Adət ənənə normaları ilə hüquq normaları arasında fərqlər .
1.
Mənbə baxımından – adət və ənənə normaları hər hansı
hakimiyyət tərəfindən qoyulmur. Müəyyən mövzuda fərdlərin uzun
müddət eyni formada davranışı nəticəsində yaranır. Adət və ənənənin
maddi
ünsürü olan daimilik hər fərdin davranışı ilə ortaya çıxır. Adət və
ənənə normalarının yönəldiyi şəxslər bu normaların yaradılmasında
iştirak edir.
2.
Şəxslər baxımından – bu normaların şamil edildiyi şəxslər
müəyyən ictimai mühitdə olan insanlardır. Məsələn: taksiçilər arasında
olan
adət normaları elə məhz taksiçilərə şamil edilir.
3.
Tətbiq edilənlər baxımından – bu normaların qorunub pozul-
madığını müəyyən edən cəmiyyətdir. Normanın tələblərinin pozulduğu
anda
veriləcək reaksiya da cəmiyyət və ya onun vəzifələndirdiyi bir şəxs
tərəfindən həyata keçirilir. Məsələn: qızların evlənmədən cinsi əlaqədə
olmasını qadağan edən bir adətin olduğu cəmiyyətdə bu normanın
pozulduğu halda sanksiya tətbiq olunmasına həmin cəmiyyət qərar
verir
və onların müəyyən etdiyi bir şəxs tərəfindən həyata keçirilir.
4. Sanksiya
baxımından – adət ənənə normalarının sanksiyası
çox müxtəlifdir. Eyibləmə, qınama, qrupdan atma, döymə və hətta
öldürmə kimi çox müxtəlif sanksiyalar vardır. Bunları təkamül, adət və
ənənə olmaqla üç kateqoriyaya bölmək olar. Pozulduqları halda,
eyibləmə, qınama kimi münasibət bəslənən normalar teamüllərdir.
Pozuntu
olduğu halda qrupdan qovulm kimi sanksiyası olan normalar
adətlərdir. Nəhayət povulduqda halda şəxsin maddi və mənəvi varlığına
zərər vermək, yaxud öldürülməsi kimi çox ağır sannksiyaları olan
normalar
isə ənənədir.
Teamül və adətlərin sanksiyaları cəbri deyil. Hüquq normalarının
sanksiyası isə həmişə cəbridir. Daha əvvəl də qeyd olunduğu kimi
c
əbir şəxsin maddi və mənəvi varlığına verilən bir zərər, şəxsin
azadlığının məhdudlaşdırılması və ya həyatına son qoyulması kimi
xoşagəlməz haldır. Ancaq ənənə ilə hüquq normasının sanksiyaları
arasında fərq tapmaq asan deyil. Ənənənin də sanksiyası da cəbridir.
Üstəlik ənənənin pozulmasının cəzası, hüquq normasının pozulmasına
görə verilən cəzadan daha ağırdır. Hüquq normasının pozulmasına
görə cəza əvvəlcədən müəyyənləşdirilmişdir. Cəza tətbiq etmək yalnız
dövlətin səlahiyyətidir. Ənənələr pozulduğu təqdirdə cəzanı cəmiyyətin
bir qrupu
və ya müəyyən edilmə şəxs tətbiq edir. Hüquq normasının
pozulmasına
göstərilən
c
əza
hüquqa
uyğundur.
Ənənələrin
pozulmasına görə verilən cəza çox vaxt hüquqazidd olur və özü hüquq
pozuntusu
törədir.
Beləliklə, adət və ənənə normalarına belə anlayış vermək olar:
adət və ənənə normaları müəyyən sosial mühit tərəfindən uzun müddət
21
təkrarlanmaqla yaranan və ictimai münasibətlərim tənzimləyən,
xəbərdarlıq, qınaq, qovulma kimi müxtəlif sanksiyaları olan əmr və
qadağalardır.