www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
312
312
edirdi ki, bu mənada artıq türkçülük-türk birliyi kimi romantik
turançılıq da əski mənasını tamamilə dəyişdirmişdi.
O yazırdı ki, türkçülük və turançılıq məsələsində
«Müsavat»ın 1936-cı ildə qəbul etdiyi «Yeni proqram
əsasları»na
görə,
ümumi
türkçülüklə
Azərbaycan
türkçülüyünü ideal bir surətdə birləşdirməyə nail olmaqdan
ibarətdir. Yəni müsavatçılar da türk mədəni birliyinə sadiq və
bağlı qalmaqla yanaşı, müstəqil Azərbaycan türkçülüyü
ideyasını müdafiə edirlər: «Müsavatçılıq böyük türk kültürünə
bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən,
hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan
vətənsevərliyidir. Böyük türklüyə mənsub bir məmləkət
olması səbəbilə Azərbaycan digər türk elləri ilə kültürəl
surətdə bağlıdır. Bu bağlılığın bundan əvvəl olduğu kimi,
bundan sonra da qorunmasını müsavatçılıq ciddiyyətlə
müdafiə edər» [154, 209].
Bununla da, Azərbaycan Milli İdeyasını müdafiə edən
Məmmədzadə və başqa müsavatçılar hesab etmişdilər ki,
azərbaycançılığın tarixi bir missiyası vardır. Həmin missiya
«Müsavat»ın «Yeni proqram əsasları»ında öz əksini belə
tapmışdı: «Azərbaycan qədim zamanlardan bəri tarixin müx-
təlif dövrlərində özünəməxsus siyasi varlıq göstərərək
müstəqil dövlət halında yaşamışdır. Azərbaycan xalqı isə
müasir millət olmaq üzrə zəngin bir kültür həyatına malik
bulunmuş və bunun məntiqi nəticəsi olaraq siyasi bir ideal
daşımışdır. Bu ideala tərcüman olan milli Azərbaycan
«Müsavat» xalq firqəsi 1918-ci ildə milli Azərbaycan
Cümhuriyyəti istiqlalının elanındakı təşəbbüsü, bu təşəbbüsün
fikirdən işə keçirilməsi yolundakı fəaliyyəti və nəhayət, qızıl
rus istilasına qarşı milli mücadilə işində göstərdiyi yol
|