3
İZAHAT VƏRƏQİ
Keçən əsrin 90- cı illərində ölkəmiz müstəqillik qazandıq-
dan sonra respublikamızın demokratikləşməsi istiqamətində
görülən tədbirlər təhsil sahəsində də müasir və milli ideyaların
meydana çıxmasına, təhsilin forma və məzmununun yeniləş-
məsinə geniş imkanlar açmışdır.
Bu imkanlar nəticəsində
Azərbaycan ədəbiyyatı tarixi fənni ilə bağlı yeni araşdırmalar
aparılmış (indi də aparılır), külli miqdarda ədəbi- bədii faktlar üzə
çıxmışdır. Bunun da nəticəsində ədəbiyyat tariximizə baxış əsaslı
şəkildə dəyişmişdir. Belə ki, bu yeniləşmənin nəticəsində
ədəbiyyatımız sovet ideologiyasından və sosialist realizmi
metodundan əsaslı şəkildə azad olmuşdur. Hazırda təhsilimizdə
yeni bəşəri, milli- mənəvi, ədəbi- mədəni konsepsiyaların tətbiqi
uğurla həyata keçirilməkdədir.
Respublikamızda təhsilin inkişafı ilə bağlı
son illərdə
verilmiş sərəncamlara və qəbul edilmiş qanunlara əsasən
Azərbaycan ədəbiyyatına, onun tədrisi məsələlərinə dair müasir
tələblərə cavab verən tədqiqatların aparılması, proqram, dərslik
və dərs vəsaitlərinin yenidən hazırlanmasının
vacibliyi gündəmə
gəlir.
Bu gün Azərbaycan ədəbiyyatının tədqiqi istiqamətində
axtarışlar davam edir. Araşdırma zamanı yeni faktlar üzə
çıxdıqda təbii ki, tədris sahəsində
dərslik və proqramlara yeni
tələblər baxımından yanaşmaq da xüsusi tədqiqat tələb edir. Belə
ki, müasir dünya təhsilinə inteqrasiya edən Azərbaycan təhsil
sistemi də müasirləşməli, hər bir fənnin tədrisində yeni kuriku-
lumun tələblərinə əməl olunur. Ənənəvi təhsil proqramından
fərqli olaraq müasir kurikulum şəxsiyyətyönümlü, nəticəyönümlü
və tələbəyönümlüdür. Burada inteqrativlik
əsas prinsip kimi
qəbul olunub, qiymətləndirmə standartları, mexanizmləri aydın
müəyyən edilib.
Azərbaycan ədəbiyyatı tarixi fənn proqramı bu tələblər
əsasında hazırlanıb. Azərbaycan ədəbiyyatı ixtisası üzrə hazırlıq
4
Azərbaycan ədəbiyyatının ümumi problemlərini, ayrı- ayrı
dövrləri, ərəbdilli, farsdilli,
anadilli ədəbiyyat mərhələsi, qədim
dövr, orta əsrlər ədəbiyyatı, təriqətçilik ənənəsi, ədəbi- didaktik
fikirlər, yeni dövr ədəbiyyatımıza baxışların
dəyişməsi, yeni
bəşəri, milli- mənəvi yanaşmalar, janr səciyyəsini, elmin ümumi
nəzəri
prinsiplərini, tarixini və onların tədqiqi sahələrini əhatə
edir. İxtisas üzrə hazırlıq nəticəsində əldə edilən biliklər vasitəsilə
təhsilalanlar Azərbaycan ədəbiyyatının ümumi məsələləri ilə
bağlı elmi, nəzəri və pedaqoji məlumatlar əldə edirlər.
Dostları ilə paylaş: