Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


incəsənt cəmiyyətin özünüdərketməsinin



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə533/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   529   530   531   532   533   534   535   536   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

incəsənt cəmiyyətin özünüdərketməsinin 
(həm adi vəziyyətlərdə həm də ekstremal hallarda) qüdrətli 
vasitəsidir
. Incəsənətin yaratdığı bədii dünya özünün estetik dəyərlər sis-
temini və etalonlarını işləyib hazırlayır. Bunlar fəaliyyət sahəsindən asılı 
olmayaraq bütün insanların kamilləşməsinə müsbət təsir göstərir. Belə ki, 
buradakı bədii obrazların bir çoxu öz xarakterinə və keyfiyyətlərinə görə 
ümumbəşəri səviyyəyə yüksəlir. Buna görə də insanlar öz qarşılıqlı 
münasibətlərində bu qəbildən olan nümunələrdən örnək kimi istifadə 
edirlər. Deməli, incəsənət həm də əyani təsir göstərmə, tərbiyə vasitəsidir, 
o şəxsiyyətin sosiallaşması prosesində mühüm rol oynayır. 
Estetik aləm həm də bəşər tarixinin özünəməxsus yaddaşıdır. Bura-
da cəmiyyətin müxtəlif mərhələlərində yaradılmış son dərəcə rəngarəng 
insan xarakterləri, bədii sənətin heyrətamiz nümunələri, digər mənəvi 
dəyərlər toplanılır və yaşadılır. 
Yuxarıda deyilənlər incəsənətin cəmiyyətdə nə dərəcədə böyük yer 
tutduğunu sübut edir. Bununla belə 
incəsənətin başlıca funksiyası estetik 
funksiyadır
. Onun mahiyyəti bundadır ki, incəsənət insana estetik həzz və 
ləzzət verir. Doğrudan da biz hər hənsı bir bədii əsəri oxuyarkən, kinoya 
və teatra baxarkən, musiqini dinləyərkən, incəsənətin digər sahələrini 
qavrayarkən hər şeydən əvvəl mənəvi, estetik həzz alırıq. Sonuncunun 
məzmunu təkcə bizə gözəllik hissi və ondan zövq almağı aşılamaqla 
məhdudlaşmır. O həm də bizim ruhumuzu riqqətə gətirir. Biz incəsənət 
əsərlərinin böyük ustalıq və məharətlə yerinə yetirilməsinə heyran oluruq. 
Bununla əlaqədar deyilməlidir ki, insanların bədii zövqü eyni 
deyildir. O müəyyən tərbiyənin və vərdişlərin məhsuludur. Ona görə də 
zövqlər müxtəlif olur. Lakin bütün zövqlər ümumi bir obyektiv əsasa ma-
likdir. Insanların hamısının hiss üzvləri vardır və onlar təbiətən düzgün 
seçim qabiliyyətinə malikdirlər. Buna görə də müxtəlif bədii formalarda 
(səs, rəng, hərəkət, söz, tişə və sair) ifadə olunan gözəlliyə, harmoniyaya 
və simmetriyaya bütün insanlar fəal seçim münasibəti bəsləyə bilir. 


480 
Nəticədə bizim ruhumuz həyəcanlanır. Insan öz mənini incəsənt 
nümunələrində əks olunan ümumi ritm ilə yanaşı tutur. Biz hər hansı 
incəsənət əsəri ilə tanış olduqdan sonra bu cür emosional vəziyyət 
keçiririksə, onun özü estetik funksiyanı ifadə edir. 
Sovet dövründə incəsənətin sinfi xarakteri həddən artıq şişirdilirdi. 
Əlbəttə incəsənət yarandığı gündən birinci növbədə cəmiyyət əhalisinin 
müəyyən göstəricilərinə (təhsil, zövq, maddi vəsait) görə üstün olan 
təbəqələrinə yönəlmişdir. Bu meyl müəyyən özünəməxsusluqlarla bütün 
dövrlərdə özünü göstərir. Lakin buna əsasən sinfiliyi mütləqləşdirmək 
(burjua və proletar, feodal və kəndli incəsənət tiplərini ayırmaq) doğru 
olmazdı. Əks halda incəsənət əsərlərinin yaradılmasında və onlardan 
istifadə edilməsində geniş xalq kütləsinin fəal rolu kölgə altına alınardı. 
Xüsusən də 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   529   530   531   532   533   534   535   536   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin