formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din
olan yəhudilik həm də bu
ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri
bizim eradan
əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində
v
ətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər. Azərbaycanda üç yəhudi icması
-
dağ, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı
t
əxminən 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i
Qubada, min n
əfəri isə digər şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi
diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti
Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Onların ölkəmizə gəlişi
əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə təsadüf edir. Bir fikrə görə, ən qədim yəhudi
icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən
F
ələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların
əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq
y
əhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa
Məsihi təqib
ed
ənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri
altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat
dilind
ə danışırlar. Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı
Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir,
şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi.
Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. Hər halda deyə bilərik
ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş,
imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd
məntəqələrində yerləşdirilmiş, yerli
əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub
saxlamışlar. Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha
ortodoksaldırlar. Hazırda Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət
göst
ərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında
dağ yəhudilərinin
kompakt yaşadıqları yeganə yerdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi
icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini
m
əktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini yaratmışlar. 2003-
cü il martın 9-da Bakıda Avropada ən böyük yəhudi sinaqoq açılmışdır. Yəhudi dininə mənsub
insanlar t
əkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində yaşayırlar və məlum məsələdir ki,
onlara münasib
ət hər yerdə eyni deyil. Amma Azərbaycanda bu dinin mənsublarına bütün tarixi
dövrl
ərdə münasibət birmənalı olub, hansısa yəhudi nə vaxtsa özünü «ögey övlad» kimi hiss
etm
əyib, əksinə, böyük bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və inkişafı üçün
çalışıb. Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə
oluna bil
ər. Bu fikir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa
dövl
ətlərin, o cümlədən İsrail vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir
.
Dostları ilə paylaş: