Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Şəxsiyyətin cəmiyyətdə konkret rolu onun burada öz yerini



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə603/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   599   600   601   602   603   604   605   606   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Şəxsiyyətin cəmiyyətdə konkret rolu onun burada öz yerini 
necə başa düşməsi və qiymətləndirməsi ilə müəyyən olunur
. Beləliklə 
şəxsiyyətin sosial fəaliyyəti onun öz «Mən»inin süzgəcindən, yəni mənlik 
şüurundan keçərək baş veir. Şəxsiyyətin mənlik şüuru da öz növbəsində 
onun ictimai əlaqələrindən və sosial fəaliyyətindən asılıdır. Belə ki, 
onların təsiri ilə şəxsiyyətin daxili aləmi, dünyagörüşü, əxlaqi prinsipləri, 
siyasi mövqeyi, bilik və təcrübəsi formalaşır. Şəxsiyyət tarixi inkişafın 
məhsuludur, onun bütün xassə və keyfiyyətləri sosial mühitin təsiri altında 
yaranır. Lakin bu təsiri fatalistcəsinə anlamaq doğru olmazdı. Belə ki, in-
san fəal təbiətə malikdir və onu əhatə edən ətraf mühitə əks təsir göstərir. 
Şəxsiyyət inkişaf etdikcə onun 
mentaliteti 
(ağlı, təfəkkürü, mənəvi 
tərzi) də zənginləşir. Hər bir şəxsiyyətin malik olduğu ənənələr
mədəniyyət və sosial mühit onun mentalitetini formalaşdırır. 
Şəxsiyyətin inkişafının çox mühüm göstəricisi onun əxlaqi 
yetkinlik dərəcəsidir
. Hələ uşaq ikən insan «yaxşı» və «pisin» nə 
olduğunu anlamağa başlayır. Bu prosesdə əvvəlcə şəxsi faydalılıq üstün 
yer tutsa da, bir müddət keçdikdən sonra onda başqalarının bəyəndiyi 
əməllərə, təriflənən hərəkətlər meyl güclənir. Yetkinləşdikdən sonra 
şəxsiyyətdə mənəvi borc anlayışı formalaşır. Bu, onun öz davranışını 
ümumi tərəfindən qəbul olunmuş əxlaqi normalar və qaydalar ilə 
uyğunlaşdırmasında ifadə olunur. Borcun başa düşülərəkdən yerinə 
yetirilməsi şərəf anlayışını, özünə hörmət hissini əmələ gətirir. 
Beləliklə şəxsiyyət inkişaf etdikcə o öz davranışının və daxili 
aləminin subyekti kimi çıxış edir. Bu proses birdən- birə baş vermir
öz 
inkişafında aşağıdakı üç mərhələdən keçir: 
Birinci mərhələdə
insan 
özünün həqiqi istəyini kifayət qədər adekvat anlaya bilmir. Mövcud 
1
Философия. Минск. 1999, с.312. 


554 
şəraitin ona təsirinin keyfiyyəti və səviyyəsini heç də həmişə düzgün 
nəzərə almır. Beləliklə də bəzən öz hərəkətlərinin uğurla nəticələnməsinə 
əngəl yaradır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   599   600   601   602   603   604   605   606   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin