Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə592/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   588   589   590   591   592   593   594   595   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

nəzər mövcuddur.
Birinci
mövqe
sivilizasiyanı bütöv bir tam kimi 
götürülən bəşəriyyətin mütərəqqi inkişafının idealı hesab edir. Bu nöqteyi 
nəzərin tərəfdarları göstərir ki, yalnız lokal sivilizasiyaların qarşılıqlı 
təsirinin müəyyən mərhələsində ümumdünya tarixi və ekumenik 
sivilizasiyanın təşəkkülü prosesi başlanır. Onların fikrincə dünya tarixinin 
reallığı, bəşəriyyətin mənəvi vəhdəti ilə şərtlənir. Məsələn Yaspers bu pro-
sesin dörd səpkisini ayırır: tarixəqədərki dövr; qədim dövrün böyük tarixi 
mədəniyyətləri (lokal tarixlər); ox tarixi (dünya tarixinin başlanğıcı); tex-
nika dövrü (vahid dünya tarixinə keçid). Onun fikrincə dünya tarixinin 
vəhdətini Avropa yaradır. Məhz o, özünün texnoloji üstünlükləri 
sayəsində dünya üzərində hökmranlıq edir. 
Tarixi prosesi mərhələlər şəklində izah edən baxışlar aşağıdakı 
sivilizasiyaları ayırır: şifahi, yazılı, kitab, ekran, kosmogen, texnogen, an-
tropogen, ənənəvi və müasir, təkamül və yenilikçi sivilizasiyalar. Lakin bu 
təsnifatda əsas yeri texnogen yanaşma tutur. Həmin yanaşma 
sənayeyəqədərki (aqrar), sənaye (industrial) və postindustrial (informa-
1
Тайлор Е. Первобытная культура. М.,1989, с.18, 22. 


541 
siya) sivilizasiyaları seçib ayırır. Məsələn, 
industriala qədərki siviliza-
siyada 
aşağıdakı texniki qurğu və vasitələr əsas yer tuturdu (su 
dəyirmanları və küləyin gücündən istifadə edən dəyirmanlar). Bu 
mərhələdə həm də əmək bölgüsünün dərinləşməsi nəticəsində yeni 
fəaliyyət sahələri (həkim, müəllim, vəkil, notarius və s.) yaranır, dağ- 
mədən sənayesi və şəhər sənətkarlığı inkişaf edir. Həmin mərhələnin 
sonlarına doğru (XV əsrdə) elmin və texnikanın inkişafında ciddi 
irəliləyişlər özünü göstərir. 
«Industiral sivilizasiya»
nın yaranması
XVI-
XVII əsrlərin sənaye inqilabı və iqtisadi yüksəlişi ilə əlaqədardır. Bu 
dövrdə texnikada və iqtisadi həyatda mühüm keyfiyyət dəyişiklikləri baş 
verdi. Formalaşmaqda olan bazar münasibətlərinin təsiri altında kömür 
sənayesi inkişafa başladı, buxar maşını kəşf edildi. Bu mərhələdə insanın 
fiziki qüvvələri sıradan çıxır onun yerini tədricən texnika tutur. 
Industrial sivilizasiya aqrar cəmiyyətdən sənayecə inkişaf etmiş 
cəmiyyətə keçidi təmin etdi. Əgər birincidə natural təsərrüfat və silki 
təbəqə quruluşu əsas yer tuturdusa, ikincidə bazar istehsalı hökmranlıq 
edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   588   589   590   591   592   593   594   595   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin