493
təfəkkürünün kateqoriyaları nə dərəcədə yaddırsa, qərb təfəkkürü üçün də
çin və yaxud yunan təfəkkürünün kateqoriyaları bir o qədər yaddır.
1
Şpenqlerin fikrincə dünya tarixi müxtəlif dövrlərdə mövcud olan və
bir- birinə oxşamayan qüdrətli mədəniyyətlər çoxluğudur. Onların hər biri
«ümumi bəşəriyyət materialına öz formasını», «öz həyatı və ölümünü»
həkk edir. O çiçəklənməkdə olan və qocalmaqda olan mədəniyyətləri bir-
birindən fərqləndirirdi. Şpenqlerə görə mədəniyyətlərin hər biri dərin
mənaya
malikdir, lakin onların hamısını bir tale gözləyir. Bu tale
mədəniyyətin sonu demək olan sivilizasiyanın yaranmasıdır.
Buradan
çıxış edərək o tarixin mənasını «böyük mədəniyyət formalarının» taleyi-
nin, ruhunun və dilinin izahı kimi anlayırdı.
Ingilis tarixçisi və filosofu A.Toynbi
də ümumdünya tarixini bir-
birindən əsas etibarilə dini əlamətlərə görə fərqlənən müxtəlif sivilizasiya-
lar kimi təsəvvür edirdi. Onun fikrincə hər bir sivilizasiyanın (onların
sayını o 21 hesab edirdi) təkrarolunmazlığı, onun tərəfindən tarixin
çağırışlarına verdiyi cavabların «özünəməxsusluğu ilə» şərtlənir.
Sivilizasiyaların mənbəyinin səbəbi bir irqin hüdudlarından kənara çıxan
yaradıcılıq cəhdlərinin olmasıdır.
2
Toynbi göstərirdi ki, sivilizasiyaların
qapalılığı və bir- birindən əlahiddəliyi, onların mə„nəvi qarşılıqlı tə„sirini
inkar etmir. O, ümumdünya tarixinin amalını dini təkamüldə və
bəşəriyyətin mövcudluğunun mə„nasında görürdü.
XX əsrin birinci yarısında dünya nəzəri
fikrində insan probleminə
mərkəzi yer verən
Dostları ilə paylaş: