MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə112/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   108   109   110   111   112   113   114   115   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

108 



108 

zülünə gətirib çıxartmışdır. Artıq XIX əsrdə İslam dini xurafat və 

mövhumat  kimi  başa  düşülür,  milli  adət-ənənələr  gerilik  və 

vəhşilik  kimi  qələmə  verilirdi.  Həmin  dövrdə  millətin  qabaqcıl 

şəxslərindən hesab edilən din xadimlərinin əksəriyyəti xurafat və 

mövhumatla  məşğul  olur,  şairlər  isə  şeirlərini  əsasən  aşiq  və 

məşuqa,  yar və şəraba həsr edirdilər. Belə bir dövrdə tənəzzülə 

uğramaqda  olan  İslam-Türk-Şərq  mədəniyyətinin  mənəvi 

zəlzələsinə (bunu Ağaoğlu XX əsrin əvvəllərində elə bu cür də 

ifadə etmişdir) və tənqidinə doğrudan da ciddi ehtiyac var idi. Bu 

mənada,  dini  və  milli  dəyərlərə  münasibətdə  Axundzadənin 

həddən  artıq  radikallığı  cəmiyyətin  şüuruna  mənfi  təsir 

göstərməklə  yanaşı,  digər  tərəfdən  bir  silkələnməyə  (mənəvi 

zəlzələyə)  də  səbəb  oldu.  Bu  mənada,  Axundzadəsayağı 

yeniləşmənin  doğurduğu  mənəvi  zəlzələni  də  qiymətləndir-

məmək  mümkün  deyildir.  Beləliklə,  Axundzadə  milli-dini 

məsələlərin  tənqidində  təhrifə  və  ifratçılığa  yol  versə  də,  ümu-

milikdə  cəmiyyyətdə  yeniləşmə  hərəkatına  təkan  vermiş,  yeni 

nəslin qarşısında qərbyönlü də olsa, bir üfüq açmışdır.  

Axundzadənin  müəllif  olduğu  yeniləşmə  hərəkatının  əsas 

mənfi  cəhəti  bunu  tamamilə  qərbləşməklə  bağlaması,  bunun 

əvəzində  İslam-Türk  mədəniyyətini  ifrat  şəkildə  tənqid  etməsi 

idi. Bu mənada, XIX əsrin sonu – XX əsrin əvvəllərində Axund-

zadənin əsasən islamiyyət, müəyyən qədər də türkçülük ruhuna 

zidd  olan  «Kəmalüdövlə  məktubları»  ictimaiyyətə  məlum 

olmasa  da,  ümumilikdə  onun  İslam  dininə  fərqli  yanaşması 

hamıya məlum idi. Çünki Axundzadənin əlifba və din islahatları 

istiqamətində  başladığı  qərbləşmə  ideyası  mahiyyət  etibarilə 

islamiyyət  və  türkçülüyə  zidd  idi.  Bu  mənada,  Axundzadənin 

Rus-Avropa-Qərb 

mədəniyyətini 

ideallaşdırması, 

bunun 

əvəzində  İslam-Türk  mədəniyyətini  ifrat  şəkildə  tənqid  etməsi 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin