Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə556/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   552   553   554   555   556   557   558   559   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

 
3. Sosial tərəqqi və onun meyarı 
 
Fəlsəfə, tarixi tərəqqinin daxili mahiyyətini açmaqla yanaşı onun 
obyektiv meyarının müəyyənləşdirilməsinə də geniş diqqət yetirir. Tarixin 
dialektik anlaşılması cəmiyyətə təkcə stabil bir orqanizm kimi baxmır, onu 
dəyişilmə və inkişafda götürür. Bu tə„lim cəmiyətin inkişafına 


503 
qanunauyğun təbii- tarixi proses kimi yanaşaraq onun mahiyyəti və 
istiqamətini açıb göstərir. 
Tərəqqi cəmiyyətin yüksələn xətt üzrə inkişafında əsas istiqamətdir. 
Ictimai tərəqqinin mahiyyətini açmaq üçün cəmiyyətdə «inkişaf», 
«tərəqqi»,və «tənəzzül» anlayışlarını, onların qarşılıqlı münasibətini 
izah etmək lazımdır

«Inkişaf» aşağıdan yuxarıya, ibtidaidən aliyə, sadədən mürəkkəbə 
doğru yönələn və konkret obyektin yeni keyfiyyət halına keçməsini 
şərtləndirən dəyişmə, hərəkət deməkdir. Bu və ya digər maddi sistem ki-
mi, cəmiyyət də məkan və zaman daxilində inkişaf edir və müəyyən 
mərhələlərdən (əmələ gəlmə, yetkinlik, çiçəklənmə, tənəzzül, süqut və 
məhv olma) keçir. Cəmiyyətin inkişaf mərhələlərini düzgün 
müəyyənləşdirmək üçün məhz hansı tərəfin inkişaf etdiyini (bütövlükdə 
cəmiyyət və ya onun ayrı- ayrı tərəfləri), onda hansı keyfiyyət 
dəyişmələrinin baş verdiyini, onun inkişaf mərhələləri və hərəkətverici 
qüvvələrini əsas götürmək tələb olunur. 
«Tərəqqi» dedikdə həyatda və elmdə sadəcə dəyişmə və hərəkət 
nəzərdə tutulmur. Təbiət və cəmiyyətdə hadisələr, proseslər, hərəkət və 
dəyişmə tərəqqidən kənarda da baş verə bilər. Tərəqqi inkişaf ilə yaxından 
bağlı olub, onun yüksələn xətt üzrə olan istiqamətini göstərir. Tərəqqi 
prosesində əvvəllərdə hadisələrdə olmayan yeni meyllər, cəhətlər, 
keyfiyyətlər meydana gəlir. Bu yeniliklər hadisələrin mahiyyətinə tə„sir 
göstərir. Elmin vəzifəsi bunları kəşf etməkdən ibarətdir.
«Tənzzül» tərəqqinin əks istiqamətini təşkil edir, yə„ni ictimai 
həyatın istiqamətinin irəliyə doğru, yüksələn xətt üzrə deyil, enmə 
istiqamətində, geriyə getdiyini ifadə edir. Tərəqqi və tənəzzül anlayışları 
nisbi xarakter daşıyır. Bu o deməkdir ki, varlığın digər sahələrində olduğu 
kimi, cəmiyyətdə də mütləq mə„nada tərəqqi və ya tənəzzül yoxdur. Bütün 
maddi sistemlərdə olduğu kimi cəmiyyətdə də tərəqqi və ya tənəzzülü 
yalnız müəyyən meyara əsaslanaraq, müqayisə yolu ilə aşkara çıxarmaq 
olar. Bəşər cəmiyyətinin tarixi inkişafı mürəkkəb və ziddiyyətli prosesdir. 
Sosial tərəqqi bu inkişafın baş xəttini, ümumi istiqamətini təşkil edir. Bu-
nunla yanaşı tarixi prosesdə irtica dövrləri, dəhşətli toqquşmalar da 
olmuşdur. Bu toqquşmalar bə„zən ayrı- ayrı sivilizasiyaların bütövlükdə 
məhvinə gətirib çıxarmışdır.
Ictimai tərəqqi obyektiv və qanunauyğun prosesdir. Ibtidai icma 
quruluşunda insanların fəaliyyəti təbiətə daha yaxın, bir növ onunla 
çulğaşmış vəziyyətdə olmuşdur. Bu dövrdə insanlar öz tələbatlarını 
təbiətin hazır məhsulları hesabına ödəyirdilər. Buna görə də həmin istehsal 
tipi mənimsənilən iqtisadiyyat kimi səciyyələnir. Neolit dövründə ictimai 
əmək bölgüsünün baş verməsi- əkinçilik və maldarlığın bir- birindən 


504 
ayrılması (buna aqrar inqilabı və ya neolit inqilabı da deyilir) nəticəsində 
mənimsənilən iqtisadiyyatdan, necə deyərlər istehsal edən iqtisadiyyata 
keçid baş verir. Bunun nəticəsində ictimai- iqtisadi həyatda qəbilə- tayfa 
kollektivinin yerini insanları torpaq üzərində mülkiyyətə görə birləşdirən 
qonşuluq icması tutdu. Sonradan icma mülkiyyəti ciddi dəyişikliklərə 
uğramışdır. Neolit inqilabı və əmək bölgüsü nəticəsində cəmiyyətdə 
bilavasitə yaşayış üçün zəruri olandan artıq məhsul, yə„ni izafi məhsul 
istehsal olunmağa başladı. Bu isə öz növbəsində kollektiv əməyin əvəzinə 
xüsusi mülkiyyəti doğurdu. Bütün bu dəyişikliklərin yekunu kimi isə sinif-
li cəmiyyət, quldarlıq quruluşu meydana gəldi.
Quldarlıq və feodalizm cəmiyyətlərində əqli əməyin fiziki 
əməkdən ayrılması, sənətkarlığın əkinçilikdən və şəhərin kənddən 
ayrılması kimi mütərəqqi proseslər baş verdi. Bunlar da ümumi mədəni 
inkişafda, mə'nəvi və siyasi mərkəzlərin yaranmasında çox mühüm rol 
oynadı. Kapitalizmə qədərki quruluşlarda istehsal bir qayda olaraq əl 
əməyi ilə bağlı olmuşdur. Kapitalizmin yaranması, sənaye inqalabı, 
maşınlı texnikaya keçid nəticəsində cəmiyyət tarixində yeni keyfiyyət 
yarandı. Belə ki, insanların fəaliyyəti əsaslı surətdə dəyişildi. Burada em-
pirik biliklərin yerini getdikcə daha çox təbiətşünaslığın və elmin 
nailiyyətləri tutmağa başladı. Bu isə istehsalın texniki əsasının inkişafına 
və tərəqqiyə güclü təkan verdi.
Ictimai tərəqqi anlayışı ilk dəfə XVIII əsr fransız materialistləri 
tərəfindən işlənilmişdir. Ümumilikdə götürüldükdə ictimai həyatda 
inkişafın, tərəqqinin baş verdiyini hər bir adam öz gündəlik təcrübəsində 
hiss edir. Lakin bu hələ tərəqqini dərk etmək demək deyildir. Təsadüfi 
deyildir ki, fəlsəfi fikir tarixində tərəqqini qəbul edənlərlə yanaşı onu 
tamamilə inkar edənlər, habelə tərəqqini relyativist, yə'ni subyektin ver-
diyi qiymət baxımından izah edənlər də olmuşdur.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   552   553   554   555   556   557   558   559   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin