Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Hüququn spesifik cəhətləri aşağıdakılardır. O bərabərliyi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə520/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   516   517   518   519   520   521   522   523   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Hüququn spesifik cəhətləri aşağıdakılardır. O bərabərliyi, 
qanunçuluğu və ədaləti həyatı keçirməyə yönəlir. Sonra hüquqi 
münasibətləri reallaşdıran fəaliyyət normaları məcburi xarakter 
daşıyır

Hüquqi fəaliyyət insanlar arasında sosial ünsiyyətin bir növüdür. O 
ictimai subyektlərin hərəkət və davranışlarını hüquqi normalara tabe edir. 
Bununla birlikdə hüquqi fəaliyyət müxtəlif iqtisadi, siyasi, demoqrafik və 
sair proseslərin özünəməxsus səpkisi kimi çıxış edir. 
Əgər siyasi şüurda varlıq, sosial və etniki birliklərin əsas məqsəd və 
vəzifələri baxımından proqram, nizamnamə və bəyanatlar şəklində ifadə 
olunursa, hüquqi şüur həyatı insanların cəmiyyətdə hüquq və vəzifələri 
baxımından əks etdirir. O siyasi həyatda hökmranlıq edən qurumun qanun 
şəklinə salınmış iradəsini ifadə edir. Hüquqi şüur təkcə real hüquqi 


468 
münasibətlərdən deyil, həm də bu şüurun konkret daşıyıcıları olan böyük 
insan qruplarından asılıdır. 
Hüquqa və hüquqi şüura konkret tarixi yanaşmaq onların əsl 
mahiyyətini düzgün müəyyən etmək imkanı verir. Bə„zən belə bir fikir 
söylənilir ki, guya hüquqi şüur əbədi xarakter daşıyan «təbii qanundur». 
Digər bir baxış hüququn yaranmasını insanın mücərrəd təbiəti, onun 
ehtirasları və instinktləri ilə əlaqələndirir. Hər iki mövqe yanlışdır. Hüquq 
və hüquqi şüurun yaranması səbəblərini ictimai münasibətlərdən kənarda 
izah etmək doğru deyildir. Hüquqi şüur real hüquqi münasibətlərin əks 
etdirilməsi kimi yaranır (quldarlıq quruluşunda) və onların dəyişilməsi ilə 
dəyişilir. Bunu müxtəlif formasiyalarda hüquqi şüura nəzər salmaqla da 
yəqin etmək olar. 
Quldarlıq cəmiyyətində hüquqi şüur qul və quldarların bir- birinə 
zidd hüquqi baxış və təsəvvürlərini əhatə etməsinə baxmayaraq 
bütövlükdə həmin dövrün ictimai münasibətlərinə tam uyğun olmuşdur. 
Eyni fikri feodalizm cəmiyyətinin hüquqi şüuru haqqında da demək olar. 
Əlavə olaraq göstərilməlidir ki, burada ictimai münasibətlərin bütün 
tərəflərinə dinin dərindən nüfuz etməsi nəticəsində həm feodallar sinfinin, 
həm də kəndlilərin hüquqi şüuru dini forma almışdır. Kapitalizm 
cəmiyyəti təşəkkül tapdıqda ona uyğun olan burjua hüquqi şüuru da 
yaranmışdır. 
Hüquqi şüur real hüquqi münasibətlərlə vəhdətdə çıxış edərək 
cəmiyyət həyatında mühüm rol oynayır. Məsələn, geniş təbəqələrin hüqu-
qi psixologiyası, onun cəmiyyətdə ədalətsizliyin mövcud olduğunu hiss 
etməsi, azadlıq və bərabərlik arzuları onları fəaliyyətə ruhlandıran mühüm 
mə„nəvi stimuldur. Yaxud da başqa bir misal. Hakimiyyətdə olan sosial 
qüvvələr öz hüquqi psixologiyası və hüquqi ideologiyasına müvafiq 
surətdə qanunvericilik orqanlarını, hüquq və hüquqi təşkilatları (prokuror-
luq, məhkəmə, həbsxanalar və s.) yaradır. Məhz bunlar cəmiyyətdəki 
hüquqi münasibətləri tənzim edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin