www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
96
96
hazırlamışdır. Topçubaşı tərəfindən hazırlanan proqramda
məhkəmə, siyasi məqsədlər, fəhlə məsələləri, məhəlli
muxtariyyət, dini qaydalar, maliyyə işləri, dövlət quruluşu
haqqında fikirlər öz əksini tapmışdır. Bu proqramda açıq şəkildə
qeyd olunurdu ki, «İttifaq»ın siyasi məqsədi Rusiya
müsəlmanlarını əməli işdə birləşdirməkdir. Rusiyanın dövlət
quruluşunu Konstitusiyalı monarxiya kimi görmək istəyən
Topçubaşı yazırdı ki, bu idarə üsulunda vəkillər monarxa nəzarət
edərlər. Xalq vəkilləri isə, bir məclis – Dövlət Duması olmaqla,
ümumi, gizli, bərabərlik prinsipi ilə seçiləcək, müsəlmanların
vəkilləri əhalinin ümumi sayına mütənasib olacaqdır [52, 150].
Əhalinin sayına və ərazinin böyüklüyünə görə fərqlənən
millətlərə milli-mədəni muxtariyyət verilməsi müəddəasını irəli
sürən Ə.Topçubaşı proqramın 34-35-ci maddələrində qeyd edirdi
ki, vilayətə aid məsələlərin hamısı muxtariyyət idarələrinin
səlahiyyətlərinə görə, vilayət məclislərində müzakirə edildikdən
sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilməlidir.
Vilayətdə hər hansı bir millət çoxluq təşkil edərsə bu vilayətin
idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili isə
ümumdövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru
qoşunlarında işlədilməlidir. Proqramın 36-cı maddəsində isə
Topçubaşı yazırdı: «Bütün xalqlar mədəni, siyasi hüquq
baxımından bərabər olmaqla yanaşı, dövlətin əsas qanunları
xalqların hamısını mədəni hüquqlarla təmin etməlidir, yəni hər
dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa
etmək, uşaqları tərbiyə etmək, dil və ədəbiyyat cəmiyyətləri,
müəssisələri yaratmaq xüsuslarında millətlərin hər birinə tam
azadlıq verilir» [52, 152]. Topçubaşı tərəfindən hazırlanan bu
proqram daha çox Rusiya türklərinin maraqlarına uyğun liberal-
demokratik səciyyə daşımış, demək olar ki, burada islamçılıq və
|