28
aparılması və onların üzərində vahid qaydada işləmədir. Sənədlərin hərəkətinə təsir edən şərtlər
iş yerlərində onların saxlanmasıdır. Sənədlərin dövriwəsinə
sənədləri qəbul etmək və
qevdiyyatdan keçirmək, bölüşdürmək və icraya vönəltmək, icraya nəzarəı etməK, gonaərməK və
s. Kimi əməliyyatlar daxildir, sənədlərin oovriyyəsı zamanı onların icra ohınmaması sənəd yığını
əmələ gətirir.
Sənəd axınının məzmununu aşağıdakı hallar xarakterizə edir:
1.
Yaranma yeri üzrə: daxil olan sənədlər; çıxan sənədlər; daxili ənədlər;
2.
Sənəd növləri üzrə: idarəetmə sənədləri; sənədləşmənin üsusi sistemləri;
3.
Sənədlərin instansiyalardan keçmə miqdarı.
Sənəd dövriyyəsinin hərəkəti miqdarı müəssisələr haqqında əsasnamə, struktur bölmələri
haqqında əsasnamə və vəzifə təlimatı ilə tənzim olunur.
əməliyyatların aparılması üzrə sənədlər dövriyyəsi aşağıdakı nərhələjərə ayrılır:
-
sənədlərin qəbulu, bölüşdürülməsi və icraçıya çatdırılması;
-
sənədlərin qeydiyyatı;
-
daxil olan və xaric sənədlərin işlənməsi və hazırlanması;
-
sənədlərin icrasna nəzarət;
-
çıxan sənədlərin yola salınması;
-
nələcəkdə istifadə etmək üçün sənədlərin hazırlanması.
Sənəd dövriyyəsini aşağıdakı üsullarla ixtisarlaşdırmaq olar:
-
daxil olmuş sənədlərə əvvəlcədən baxış;
-
vətəndaşların müraciətlərinə ciddi nəzarət;
-
təkrar müraciətlərin ixtisarlaşması;
-
daxili yazışmaların ixtisar
edilməsi və sənədsiz işləmə;
-
təkrar işlərin ləğv edilməsi.
Xaric olan sənədlərin dövriyyəsinə sənəd layihəsinin tərtibi, onun hazırlanması,
razılaşdırılması, lazımi hallarda viza verilməsi, imzalanması (təsdiqetmə), qeydə alınması və
göndərilməsi daxildir.
29
İlkin qaydada tanış olmaq və razılaşdırmaq üçün sənədin layihəsi çoxaldılmalı və eyni
zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara və şəxslərə verilməlidir. Sənədi
imzalamaq üçün verməzdən əvvəl icraçı
onun məzmununun, tərtibinin düzgünlüyünü, lazımi
vizaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalamaq üçün sənəd onun
hazırlanmasında əsas götürülən materiallarla birlikdə verilir.
Xaric olan sənədlər rəhbərlik tərəfindən imzalanır. İmzalanmış sənədlər qeydə alınmaq və
göndərilmək üçün müvafiq olaraq dəftərxanaya verilir.
Rəsmi sənədlər dəftərxanada xaric olan sənədlərin qeyd kitabında aşağıdakı qaydada qeydə
alınırlar:
Sıra
№-si
Sənədin
imzalan-
dığı tarix
Sənəd hara və
kimə göndəril-
mişdir
Sənədin adı
və qısa
məzmunu
Vərəq-
lərin sayı
Surəti və
icraçının
imzası
İşin №-si
1
3
4
5
6
7
30
Göndərilən sənədlərin işlənməsinə onların növlərə ayrılması, ünvan yazılması,
müəyyən
qaydada qatlanması və zərfin içərisinə qoyulması, yapışdırılması, göndəriş dəyərinin
müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tutulması və elə həmin gün
rabitə şöbəsinə verilməsi daxildir.
Göndərilmək üçün sənədlər tamamilə tərtib olunmuş şəkildə yola salınır və poçt göndəriş
kateqoriyası haqqında qeydlər verilir. Son dərəcədə zəruri olmadan sənədləri sifarişli məktublarla
göndərmək məsləhət deyildir.
Dəftərxana işçiləri sənədlərin tərtibinin düzgünlüyünü, əsas sənəddə
göstərilən əlavələrin
mövcudluğunu yoxlayırlar. Düzgün tərtib edilməmiş sənədlər icraçılara qaytarılır.
Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və çoxaltma
vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur. Eyni zamanda bir ünvana
göndərilən
sənədlər bir zərfin içərisinə qoyulur. Göndərilmək üçün verilən sənədlər elə həmin gün
göndərilməlidir.
Daxili sənədlər idarə daxilində hazırlanır, tərtib və icra edilir.
Sərəncam sənədləri hazırlanıb əlaqədar şəxslər və idarələrlə razılaşdırıldıqdan sonra baxılmaq
və ya imzalanmaq üçün rəhbərliyə və ya quruluş bölmələrinə verilir. İmzalandıqdan sonra həmin
sənədlər qeydə alınır, çoxaldılır, icra üçün verilir və ya göndərilir.
Protokolların dövriyyə xüsusiyyəti sənəd layihəsinin hazırlanma,
viza verilmə və
razılaşdırılma mərhələsinin olmamasından ibarətdir. Ayrı-ayrı vəzifəli şəxslərə və tabeliyində
olan idarələrə tapşırıqlar verən protokollar ünvan sahiblərinə nüsxələr və protokollardan
çıxarışlar şəklində verilir.
İdarənin, onun şöbələrinin rəhbərlərinin adına göndərilmiş məlumat vərəqələrinə, arayışlara
və başqa daxili sənədlərə baxılır, bundan sonra onlar icra edilmək üçün ümumi qaydada müvafiq
struktur bölmələrinə verilir, yaxud müvafiq qovluqda saxlanılır. İdarə
daxilində sənədlərin
təyinatı üzrə çatdırılmasını kuryer rabitəsi həyata keçirir.
Kuryerlər bütün daxil və xaric olan sənədləri, habelə daxili sənədləri təyinat üzrə çatdırırlar.
Sənədlər bir qayda olaraq gündə azı iki dəfə çatdırılmalıdır. Yoxlanan və digər ən mühüm
sənədlər qəbzlə qəbul edilir və təhvil verilir.
31
Sənədin bir quruluş bölməsindən digərinə verilməsi mütləq dəftərxanaya bildirilir. Jurnal
üzərində və texniki vasitədə sənədin verilməsi haqqında qeyd yazılır.
Dostları ilə paylaş: