının mümkün olmadığı kimi, mütləq 
lay
iqlik 
hüquq sisteminin də yaradılması mümkün deyildir. Layiq olduqları 
zənn edilən hüquq sistemlərində dahi dini köklü normalar vardır və
olac
aqdır. Məsələn, dini bayramların rəsmi tətil olması, həftə sonu tətil 
günlərinin dini köklü olması kimi, bundan başqa, hüquq normasının 
yaradılması zamanı hər zaman bir dini normadan yararlanmaq olar və 
bu, psixi bir 
hadisədir və müəyyən etmək olmur. Qısası teokratik hüquq 
kimi, 
lanq 
hüquq da bir utopiya (xəyallar) və təcrübədə ancaq 
müəyyən səviyyədə 
rell 
bilər. 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin