İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «informasiya»,
«verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifadələrinə uyğun
gəlir. «Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək ücün danışıq
dilindəki bu ifadə köməkci ola bilər: «Bu məlumat mənə hec bir informasiya vermir.»
Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir:
informasiya məlumat vasitəsilə ötürülür. İnformasiya və məlumat arasındakı
əlaqə
qarşılıqlı-birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və
onların icerisində hec bir informasiya daşımıyanı da ola bilər. Əksinə eyni bir məlumat
onu qəbul edənin (istifadəcinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya
kimi qəbul oluna bilər.