540
bütövlükdə cəmiyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni
dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi üsulu daxil edilir. Sonuncu
bütünlükdə ictimai həyatın, onun spesifikliyinin çox mühüm göstəricisidir.
Sivilizasiya məhz yuxarıdakı bu iki əlamətə görə mədəniyyətdən fərqlənir.
Birinci əlaməti (sivilizasiyaya mədəniyyətin və cəmiyyətin inkişaf
səviyyəsi kimi yanaşılması) əsas götürənlər mədəniyyət ilə sivilizasiya
anlayışlarını bir- birilə eyniləşdirirlər. Məsələn görkəmli ingilis etnoqrafı
A.Taylor öz yazılarında «mədəniyyət və yaxud sivilizasiya» ifadəsini
işlətmişdir. O belə bir nəticəyə gəlirdi ki, sivilizasiya özündə maddi və
mənəvi mədəniyyətin inkişafı səviyyəsini, habelə insan fəaliyyətinin
mövcudluğu və inkişafı mexanizmini ifadə edən ictimai strukturu (sosial-
demoqrafik, sosial- sinfi, sosial- peşə, təşkilati- texniki və sair) əhatə edir.
1
Sivilizasiyanın
ikinci əlaməti
də çox mühümdür. Belə ki, mədəni
nemətlərin mənimsənilməsi üsulu bir çox cəhətdən sivilizasiyanın xarakte-
ri və səviyyəsini müəyyən edir. Müasir dövrdə Qərb və Şərq
sivilizasiyalarının bir- birindən fərqləndirilməsində həmin göstərici əsas
yer tutur. Çünki mədəni dəyərlər həm Qərbdə, həm də Şərqdə demək olar
ki, eynidir. Amma onların mənimsənilməsi üsulu xeyli dərəcədə bir-
birindən seçilir. Məsələn Qərbdə dəyərlərə əsasən rasionalist yanaşma
mövcuddur, yəni onlar birinci növbədə elm baxımından qiymətləndirilir.
Şərqdə isə dəyərlərin mənimsənilməsində dini- fəlsəfi ənənələr qorunub
saxlanılmaqdadır.
XX əsrin fəlsəfəsində sivilizasiyanın anlaşılmasında üç nöqteyi
Dostları ilə paylaş: