509
VII FƏSIL
TARIXI PROSESIN SUBYEKTLƏRI VƏ
HƏRƏKƏTVERICI QÜVVƏLƏRI
1.
Ictimai inkişafın mənbələri və hərəkətverici qüvvələri
anlayışları
Sosial inkişafın subyektləri və hərəkətverici qüvvələrini öyrənmək
təkcə nəzəri deyil, həm də praktiki maraq kəsb edir. Doğrudan da tarixi
prosesin necə getdiyi və kimin tərəfindən həyata keçirildiyi, cəmiyyətin
inkişafında hansı qüvvələrin mühüm rol oynadığı haqqında məsələlər indi
hamını düşündürür.
Dialektika öyrədir ki, hər bir inkişafın səbəbi, mənbələri və
hərəkətverici qüvvələri predmet və hadisələrin öz daxilindədir. Bu müddəa
eynilə də insan cəmiyyətinə aiddir.
Cəmiyyətdəki inkişafın mənbələrini
kənar qüvvələrlə izah etməyə çalışan nəzəriyyələrin əksinə olaraq di-
alektik fəlsəfə cəmiyyətin inkişaf mənbələrini onun öz daxilində görür
.
Cəmiyyətdə öz qarşısına müəyyən məqsəd qoyan və spesifik
mənafeyi olan çoxsaylı fərdlər fəaliyyət göstərir. Bu mürəkkəb və
rəngarəng qüvvələrin fəaliyyətinin dərk olunmasında fərdinin sosial ilə
əlaqələndirilməsi mühüm rol oynayır. Həmin metod fərdlərin fəaliyyətini
sosial birliklər şəklində qruplaşdıraraq təhlil etməyi nəzərdə tutur. Yalnız
bu prinsipə əsaslanmaqla tarixi prosesin hərəkətverici qüvvələri və
subyektlərini öyrənmək olar.
Ictimai inkişafın hərəkətverici qüvvələri obyektiv xarakter daşıyır,
yə'ni o insanların iradə və arzuları ilə müəyyən edilmir. Lakin insanlar
şüurlu varlıqdır, onların əməli fəaliyyəti şüur və iradə ilə
istiqamətləndirilir. Deyilənlərdən aydın olur ki,
Dostları ilə paylaş: