Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Bəşəriyyətin tarixi boyu Qərb və Şərq sivilizasiyalarının



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə595/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   591   592   593   594   595   596   597   598   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Bəşəriyyətin tarixi boyu Qərb və Şərq sivilizasiyalarının 
qiymətləndirilməsi məsələsində mübahisələr özünü göstərmişdir

Sivilizasiyaların 
spesifikliyi 
əmək 
fəaliyyətinin 
özünəməxsus 
xüsusiyyətləri, coğrafi mühit, əhalinin sıxlığı, həyat tərzi, digər demoqra-
fik göstəricilər ilə əlaqəlidir. Şərqdə qədimdən süni suvarma sisteminin 
üstün rolu nəticəsində su təchizatının vahid mərkəzdən idarə olunmasına 
tələbat 
yaranmışdı. 
Ictimai 
həyatın 
digər 
tərəflərində 
də 
təkhakimiyyətlilik, sosial imtiyazlar iyerarxiyası geniş yayılmışdı. Mənəvi 
həyatda isə allaha itaət etmək və onun yer üzərindəki nümayəndəsinə 
(şahlara, feodallara) tabe olmaq ideyası hakim idi. Şərqdə sivilizasiyanın 
inkişaf xüsusiyyətlərinə dini şüur güclü təsir göstərmişdir. Məsələn Çində 
konfusiyaçılıq və daosizm, Hindistanda- buddizm, brahmanizm, yoqa. 
Yaxın Şərq ölkələrində və Azərbaycanda insanların həyat fəaliyyətinin 


544 
bütün tərəflərinin tənzim olunmasında və cəmiyyətdəki mədəni dəyərlərin 
mənimsənilməsində islam dini ciddi rol oynayırdı. Burada monolit pərəstiş 
və vahid rəhbərliyə tabeçilik daha möhkəm idi. Bundan fərqli olaraq Qərb 
sivilizasiyası daha çox elmin, incəsənətin və siyasətin inkişafı ilə bağlı 
olmuşdur. 
Şərq sivilizasiyasında maddi və mədəni dəyərlərin yaranması və 
mənimsənilməsi avtoritar paternalizm, ümumi itaətkarlıq, ağsaqqala 
hörmət şəraitində baş vermişdir. Bu şərait insanın həyat fəaliyyətinin 
bütün sahələrində özünün müvafiq əksini tapmışdır. Nəticədə şərq ölkələri 
əhalisində xeyirxahlıq, nəzakətlilik, böyüklərə, qadına və uşağa hörmət 
kimi keyfiyyətlər daha çox inkişaf etmişdir. Qərb sivilizasiyası üçün tex-
nika və texnologiyanın sürətli inkişafı, insanların predmet dünyası və so-
sial əlaqələrinin sürətlə təkmilləşməsi səciyyəvidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   591   592   593   594   595   596   597   598   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin