Baki – 023 Tərtibçi: Mirvari Abbas qızı İsmayılova


-ci mövzu. İdarəetmə sistemində istifadə olunan



Yüklə 313,61 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix13.12.2023
ölçüsü313,61 Kb.
#176371
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
Kommunikasiya 29.12.22 (2)

8-ci mövzu. İdarəetmə sistemində istifadə olunan 
sənədlərin növləri 
İdarəetmə sistemində istifadə olunan əsas sənədlər: ərizə, 
tərcümeyi-hal, əmr, əmrdən çıxarış. Protokol, protokoldan çıxarış, 
nizamnamə, əsasnamə, təlimat, arayış, məktub, teleqram, 
telefonoqram, zəmanət, xasiyyətnamə, referat, hesabat, məlumat, 
raport, etibarnamə, akt, müqavilə, saziş, memorandum, rəy, 
sərəncam, fərman, sərəncamdan çıxarış, nota. Müraciət. Təqdimat, 
izahat, xəbərdarlıq, tələbnamə, qaimə, qəbz, elan və s. 

9-cu mövzu. Peşəkar fəaliyyətdə işgüzar yazışmalar. 
Rəsmi-işgüzar üslubun linqvistik səciyyəsi. 
 
Müasir dövrümüzdə işgüzar ünsiyyətin sosial şəbəkə və 
mesencerə yerləşdirilməsi. İşgüzar adamlarn yazılı kommunikasiya 


29 
qaydalarını mənimsəmək zərurəti. İşgüzar yazışmaların etikası. 
İşgüzar məktubların növləri: məktub- xahiş, məktub-məlumat, 
müşayiətedici məktub, məktub-dəvət, məktub-dəvət, məktub-
təşəkkür. İşgüzar məktub növlərinin fərqləndirilməsi. Yazışmalarda 
nəzakət qazydaları. İşgüzar məktubların məzmunu: müraciət, 
preambula (müqəddimə, giriş), əsas mətn, nəticə, imza, 
postskriptum, qoşma. İşgüzar məktubların strukturu. Virtual aləmdə 
ünsiyyətin qeyri-rəsmi ünsiyyət xarakteri daşıması, bəzi qaydalara 
əməl olunması: sosial şəbəkədə hər hansı başqa adla təqdim 
olunmasına baxmayaraq ad və soyadı ilə, Siz deyə müraciət 
olunması; smayliklərə meylilik olmaz; istənilən fikrin xüsusi 
vurğulanmasına ehtiyac olsa da onları kapslokla ayırmaq olmaz; 
insanın sosial şəbəkələrdəki reposit mühakimələrinin öyrənilməsi.
Telefonla danışıq etikası. Telefonla ünsiyyətin əsas qaydaları. 
Telefonla işgüzar danışıq qaydaları. Telefonla ünsiyyət zamanı 
gözlənilməsi mütləq olan qaydalar. İşgüzar münasibətlərdə 
kommersiya sirlərinin qorunması. 
 
Rəsmi-işgüzar üslubun linqvistik 
səciyyəsi. Rəsmi-işgüzar üslubun hüquqi və ictimai-administrativ 
sferalara xidmət etməsi. Rəsmi-işgüzar üslubun sabitliyi və 
qapalılığı. Tarixən yaranmış janrları, spesifik leksikası, morfoloji və 
sintaktik ifadələrinin onu konservativ və mühafizəkat üslub kimi 
səciyyələndirməsi. Rəsmi-işgüzar üslubun müxtəlif janrlı sənədləri 
əhatə etməsi, fərqli məzmun daşıması, özünəməxsus ümumi və 
mühüm cəhətləri ilə xarakterizə olunması: dəqiqlik – şərhi istisna 
edən; dil standartı. Bu cəhətlərin ifadə olunması. Nitqin rəsmi-
işgüzar üslubunun leksik əlamətləri. Üslubun leksik tərkibinə daxil 
olan xüsusi terminlər, peşə terminləri, arxaizmlər. Rəsmi-işgüzar 
üslubun sosial təcrübəyə əsaslanması. Nitqin rəsmi-işgüzar 
üslubunun morfoloji əlamətləri, bura daxil olan nitq hissələri. Nitqin 
rəsmi-işgüzar üslubunun sintaktik əlamətləri. Nitqin rəsmi-işgüzar 
üslubunun yanrları. Şəxsi-işgüzar sənədlərin dili. İşgüzar ünsiyyət 
bacarığına yiyələnməyin əhəmiyyəti. 

Yüklə 313,61 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin