Dini təsəvvürlər və inamlar insanların xəyal və təxəyyülünün məhsuludur . Onlar əvvəlcə ayrıca bir insanın psixiki fəaliyyəti nəticəsi
kimi yaranır. Lakin dinin cəmiyyətdə yaşamasını və yayılmısını fərdi
psixikanın inkişaf qanunauyğunluqları ilə izah etmək mümkün deyildir.
Burada artıq ictimai şüurun inkişafını səciyyələndirən ümumi qanunauyğ-
unluqlar fəaliyyət göstərməyə başlayır.
1
Dinin mənşəyini araşdırarkən onun qnoseoloji (idrakda prosesində
olan) kökləri də nəzərdən keçirilməlidir. Bu problemə münasibətdə fəlsəfi
fikirdə üç nöqteyi- nəzər mövcuddur: ssiyentist-pozitiv, tarixi (təkamül) və
mütləq yanaşma. Birinci baxış dini aşağı səviyyəli bilik kimi təsəvvür
edir. Bu mövqeyə görə din cəhalətdir və elm inkişaf etdikcə o tədricən
aradan çıxacaqdır. Ikinci nöqteyi- nəzərin tərəfdarları dinə inkişaf etməkdə
olan bilik forması kimi baxır və göstərirlər ki, o başqa, daha yüksək biliyə
daxil olduqda belə, yenə öz əhəmiyyətini saxlayır. Burada söhbət dinin
sırf rasional səpkisindən daha çox, hissi tərəfindən gedir. Nəhayət, üçüncü
yanaşma göstərir ki, din və elmi bilik bir- birindən fərqli iki müstəqil
formadır. Bu baxış həqiqətə daha yaxındır, çünki onların hər birinin spesi-
fik mahiyyətini və aralarındakı hədləri müəyyən etməyə cəhd göstərir.
2
Dini şüurun əsasında iki anlayış durur: fövqəltəbii (ilahi) qüvvə və inam (etiqad) . Birinci haqqında yuxarıda qısa da olsa qeyd etdik. Dini
inama gəlincə isə göstərilməlidir ki, o dini şüurun başlıca əlamətidir. Həm
də söhbət elə belə inamdan deyil, fövqəltəbii, ilahi qüvvələrin
mövcudluğuna inam bəsləməkdən gedir. Özü-özlüyündə inam dedikdə
ətraf aləmə idrakı-sosial münasibət forması başa düşülür. Inamın bilikdən
mühüm bir fərqi onun zəkadan daha çox hisslərə müraciət etməsidir. Dini
inamın predmetini fövqəltəbii qüvvə təşkil etdiyi üçün o illüziyalı xarakter
daşıyır.