Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


tiv proseslər, ictimai həyatın beynəlmiləlləşməsi prosesi özünü



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə560/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   556   557   558   559   560   561   562   563   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tiv proseslər, ictimai həyatın beynəlmiləlləşməsi prosesi özünü 
göstərir. Cəmiyyət inkişaf etdikcə milli hədlərin dağıdılması, 
ümumdünya üzrə əlaqələrin möhkəmlənməsi, ictimai həyatın 
beynəlmiləşməsi meyli artır
. Əlbəttə, müsir dövrdə bu proses son dərəcə 
ziddiyyətli şəkildə təzahür edir. Lakin buna baxmayaraq o müasir dünya 
tarixinin artmaqda olan vəhdətinin ifadə forması kimi özünü getdikcə daha 
aydın göstərir. Hazırda dünya ölkələrinin qarşılıqlı tə'siri və asılılığı 
möhkəmlənir. Bir çox cəhətdən vahid, bütöv dünya formalaşır. Dövlətlərin 
qarşılıqlı asılılığının artması gedişində tarixi prosesin vəhdətinin ifadə 
formaları daha da təkmilləşr. Nəticədə tarixin bəşəriyyətin inkişafının
vahid prosesi olması faktı daha aydın görünməkdədir.
Tarixi prosesin dialektik izahı onun ümumiliyi, vəhdəti ilə yanaşı 
konkret təfərrüatı, rəngarəngliyi və özünəməxsusluqlarının da 
öyrənilməsini şərtləndirir. Fəlsəfə təkcə müxtəlif dövrlər arasındakı ümu-
mi cəhətləri deyil, həm də onların hər birinə xas olan spesifikliyi nəzərdə 
tutur.
Real tarixi prosesin rəngarəngliyi əsas etibarilə zaman və 
məkan amillərinin tə'siri nəticəsidir.
Birinci qrup amillər bunu ifadə 
edir ki, vahid tarixi inkişaf prosesi müxtəlif xronoloji mərhələlərə və 
dövrlərə bölünür. Məkan amilləri də çox mühüm olub, eyni vaxt ərzində 
lakin müxtəlif ərazilərdə fəaliyyət göstərən ölkələrin və xalqların bir –
birindən fərqləndiyini ifadə edir.
Tarixi prosesin rəngarəngliyi hər şeydən əvvəl onun qeyri- bərabər 
inkişaf etməsində təzahür edir. Bu qeyri- bərabərlik bəşər cəmiyyətinin ilk 
dövrlərindən özünü göstərmişdir. Belə ki, əlverişli təbiət şəraiti olan 
ərazilərdə yaşayan xalqlar və ölkələr belə şəraiti olmayanlara nisbətən 
sür'ətlə inkişaf edirdi. Sonrakı inkişaf gedişində qeyri- bərabərliyi 
şərtləndirən amillər silsiləsində təbii xarakterli amillər arxa plana keçir, 
istehsalın səviyyəsi, elmin və texnikanın inkişafı göstəriciləri üstün yer 
tutmağa başlayır.
Deyilənlərlə yanaşı tarixi prosesin rəngarəngliyi xeyli dərəcədə ta-
rixi mühit deyilən amilin tə'siri ilə bağlıdır. Bunun aydın təzahürünü 
geridə qalmış xalqların özünəməxsus inkişafı yoluna düşməsində də 
görmək olar. 
Nəhayət tarixi prosesin rəngarəngliyinə ölkənin daxilində siyasi və 
ideoloji, sosial və mədəni amillər, subyektiv amilin inkişaf dərəcəsi də 


508 
müəyyən tə'sir göstərir. Məhz bunun nəticəsində eyni bir sosial zəmində 
yüksələn mədəniyyət, ideya, tə'sisat və təşkilatlar, həyat fəaliyyəti 
formaları bir- birindən fərqlənir.
Yuxarıda deyilənlər sübut edir ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   556   557   558   559   560   561   562   563   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin