Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Ictimai psixologiya və ictimai ideologiya



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə505/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   501   502   503   504   505   506   507   508   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

5. Ictimai psixologiya və ictimai ideologiya 
Yuxarıda deyildiyi kimi ictimai şüurun strukturuna sosioloji 
baxımdan yanaşdıqda burada 
ictimai psixologiya 
və 
ictimai ideologiya
səviyyələri ayrılır. Bu mərhələlər sosial gerçəkliyin anlaşılması dərinliyinə 
görə bir- birindən fərqli iki pilləni ifadə edir. Onlarda həm də müxtəlif 
sosial qrupların və milli etniki birliklərin sosial həyata münasibətləri əks 
olunur. Həmin münasibətlər insanların tələbatlarını ifadə edir və 
məzmunca müxtəlifdir. Burada gerçəkliyin mənimsənilməsi haqqında 
fikirlər, ictimai həyat şəraitinin dəyişdirilməsinə və yaxud saxlanılmasına 
yönələn baxışlar mövcud olur. Bundan əlavə onlarda maddi və mənəvi 
dəyərlərin yaradılması və istehlakı ilə bağlı müxtəlif sosial qrupların 
mövqeləri geniş yer tutur. 
Ictimai psixologiya insanların gündəlik həyat şəraitinin 
bilavasitə təsiri altında formalaşan və onların tələbatlarını ifadə edən 
müxtəlif hisslərin, emosiyaların, əhval- ruhiyyənin, ideal və 
mənafelərin, vərdişlərin, adət və ənənələrin məcmusudur
. Müxtəlif 
sosial qruplarda birgəyaşayış şəraitinin təsiri altında formalaşan hisslər, 
emosiyalar, əhval- ruhiyyə və iradi cəhdlər, onların psixoloji 
keyfiyyətlərini ifadə edir. Bu keyfiyyətlər insanların fəaliyyətinə mühüm 
təsir göstərir. Həmin təsir sosial həyatın dönüş xarakter daşıyan 
məqamlarında daha aydın ifadə olunur. Ictimai psixologiyanın təzahür 
formaları müxtəlifdir. Onun ən mühüm təzahür formasını 
milli psixolo-
giya 
təşkil edir. 
Bundan əlavə sinfi psixologiyadan, peşə qrupu 
psixologiyasından 

müxtəlif 
sosial 
birlik 
formalarının 
psixologiyasından da danışmaq olar. Ictimai psixologiya müxtəlif sosial 
qrupların psixoloji simasını səciyyələndirir və mənafelərini (dolğun olma-
sa da) ifadə edir. Onun məzmununa şəxsiyyətin və ya sosial qrupun bu və 
ya digər ictimai həyat hadisəsinə emosional münasibəti, hissləri və əhval 
ruhiyyəsi daxildir. 
Ictimai psixologiya səviyyəsində sosial həyat hadisələrinə 
münasibət birinci növbədə insanların tələbat və mənafelərindən irəli gəlir. 
Sonra, bu münasibət insanların müxtəlif hisslərində, əhval ruhiyyəsində, 


455 
adət və ənənələrində, xislətində habelə cəhdləri, məqsədləri və 
ideallarında ifadə olunur. Bu formalar insanların cəmiyyətdə gedən 
prosesləri necə başa düşdüyünü və onlara hansı münasibət bəslədiyini bil-
dirir. 
Bununla yanaşı göstərilməlidir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   501   502   503   504   505   506   507   508   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin