1.3.
Milli azərbaycançılıq və milli təsanüd
Mühacirət dövründə milli aydınlarımızın ən çox diqqət
yetirdiyi məsələlərdən biri də Sovet Rusiyasının işğalçılıq
siyasətinin, o cümlədən bolşevizm «demokratiyası»nın tənqidi
və buna qarşı qoyduğu Azərbaycançılıq və milli təsanüdçülük
(həmrəylik) ideyası olmuşdur. Onların fikrincə, sovetlərin
qondarma beynəlmiləlçiliyi və «kommunizm» təbliğatı artıq
qeyri-rus millətləri arasında özünə yer tapmır. Buna səbəb isə
bolşeviklərin sözləri ilə əməllərinin üst-üstə düşməməsidir.
Onlar sosializmin yaranması və inkişafı tarixinə nəzər
salaraq göstərirdilər ki, elmi əsasları alman filosofları
K.Marks və F.Engels tərəfindən qoyulan kommunizm rus
bolşeviklərincə tamam başqa hala gətirilmişdir. Bu mənada,
SSRİ dönəmindəki kommunizm nəinki xalqlara azadlıq
|