Hər bir cəmiyyətdə ictimai psixologiya bir sıra funksiyalar yerinə yetirir . Onlardan aşağıdakılar xüsusilə mühümdür. Birincisi, icti-
mai psixologiyanın dəyərləndirici- istiqamətləndirici (səmtləşdirici)
funksiyasıdır. Bu funksiya onda ifadə olunur ki, hər bir sosial qrupun və
ya etniki birlik formasının sosial psixologiyası onun üzvləri olan
insanların müəyyən dəyərlər oriyentasiyası sistemini formalaşdırır. Burada
həm də onların ictimai hadisələrə verdiyi qiymət və buna uyğun davranış
ustanovkaları ifadə olunur. Ikinci funksiyanı
motivləşdirici- sövqedici adlandırmaq olar. Onun məzmunu aşağıdakından ibarətdir: ictimai psix-
ologiya insan kütlələrini, sosial qrupları müəyyən istiqamətdə fəaliyyət
göstərməyə sövq edir. Başqa sözlə fəaliyyətin məhz bu istiqamətdə
olmasını motivləşdirir. Bu mənada ictimai psixologiyaya təsir göstərmək,
insanların fəaliyyət və davranışının müəyyən motivlərinin yaranmasına
kömək etmək deməkdir. Belə təsir həm də insanların öz sosial
mənafelərini reallaşdırmağa yönələn iradi cəhdlərini artırır.
1
Ictimai psixologiya insanlar ilə sosial gerçəklik arasında bilavasitə
əlaqə yaradır. Belə ki, onunla sosial mühit arasında digər aralıq pillə yox-
dur. Odur ki, sosial həyatda baş verən dəyişikliklər müvafiq surətdə
müxtəlif sosial birlik formalarının və ayrı- ayrı fərdlərin ictimai
psixologiyasında əks olunur. Bu spesifik xüsusiyyəti üzündən ictimai
psixologiya real ictimai münasibətlərə daha güclü təsir edə bilir. Həm də
ictimai psixologiya emosional xarakter daşıdığı üçün insanların
fəaliyyətində, müxtəlif ictimai hərəkatlarda çox mühüm rol oynayır. Buna
görə də müəyyən siyasi xətti işləyib hazırlayarkən və həyata keçirərkən
kütlələrin ictimai psixologiyasını nəzərə almaq çox vacibdir. Yalnız buna
əsaslanmaqla onların bu və digər siyasi xəttə olan reaksiyasını
proqnozlaşdırmaq mümkündür.