29. TƏLƏBNAMƏ
"Tələbnamə"
ərəb
mənşəli
tələb
(istəmə, tələb etmə) və fars
mənşəli
namə
(yazı, məktub) sözlərinin birləşməsindən yaranmışdır.
Bir şeyin tələb edilməsi, bir işin görülməsi, müəyyən şeyin istənilməsi
və ya bir adamın sərəncama göndərilməsi haqqında yazılı
rəsmi
xahişdir.
Nümunə:
Bakı şəhər Təhsil İdarəsinin müdiri cənab T. Ə.
İsmayılova Bakı şəhəri 159 saylı məktəbin
direktomndan
Tələbnamə
Məktəbdə bədən tərbiyəsi dərslərini səmərəli keçirmək üçün
aşağıda adlan çəkilən inventarın alınmasına
maliyyə vəsaiti
ayrılmasını xahiş edirik;
1.
Futbol topu - 5 ədəd
2.
Güləşmə xalçası - 2 ədəd
3.
Voleybol toru - 1 ədəd
4.
Stolüstü tennis kompleksi - 1 ədəd
Nəsimi rayonu 159 saylı ümumtəhsil orta
məktəbin direktoru: (imza)V.
Xəlilov
6 mart 2010-cu il
210
30. TƏLİQƏ
"Təliqə"
ərəb mənşəli
"əlaqə"
sözündəndir,
rəsmi məktub
mənasındadır. Bir idarənin başqa bir idarəyə, təşkilata yaxud vəzifəli
bir şəxsə rəsmi xarakterli müraciət formasıdır. Təliqə, adətən,
yüksək
vəzifəli şəxsə, idarəetmə orqanlarının aidiyyatı olan təşkilatın
ünvanına göndərilir. Təli qənin sol küncündə idarənin ştampı,
ştampda idarənin adı, ünvanı, tarix və göndərilmə nömrəsi qeyd
olunur.
Nümunə:
150 saylı orta məktəbin direktoruna
Hörmətli cənab M.Sadixov
İyun ayının 10-da məktəblərdə təlim-tərbiyə
işlərinin ümumi
vəziyyəti müzakirə olunacaqdır. Yığıncaqda Sizin və rəhbərlik
etdiyiniz məktəbin tədris işləri üzrə direktor müavininin məlumatı
dinləniləcəkdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Dostları ilə paylaş: