MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə14/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   10   11   12   13   14   15   16   17   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

17 


edirəm ki, 20-ci əsrin əvvəllərində, yəni Cümhuriyyətə qədər, 

Cümhuriyyət  dövründə  və  Cümhuriyyətdən  təxminən  10  il 

sonraya  qədər,  vaxtilə  19-cu  əsrin    əvvəllərində  parçalanmış 

Azərbaycanda  yeni  bir  şüur  formalaşdı.  Bu  şüurun  təməl 

daşında  türkçülük  dayanır.  Burda  türkçülük  dedikdə  söhbət 

yalnız  genetik  soydan  getmir.  Mən  burada  da  türkçülükdən 

danışanda,  təkcə  mən  yox,  rəhmətlik  Əli  bəy  Hüseynzadə, 

Əhməd  bəy  Ağaoğlu  türkçülüyü  qanla,  soyla  bağlamayıblar, 

şüurla  bağlayıblar.  Türkləşmək,  islamlaşmaq  dedikdə,  şüur 

məsələsini nəzərdə tutublar. Sovet dövründə bizim şüurumuza 

yeridiblər  ki,  türkləşmək,  islamlaşmaq  dedikdə,  guya  azsaylı 

etnosları  türkləşdirmək  nəzərdə  tutulub.  Elə  bir  şey  yoxdur. 

Onların dövründə belə şeylər olmayıb. Nəyi demək istəyirəm? 

Axı  indi  yanlış  anlaşılır  ki,  guya  mən  azərbaycanlılığın 

əleyhinəyəm.  Qətiyyən.  Azərbaycanlılıq  əsasən  türk  olan, 

ancaq digər etnikləri də özündə birləşdirən və etniklərə heç bir 

ayrımçılıq  etməyən,  yəni  siyasətdə,  dövlət  qulluğunda 

etməyən bir şüurdur. Türklüyü vaxtilə kürd də qəbil edirdi. O 

mənada  qəbul  etmirdi  ki,  bununla  da  türk  olurdu.  Sadəcə, 

dövlətin, əhalinin aparıcı etnosu olması bir faktdır, reallıqdır. 

Üçrəngli Azərbaycan bayrağının birinci rənginin mavi olması 

hamını  türk  etmək  deyildir.  Sadəcə,  bu  bölgədə  yaşayan 

insanları  vahid  dövlət  halında  birləşdirməkdir.  Mən  o  cürə 

işləmişəm.  Əli  bəy  Hüseynzadəni,  Məhəmməd  Əmin 

Rəsulzadəni də o cürə qəbul edirəm. Ancaq mən hesab edirəm 

ki,  Sovet  dövründə,  xüsusulə  1930-cu  illərdən  conra  o 

birləşdirici amillər tamam başqa yerə, əks istiqamətə yozuldu. 

Xüsusilə,  milli  aydınlarımızı,  bizim  düşünən  beyinlərimizi 

məhv  etdikdən  sonra  bu  baş  verdi.  Təkcə  cismi  yox,  mənəvi 

cəhətdən  o  aydınlarımızı  ya  məhv  etdilər,  ya  da  fikirlərini 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin