105
olur.”
1
Bədii əsərin təxəyyüldə yaratdığı obrazlar oxucuya emosional
təsir göstərir və o, oxu zamanı müəllifin fikirlərini çatdırmaqla
bərabər, təsvir olunanlara öz münasibətini də ifadə edir. Bu zaman
ifaçı əsərin məzmunu ilə yanaşı, müəllifin bədii sözdə əks olunan
hiss və düşüncələrini, təsvir olunanlara münasibətini də mənimsəyir
və dinləyicilərə ötürür. Buna nail olmaq üçün cümləni düzgün
səsləndirmək, dinləyicilərin diqqətini detallardan əsas, başlıca
cəhətə yönəltmək lazım gəlir.
Lakin gündəlik həyatdakı nitqində insan öz düşüncələri, real
faktlar, şahidi olduqlarından söz açdığı halda, oxu zamanı müəllifin
sözlərini, fikirlərini çatdırır. Bu zaman o, müəllifin sözlərinin,
fikirlərinin mahiyyətinə varmadan, hisləri duymadan, “yaşamadan”,
onları doğuran hadisələr haqqında dolğun təsəvvürə malik olmadan
da səsləndirə bilər. Lakin belə oxu ifaçının fikir, hiss, iradəsinin
vəhdəti kimi meydana çıxmır, oxu nitqin əsas funksiyasını – ünsiy-
yəti yaratmır, bədii əsərin ideya-estetik mahiyyəti aşkara çıxmır.
İfadəli oxu gündəlik həyatda istifadə etdiyimiz adi nitqdən fərq-
ləndiyi üçün, şagirdlərdə ifadəli oxuda zəruri olan emosional-iradi
keyfiyyətlərin, digər xüsusi bacarıqların formalaşdırılması zəruridir.
Dostları ilə paylaş: