Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə535/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   531   532   533   534   535   536   537   538   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

DIN 
 
Din ictimai şüurun qədim formasıdır. Onu birinci növbədə ilahiyyət 
öyrənir. 
Fəlsəfə dini ictimai şüur forması kimi nəzərdən keçirir. Onun 
mahiyyətini və dünyagörüşü sistemində yerini göstərir
. Bu elm həm də 
dinin sosial və psixoloji səpkilərini üzə çıxarır, cəmiyyətin mənəvi 
həyatında tutduğu yeri təhlil edir. 
Öz mahiyyətinə görə din (latınca müqəddəs deməkdir) hər şeydən 
əvvəl Absolyut başlanğıcın (Allahın) olduğunu israr edir və göstərir ki, o 
təbiətin, insanın və cəmiyyətin yaradıcısıdır. Hər şeyin, o cümlədən də 
insanın taleyi allahdan asılıdır. Buna görə də insan öz həyatını ilahi 
qüvvənin iradəsinə uyğunlaşdırmalıdır. Dində bu dünya (təbii həyat) ilə 
axirət dünyası (transendent dünya) bir- birilə əlaqələndirilir. Göstərilir ki, 
hər bir insanın axirətdə əzabdan xilası, onun ruhunun bu transendentə 
münasibətindən asılıdır. Bütün dinlər bu və ya digər formada həyatın real 
qüvvəsini ideal ruh ilə əlaqələndirməyə çalışır. Bəşər tarixində demək olar 
ki, bütün xalqlar dinə malik olmuşdur. Bu fakt sübut edir ki, onların 
hamısını ümumi bir tələbat doğurmuşdur. 
Hər bir dində iki əsas tərəf özünü göstərir. Bunlardan birincisi, 
ilahi qüvvənin, Allahın nəzəri baxımdan anlaşılmasıdır, ikincisi isə 
praktiki tərəf, yəni ilahi ilə insan həyatının əlaqələrinin müəyyən 
edilməsidir
. Mütləq qüvvə (allah) müxtəlif dövrlərdə və ayrı- ayrı 
diklərdə, xalqlarda rəngarəng şəkildə izah olunmuşdur. Onun mənasını 
daşlara, bitkilərə, heyvanlara, atəşə, insana sitayiş etməkdə görmüşlər. 
Bunlarla yanaşı Absolyutu (Allahı) mücərrəd ideyalar kimi anlayanlar da 
olmuşdur (məsələn deist, teist, panteist fikirlər). 
Dini şüurun bütün formaları üçün səciyyəvi cəhət insanı 
müxtəlif yollarla allaha pərəstiş və itaət etməyə çağırmaqdır
. Bu onu 
göstərir ki, din təkcə ağıl ilə deyil, həm də (özü də daha çox) insanların 
hissləri ilə bağlıdır. 
Dinin mənşəyi ən çox mübahisə doğuran məsələlərdəndir. Bu 
münasibətdə birinci növbədə dini əmələ gətirən psixoloji motivlərə və 
onun sosial köklərinə diqqət yetirilməlidir. 
Dinin yaranması hər şeydən əvvəl ibtidai insanın təbiətə 
münasibətində praktiki məhdudiyyəti ilə bağlı olmuşdur. Başqa sözlə in-
sanlar təbiət qüvvələrini ram edə biləcək real vasitələrə malik olmamışlar. 
Buna görə də onları fantastik, xəyali və illyuziyalı vasitələr ilə əvəz 
edirdilər. Bunu dinin ən qədim növü olan magiya və cadugərlik 
nümunələri aydın göstərir. Insanlar müxtəlif cadu rituallarının köməyi ilə 
ətraf dünyaya təsir göstərməyə çalışırdılar. Dinin yaranması heç şübhəsiz 
insanın təbiət və cəmiyyət haqqında biliklərinin aşağı səviyyədə olması ilə 


482 
bağlıdır. Nəhayət, bu işdə cəmiyyətdə gedən proseslərin kortəbiiliyi, 
insanların öz obyektiv həyat şəraiti qarşısında gücsüzlüyü az rol 
oynamamışdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   531   532   533   534   535   536   537   538   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin