496
mə„nasında danışmaq olar. Onun tənəzzülü isə ağ irqin qara dərililəri
əzməsindən ibarətdir. Bu iki tərəf bir- birini tamamlayır. Tərəqqi ilə
tənəzzülün bu münasibətindən Popper belə bir nəticə çıxarır ki, tarixi
tərəqqinin obyektiv meyarı yoxdur. Tərəqqinin özü isə providensializm
(cəmiyyətin tərəqisinin ilahi qüvvə tərəfindən irəlicədən müəyyən
olunduğunu iddia edən baxış) deməkdir.
Popper «Tarixisizmin yoxsulluğu» əsərinin müqəddiməsində tarix-
isizm prosesinə qarşı başlıca arqumentini belə ifadə edir. Cəmiyyətin
inkişafı biliklərin inkişafından asılıdır. Onların xarakterini isə tarixi
keçmişdən çıxış etməklə irəlicədən söyləmək qeyri- mümkündür. Buna
görə də gələcəyi irəlicədən görmək mümkün deyildir. Popper tarixilik
prinsipi ilə tarixisizmi bir- birindən ayırır.
Tarixilik dedikdə
Popper ictimai
təlimlər tərəfindən inkişafın meyllərinin və qanunauyğunluqlarının düzgün
əks etdirilməsini başa düşürdü. Tarixisizm tarixi irəlicədən görmə
deməkdir. Tarixisizmə əsaslanmaqla gələcəyi irəlidən görmə prosesini
Popper peyğəmbərlik hesab edirdi.
Dostları ilə paylaş: